Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-422/2026 29.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qax rayon X1 nümayəndəsi nümayəndə1, Inzibati xəta haqqında protokol tərtib etmiş orqan Qax rayon Statistika Idarəsinin nümayəndəsi nümayəndə2 iştirakı ilə, “Qax rayon X1” (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Qax rayon Statistika Idarəsinin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Asim Mirzəzadə) ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı ilə “Qax rayon X1” (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. işin halları: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Qax rayon Statistika Idarəsi tərəfindən hüquqi ünvanı “Qax rayon X1” (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qax rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Qax rayon Statistika Idarəsinin etibarnamə üzrə nümayəndəsi nümayəndə2 bildirmişdir ki, Qax rayon X1 tərəfindən 2025-ci il üçün təqdim edilmiş *-əmək nömrəli forma (illik) rəsmi statistika hesabatlarının V bölməsinin 65-ci sətrinə səhv göstəricilər daxil edilmişdir. Göstərilən halları nəzərə alaraq “Qax rayon X1” barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qax rayon X1 nümayəndəsi nümayəndə1 bildirmişdir ki, 2025-ci il üzrə təqdim edilmiş *-əmək nömrəli (illik) rəsmi statistika hesabatının V bölməsinin 65-ci sətrinə məlumatlar texniki səhv nəticəsində düzgün daxil edilməmişdir. Belə ki, hesabatın 45-ci sətrində kişi və qadın işçilərinin sayı müvafiq olaraq 7 və 3 nəfər göstərilmiş, lakin 65-ci sətirdə ödənilməli pul məbləği əks etdirilməli olduğu halda, yanlışlıqla həmin işçilərin sayı qeyd edilmişdir. Onun sözlərinə görə, bu hal texniki xarakterli səhvdən irəli gəlmiş, hər hansı qəsdən yanlış məlumat təqdim etmək niyyəti olmamışdır. Göstərilən halları nəzərə alaraq, Qax Rayon X1 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarı qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Qax rayon Statistika Idarəsinin nümayəndəsi nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Qax rayon Statistika Idarəsinin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və “Qax rayon X1” barəsində IXM-in 389-cu maddəsi ilə müvafiq tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarının yanlış tətbiq etmişdir: Azərbaycan Respublikası IXM-in 389-cu maddəsi rəsmi statistika hesabatlarının təhrif edilməsinə görə birbaşa məsuliyyət nəzərdə tutur. Qanunvericilik bu növ xətaların yalnız qəsdən törədilməsini şərt kimi qoymur. IXM-in 11-ci maddəsinə əsasən, inzibati xəta həm qəsdən, həm də ehtiyatsızlıq üzündən törədilə bilər. Hesabatın 65-ci sətrinə yanlış məlumatın daxil edilməsi faktiki olaraq statistik göstəricilərin təhrif olunmasıdır və bu, dövlət statistika məlumatlarının dürüstlüyünə xələl gətirir. Həmçinin bildirir ki, həmin idarə tərəfindən həmin təhriflərin edilməsi ilk dəfə deyildir. Məhkəmə faktiki halları düzgün qiymətləndirməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hesabatın 45-ci sətrində işçilərin sayı (7 kişi, 3 qadın) düzgün göstərilsə də, 65ci sətirdə məbləğ yerinə həmin rəqəmlər təkrar qeyd edilmişdir. Bu, texniki səhv olsa da, hesabatın həmin bölməsi üzrə məlumatın tamamilə yanlış (təhrif olunmuş) formalaşmasına səbəb olmuşdur. “Rəsmi statistika haqqında” Qanunun 7-ci maddəsi statistika orqanlarına məlumatları təhriflə təqdim edən şəxslər barəsində tənbeh tədbirləri görmək hüququ verir. Məhkəmənin "inzibati xəta tərkibi yoxdur" qənaəti əsassızdır, çünki təhrif faktı (obyektiv cəhət) və hüquqi şəxsin vəzifəli şəxslərinin hesabatın düzgünlüyünə nəzarət etməməsi (subyektiv cəhət - ehtiyatsızlıq) mövcuddur. Apellyasiya məhkəməsi iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs inzibati xəta haqqında protokol tərtib etmiş orqan Qax rayon Statistika Idarəsinin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin dəlillənə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qax rayon X1 nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. hüquqi məsələlər: Apellyasiya instansiya məhkəməsi tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə birlikdə araşdırıb və birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesab edir ki, aşağıda şərh olunan əsaslara görə, şikayət təmin edilməli və iş üzrə Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, “Qax rayon X1” (VÖEN: **********) IXM-nin 389-cu maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apelyasiya instansiyası məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə müyyən edilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qax rayon X1 tərəfindən 2025-ci il üçün təqdim edilmiş *-əmək nömrəli forma (illik) rəsmi statistika hesabatlarının v bölməsinin 65-ci sətrinə səhv göstəricilər daxil edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Qax rayon Statistika Idarəsi tərəfindən təqdim edilmiş *-əmək nömrəli forma (illik) rəsmi statistika hesabatından görünür ki, 45-ci sətrdə kişi və qadın işçilərinin sayı müvafiq olaraq 7 və 3 nəfər göstərilmiş, lakin 65-ci sətirdə isə ödənilməli pul məbləği əks etdirilməli olduğu halda, yanlışlıqla həmin işçilərin sayı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, *əmək nömrəli forma (illik) rəsmi statistika hesabatının 65-ci sətrində ödənilməli pul məbləği əvəzinə texniki yanlışlıq nəticəsində işçilərin sayı qeyd edilmişdir. Həmin yanlışlıq hesabatın məzmununun qəsdən təhrif edilməsinə dəlalət etmir, statistik məlumatların mahiyyətini dəyişdirən və ya inzibati məsuliyyət yaradan təhrif kimi qiymətləndirilə bilməz. Bu səbəbdən Qax Rayon X1 əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “Qax rayon X1” barəsində IXM-in 389cu maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verərək səhv nəticəyə gəlmişdir. Belə ki, təhrif dedikdə məlumatların, sənədlərin və ya hesabatların məzmununun bilərəkdən və ya bilmədən dəyişdirilərək həqiqətə uyğun olmayan formada təqdim edilməsi başa düşülür. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə nəzər saldığımız təqdirdə, həmin normada qeyd olunmuş təhrifin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi fərqləndirilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 283.0.3, 287.0.3-cü maddələrində isə qanunverici qeyd olunan normalarda təhrif sözünün qarşısında bilərəkdən ifadəsinin işlətmiş, yəni qeyd olunan normalar üzrə inzibati xətanın yalnız qəsd forması üzrə inzibati məsuliyyət müəyyən olunmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Beləliklə, apellyasiya instansiya məhkəməsi iclasında müəyyən edildi ki, “Qax rayon X1” (VÖEN: **********) IXM-in 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, törətmişdir. Hazırkı iş üzrə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası IXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası IXM-nin 31.3-cü maddəsinin tələbinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Iş materiallarına əsasən “Qax rayon X1”-nın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə yuxarıda şərh olunanlara əsasən Qax rayon Statistika Idarəsinin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və “Qax rayon X1” (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirli bilinib aşağı həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. X2 134.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və X2 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Qax rayon Statistika Idarəsinin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. “Qax rayon X1” (VÖEN: **********) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Qax rayon Icra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-422/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-422/2026
29.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver