Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-423/2026 29.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin “xxxx” ##.##.2026-cı il tarixli ******* nömrəli qərarı qanuni hesab edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Ülvi Qənbərov) ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində çıxarılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin “xxxx” ##.##.2026-cı il tarixli ******* nömrəli qərarı qanuni hesab edilməsi qərara alınmışdır. işin halları: AR ETSN * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin «xxxx» ##.##.2026cı il tarixli ******* nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Qəbələ şəhəri “Pastar” adlanan ərazidə 2 ədəd fındıq kolunu kəsərək ətraf mühitə 160,0 manat məbləğində zərər vurduğuna görə AR IXM-nin 253.2-ci maddəsi ilə 2000,0 manat cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəmə iclası zamanı AR ETSN * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 göstərmişdir ki, ##.##.2026-cı il tarixdə Qəbələ şəhəri “Pastar” adlanan ərazidə bələdiyyə mülkiyyətində olan torpaq sahəsində 2 ədəd fındıq kolunun Qərardan şikayət verən orqan (şəxs) tərəfindən kəsilərək təbiətə ziyan vurulması barədə məlumat daxil olmuşdur. Aparılmış araşdırma zamanı ağacın həqiqətən də bələdiyyə mülkiyyətində olan torpaq sahəsində kəsildiyi və ətraf mühitə 160,0 manat məbləğində zərər vurulduğu müəyyən edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək AR ETSN * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin «xxxx» ##.##.2026-cı il tarixli ******* nömrəli qərarı ilə 2000,0 manat məbləğində cərimə edilmişdir. Işdə olan ##.##.2026-cı il tarixli ****** nömrəli Aktın surətinə əsasən AR ETSN * saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli **** saylı sərəncamına və ##.##.2026cı il tarixli *** saylı monitorinq aktına əsasən əməkdaşlar tərəfindən Qəbələ şəhəri “Pastar” adlanan əraziyə baxış keçirilərkən bələdiyyə mülkiyyətində olan torpaq sahəsində 2 ədəd fındıq kolunun kəsilməsi faktı aşkar edilmiş və ağacların Qərardan şikayət verən orqan (şəxs) tərəfindən kəsildiyi müəyyən edilmişdir. Ağacların kəsilməsi faktı barədə yerində Akt tərtib edilmiş və kəsilmiş ağacların fotoşəkilləri çəkilərək akta əlavə edilmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Qərardan şikayət verən orqan (şəxs) verdiyi apellyasiya şikayətində Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdiş hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli ****** nömrəli Akta əsasən Qəbələ şəhəri “Pastar” adlanan ərazidə bələdiyyə mülkiyyətində olan torpaq sahəsində ağacların kəsilməsi nəticəsində dəymiş ziyanın hesablanması Cədvəlinə əsasən 2 ədəd fındıq kolunun kəsilməsi nəticəsində ətraf mühitə dəymiş zərər ümumilikdə 160,0 manat məbləğində müəyyən edilir. “Yaşıllıqların mühafizəsi haqqında” AR Qanunun 6.1.2-ci maddəsinə əsasən (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar məhdud istifadəli yaşıllıqlardır. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən bu Qanunun 6.1-ci maddəsində göstərilən yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydasını, təyinatını və onlardan istifadə qaydasını (rejimini) müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllıqların müfəssəl siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən (12.1.1.) yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların toplanması; (12.1.2.) yaşıllıqların sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğunun təmin edilməsi; (12.1.3.) yaşıllıqların səmərəli idarə edilməsinə və mühafizəsinə nail olunması; (12.1.4.) yaşıllıqların mövcud vəziyyəti haqqında ətraflı məlumat əldə etmək imkanının yaradılması məqsədilə qaşıllıqların uçotu və kadastrı aparılır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda;13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndiskommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Həmin Qanunun 13.8-cü madəsinə əsasən yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Inzibati Xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xətatərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və yavəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Qəbələ şəhəri “Pastar” adlanan ərazidə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindəki məhdud istifadəli yaşıllıqlara aid 2 ədəd fındıq kolunu “Yaşıllıqların mühafizəsi haqqında” AR Qanunun 13.1-ci maddəsində sadalanan hallar HYPERLINK "https://eqanun.az/framework/27971" \h müvafiq icra HYPERLINK "https://eqanun.az/framework/27971" \h hakimiyyəti HYPERLINK "https://eqanun.az/framework/27971" \h HYPERLINK "https://e-qanun.az/framework/27971" \h orqanı HYPERLINK "https://e-qanun.az/framework/27971" \h tərəfindən müəyyən edilmədən kəsməklə AR IXM-nin 253.2-ci maddəsində nəzətdə tutulan inzibati xətanı törətmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas olacaq hər hansı nüans qeyd etməmiş, apellyasiya məhkəməsi iclası zamanı da tərtib edilmiş protokol və qəbul edilmiş qərarın qanunsuzğunu təsdiq edəcək hər hansı əlavə sübut təqdim edə bilməmişdir. Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 134.1-ci maddəsində göstərilən qərarlardan birini, o cümlədən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı baxılmış apellyasiya şikayətinə münasibtədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-423/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-423/2026
29.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver