Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-424/2026 29.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X2 iştirakı ilə, Qərarından şikayət verilən orqan “Inzibati tənbeh vermə haqqında” ##.##.2026-cı il tarixli MN ******* saylı qərarının qanuni hesab edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı ilə, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində çıxarılmış Qərarından şikayət verilən orqan “Inzibati tənbeh vermə haqqında” ##.##.2026-cı il tarixli MN ******* saylı qərarının qanuni hesab edilməsi qərara alınmışdır. işin halları: AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala regional şöbəsinin “Inzibati tənbeh vermə haqqında” ##.##.2026-cı il tarixli MN ******* saylı qərarı ilə Qəbələ rayon, Bunud kənd, F.Həmidov adına tam orta ümumtəhsil məktəbinin direktoru Qərardan şikayət verən orqan (şəxs) həmin məktəbdə X7 ##.##.2025-ci ildən ##.##.2025-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə AR IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000,0 manat cərimə olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayət edib AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala regional şöbəsinin “Inzibati tənbeh vermə haqqında” ##.##.2026-cı il tarixli MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) oğlu göstərmişdir ki, o, Qəbələ rayon, Bunud kənd, F.Həmidov adına tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində işləyir. X8 ilə ##.##.2025-ci il tarixli yazılı əmək müqaviləsi bağlanaraq elektron sistemdə yerləşdirilmişdir. X8 həmin tarixdən fəhlə vəzifəsində işə başlamış və əmək haqqı hesablanaraq ödənilmişdir. X8 ilə bağlanmış əmək müqaviləsi elektron sistemdə yerləşdirildikdən sonra SMS bildiriş gəlmədiyindən elektron qaydada imzalanma əməliyyatı icra olunmamışdır. X8 əmək haqqından əsassız tutulmasına görə şikayəti etmiş, araşdırma zamanı onunla bağlanmış əmək müqaviləsinin elektron qaydada imzalanmadığı müəyyən edilərək barəsində AR IXM-nin 192.1-ci maddəsi ilə ##.##.2026cı il tarixli MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilib 3000,0 manat cərimə olunmuşdur. Halbuki, X7 əmək müqaviləsi bağlanaraq elektron sistemdə yerləşdirildikdən sonra işə buraxılmış və əmək haqqı hesablanaraq ödənilmişdir. Ona görə də, barəsində AR IXM-nin 192.1-ci maddəsi ilə olan ##.##.2026-cı il tarixli MN ******* nömrəli protokol qanunsuz hesab edilməli və AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala regional şöbəsinin “Inzibati tənbeh vermə haqqında” ##.##.2026-cı il tarixli MN ******* saylı qərarı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi iclasında AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Qəbələ rayon, Bunud kənd, F.Həmidov adına tam orta ümumtəhsil məktəbində işləyən X8 əmək haqqından əsassız tutulmasına görə şikayəti ilə bağlı araşdırma aparılarkən onun həmin məktəbin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş və barəsində AR IXM-nin 192.1-ci madəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Araşdırma nəticəsində X7 ##.##.2025-ci ildən ##.##.2025-ci il tarixədək Qəbələ rayon, Bunud kənd, F.Həmidov adına tam orta ümumtəhsil məktəbində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş və AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala Regional şöbəsinin “Inzibati tənbeh vermə haqqında” ##.##.2026-cı il tarixli MN ******* saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) oğlu AR IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000,0 manat cərimə olunmuşdur. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Qərardan şikayət verən orqan (şəxs) verdiyi apellyasiya şikayətində Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işçi X7 arasında yazılı və elektron əmək müqaviləsi bağlanılmış və elektron sistemdə yerləşdirilmişdir. Işçinin isə onun mobil telefonuna gəlmiş SMS-in qəbul edib-etməməsi barədə məlumatsız olmuşdur. X8 həmin tarixdən fəhlə vəzifəsində işə başlamış və əmək haqqı hesablanaraq ödənilmişdir. Lakin bir müddətdən sonra Şəki-Zaqatala Regional Təhsil Idarəsinin Qəbələ rayonu üzrə təhsil sektorunun Maliyyə-iqtisadiyyat sektoru tərəfindən elektron əmək müqaviləsinin işçi tərəfindən imlanmadığı bildirilmişdir. Bir müddət sonra işçi X7 əmək haqqısı ödənilən zaman 12.11.20025-##.##.2025-ci il tarixlərdə ödənilmiş əmək haqqısı aldığı 2026-cı il fevral ayı üzrə əmək haqqından tutulmuşdur. Halbuki işçi X7 ilə bağlanılmış əmək müqaviləsinin elektron sistemdə əmək müqaviləsinin bağlanıldığı tarixin ##.##.2025-ci il göstərildiyi nəzərə alınmamışdır. Inzibati araşdırmanın başlanılmasına səbəb X7 əmək haqqından əsassız tutulmasına görə olan şikayəti olmuşdur, Göstərilənlərə əsasən onun tərəfdən hər hansı qanunsuzluğa yol verilməmiş və əmək müqaviləsi bağlanılmadan hər hansı şəxs işlərə cəlb edilməmişdir. Bütün bunlara baxmayaraq onun barəsində əsassız protokol tərtib edilməklə Qərarından şikayət verilən orqan rəisi X1 tərəfindən 3000 manat inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Ona görə də, barəsində IXM-nin 192.1-ci maddəsi ilə olan ##.##.2026-cı il tarixli MN ******* nömrəli protokol qanunsuz hesab edilməli və Qərarından şikayət verilən orqan Inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli MN ******* saylı qərarı ləğv edilməlidir. Həmçinin, X7 ilə 2025.12.09 tarixdə elektron sistemdə yerləşdirilmiş əmək müqaviləsində ##.##.2025-ci tarixli əmək müqaviləsinə edilən son dəyişiklik tarixi qəbul edilmiş və həmin tarixdən qüvvəyə minmişdir. Əlavə olaraq da bildirirəm ki, X5 əməkdaşı tərəfindən ehtimallara əsaslanaraq protokol tərtib olunmuş və qərar çıxarılmışdır. X7 isə işçi kimi əmək müqaviləsi bağlanıldıqdan sonra işlədiyi, müvafiq olaraq əmək haqqı köçürülməsinin də əmək fəaliyyətinə başladıqdan sonra həyata keçirildiyi öz təsdiqini sənədlərdə tapır. Ona görə də inzibati xəta haqqında qərar çıxarmış vəzifəli şəxsin hərəkətindən məhkəməyə verdiyi şikayət tam, hərtərəfli və obyektiv araşdırılmamışdır Apellyasiya məhkəməsi iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli MN ******* nömrəli “inzibati xəta haqqında” protokolun surətinə əsasən Qəbələ rayon, Bunud kənd, F.Həmidov adına tam orta ümumtəhsil məktəbinin direkoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X7 ##.##.2025ci ildən ##.##.2025-ci il tarixədək əmək müqaviləsi bağlamadan (hüquqi qüvvəyə minmədən) işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qəbələ rayon, Bunud kənd, F.Həmidov adına tam orta ümumtəhsil məktəbinin direktoru Qərardan şikayət verən orqan (şəxs) X8 ##.##.2025-ci ildən ##.##.2025-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin məktəbdə işlərin yerinə yetirilməsinə cəlb etməklə AR IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, AR ƏƏSMN DƏMX-nin Şəki-Zaqatala regional şöbəsinin “Inzibati tənbeh vermə haqqında” ##.##.2026-cı il tarixli MN ******* saylı qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) IXM-nin müvafiq madəsi ilə inzibati qaydada tənbeh olunması qanunsuz olmamışdır. Apellyasiya məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) mülahizə xarakterli dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarının dəyişdirilməsi üçün əsas deyil. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci madəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. AR IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. AR IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Apellyasiya məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şəxs işə cəlb edilmədən əvvəl əmək müqaviləsinin bağlanılıb-bağlanmadığı yoxlanmalı, yaranmış texniki problemlər aradan qaldırılmalı idi. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. X13 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və X13 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-424/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-424/2026
29.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver