Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-425/2026 29.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki-Zaqatala Regional Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmən saxlanmasına dair Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş “xxxx” QSC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Şəfəq Cəfərova) ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki-Zaqatala Regional Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmən saxlanması müəyyən edilmişdir. işin halları: “xxxx” QSC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki- Zaqatala Regional Idarəsi tərəfindən qəbul edilmiş Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* saylı qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki-Zaqatala Regional Idarəsi tərəfindən Inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN seriyalı, ******* saylı qərar qəbul edilərək o, Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. Həmin qərarı qanunsuz hesab edir. Bələ ki, onun təqsiri sübut olunmamışdır. Bundan əlavə, eyni məsələyə görə protokol direktoru olduğu “xxxx” QSC barəsində tərtib edilmişdir, lakin Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3 (*-***)- **/**** saylı qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı Qərardan şikayət verən orqan (şəxs) vəkili Nümayəndə şikayəti müdafiə edərək bildirmişdir ki, X4 Xidməti Şəki-Zaqatala Regional Idarəsinin müraciətinə vaxtında cavab verilmişdir. Belə ki, müfəttişliyin ## ###### 2025-ci il tarixli məktubu onlara ## ###### 2025-ci il tarixdə çatdırılmış, ## ###### 2025-ci il tarixli məktub ## ###### 2025-ci il tarixli məktubla eyni məzmunda olmuş, həmin ərəfədə “xxxx” QSC başqa inzibati binaya köçmək mərhələsində olmuş, tərəflərindən hər iki məktuba ## ###### 2026-cı il tarixdə bütün lazımı sənədlərlə birlikdə cavab məktubu göndərilmişdir. Məktubda qeyd edilmişdir ki, Rəşad Aslanova bütün ödənişlər edilmiş, bu səbəbdən iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəlləri, ödəniş tapşırıqlarının surətinin göndərilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi iclası zamanı X3 şikayətə etiraz edərək bildirmişdir ki, həmin müəssisədə çalışmış X1 müfəttişliyə müraciət edərək ona son haqq-hesabın ödənilmədiyini bildirmiş, bununla bağlı müəssisəyə ## ###### 2025-ci il tarixdə sorğu məktubu göndərilmiş, məktub müəssisəyə ## ###### 2025-ci il tarixdə təhvil verilmişdir. Müəssisəyə təyin edilmiş müddət ərzində tələb edilmiş sənədlər müfəttişliyə göndərilmədiyi üçün ## ###### 2025-ci il tarixdə protokola dəvət məktubu göndərilmiş, həmin məktubda ## ###### 2025-ci il tarixli məktuba cavab verilməməsi səbəbindən inzibati icraatın açılmasının mümkünlüyü müəssisənin nəzərə çatdırılmışdır. ## ###### 2025-ci il tarixədək tələb edilən sənədlər təqdim edilmədiyi üçün inzibati xəta haqqında protokol tərtib edilərək iş üzrə inzibati icraat açılmış, aşkar edilmiş inzibati xəta haqqında qərar qəbul edilmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş “xxxx” QSC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş “xxxx” QSC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində Şəki Rayon Məhkəmənin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və onun şikayətinin təmin edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki-Zaqatala Regional Idarəsi tərəfindən qəbul edilmiş Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyi barədə ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* saylı qərarı ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Onun təqsiri sübut olunmamışdır. Eyni məsələyə görə protokol direktoru olduğu “xxxx” QSC barəsində tərtib edilmişdir, lakin Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan inzibati orqan şikayət versə də, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, “xxxx” QSC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki-Zaqatala Regional Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “xxxx” QSC-nin “Əmək müqaviləsinin bağlanması haqqında” ## #### 2022-ci il tarixli, *** nömrəli əmrindən görünür ki, X2 ilə bağlanmış əmək müqaviləsinə əsasən nəqliyyat və xüsusi texnika sahəsinin Şəki qarajına kran maşinisti peşəsinə qəbul edilmişdir. Iş materiallarında olan “xxxx” QSC-nin “Ödənişsiz məzuniyyətin verilməsi haqqında” ## ######## 2022ci il tarixli, *** nömrəli əmrindən görünür ki, X2- Şəki qarajının kran maşinistinə ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək 181 təqvim günü ödənişsiz məzuniyyət verilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının IXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki-Zaqatala Regional Idarəsi tərəfindən “xxxx” QSC-nin rəhbərliyinə ünvanlanmış ## ###### 2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş X1 əmək hüquqlarının pozulması barədə müraciətinə X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsində baxılır. X1 müraciətinə münasibət bildirilməsi sənədlərin 7 (yeddi) iş günü ərzində X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə (AZ-5500, Şəki şəhəri, M.F.Axundov prospekti 56 "a, Tel.:024-24-4-16-35 email: demx elektron ünvan 1 ünvanına) təqdim edilməsi xahiş olunmuşdur. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki-Zaqatala Regional Idarəsi tərəfindən “xxxx” QSC-nin rəhbərliyinə ünvanlanmış ## ###### 2025-ci il tarixli məktubdan görünür ki, X1 müraciətinə X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsində baxılır. Həmin müraciətlə əlaqədar müvafiq sənədlərin təqdim edilməsi üçün ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli sorğu məktubu göndərilmişdir. Lakin hazırki tarixədək heç sənəd təqdim olunmamışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3 maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd olunanları nəzərə alaraq Inzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə ##.##.2026-cı il tarixdə saat 12:00-da X4 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə (Şəki şəhəri, M.F.Axundov prospekti 56 "a", tel: (024-244-16-35) və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşdur. Həmin tarixədək qeyd edilən hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənədlərin müzakirə zamanı tərəfindən təqdim edilməsi tələb olunmuşdur. Onun və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyi və iş üzrə onlarda olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur. Iş materiallarında olan “xxxx” QSC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki-Zaqatala Regional Idarəsinə ünvanlanmış ## ###### 2026-cı il tarixli məktubdan görünür ki, ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək "xxxx" QSC-də çalışmış X1 əmək hüquqları ilə bağlı irəli sürdüyü iddialar araşdırılmışdır. Aparılan yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, Aslanov Rəşadın aylıq (tarif) vəzifə maaşı və digər ödəncləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq tam həcmdə, vaxtında və qanunvericiliyin bütün normalarına riayət edilməklə ödənilmişdir. X1 ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək çalışmışdır. ##.##.2022-ci il tarixdən ailə vəziyyəti ilə əlaqədar ödənişsiz məzuniyyət hüququndan istifadə etmişdir və ödənişsiz məzuniyyəti bitməsinə baxmayaraq işə gəlməmişdir. Buna görə də tələb olunan sənədlər içərisində olan iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərini, həmçinin ödəniş tapşırıqlarının surətini göndərmək tərəflərindən mümkün deyildir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki-Zaqatala Regional Idarəsi tərəfindən “xxxx” QSC-nin rəhbərliyinə ünvanlanmış ## #### 2026-cı il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən "xxxx" QSCnin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ŞəkiZaqatala regional şöbəsi tərəfindən 1000.00 (bir min) manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsinə dair ## ###### 2026-cl il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Hazirki dövrə qədər cərimə ödənişi təmin edilməmişdir. Tərəflərindən "Əmək və Məşğulluq" alt sisteminə baxış keçirilən zaman Qərardan şikayət verən orqan (şəxs) hazırda QSC-də aktiv əmək müqaviləsinin (Direktor) olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Qərardan şikayət verən orqan (şəxs) əmək haqqından hər ay 50% olmaqla 1000.00 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətin ŞəkiZaqatala regional şöbəsinə yazılı formada məlumat verməyi xahiş olunmuşdur. Eyni zamanda tutulmanın həyata keçirildiyi dövrdə rübdə bir dəfə Xidmətə məlumat verməyi, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini Xidmətin Şəki- Zaqatala regional şöbəsinə qaytarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Inzibatı Xətalar Məcəlləsinin 529.1- 1-ci maddəsinə əsasən bu Bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd olunan müddətlər ərzində inzibati cərimə növündə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın icrası ilə əlaqədar tutulma həyata keçirilməməsi müvafiq maddə ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmaya əsasıdır. Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. Həmin Məcəllənin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.11-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya ödənilməlidir. Həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti ŞəkiZaqatala Regional Idarəsi tərəfindən “xxxx” QSC-yə əmək qanunvericiliyinə əməl olunmasının yoxlanılması məqsədilə ## ###### 2025-ci il tarixli məktubla müraciət edilərək, vətəndaş X1 əmək hüquqları ilə bağlı araşdırma aparıldığı bildirilmiş, “xxxx” QSC tərəfindən zəruri sənədlərin təqdim edilməsi tələb olunsa da, həmin sorğuya “xxxx” QSC tərəfindən vaxtında və tam həcmdə cavab verilməsi təmin edilməmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki-Zaqatala Regional Idarəsi tərəfindən tərəfindən ## ###### 2025-ci il tarixdə təkrar məktub göndərilərək, Inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə “xxxx” QSC-nin rəhbərliyinin və ya nümayəndəsinin iclasa dəvət olunmuş, həmçinin tələb olunan sənədlərin müzakirə zamanı təqdim edilməsinin zəruri olduğu bir daha diqqətə çatdırılmışdır. Lakin iş materialları ilə müəyyən edilir ki, nə müəssisə rəhbəri, nə də səlahiyyətli nümayəndəsi həmin iclasda iştirak etmiş, tələb olunan sənədlər də inzibati orqana təqdim olunmamışdır. Bundan sonra “xxxx” QSC tərəfindən ## ###### 2026-cı il tarixdə göndərilmiş cavab məktubu isə müfəttişliyin ilkin və ya təkrar sorğularında tələb edilən konkret məlumatları əhatə etməmiş, əmək qanunvericiliyinin tətbiqi üçün zəruri olan sənədlər təqdim olunmamış, cavab formal xarakter daşımaqla tələb olunan məlumatların mahiyyətinə uyğun olmamış və məqsədli məlumatları ehtiva etməmişdir. Belə ki, işçi R.Aslanovun müraciəti son haqq-hesabın ödənilməməsi ilə bağlı olmuşdur, müəssisənin müfəttişliyə ünvanladığı cavab məktubunda isə ona vəzifə maaşlarının və digər ödənişlərin tam şəkildə ödənildiyi qeyd edilmiş olsa da, bununla bağlı sənədlər təqdim edilməmişdir. Işin faktiki hallarından məlum olur ki, R.Aslanov ##.##.2022-ci il tarixdən ##.##.2022-ci ilədək çalışmışdır, bu isə onu dəməyə əsas verir ki, onun həmin dövr ərzində qazandığı məzuniyyət günlərinə görə kompensasiya almaq hüququ yaranmışdır. Əmək Müfəttişliyinin regional idarəsi də məhz bu əsasla son haqqhesabın hesablanması və ödənilməsi ilə bağlı sənədləri tələb etmişdir. Müəssisə isə bununla, yəni son haqq-hesabla bağlı sənədləri təqdim etməmiş, həmçinin ödəyibödəmədiyini bəyan etməmişdir. Beləliklə də, sənədlər tam təqdim edilmədiyi üçün vəzifəli şəxs barəsində IXM-nin 539.3-cü maddəsinə əsasən tərtib edilmiş qərar qanuni olmuşdur. Məhkəmə həmçinin bildirir ki, müəssisə tərəfindən sənədlərin vaxtında təqdim edilməsi vəzifəsi də lazımı qaydada icra edilməmişdir. Belə ki, X4 Xidməti Şəki-Zaqatala Regional Idarəsi tərəfindən “xxxx” QSC-yə ünvanlanmış məktubda idarəyə 7 iş günü ərzində cavab verilməli olduğu qeyd edilmiş, bundan sonra müfəttişlik tərəfindən ## ###### 2025-ci il tarixdə inzibati protokolun tərtib edilməsində iştirak edilməsi müəssisəyə təklif edilmiş olsa da, müəssisə cavab məktubunu ## ###### 2026-cı il tarixdə göndərmişdir. Müəssisə gecikmənin üzrlü səbəblərdən irəli gəldiyini təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Beləliklə, inzibati icraat materialları ardıcıl və bir-birini tamamlayan sübutlar kimi qiymətləndirildikdə müəyyən olunur ki, inzibati orqanın qanuni tələblərinə baxmayaraq zəruri məlumat və sənədlərin vaxtında, tam və düzgün şəkildə təqdim edilməməsi 539.3-cü maddənin dispozisiya şərtlərini yaratmışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, “xxxx” QSCnin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələblərini pozmuşdur. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şəxsin direktoru olduğu “xxxx” QSC barəsində tərtib edilmiş protokol üzrə Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3 (*- ***)-**/**** saylı qərarı ilə iş üzrə icraata xitam verilərkən, xxxx” QSC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) törətdiyi xəta üzrə hüquqi şəxsin hər hansı xeyri və ya onun maraqlarının olmaması müyyən olunmuş, qeyd olunan halla bağlı müvafiq sübutların təqdim edilməməsi əsası ilə iş üzrə icraata xitam verilmişdir. Lakin hazırki iş üzrə xxxx” QSC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) təqsiri iş materiallarında olan mötəbər sübutlarla tam şəkildə öz təsdiqini tapır. Şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. X9 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və X9 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: “xxxx” QSC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-425/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-425/2026
29.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver