Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 3(3-10)-426/2026 23.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmçinin onun müdafiəçiləri vəkil2 və vəkil1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Oğuz rayon X1 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətində inzibati həbs edilməsinə dair Oğuz Rayon Məhkəməsinin 21 iyul 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçiləri vəkil2 və vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin 21 iyul 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Emin Məmmədli) ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Oğuz rayon X1 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətində inzibati həbs edilməsi qərara alınmışdır. Oğuz Rayon Məhkəməsinin 21 iyul 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçiləri vəkil2 və vəkil1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçiləri vəkil2 və vəkil1 verdikləri apellyasiya şikayətlərində Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, həmçinin onun müdafiəçiləri vəkil2 və vəkil1 məhkəməyə ərizə təqdim edərək iş üzrə verilmiş apellyasiya şikayətlərindən imtina etdiklərini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdirlər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iş onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; IXM-in inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılmasını ehtiva edən 17-ci fəslində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən apellyasiya şikayətindən imtina edilməsinə dair norma nəzərdə tutulmadığından, yəni bu məsələ IXM ilə tənzimlənmədiyindən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair # ###### 2016-cı il tarixli qərarına istinad etməklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq normaları analogiya üzrə tətbiq edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında göstərilmişdir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Ona görə də Аzərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin 390.4-cü (Apellyasiya şikayətinin və ya apelyasiya protestinin geri götürülməsi, dəyişdirilməsi və onlara əlavə edilməsi) maddəsinə əsasən, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Аzərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin 396-cı (Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi) maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Işdən görünür ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, həmçinin onun müdafiəçiləri vəkil2 və vəkil1 məhkəməyə ərizə təqdim edərək iş üzrə verilmiş apellyasiya şikayətlərindən imtina etdiklərini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdirlər. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, həmin apellyasiya şikayətlərinə baxılmasına xitam verilməlidir. Qeyd olunаnlаrа əsаsən və IXM-in 131-133 və 136-cı mаddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, həmçinin onun müdafiəçiləri vəkil2 və vəkil1 apellyasiya şikayətlərindən imtinası qəbul edilsin və apellyasiya şikayətlərinə baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-426/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-10)-426/2026
23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver