Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-427/2026 03.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Ismayıllı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Nərmin Qoşqarova) ilə, ## ###### 1959-cu il tarixdə Ismayıllı rayonu Lahıc qəsəbəsində anadan olmuş, həmin qəsəbədə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, fərdi identifikasiya nömrəsi ******* Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Ismayıllı rayon Icra və Probasiya Şöbəsində tərtib olunmuş ## #### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Ismayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ismayıllı rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X1 izahat verərək bildirdi ki, Ismayıllı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, 2024-cü il tarixli icra vərəqəsinə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 117707 manat 30 qəpik alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Icra sənədinin icrası ilə əlaqədar borclunun pensiyasına yönəlmə edilmişdir. Hazırki günədək onun pensiyasından 1200 manat, müstəqil şəkildə isə 600 manat ödəniş olunmuşdur. Buna baxmayaraq borc məbləği çox olduğundan tələbkar tərəf həmin borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək göstərdi ki, mənim Əliyə borcum yoxdur. Məhkəmə iclaslarında vəkili iştirak etmişdir. Həmin pul evə görə olmuşdur. Əlinin istəyi odur ki, həm evi geri alsın, həm də pulu. Ev Əlinin öz qardaşındadır, Əli həmin evi qardaşından tələb etsin. Həmin pulu ödəməyəckdir. Iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu onun işçisi olmuşdur. Bir neçə il öncə Bakı şəhərindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğluna ev almışdır. Evin sənədləşməsi mümkün olmadığından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sənədləşməni apara bilməyəcəyini bildirərək, evin dəyərində olan pul məbləğini ona ödəməsini və evin ona qalmasını təklif etmişdir. O, həmin pulu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vermişdir. Buna baxmayaraq sonradan ev ona qaytarılmamışdır. Bu səbəbdən pul tələbi ilə bağlı iddia qaldırmış və iddiası təmin olunmuşdur. Hazırda həmin pulu tələb edir. Pulu ödəyə bilmədiyi halda evin geri qaytarılmasına razıdır. Qeyd etdikləri nəzərə alınmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş etmişdir. Iş üzrə yuxarı qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ismayıllı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində Ismayıllı Rayon Məhkəməsinin inzibati xəta haqqında *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil şikayətin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Ismayıllı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs Ismayıllı rayon Icra və Probasiya Şöbəsinin icra məmuru və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli və Ismayıllı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Ismayıllı Rayon Məhkəməsinin *(***)-**/**** saylı ## #### 2025-ci il tarixli qətnaməsi üzrə verilmiş, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dolların manata olan məzənnəsinə uyğun olaraq 117300 manat (69000 ABŞ dolları) pul və 407,30 manat ödənilmiş dövlət rüsumu məbləği cəmi 117707 (bir yüz on yeddi min yeddi yüz yeddi) manat 30 (otuz) qəpik tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Iş materiallarında olan “Elektron icra” informasiya sisteminin çıxarışından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşa görə 429 manat 92 qəpik pensiya alır. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, e******/****-**-**/** nömrəli inkasso sərəncamından görünür ki, Ismayıllı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli icra vərəqəsinin icrası üzrə 117707 manat pul tutulub tam ödənilənədək hər ay borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hesabından pul tutularaq müvafiq hesaba ödənilməsi qərara alınmışdır. Iş materiallarında olan Ismayıllı rayon Icra və Probasiya Şöbəsinin ## #### 2026-cı il tarixli arayışından görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra vərəqəsi üzrə 115907 (yüz on beş min doqquz yeddi) manat 30 qəpik məbləğində borcunun ödəməsi ilə əlaqədar icra məmuru tərəfindən verilmiş qanuni tələblərə əməl etməmiş və çağırışa gəlməmişdir. Inzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsinə əsаsən, məhkəmə və digər оrqаnlаrın qərаrlаrının icrаsı ilə əlаqədаr icrа məmurlarının qаnuni tələblərinin yerinə yetirilməməsinə və yа icrа məmuru tərəfindən müəyyən edilmiş müddətdə bоrclunu müəyyən hərəkətləri etməyə və yа müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icrа sənədinin üzrsüz səbəbdən icrа edilməməsinə görə inzibаti məsuliyyət yаrаnır. Konstitusiya Məhkəməsinin Plenumu “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” # ######## 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar). Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədini könüllü olaraq icra etməmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həqiqətən də məhkəmə aktının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla da Inzibati Xətaları Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətaları Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirildiyi üçün, ona birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq etmişdir. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə kifayət qədər sübut olunur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəlllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Inzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə görə Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, yaşını, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini, o cümlədən əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb qanuni və əsaslı olaarq onun barəsində Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehini təyin etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 134.1-ci maddəsində göstərilən qərarlardan birini, o cümlədən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil tapşırılmışdır. Müdafiəçi Vəkil tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 4 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərilən hüquqi yardıma görə müdafiəçi Vəkil 44 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ismayıllı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Müdafiəçi Vəkil əmək haqqı ödənilməsi üçün dövlət hesabına 44 manat vəsait Vəkil “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASCnin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-427/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-427/2026
03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver