Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-428/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X2, Şikayət verən şəxs “xxxx” X1 nümayəndələri Nümayəndə və X3 iştirakı ilə, “xxxx” X1 direktoru Ülfət Qurbanov barəsində X10 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərarın icrasına xitam verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Tural Hüseynli) ## ##### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı ilə, “xxxx” X1 direktoru Ülfət Qurbanov barəsində X10 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərarın icrasına xitam verilməsi müəyyən edilmişdir. işin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə “xxxx” X1 direktoru Ülfət Qurbanov Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin(bundan sonra-IXM) 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilmiş və həmin cərimə şərti olaraq tətbiq edilmişdir. Şikayət verən şəxs “xxxx” X1 nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək şikayətlə bağlı dəqiqləşdirmə vermiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırmışdır ki, Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin ## ###### 2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı məktubuna əsasən Inzibati cərimənin şərti tətbiq edilməsi barədə qərarın icra olunmuş sayılmasına baxmayaraq, elektron sistemdə cərimə protokolunun ləğv edilməməsi və sənədlərdə protokol nömrələrinin uyğunsuzluğu səbəbindən inzibati tənbehin qanunsuz hesab edir. Belə ki, X10 tərəfindən ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli qərarla barəmdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan qərara əsasən, işəgötürən olaraq törədilmiş hüquqpozmanın 30 (otuz) gün müddətində aradan qaldırılması, bu müddətdə nöqsanlar aradan qaldırıldığı təqdirdə isə inzibati cərimənin ödənilməməsi nəzərdə tutulmuşdur. Müvafiq qərar barədə ## ###### 2025-ci il tarixində müəssisəyə rəsmi məktub göndərilmişdir hüquqpozmanın 30 (otuz) gün müddətində aradan qaldırılması, bu müddətdə nöqsanlar aradan qaldırıldığı təqdirdə isə inzibati cərimənin ödənilməməsi nəzərdə tutulmuşdur. Müvafiq qərar barədə ## ###### 2025-ci il tarixdə müəssisəyə rəsmi məktub göndərilmişdir. Qərarda göstərilən müddət ərzində bütün qeyd olunan nöqsanlar tam şəkildə aradan qaldırılmış, bunu təsdiq edən aidiyyəti sənədlər X10 Xidmətinə təqdim edilmişdir. Buna baxmayaraq, elektron informasiya sistemində inzibati cərimə protokolu ləğv edilməmiş, cərimə qüvvədə saxlanılmışdır ki, bu da şərti cərimə qərarının mahiyyətinə və qanunun tələblərinə ziddir. Bundan əlavə, ciddi prosedur pozuntusu ondan ibarətdir ki: elektron sistemə əlavə edilmiş inzibati cərimə protokolunda 2340309 nömrəsi qeyd olunmuşdur; lakin müəssisəyə göndərilən rəsmi sənədlərdə və ## ###### 2025-ci il tarixli qərarda inzibati cərimə protokolunun nömrəsi MN 0020782 kimi göstərilmişdir. Bu hal inzibati icraat zamanı sənədlərin eyniliyinin və hüquqi müəyyənliyin pozulması, eləcə də hansı protokol əsasında məsuliyyətə cəlb edildiyinin müəyyən edilməməsi deməkdir. Bu halın aradan qaldırılması üçün Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinə X1 tərəfidən məktub ünvanlanmış, lakin cərimənin ləğv edilməsi barədə müraciət rədd edilmişdir. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 116.2 və 116.3 maddələrini tələblərinə uyğun olaraq qərar qəbul edildiyini və qeyd olunan müddətdə təsdiqedici sənədlərin təqdim edilmədiyi əsas gətirilmişdir. X7 Dövrüyyəsi (ESD) ## ###### 2025-ci il tarixdə, nöqsanların aradan qaldırılmasını təsdiq edən sənədlər qoşma olunmaqla göndərilsə də nəzərə alınmamışdır. Istinad olunan maddənin tələbləri tam olaraq yerinə yetirilmişdir. Azərbaycan Respublikasının "Inzibati icraat haqqında” Qanununa və Inzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, inzibati məsuliyyət yalnız aydın, dəqiq və ziddiyyətsiz sənədlər əsasında tətbiq edilə bilər. Protokol nömrələrinin uyğunsuzluğu inzibati tənbehin qanunsuz sayılması üçün müstəqil əsasdır. Cərimə haqqında məlumat onlara ##.##.2025-ci il tarixdə məlum olmuşdur. Inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində öz əksini tapır. Belə ki, 53.0. maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1, inzibati xəta hadisəsi olmadıqda; 53.0.2, inzibati xəta tərkibi olmadıqda; 53.0.3 şəxs son zərurət vəziyyətində hərəkət etdikdə və 53.0.6 bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; Odur ki, ərizənin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şikayət verən şəxs “xxxx” X1 nümayəndəsi X3 məhkəmə iclası zamanı şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X8 məhkəmə iclası zamanı bildirmişdir ki, onlar tərəfindən tərtib edilən inzibati tənbeh vermə haqqında qərar protokol qaydalarına uyğun olaraq tərtib edilmişdir. Hesab edir ki, tənbeh vermə haqqında qərar düzgün tərtib edilmişdir və ləğv edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismindıə dindirilmiş Nümayəndə izahatında göstərmişdir ki, 2005-ci ildə xxxxnda Hüquqşünas vəzifəsində çalışır. 2025-ci ildə isə ümumi şöbənin müdir müavini vəzifəsində təyin edilmişdir. 2025-ci ildə kadrlar şöbəsindən ona bildirmişlər ki, SIMA imza vasitəsi ilə bildiriş göndərilib, onu imzalamaq lazımdır. O da artım olacağını düşünərək bildirişi qəbul etmişdir. Sonra ona məlum olmuşdur ki, əmək haqqında azalma getmişdir. Onun əmək haqqısı 600 AZN-dən 540 AZN endirilmişdir. Azalmanın səbəbini bilmək üçün məlumat almış və ona demişlər ki, yeni ştat cədvəlinə əsasən müdir müavinin əmək haqqısı müdirin əmək haqqısına nisbətən 14-cü dərəcənin -20 faiz dərəcəsi ilə müəyyən edilmişdir. O bildirişi imzalamamasına baxmayaraq ay sonu onun əmək haqqısında azalma olmuşdur. Sonra o, buna əsəbləşərək maliyyə müdirinin verdiyi məlumata əsasən X10 Xidmətinə şikayət etmişdir. Avqust ayında ona məlum olmuşdur ki, işlədiyi müəssisəyə şərti cərimə təyin olunması ilə bağlı X10 Xidməti tərəfindən məktub daxil olmuşdur. Sonra o, müəssisənin cərimə olunmasını istəmədiyi üçün sima vasitəsi ilə olan bildirişi imzalamışdır. Bildirişi imzalamadığı iki ay ərizndə ona əmək haqqı ödənilmişdir. Ona rəhbərlik tərəfindən də xəbərdarlıq göndərilmişdir ki, əmək haqqı məbləğlərində dəyişklik olacaq. Hazırda onun heç bir şikayəti yoxdur. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Hüquq Idarəsi verdiyi apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilikdə hüquq pozuntusunun aradan qaldırılması yalnız inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda göstərilən cərimənin ödənilməsindən azad edilməni nəzərdə tutur. Qanunda müvafiq cərimənin ödənilməsindən azad edilmə imkanı məhz qərarda göstərilən müddətdə hüquq pozuntusunun aradan qaldırıldığı halda mümkün hesab edilmişdir. Eyni zamanda hüquq pozuntusunun aradan qaldırılması inzibati xəta tərkibinin mövcud olmaması kimi şərh edilə bilməz. Apellyasiya məhkəməsi iclası zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclası zamanı şikayət verən şəxs “xxxx” X1 nümayəndələri apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Eyni zamanda, onlar əlavə olaraq bildirdilər ki, məhkəmədən əsas xahişləri cərimənin icra yönəldilməsi ilə bağlı qərarın ləğvinin təmin olunması ilə əlaqədar olmuş, birinci instansiya məhkəməsi də, şikayətlərini doğru olaraq təmin etmişdir. hüquqi məsələlər: IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, direktor Qurbanov Ülfət Əhməd oğlu tərəfindən, təqdim edilən ##.##.2025-ci il **-*-**/*- ***/**** nömrəli məktuba və qoşma sənədlərə əsasən Nümayəndə Firidun qızının may-iyun ayları üzrə əmək haqqısı azaldılaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri pozulmuşdur. Iş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Mərkəzi Aran Regional Şöbəsinin rəisi X9 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, Qurbanov Ülfət Əhməd oğlu AR IXM-nin 192.4-cü maddəsinin törədilməsində təqsirli bilinərək barəsində təyin olunmuş 1000 manat məbləğində inzibati cərimə şərti tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Iş materiallarında olan X10 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən “xxxx” X1 ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** saylı məktubdan görünür ki, ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar üzrə 30 gün müddətində hüquqpozmanın aradan qaldırılması barədə xəbərdarlıq olunmuşdur. Iş materiallarında olan saylı X10 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən “xxxx” X1 ünvanlanmış Iş materiallarında olan ##.##.2025-ci il tarixli 3-17-5/2-72803/2025 məktubdan görünür ki, ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın icraya yönəldilməsi və X1 direktorundan həmin qərar üzrə təyin olunmuş 1000 manat cərimənin ödənilməsi tələb olunmuşdur. Iş materiallarında olan ##.##.2025-ci il tarixli şikayət ərizəsindən görünür ki, Nümayəndə ƏƏSMN yanında DƏMX-nin Mərkəzi Aran regional şöbəsinə müraciət edərək işlədiyi X1 direktoru tərəfindən onun pozulmuş əmək hüquqlarının bərpa olunmasının, yəni əmək haqqının əvvəlki səviyyədə saxlanılmasının təmin edilməsini xahiş etmişdir. Iş materiallarında olan “xxxx” X1 tərəfindən ƏƏSMN yanında DƏMX-nin Mərkəzi Aran Regional Şöbəsinə ünvanlanmış ## ###### 2025ci il tarixli, **-*-**/*-***/**** saylı məktubdan görünür ki, Nümayəndə 2025-ci ilin iyun-iyul ayları üzrə əskik ödənilmiş əmək haqqı ödənişinin yerinə yetirilməsi barədə məlumat verilmiş və ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərar üzrə inzibati cərimənin qüvvədən düşməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Məktuba ödəniş cədvəli əlavə olunmuşdur. Iş materiallarında olan “xxxx” X1 ümumi şöbənin müavini Nümayəndə 2025-ci ilin iyuniyul aylarında üzrə əmək haqqından çıxarışdan görünür ki, iyun 2025 və iyul 2025-ci illər üzrə aylıq cəmi 1108,24 manat təşkil etmişdir. Iş materiallarında olan Nümayəndə ünvanlanmış ## #### 2025-ci il tarixli ***-**/*-***/**** saylı bildirişdən görünür ki, “xxxx” X1 icraçı direktoru Vüqar Qurbanovun ##.##.2025-ci il tarixli **-*/*-*-***/**** nömrəli əmrinə əsasən Nümayəndə əmək haqqına ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixli ştat cədvəlinə uyğun olaraq dəyişiklik (14(-20%) dərəcə) ediləcəyi bildirilmişdir. Iş materiallarında olan ## ##### 2026-cı il tarixli ərizədən görünür ki, “xxxx” X1 şikayətlərinin xahiş etdim hissəsində dəyişiklik edərək, DƏMX-nin Mərkəzi Aran regional şöbəsinin ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi barədə qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ƏƏSMN yanında DƏMX-nin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən “xxxx” X1 direktoru barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmiş və həmin qərar ##.##.2025-ci il tarixdə icraya yönəldilmişdir. Lakin iş materiallarından görünür ki, inzibati orqan tərəfindən qəbul edilmiş qərardan şikayət verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 10 günlük müddət gözlənilmədən qərarın icraya yönəldilməsi təmin edilmişdir. Bu hal inzibati xəta haqqında iş üzrə icraatın prinsiplərinə, xüsusilə də şəxsin müdafiə və şikayət hüququnun təmin olunması tələblərinə zidd olmaqla, qəbul edilmiş qərarın icraya yönəldilməsi prosedurunun pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa, iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, X10 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərarı ilə “xxxx” X1 direktoru Ülfət Qurbanovun üzərinə 30 gün müddətinə həmin müəssisədə işləyən Nümayəndə münasibətdə əmək hüquq münasibətlərindən irəli gələn hüquqpozmanın aradan qaldırılması öhdəliyi qoyulmuşdur. Iş materialları ilə müəyyən edilir ki, qeyd olunan öhdəlik yerinə yetirilmiş, yəni Nümayəndə 2025ci ilin iyun-iyul ayları üzrə əmək haqqına edilmiş əskik ödəniş sonradan tam şəkildə ödənilmiş və bu barədə ## ###### 2025-ci il tarixdə inzibati orqana müvafiq məlumat verilmişdir. Bundan əlavə, müəyyən olunur ki, əmək haqqının azaldılması ilə bağlı göstəriş “xxxx” X1 icraçı direktorunun müvafiq əmrinə əsasən verilmişdir. Məhkəmə iclasında izahat verən Nümayəndə da bu halı təsdiq etmiş, ona əmək müqaviləsinə dəyişikliklə bağlı ## #### 2025-ci il tarixdə bildiriş təqdim edildiyini və sonradan əmək haqqına edilmiş əskik ödənişin bərpa olunduğunu bildirmişdir. Bununla belə, inzibati orqan tərəfindən hüquqpozmanın aradan qaldırılması faktı nəzərə alınmamış, habelə hüquqpozmanın aradan qaldırılmamış hesab edilməsinin səbəbləri barədə maraqlı şəxsə hər hansı əsaslandırılmış məlumat verilmədən qərar icraya yönəldilmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Hüquq Idarəsinin apellysiya şikayəti təmin oluna, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarı formal mülahizələrə əsasən ləğv oluna bilməz. Belə ki, IXM-in 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 205-1.1.2–205-1.1.4, 205-1.1.6, 205-1.2, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393- 1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3-540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasəm Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. Işə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Iş materiallarından da göründüyü kimi ƏSMN yanında DƏMX-nin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən “xxxx” X1 direktoru barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmiş və həmin qərar ##.##.2025-ci il tarixdə icraya yönəldilmişdir. Halbuki IXM-nin 116.2-ci maddəsinə ƏSMN yanında DƏMX-nin Mərkəzi Aran Regional Şöbəsi qərarı icraya yönəltmədən əvvəl yol verilmiş hüquq pozuntusunun aradan qaldırılması üçün müəyyən olunmuş 1 aylıq müddəti gözləməli idi. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. X17 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və X17 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-428/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-428/2026
05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver