Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-429/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi X1 Qərardan şikayət verən orqan (şəxs) barəsində Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə 1.000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilməsi haqqında ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş materiallarının baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməsinə dair Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis müavini Elmar Musayev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hаkim Cavid Camalzadə) ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi X1 Qərardan şikayət verən orqan (şəxs) barəsində Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə 1.000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilməsi haqqında ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş materiallarının baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməsi qərara alınmışdır. işin halları: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli, MN № ******* saylı qərarı ilə o, guya ## ### 2026-cı il tarixdə Ismayıllı rayonu, Gideyli kəndi yaxınlığında ov etmək qaydalarını kobud surətdə pozmaqda təqsirli bilinərək Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətçi qərarla razılaşmadığını bildirərək qeyd etmişdir ki, inzibati orqanın qərarında göstərilən hallar həqiqətə uyğun deyildir. Belə ki, hadisə qərarda göstərildiyi kimi ## ### 2026-cı il tarixdə deyil, ## #### 2026-cı il tarixdə baş vermişdir. O, həmin tarixdə Ismayıllı rayonu ərazisinə ov etmək məqsədilə deyil, novruz gülü yığmaq məqsədilə getmiş, avtomobili çayda batdığı üçün həmin ərazidə traktor gözləmişdir. Bu zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Rəşid Qəribli ona yaxınlaşaraq ov etdiyini iddia etmişdir. Şikayətçi bildirmişdir ki, avtomobilində qanuni əsaslarla saxladığı ov silahı olmuş, lakin üzərində və ya avtomobilində hər hansı patron, sursat, ovlanmış heyvan və ya quş olmamışdır. O, faktiki olaraq ov fəaliyyəti ilə məşğul olmamış, heç bir heyvan və ya quş ovlamamışdır. Polis əməkdaşları gələnədək silahını müvəqqəti olaraq müfəttişə təhvil vermiş, lakin sonradan polis əməkdaşları hadisə yerinə gəlməmiş, silah isə müfəttiş tərəfindən götürülərək aparılmışdır. Iş materiallarında onun ov etməsini və ya ov qaydalarını kobud şəkildə pozmasını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Belə ki, iş üzrə hər hansı ovlanmış heyvan və ya quş, istifadə olunmuş patron, giliz və ya digər maddi sübut aşkar edilməmişdir. Avtomobildə sənədli ov silahının olması isə öz-özlüyündə ov qaydalarının pozulması kimi qiymətləndirilə bilməz. Göstərilənləri nəzərə alaraq, şikayətçi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis müavini Elmar Musayev tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis müavini Elmar Musayev verdiyi apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin vəzifəli şəxsi tərəfindən ## #### 2026-cı il tarixdə qəbul edilmiş № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı hesab edilərək qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim olunmuş sübutları ayrı-ayrılıqda qiymətləndirmiş, lakin onların qarşılıqlı əlaqəsini, sübutların məcmusunu və inzibati icraatın ümumi məqsədini nəzərə almamışdır. Halbuki inzibati xətalar üzrə sübutlar birbiri ilə əlaqəli şəkildə qiymətləndirilməli və hadisənin bütöv mənzərəsi müəyyən edilməlidir. Bundan başqa, məhkəmə Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinin hüquqi məzmununu həddindən artıq dar təfsir etmiş, sanki həmin maddə üzrə məsuliyyət yalnız ovlanmış heyvanın aşkar edilməsi halında yarana bilərmiş kimi hüquqi nəticəyə gəlmişdir. Belə yanaşma isə maddənin məqsədinə, ov münasibətlərini tənzimləyən qanunvericiliyin mahiyyətinə və inzibati məsuliyyət institutunun preventiv xarakterinə uyğun deyildir. Qanunvericiliyin məqsədi yalnız qanunsuz ov nəticəsində əldə edilmiş heyvanın aşkar edilməsini deyil, həm də qanunsuz ov cəhdlərinin, ov qaydalarının pozulmasının və bioloji müxtəlifliyə təhlükə yaradan hərəkətlərin qarşısının alınmasını təmin etməkdir. Birinci instansiya məhkəməsi isə bu hüquqi məqsədi nəzərə almadan iş üzrə natamam və əsassız nəticəyə gəlmişdir. Beləliklə, Göyçay Rayon Məhkəməsinin qərarı həm maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, həm də sübutların natamam və qeyri-obyektiv qiymətləndirilməsi səbəbindən qanuni və əsaslı hesab edilə bilməz və apellyasiya qaydasında ləğv edilməlidir. Apellyasiya məhkəməsi iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmişlər. Inzibati Xətalar Məcəlləsi 133.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəməsi işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Inzibati Xətalar Məcəlləsi 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.1-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apelyasiya instansiyası məhkəməsinə verilir. Inzibati Xətalar Məcəlləsi 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis müavini Elmar Musayev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, öyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi X1 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ## ### 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən Qərardan şikayət verən orqan (şəxs) (şəxsiyyət vəsiqəsi: AZE № ********, FIN: *******) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılmışdır. Həmin qərarla Qərardan şikayət verən orqan (şəxs) Ismayıllı rayonu, Gideyli kəndi yaxınlığında ov etmək qaydalarını kobud surətdə pozmaqda təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 272- 1-ci maddəsi ilə 1.000 (bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Inzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri həmin Məcəllənin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim, orqan və ya vəzifəli şəxs tərəfindən qəbul edilməsi həmin qərarın ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 272-1-ci maddəsinə əsasən bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, sonradan isə həmin materiallar əsasında inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis əvəzi tərəfindən qəbul edilmişdir. Lakin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin imperativ tələbinə əsasən, bu Məcəllənin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması səlahiyyəti müstəsna olaraq rayon (şəhər) məhkəmələrinə aid edilmişdir. Qanunverici həmin kateqoriyadan olan işlər üzrə icraatın aparılması və yekun qərarın qəbul edilməsi səlahiyyətini qəti olaraq inzibati orqanların səlahiyyət dairəsindən çıxarmışdır. Buna baxmayaraq, hazırkı iş üzrə inzibati xəta haqqında materiallara səlahiyyətli məhkəmə tərəfindən deyil, qanunsuz olaraq inzibati orqan (vəzifəli şəxs) tərəfindən baxılmış və yekun tənbeh qərarı formalaşdırılmışdır. Bundan başqa, Inzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilə bilər. Həmin Məcəllənin 272-1-ci maddəsinin sanksiyasında isə xətanın obyekti olmuş predmetlərin müsadirə edilməsi imkanı birbaşa nəzərdə tutulduğundan, qanunverici bu növ işlərin məhz məhkəmə nəzarəti qaydasında, hakim tərəfindən araşdırılmasını tələb edir. Eyni zamanda, fiziki şəxsə verilmiş xüsusi hüququn (ov hüququnun) məhdudlaşdırılması da Inzibati Xətalar Məcəlləsinin 27.2-ci maddəsinin tələbinə görə müstəsna olaraq hakimin səlahiyyətinə aid olan tənbeh növüdür. Maddənin sanksiyasında bu tənbeh növünün də yer alması, işin subyektiv aidiyyət baxımından yalnız məhkəməyə məxsus olduğunu bir daha təsdiq edir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ## #### 2026-cı il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş materiallarının baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməsi əsasları mübahisələndirilən qərarda ətraflı şərh olunmasına baxmayaraq, inzibati orqan apellyasiya şikayətini işlə heç bir bağlılığı olmayan dəlillərlə əsaslandırmış, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəni təkzib edə biləcək hər hansı dəlilə istinad etməmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsi verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyə lüzum görmür. Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis müavini Elmar Musayev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, inzibati xəta haqqında iş üzrə Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəis müavini Elmar Musayev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Inzibati xəta haqqında iş üzrə Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-429/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-429/2026
05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver