Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-430/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X3 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə 2000 manat cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cıl tarixli MN ******* saylı qərarın ləğv edilməsinə dair Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim Ibrahim Fəttahov) Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə 2000 manat cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cıl tarixli MN ******* saylı qərarın ləğv edilməsi qərara alınmışdır. işin halları: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv olunmasını və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) ərizəsini belə əsaslandırmışdır ki, tərəfindən Göyçay rayonu Çayarxı kəndi ərazisində yerləşən sahədə ağac və kolların kəsilməsi faktı müəyyən edilmiş və bu hal meşə fonduna daxil olmayan ərazilərdə ağacların qanunsuz kəsilməsi kimi qiymətləndirilmişdir. Lakin iş materiallarında olan və qərarın qəbul edilməsi zamanı nəzərə alınmalı olan əsas sübutlardan biri-daşınmaz əmlakın dövlət reyestrindən çıxarış açıq şəkildə təsdiq edir ki, həmin torpaq sahəsi və onun üzərində yerləşən əmlak xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur, mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır və adına rəsmiləşdirilmişdir. Inzibati orqan tərəfindən qəbul edilmiş qərar maddi hüquq normasının düzgün tətbiq edilməməsi nəticəsində qəbul olunmuşdur. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ümumi qaydada meşə fonduna daxil olmayan ərazilərdə ağac və kolların qanunsuz kəsilməsinə görə məsuliyyət nəzərdə tutur. Lakin həmin maddənin “Qeyd” hissəsində qanunverici açıq və birmənalı şəkildə göstərmişdir ki, bu maddənin qüvvəsi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət əkinlərə şamil edilmir. Bu norma istisna xarakterli olmaqla birbaşa tətbiq edilməli və hüquqi qiymətləndirmə zamanı mütləq nəzərə alınmalı idi. Torpaq sahəsinin xüsusi mülkiyyətdə olması rəsmi çıxarışla sübuta yetirildiyi halda, həmin ərazidə yerləşən ağac və kolların kəsilməsi Inzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinin tətbiq dairəsindən kənarda qalır. Başqa sözlə, bu halda ümumiyyətlə inzibati xəta tərkibi mövcud deyil. Çünki qanunverici bu cür halları inzibati məsuliyyət predmetindən açıq şəkildə çıxarmışdır. Inzibati orqan isə maddənin yalnız dispozisiyasını tətbiq etmiş, lakin həmin maddənin ayrılmaz tərkib hissəsi olan qeyd hissəsini nəzərə almamışdır ki, bu da maddi hüquq normasının kobud və açıqaşkar pozulmasıdır. Bundan əlavə, mülkiyyət hüququnun mahiyyəti ondan ibarətdir ki, mülkiyyətçi öz əmlakına sahiblik, istifadə və sərəncam vermək hüquqlarını sərbəst həyata keçirir. Torpaq sahəsi üzərində yerləşən yaşıllıqlar da həmin əmlakın tərkib hissəsi kimi mülkiyyətçinin sərəncam hüququna daxildir. Bu hüquq yalnız qanunla və açıq şəkildə nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Mövcud halda isə belə bir məhdudiyyət qanunvericilikdə nəzərdə tutulmamışdır. Əksinə, Inzibati Xətalar Məcəlləsinin qeyd hissəsi ilə bu sahədə dövlət müdaxiləsinin yolverilməzliyi bir daha təsdiq edilmişdir. Inzibati orqan tərəfindən işə baxılarkən işin faktiki halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, ərazinin hüquqi statusu düzgün müəyyən edilməmiş, mülkiyyət hüququnun mövcudluğu və onun hüquqi nəticələri nəzərə alınmamış, nəticədə isə hüquqi əsası olmayan qərar qəbul edilmişdir. Bu isə Inzibati Xətalar Məcəlləsinin ümumi prinsiplərinə, xüsusilə də qanunçuluq və əsaslılıq tələblərinə ziddir. Buna görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X2 tərəfindən ##.##.2026-cı il tarixdə MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 qərarı müdafiə edərək şikayətin rədd edilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən apellyasiya şikayəti vermişdir. apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi verdiyi apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi, vətəndaşın şikayətinin təmin olunmaması və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərarında əncir, tut və böyürtkənin kənd təsərrüfatı məsullarının istehsalında istifadə olunan bitkilər olmasına istinad edərək həmin bitkilərin “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun və IXM-nin 253.2-ci maddəsinin tətbiq dairəsinə aid olmadığı qənaətinə gəlmişdir. Məhkəmənin bu nəticəsi işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, məhv edilmiş yaşıllıqlar kənd təsərrüfatı təyinatlı əkin sahəsində, meyvə bağında və ya kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunan torpaq sahəsində deyil, Qərardan şikayət verən orqan (şəxs) məxsus qeyriyaşayış obyektinin ərazisində yerləşmişdir. Məhkəmə yalnız bitkilərin növünə əsaslanmış, lakin onların yerləşdiyi torpaq sahəsinin hüquqi statusunu, təyinatını və faktiki istifadə vəziyyətini araşdırmamışdır. Apellyasiya instansiya məhkəməsi iclası zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı iclasda iştirak edə bilmədiyini, məhkəmə iclasının onsuz keçirilməsini xahiş etmiş, məhkəmə hazırki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli aktdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Göyçay rayonu Cəyirli kəndində 02 ədəd əncir, 01 ədəd tut və 05 ədəd böyürtkən kolları kəsilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) özünə məxsus olan Göyçay rayonu Cəyirli kəndində yerləşən qeyri-yaşayış binasının içərisində oğlu əncir, tut və böyürtkən kollarını kəsərək məhv etməsişdir. Buna görə də onun barəsində IXM-nin 253.2ci maddəsi inzibati xəta haqqında protokol tərtib edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış ##.##.2026-cı tarixli bildirişdən görünür ki, IXM-nin 253.2ci maddəsi tərtib edilmiş materialların baxılması ##.##.2026-cı il tarixə saat 11:30-a təyin edilmişdir. Iş materiallarında olan hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2022-ci il tarixdə 2722001217 nömrə ilə qeydiyyata alınmış çıxarışdan görünür ki, Göyçay Rayonu Cəyirli kəndində 0.0341 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası Qərardan şikayət verən orqan (şəxs) xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rəbitə müdafiə və digər təyinatlı torpaqlar kimi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kəsilən bitkilər əncir, tut ağacları və böyürtkən kollarıdır. Həmin bitkilərin kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilər olduğu normativ hüquqi aktlarla öz təsdiqini tapır. Bundan əlavə Qərardan şikayət verən orqan (şəxs) Göyçay rayonu Cəyirli kəndi ərazisindəki sahə onun xüsusi mülkiyyətindədir. IXM-nin 253-cü maddəsinin Qeydinin istisnasına görə xüsusi mülkiyyətdəki həyətyanı və bağ sahələrindəki yaşıllıqlara IXM-nin 253-cü maddənin qüvvəsi şamil edilmir. Həmçinin IXM-nin 253.2-ci maddəsinin dispozisiyasmda "qanunsuz kəsmə" ifadəsi yer alır. Kəsilən bitkilər IXM-nin 253-cü maddəsinin tətbiq dairəsindən kənarda olduğundan bu bitkilərin kəsilməsi qanunsuz sayıla bilməz. Beləliklə inzibati xətanın məcburi elementi olan qanunsuzluq elementi bu işdə mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən məhkəmə araşdırmasına səthi yanaşmışdır. Belə ki, IXM-nin 253-cü maddəsinin “Qeyd” hissəsi ilə Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsi mahiyyət etibarı ilə eyni məzmunlu olduğundan apellyasiya instansiya məhkəməsi hesab edir ki, işə mahiyyəti üzrə qiymət verilərkən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin ## ###### 2022-ci il nömrəli qərarında əks olunmuş mövqe rəhbər tutulmalı idi. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti yaradır. Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “kənd təsərrüfatı bitkiləri” anlayışı qanunvericilikdə müəyyən edilməsə də, nəzəriyyədə kənd təsərrüfatı bitkiləri əsasən ərzaq məhsulları, texniki xammal və heyvandarlıq üçün yem əldə etmək məqsədi ilə becərilən mədəni bitkilər kimi qəbul olunur. Mədəni bitkilər isə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən, insan tərəfindən ərzaq məhsulları, sənaye üçün xammal, yem, dərman, bəzək (dekorativ) məqsədi ilə becərilən bitki növləri, sort və formalarıdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın * nömrəli əlavəsində kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin siyahısı müəyyən edilmiş və bu siyahıya buğda, çəltik, arpa, pambıq, eləcə də üzüm, çay və s. kimi çoxillik əkmələr aid edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi əsası kimi qeyd etdiyi kəsilən bitkilərin kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilər olması əsası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilmiş mövqeyi ilə təkzib olunur. Birinci instansiya məhkəməsinin qərarında icraata xitam verilməsi əsası kimi qeyd olunmuş yaşayış məntəqələrinin torpaqlarındakı digər yaşıllıqların, habelə xüsusi mülkiyyətdə olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi) məsələsinə münasibətdə Konstitusiya Məhkəməsinin Plenumun yuxarıda istinad edilmiş qərarında qeyd olunmuşdur ki, Meşə Məcəlləsinin 12-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən yaşıllıqlar, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir. Göstərilən yaşıllıqlar üzərində sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikası meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir. Respublika ərazisindəki yaşıllıqların (meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ###### tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Qaydanın 2.2-ci bəndində yaşıllıqların götürülməsinin yol verildiyi hallar müəyyən edilmişdir. Həmin Qaydanın 2.4-cü bəndinə görə, fiziki və hüquqi şəxslər bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur (“Yaşıllıqların götürülməsi Qaydası”nın 2.7-ci bəndi). Qaydanın 3.1 və 3.2-ci bəndlərinə görə isə bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir. Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda da istinad olunmuş qərarının nəticə hissəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər. Iş materiallarında olan hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2022-ci il tarixdə 2722001217 nömrə ilə qeydiyyata alınmış çıxarışdan da göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rəbitə, müdafiə və digər təyinatlı torpaqlar kimi müəyyən olunmuşdur. Qeyd olunanlar isə Qərardan şikayət verən orqan (şəxs) mülkiyyətində olankateqoriyası sənaye, nəqliyyat, rəbitə müdafiə və digər təyinatlı torpaq sahəsində ağacların götürülməsi üçün müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarının zəruri olduğunu təsdiq edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsində qeyd olunmuş dəlillər iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə kifayət qədər sübut olunur Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə 2000 manat cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cıl tarixli MN ******* saylı qərarnın ləğv edilməsi üzrə şikayəti əsassız olduğundan təmin edilməməlidir. Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan məhkəmə bu Məcəllənin 135.1.2- 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edə bilər. Inzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.2-ci maddəsinə görə, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respubikası Inzibati Xətalar Məcəlləsinın 133- 137-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cıl tarixli MN ******* saylı qərarından verilmiş şikayət təmin edilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-430/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-430/2026
05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver