Məhkəmə qərarları › İş №3(3-10)-431/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-431/2026

05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-431/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (hakim Ilqam Həsənquliyev) ## ### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməsi müəyyən edilmişdir. işin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin baş müfəttişi X2 tərəfindən tərtib edilmiş, ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında X1 müraciətinin araşdırılması zamanı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci hissəsinə əsasən işə götürənə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməsi barədə ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub göndərilmişdir. Lakin tələb olunan məlumatlar təqdim edilməmişdir. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsi iclasında X4 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, vətəndaş X1 müraciətinin araşdırılması zamanı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci hissəsinə əsasən işə götürənə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməsi barədə ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub göndərilmişdir. Lakin tələb olunan məlumatlar təqdim edilməmişdir. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Əlavə olaraq birldirir ki, məhkəmə gedişində sözügedən sənədlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən təqdim edildiyi üçün onun barəsində tədbir görülüb-görülməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxırıq. Birinci instansiya məhkəməsi iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, rəhbəri olduğu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb olmuş sənədləri vaxtında X4 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə təqdim etməmişdirlər. Ancaq hal-hazırda həmin sənədləri təqdim edir. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi verdiyi apellyasiya şikayətində Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin Mərkəzi Aran regional şöbəsi tərəfindən “xxxx” MMC barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında “xxxx” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı da nümayəndə tərəfindən sənədlərin təqdim edilmədiyi etiraf edilmiş, məhkəmə qərarında öz əksini tapmışdır. Lakin məhkəmə tərəfindən nümayəndənin sənədləri məhkəmə zalında məhkəməyə təqdim etməsi əsas gətirilərək inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir. Məhkəmə tərəfindən qanunvericilik normaları düzgün tətbiq edilməmiş və işin halları obyektiv dəyərləndirilməmişdir. Belə ki, müvafiq sənədlər inzibati orqana araşdırma üçün zəruri olduğu halda sənədlərin məhkəməyə təqdim edilməsinin heç bir əhəmiyyəti yoxdur. Müvafiq sənədlər inzibati orqana təqdim edilməlidir. Bununla yanaşı müvafiq maddədə nəzərdə tutulan inzibati xəta sənədlərin tam, vaxtında təqdim edilməməsi ilə artıq törədilmişdir. Bundan sonrakı mərhələdə pozuntunun aradan qaldırılması (məhkəməyə təqdim edilməsi yox, inzibati orqana təqdim edilməsi ilə) məsələsinə baxarkən məhkəmə inzibati məsuliyyətdən azad etmə institutu çərçivəsində dəyərləndirməlidir. Yəni inzibati xəta tərkibi var, lakin hüquq pozuntusunun aradan qaldırılması halında inzibati məsuliyyətdən azad edilmə əsası müəyyən edilibmi bu aydınlaşdırılmalı idi. Məhkəmə iclasının vaxt və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin səlahiyyətli nümayəndəsi (direktoru) tərəfindən onların məsuliyyətə cəlb olunmasına səbəb olmuş hal, yəni X4 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən onlardan tələb olunan sənədlər Regional Şöbəyə təqdim edilməsədə halhazırda onun tərəfindən sənədlər məhkəməyə təqdim edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC məhkəmə prosesi vaxtı X4 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə təqdim edilməli olan sənədləri məhkəmə zalında təqdim etdiyindən Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC X4 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən ## ###### 2026-cı il tarixli məktubla tələb olunmuş sənədlər qeyd olunan məktub təqdim olunandan 7 iş günü ərzində çatdırılmalı idi. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən həmin sənədlər inzibati orqan tərəfindən müyyən olunmuş müddət ərzində təqdim olunmamış, hərəkətsizliklə ifadə olunan inzibati xəta sənədlərin təqdim olunması üçün müəyyən olunmuş müddət bitdikdən sonra başa çatmışdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iş üzrə inzibati xəta tərkibinin mövcuddur, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib olunması əsas olan pozuntular aradan qaldırılmışdır. Belə ki, IXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. IXM-in 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 205-1.1.2–205-1.1.4, 205-1.1.6, 205-1.2, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393- 1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3-540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasəm Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. Işə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı baxılmış apellyasiya şikayətinə münasibətdə ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti IXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilməli, IXM-in 116.1-ci maddəsinə əsasən təyin olunmuş cərimə şərti tətbiq edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən MN ******* nömrəli protokolla müəyyən olunmuş pozuntular aradan qaldırıldığından inzibati cərimə ödənilməsi üçün icraya yönəldilməməlidir. Göstərilənlərə əsasən və X9 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı baxılmış apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti IXMnin 539.3-cü maddəsi ilə nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilsin. IXM-in 116.1-ci maddəsinə əsasən təyin olunmuş cərimə şərti tətbiq edilsin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən MN ******* nömrəli protokolla müəyyən olunmuş pozuntular aradan qaldırıldığından inzibati cərimə ödənilməsi üçün icraya yönəldilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar