Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-434/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Güləndam Quliyeva) ilə, ##.##.1979-cu il tarixdə Zərdab rayon Məlikli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Zərdab rayon Məlikli kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, * nömrəli yarımtikili bağçada yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 200 (iki yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. işin halları: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mingəçevir şəhəri * saylı yarımçıq bağçada ##.##.2026-cı il tarixdə icra tədbiri keçirilən zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs süni maneələr yaradaraq polisin iş rejimi fəaliyyətini pozmuş və qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsinin iclasında Mingəçevir Şəhər Polis X11 Bölməsinin sahə rəisi, R X1 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 16:30 radələrində Mingəçevir şəhər Kür kursunun qarşısında xidmətdə olan PPX əməkdaşlarının və onların xidməti avtomobillərinin foto şəklini çəkmiş və onlara qarşı nalayiq ifadələr işlətmişdir. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz qanunazidd əməllərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən mübahisə olunan yerlə bağlı müvəqqəti yaşadığı müddətcə istifadə edə biləcəyi qərara alınmışdır. Sözügedən mübahisəli obyekt Qaçqınkomun balansında deyil. ##.##.2026-cı il tarixdə saat 16:30 radələrində işdə olan zaman arvadı Baxtilə ona zəng edib polis şöbəsinə getməli olduğunu bildirərək çağırmışdır. Həmin yerə çatdıqda polis əməkdaşlarının arvadını əhatəyə aldıqlarını görmüşdür. Polis əməkdaşı onlara şöbəyə getməli olduğunu bildirmişdir. Polisin xidməti avtomobili ilə yox, taksi ilə getmək istədiyini bildirmişdir. Polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. Protokolun heç bir hüquqi əsası yoxdur. Barəsində tərtib olunmuş inzibati protokolun təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Mingəçevir Şəhər Polis X11 Bölməsinin sahə rəisi, R X2 şahid qismində izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər Nümayəndəliyinin Protokolu tərtib edən orqan-yə ünvanlandığı məktubla bağlı ##.##.2026-cı il tarixdə Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən * saylı yarımtikili bağçada keçirilmiş icra tədbirində iştirak etmişlər. Məktubda adları qeyd olunan şəxslər birgəyaşayış qaydalarına riayət etmədiklərindən aralarında mübahisəli vəziyyət vardır. Qaçqınkom birgəyaşayış qaydalarına uyğun şərait yaratmağa çalışsa da, Baxtilə xanım və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər dəfəsində icra tədbirindən sonra qərəzli mövqe göstərərək sökülmüş konstruksion quruluşu yenidən bərpa etmişdir. Bununla bağlı ona dəfələrlə izah verilməsinə baxmayaraq, o polis əməkdaşlarının digər qurumun işçilərinə şərait yaratdığı üçün onlardan narazılığını bildirmişdir.##.##.2026-cı il tarixdə də keçirilmiş icra tədbirindən sonra yenidən Baxtilə xanım mübahisəsi gedən çəpəri bağlamış və bunun nəticəsində Sabirə Mahmudova DIN-nin 102 xidmətinə müraciət etmişdir. Həmin icra tədbirində ictimai asayişi qorumaq üçün cəlb olunmuşlar. Icra tədbiri bitəndən sonra Baxtilə xanım həmçinin polis əməkdaşlarının qarşısını kəsib mübahisəli vəziyyət yaratmışdır. Onu polis şöbəsinə dəvət etdikdə isə əri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mobil telefon vasitəsilə zəng edərək çağırmış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs da əraziyə gəldikdən sonra birlikdə əsassız öz etirazlarını bildirərək polisin iş rejimini pozmuşdurlar. Eyni zamanda hər ikisi polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Iş üzrə yuxarı qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan tərəflər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının IXM-in 535.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər Nümayəndəliyinin ##.##.2026-cı il tarixli *** nömrəli məktubunun surətindən görünür ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən * saylı tikilisi yarımçıq qalmış bağçada məskunlaşan Ağdam rayon sakini X3 ilə Kəlbəcər rayon sakini X4 arasında münaqişəyə səbəb olan çəpərin sökülərək hər iki tərəfin ədalətli şəkildə həyətdən istifadə etmələri üçün şərait yaratmışlar, lakin Baxtilə həmin çəpəri sökərək Sabirənin pəncərəsinin qarşısını bağlamış, nəticədə vətəndaş Sabirə Mahmudova həyətdən istifadə etmək imkanı məhdudlaşdırılmışdır. Bu olanlara müvafiq tədbir görülməsi Protokolu tərtib edən orqan-dən xahiş olunmuşdur. Iş materiallarında olan ##.##.2025-ci il tarixli raportun surətindən görünür ki, X4 ŞPŞ-nin sahə rəisi Cəlal Cavadov və bir neçə əməkdaşın onun evinin sökülməsində iştirak etməsi və kobud rəftar etməsi barədə Daxili Işlər Nazirliyinin 102 zəng xidmətinə müraciət etmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli raportun surətindən görünür ki, X4 ##.##.2026-cı il tarixdə Səbirə adlı qonşusunun ona məxsus həyət sahəsində qapı açması və ona məxsus əşyalara zərər vurmasını bildirərək ünvanına yaxınlaşan Qocayev və Əhmədov adlı polis serjantlarının Səbirə adlı qadının göstərişi ilə ünvanına basqın etməsinə narazı olması barədə Daxili Işlər Nazirliyinin 102 zəng xidmətinə müraciət etmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli raportun surətindən görünür ki, X4 ##.##.2026-cı il tarixdə Səbirə adlı qonşusunun ona məxsus həyət sahəsində qapı açması və ona məxsus əşyalara zərər vurmasını bildirərək ünvanına yaxınlaşan Qocayev və Əhmədov adlı polis serjantlarının Səbirə adlı qadının göstərişi ilə ünvanına basqın etməsinə narazı olması barədə Daxili Işlər Nazirliyinin 102 zəng xidmətinə müraciət etmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli raportun surətindən görünür ki, X4 Icra hakimiyyəti, Qaçqınkom işçiləri tərəfindən evinin sökülərək əşyalarının avtomobillərlə aparılması barədə Daxili Işlər Nazirliyinin 102 zəng xidmətinə müraciət etmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli raportun surətindən görünür ki, X3 qonşusu Vəsilənin onun qapısını bağlamasına, mismarlamasına narazı olması barədə Daxili Işlər Nazirliyinin 102 zəng xidmətinə müraciət etmişdir Iş materiallarında olan ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mingəçevir Şəhər Polis Şöbəsində izahatı alınmışdır. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunununun 3-cü maddəsinə əsasən Polis təyinatı və əsas vəzifələri Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmin qanunun 7-ci maddəsinə əsasən Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq IXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəlllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, yaşını, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini, o cümlədən əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb qanuni və əsaslı olaarq onun barəsində Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehini təyin etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2026-cı il tarixli, 3(5-146)-804/2026 nörməli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 134.1-ci maddəsində göstərilən qərarlardan birini, o cümlədən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-434/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-434/2026
05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver