Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-435/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti X1 Yanğın Nəzarət Idarəsinin X4 şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 1000 (bir min) manat məbləğində inzibati cərimə ediməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Elza Cəbrayılzadə) ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 1000 (bir min) manat məbləğində inzibati cərimə ediməsi qərara alınmışdır. işin halları: Mingəçevir Şəhər Məhkəməsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti X1 Yanğın Nəzarət Idarəsinin X4 şöbəsindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Inzibati xəta haqqında protokola əsasən ##.##.2026-cı il tarixdə ünvan 1 ünvanında yerləşən “Gürcü xingəli” kafesində keçirilən planlı YTM zamanı sahibkar tərəfindən yoxlamanın keçirilməsinə şərait yaradılmamışdır. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Birinci instansiya məhkəməsi iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti X1 Yanğın Nəzarət Idarəsinin X4 şöbəsinin inspektoru Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, ## ### 2026-cı il tarixdə obyektə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin çıxarışına əsasən planlı yanğın-texniki müayinəsi həyata keçirildi. 20 gün əvvəldən, yəni ## ### 2026cı ildən yoxlamanın keçirilməsi haqqında qərarın surəti vətəndaşa poçt vasitəsi ilə göndərilmişdir. Məhkəməyə təqdim etdikləri inzibati iş materiallarında da həmin poçtun qəbzi var. Yoxlama zamanı həmin ünvanda olduqda, vətəndaş yoxlama yerinə gəlmədi, telefon vasitəsi ilə əlaqə saxlanıldı ki, yoxlama yerində iştirak etsin. Lakin yenə də iştirak etməkdən yayındı. Vətəndaş özü yoxlamada iştirak etmirsə, şəxsiyyət vəsiqəsi və digər lazımi sənədləri təqdim etmirsə, özü olmadan onların maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edə bilmirlər. Onlar da ona uyğun olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən inzibati qaydada protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişlər. Bundan əlavə olaraq, vətəndaşa tərtib olunmuş protokolun surəti və nəticələri barədə qərar poçt vasitəsi ilə göndərilmişdir. Həmin poçtla göndərilməyə dair qaimə də iş materiallarındadır. Bir sözlə, vətəndaş tərəfindən yanğın təhlükəsizliyinin yoxlanılmasına şərait yaradılmır. Hər hansı hadisə baş verərsə, onlar özləri də vaxtında yoxlama keçirilmədiyi üçün prokurorluq orqanı qarşısında cavab verməli olacaqlar. Bunun üçün də yoxlama keçirilməli və yanğına qarşı nöqsanlar aradan qaldırılmalıdır. Yoxlamaları risk qrupundan asılı olaraq ildə bir dəfə və ya iki dəfə, yaxud iki ildə bir dəfə keçirirlər. Həmin obyektə sonuncu dəfə 2 il öncə yoxlama keçirilmişdir. Aşağı risk qruplu obyekt olduğu üçün 2 il öncə keçirilmiş yoxlama zamanı o iştirak etməmişdir. 2 il öncə keçirilən yoxlamada da nöqsanlara dair protokol tərtib olunmuşdur. Vətəndaşla əlaqə saxladıqda obyektin orada olduğunu keçib yoxlamaqlarını istədi, ancaq məsul şəxs olmadan, şəxsiyyət vəsiqəsini təqdim etmədən yoxlama keçirə bilmirlər. Obyekt ünvan 1 ünvanında yerləşir. Odur ki, inzibati xəta haqqında protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, protokolu tərtib edən orqan bunu sübut etsin ki, həqiqətən də orada yoxlama aparılması üçün tərəflərindən şərait yaradılmamışdır. Belə bir şey olmamışdır. Əgər olsa idi təbii ki, buna şərait yaradardı. Lakin anlamadığı budur ki, Fövqəladə Hallar Nazirliyi X4 Xidməti X1 Yanğın Nəzarət Idarəsinin nümayəndələrinə belə bir maneəni kim yaradıb. onun bundan xəbərim yoxdur. Həmin kafenin sahibi özüdür. Belə bir halda baş verməmişdir. Onların bu anlaşılmaz hərəkətləri nəticəsində ona sahibkar kimi maddi ziyan dəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti X1 Yanğın Nəzarət Idarəsinin X4 şöbəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan # ### 2026-cı il tarixli planlı (növbəti) yoxlamanın aparılması haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən “Gürcü xingəli” kafesində planlı yoxlama aparılması qərara alınmışdır. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə ünvan 1 ünvanında yerləşən “Gürcü xingəli” kafesində keçirilən planlı YTM zamanı sahibkar tərəfindən yoxlamanın keçirilməsinə şərait yaradılmamışdır. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Iş materiallarında olan # #### 2026-cı il tarixli yoxlama materiallarına baxılmasının nəticələri üzrə qərardan görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 33.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar qəbul edilmişdir. Iş materiallarında olan ## ### 2026-cı il tarixli yanğın-texniki müayinə aktından görünür ki, obyektdə planlı yanğın-texniki müayinə keçirən zaman sahibkar tərəfindən yoxlamanın keçirilməsinə şərait yaradılmamışdır. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh vermə məhkəmə orqanının səlahiyyəti olduğundan aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında iş materialında olan sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Apellyasiya şikayətinin xəstəliklə bağlı dəlilinə qiymət verən məhkəmə onu da qeyd edir ki, şəxsin iş materiallarına əlavə etdiyi tibbi sənədlər yoxlamanın keçiriləcəyi ##.##.2026-cı il tarixdə şəxsin tibb müəssisəsində olmasını təsdiq etmir. Belə ki, qeyd olunan sənədlərdən görünür ki, şəxs ##.##.2026-cı il tarixdə və ##.##.2026-cı il tarixdə tibb müəssisəsində olmuşdur. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mülahizə xarakterli dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarının dəyişdirilməsi üçün əsas deyil. Belə ki, AR IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. AR IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. X8 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və X8 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-435/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-435/2026
05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver