Məhkəmə qərarları › İş №3(3-10)-437/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-437/2026

05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-437/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X2 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə) göndərilməsinə dair Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-164)-173/2026 saylı qərarı ilə (hakim Xəyal Bədəlov) Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə) göndərilməsi qərara alınmışdır. işin halları: Məhkəməyə daxil olmuş şikayətdə və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Ucar şəhəri, H.Əliyev prospekti ünvanında ** saylı ictimai binanın həyətyanı sahəsində məişət tullantılarını yandırmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X1 ## ### 2026cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) yuxarıda qeyd edilən qərardan məhkəməyə şikayət edərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Qərarından şikayət verilən orqan tərəfindən barəsində qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli qərarla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərar qanunsuz, əsassız və işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmadan qəbul edilmişdir. Belə ki, yaşadığı binanın həyətində uzun müddət yaşayış olmadığından müxtəlif şəxslər tərəfindən məişət tullantıları atılmış, nəticədə ərazi zibillik vəziyyətinə düşmüşdür. Ərazinin çirkli və antisanitar vəziyyətdə olması həm ailə üzvləri, həm də qonşular üçün ciddi narahatlıq yaratmışdır. O, həmin tullantıları ərazini təmizləmək və yaranmış antisanitar vəziyyəti aradan qaldırmaq məqsədilə yandırmışdır. Hərəkətlərində ətraf mühitə zərər vurmaq, qanunvericiliyin tələblərini pozmaq və ya hər hansı qəsdli hüquqazidd əməl törətmək niyyəti olmamışdır. Bundan əlavə, o, ağır sosial vəziyyətdə yaşayan bir şəxsdir. Hazırda heç bir yerdə işləmir, daimi gəlir mənbəyi yoxdur və iki azyaşlı övladını təkbaşına böyüdür. Maddi vəziyyəti olduqca ağırdır. Belə olan halda, barəsində 500 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi onun üçün son dərəcə ağır maliyyə yükü yaradır və həmin məbləğin ödənilməsi faktiki olaraq mümkün deyildir. Eyni zamanda, inzibati icraat zamanı tərtib edilmiş sənədlərdə şəxsiyyətinə dair məlumatlarda kobud texniki səhvə yol verilmiş, ata adı yanlış olaraq “Asif” kimi göstərilmişdir. Halbuki düzgün məlumat “Qərardan şikayət verən orqan (şəxs)”dur. Şəxsin identifikasiya məlumatlarının düzgün əks etdirilməməsi inzibati icraatın lazımi diqqət, dəqiqlik və obyektivliklə aparılmadığını göstərən hallardan biridir. Bu səbəbdən də, barəsində qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən apellyasiya şikayəti vermişdir. apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi verdiyi apellyasiya şikayətində Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarının ləğv edilməsini, * saylı RETSI tərəfindən qəbul edilmiş inzibati tənbeh haqqında qərarın qüvvədə saxlanılması və alternativ olaraq işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ucar Rayon Polis Şöbəsindən ##.##.2026-cı il tarixdə Ucar rayon sakini Qərardan şikayət verən orqan (şəxs) Ucar şəhəri H.Əliyev prospektində tullantı yandırması faktının araşdırılması üçün Idarəyə məktub daxil olmuşdur. * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş, tullantıların yandırılması faktı müəyyən edilərək təsdiq edilmişdir. Toplanmış materiallar əsasında Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-nin 271ci maddəsinə əsasən protokol tərtib edilmiş və inzibati tənbeh tətbiq olunması barədə qərar qəbul edilmişdir. Vətəndaşa inzibati işə baxılmasının vaxtı və yeri barədə bildiriş göndərilmiş, bildiriş poçt vasitəsilə poçt vasitəsilə ünvanına çatdırılmışdır. Bildiriş və poçt qəbzinin surətləri iş materiallarında mövcuddur. Bundan başqa Qərardan şikayət verən orqan (şəxs) Ucar Rayon Polis Şöbəsində verdiyi izahatında tullantıları özünün yandırdığını etiraf etmiş və törətdiyi əməli səhv hesab etdiyini bildirmişdir. Lakin sonradan * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə təqdim etdiyi izahatında fərqli məzmunlu məlumat vermişdir. Məhkəmə bu ziddiyyətli izahatlara hüquqi qiymət verməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutları araşdırmamışdır. Apellyasiya instansiya məhkəməsi iclası zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş, məhkəmə hazırki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməli, Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Işdə olan Qərarından şikayət verilən orqan rəisi X1 tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Işdə olan Qərarından şikayət verilən orqan rəisi X1 tərəfindən şikayətçiyə ünvanlanmış ## ### 2026-cı il tarixli məktubdan görünür ki, Qərarından şikayət verilən orqan rəisi X1 tərəfindən qəbul edilmiş ## ### 2026cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar icra olunması üçün Qərardan şikayət verən orqan (şəxs) göndərilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şikayətin dolğun araşdırılmasına imkan verən zəruri sənədlərin təqdim olunmamasına, mübahisələndirilən hallarla bağlı mühüm məqamları araşdırmaq isə məhkəmə icraatının müddəti baxımından məhdudluğuna görə işə baxıb, yekun qərar qəbul etmək mümkün deyildir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi icraatı zamanı iş üzrə əhəmiyyət kəsb edən sənədlər obyektiv səbəblərdən təqdim olunmasa belə, inzibati orqan tərəfindən Qərardan şikayət verən orqan (şəxs) təqsirliliyini təsdiq edən sənədlər apellyasiya şikayətinə əlavə edilmiş və apellyasiya instansiya məhkəməsi tərəfindən tədqiq olunmuşdur. Təqdim olunmuş sənədlərdən göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xəta tərkibinin olması iş materiallarına əlavə edilmiş sənədlərlə kifayət qədər sübut olunur Bundan başqa Qərardan şikayət verən orqan (şəxs) öz əməlini etiraf etdiyindən apellyasiya instansiya məhkəməsi əlavə araşdırmaya lüzum görmür. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan məhkəmə bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edə bilər. Inzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.2-ci maddəsinə görə, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respubikası Inzibati Xətalar Məcəlləsinın 133- 137-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar