Məhkəmə qərarları › İş №3(3-10)-438/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-438/2026

05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-438/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, zərərçəkmiş şəxs Xəlilov Vüsal Füzuli oğlunun, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiçisi Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikası IXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş ##.##.2026-ci il tarixli IXP ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surətinin Zaqatala Rayon Polis Şöbəsinə göndərilməsinə dair Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Fizuli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim Zərifə Məmmədova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikası IXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş ##.##.2026-ci il tarixli IXP ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surətinin Zaqatala Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında ##.##.2026-ci il tarixli IXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, ##.##.2026-ci il tarixdə saat 15:45 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan sürücü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi “Vaz 2103” markalı **BH*** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu Faldarlı kəndi ərazisində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmuş və nəticədə Zərərçəkmiş şəxs Fizuli oğluna məxsus VAZ2106 markalı 62 BK182 avtomobillə toqquşaraq həmin avtomobilə zərər vurulması ilə müşayiət olunan xəta törətmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi Idarəsinin Yol-Patrul Xidməti alayının V Tağım Baş yol patrul xidmətinin inspektoru, R X1 izahatında göstərdi ki, ##.##.2026-ci il tarixdə saat 15:45 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zaqatala rayonu Faldarlı kəndində Vaz 2103” markalı **BH*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərək yol kənarında dayanmış Zərərçəkmiş şəxs Fizuli oğluna məxsus VAZ2106 markalı 62 BK182 avtomobillə toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs Fizuli oğluna maddi zərər dəymişdir. Zaqatala Rayon Polis Şöbəsində Zərərçəkmiş şəxs Fizuli oğlunun və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatı alınmış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə ##.##.2026-cü il tarixli IXP ******* saylı protokol tərtib edilmişdir.O əlavə olaraq qeyd etmişdir ki, hadisənin baş verməsinə bilavasitə şahid olmamışdır və protokola əlavə edilmiş sxemi tərəflərin dediklərinə əsasən tərtib edir. Hadisənin baş vermə mexanizmini dəqiq o da bilmir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclası zamanı verdiyi izahatında özünü təqsirli bilməyərək göstərmişdir ki, sürücülük vəsiqəsi olmasa da, baş vermiş yol-nəqliyyat hadisəsində onun təqsiri yoxdur. ##.##.2026-ci il tarixdə saat 15:45 radələrində yaşadığı evə doğru “Vaz 2103” markalı **BH*** dövlət qeydiyyat nişanlı avtomobilə hərəkət edərkən və avtomobilini yolun sağ hissəsinə çəkərək dayanmış, sonra dönmə əməliyyatını icra etmək üçün sol işığı yandırıb yolun hərəkət hissəsinə çıxmışdır. Anidən arxadan eyni istiqamətdə hərəkət edən VAZ2106 avtomobil gəlib ona dəymiş və toqquşma baş vermişdir. Həmin avtomobilin surəti yüksək həddə olmuşdur və təqsirkar o avtomobilin sürücüsüdür. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Fizuli oğlu verdiyi izahatında bildirmişdir ki, yolun sağ tərəfi ilə hərəkət edərkən qarşıdan daşlıq yoldan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs anidən onun qabağına çıxmış və manevr etmə qaydalarını pozmuşdur. Əslində yol onun idi və onu gözləməli idi. Həmin hadisə baş verən yerin qarşı tərəfində mağaza vardır. O mağazanın görüntüləri silindiyindən məhkəməyə təqdim edə bilmir, ancaq təqsirkar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdir və avtomobilinə zərər dəymişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi "Vaz 2103" markalı avtomobil yolun sağında dayandığı yerdən qəfil hərəkətə başlayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs hərəkət zolağına çıxmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 qızı bildirmişdir ki, o hadisə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtomobilində olub. Onlar yol kənarında dayanmayıb və hərəkətdə olublar. Əmir dönmə manevrini icra etməyə çalışanda Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil onları vurmuşdur. Dönmə vaxtı körpüyə 1 metr qalmışdı və Əmir gözləyərək, maşınları buraxaraq dönməyə çalışmış və buna baxmayaraq Zərərçəkmiş şəxs onların maşınını vuruşdur. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Fizuli oğlu tərəfindən apellyasiya şikayəti vermişdir. apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Fizuli oğlu verdiyi apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Xəlilov Vüsal Füzuli oğlu şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə bütün sübutları tam və obyektiv araşdırmamışdır. Belə ki, IXM-in 75 və 76-cı maddələrinin tələblərinə əsasən iş üzrə bütün hallar tam, hərtərəfli və obyektiv araşdırılmalı, bütün sübutlara hüquqi qiymət verilməlidir. Məhkəmənin özü də qərarında bu normalara istinad etmişdir. Qəbul edilmiş qərardan görünür ki, məhkəmə yalnız tərəflərin və şahidlərin ziddiyyətli ifadələrinə əsaslanmış, zərər aktı, iş materiallarında olan digər sübutları, xüsusilə də hadisə yerinin sxemini təhlil etməmişdir. Hadisə verinin sxeminə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarında olan hadisə sxemi mühüm sübutlardan biridir. Həmin sxemdə nəqliyyat vasitələrinin yerləşməsi, hərəkət istiqamətləri və toqquşma nöqtəsi göstərilmişdir. Sxemdən acıq avdın görünür ki, toqquşma mənim hərəkət etdiyim yol hissəsində bas vermişdir. Bu hal qarsı tərəfin sırf mənim hərəkət zolağıma daxil olduğunu göstərən mühüm sübutdur. Buna baxmayaraq məhkəmə qərarında hadisənin sxemi ümumiyyətlə təhlil edilməmiş, ona heç bir hüquqi qiymət verilməmişdir. Qeyd etmək istəyir ki, kriminalistika elminə əsasən yol-nəqliyyat hadisəsi zamanı toqquşma nöqtəsi hadisə verində qalan izlər, nəqliyyat vasitələrinin hissələrinin qırıntıları, maye izləri, eləcə də toqquşma nəticəsində verə düşərək yerdəyişməsi ehtimalı az olan hissəciklərin yerləşdiyi yer nəzərə alınmaqla müəyyən edilir. YPX-nin əməkdaşı da bu cəhətlərə görə toqquşma verini müəyyən etmişdir. Lakin məhkəmənin bu mühüm sübutu nəzərə almadan "hadisənin baş vermə mexanizmini müəyyən etmək mümkün olmamışdır" nəticəsinə gəlməsi qərarın açıqcasına qanunsuz və əsassız olmasını göstərir. Məhkəmənin nəticəsi iş materiallarında olan faktlarla ziddiyyət təşkil edir. Belə ki, qərarda göstərilir ki, hadisənin baş vermə mexanizmini müəyyən etmək mümkün olmamışdır. Halbuki iş materiallarında hadisə sxemi, inzibati protokol, zərər aktı, tərəflərin izahatları, şahid ifadələri mövcuddur. Polis əməkdaşının hadisəni görməməsi iş üzrə həlledici əsas ola bilməz. Belə ki, məhkəmə qərarında qeyd etmişdir ki, protokolu tərtib edən polis əməkdaşı hadisənin şahidi olmamış və sxemi tərəflərin dediklərinə əsasən tərtib etmişdir. Lakin qanunvericilik inzibati protokolun yalnız hadisəni bilavasitə görən əməkdaş tərəfindən tərtib edilməsini tələb etmir. Əksinə, polis əməkdaşı hadisə yerində toplanmış sübutlar əsasında protokol tərtib edir və həmin protokol digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Məhkəmə isə sanki protokolu tərtib edən şəxsə “sən hadisəni görməmisənsə bu hadisə üzrə səlahiyyətin yoxdur” kimi yanaşır. Qanun isə belə yanaşmanı istisna edir. Təqsirsizlik prezumpsiyası düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə IXM-in 8.2 və 8.3-cü maddələrinə istinad etmişdir. Lakin təqsirsizlik prezumpsiyası mövcud sübutların araşdırılmamasına və ya qiymətləndirilməməsinə əsas vermir. Əvvəlcə bütün sübutlar tam araşdırılmalı, yalnız bundan sonra aradan qaldırılması mümkün olmayan şübhələr olduqda həmin prinsip tətbiq edilə bilər. Hazırkı iş üzrə isə hadisə sxemi kimi mühüm sübut ümumiyyətlə qiymətləndirilməmişdir. Məhkəmə qərarı əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin və məhkəmə araşdırmasının ümumi prinsiplərinin tələbinə görə məhkəmə qərarı iş üzrə müəyyən edilmiş faktiki hallara və araşdırılmış sübutlara əsaslanmalıdır. Hazırkı qərarda isə hadisə sxeminə qiymət verilməmiş, sübutlar arasında ziddiyyətlərin necə aradan qaldırıldığı göstərilməmiş, toqquşmanın hansı nöqtədə baş verdiyi müəyyən edilməmiş, nəticədə faktiki hallarla təsdiq olunmayan hüquqi nəticəyə gəlinmişdir. Belə qərar qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya məhkəməsi iclası zamanı zərərçəkmiş şəxs çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclası zamanı barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiçisi Vəkil apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; IXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və proses iştirakçılarının çıxışlarını birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən IXM-in mühüm tələblərinə riayət etməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması vəzifəsini yerinə yetirməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar formal xarakter daşımaqla, iş üzrə toplanmış və hadisənin real mexanizmini üzə çıxara biləcək mühüm sübutların tam və hüquqi baxımdan obyektiv qiymətləndirilməməsi nəticəsində əsassız formalaşmışdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mövcud hadisə ilə bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtomobili sürücülük hüququ olmadan idarə etməsi nəticəsində ya zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmalı, ya da zərər çəkmiş şəxsə maddi zərər vurulmalıdır. Zərərçəkmiş şəxs Fizuli oğlu öz izahatında sağlamlığına zərər vurulmadığını etiraf etmişdir. Lakin Zərərçəkmiş şəxs Fizuli oğlu hadisə nəticəsində avomobilinə maddi zərər dəyməsini bildirsə də, hazırki halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi nəticəsində Zərərçəkmiş şəxs Fizuli oğlunun avtomobilinə maddi zərər dəyməsi məhkəmə iclasında öz təsdiqini tapmadı. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş iki şahid ifadələri də ziddiyyətli olduğundan hadisənin baş vermə mexanizmini dəqiq müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi nəticəsində Zərərçəkmiş şəxs Fizuli oğlunun avtomobilinə maddi zərər dəyməsi müəyyən edilməmişdir və bu hallar iş materialları, tərəflərin izahatları ilə sübuta yetirilmir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi protokolu tərtib edən şəxsin üzərinə düşdüyündən və məhkəməyə hadisə vaxtı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi nəticəsində Zərərçəkmiş şəxs Fizuli oğlunun avtomobilinə maddi zərər dəyməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iş yenidən araşdırılarkən birinci instansiya məhkəməsi tərəfindən yuxarı instansiya məhkəməsinin göstərişləri nəzərə alınmamış və nəticə etibarı ilə əsassız qərar qəbul edilmişdir. Ilk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iş materiallarına Baş Dövlət Yol Polisi Idarəsinin əməkdaşı tərəfindən rəsmi qaydada təqdim olunmuş "avtomobillərə dəymiş zərər aktı"na və ## #### 2026-cı il tarixli IXP ******* saylı inzibati xəta haqqında protokola hüquqi qiymət verməkdən tamamilə yayınmışdır. Hadisə nəticəsində nəqliyyat vasitələrinə maddi zərərin dəyməsi faktı və bu zərərin həcmi iş üzrə sübutetmə predmeti olan mühüm hallardan biri olduğu halda, məhkəmə bu rəsmi sənədləri əsassız olaraq görməzdən gəlmiş və ya tamamilə diqqətdən kənarda saxlamışdır. Bu isə IXM-in 84.1ci maddəsində təsbit olunmuş sübutların daxili inam əsasında, məcmuda qiymətləndirilməsi prinsipinin kobud şəkildə pozulması deməkdir. Belə ki, apellyasiya məhkəməsi icraatı zamanı barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlmədiyindən qeyd olunan xüsusatların araşdırılması mümkün olmamışdır. Digər tərəfdən, birinci instansiya məhkəməsi yol-nəqliyyat hadisəsinin baş verməsində səbəb-nəticə əlaqəsinin mövcudluğunu araşdırarkən və təqsirlilik məsələsini müəyyən edərkən ciddi qanun pozuntularına yol vermişdir. Belə ki, iş üzrə dindirilmiş şahid X2 ifadəsindən və işin faktiki hallarından görünür ki, sürücülük hüququ olmayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi "Vaz 2103" markalı avtomobil yolun sağında dayandığı yerdən qəfil hərəkətə başlayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs hərəkət zolağına çıxmışdır. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələbinə əsasən, hərəkətə başlayan sürücü digər hərəkət iştirakçıları üçün təhlükə yaratmamalı və hərəkətdə olan digər nəqliyyat vasitələrinə yol verməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə bu qanuni öhdəliyi pozaraq, öz hərəkət zolağında düz irəliləyən zərərçəkmişin nəqliyyat vasitəsinin qarşısına qəfil manevr etməklə qəza şəraiti yaratmışdır. Qanunun bu imperativ tələbinə baxmayaraq, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərindəki birbaşa təqsiri və qayda pozuntusunu qabartmaq əvəzinə, hadisənin real başvermə mexanizmini və manevr qaydalarının pozulması faktını araşdırmadan əsassız nəticəyə gəlmişdir. Şəxsin öz izahatında toqquşmanın "anidən" baş verməsini etiraf etməsi, əslində, onun yola daxil olarkən hərəkətin təhlükəsizliyinə tam əmin olmadığını, yolun hərəkət hissəsi ilə gələn nəqliyyat vasitələrinin sürətini və məsafəsini düzgün qiymətləndirmədiyini, yəni yola tam və diqqətlə baxmadan, kor-koranə çıxdığını subyektiv tərəfdən birbaşa təsdiq edir. Iki avtomobilin bu şəkildə qəfil toqquşması zərərçəkmişin sürətindən deyil, məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yola baxmadan, qəfil və riskli şəkildə onun hərəkət trayektoriyasına daxil olmasından qaynaqlanmışdır. Məhkəmə onu da vurğulayır ki, birinci instansiya məhkəməsi "şübhənin şəxsin xeyrinə yozulması" prinsipini qeyri-obyektiv tətbiq etməklə, faktiki olaraq iş üzrə aşkar görünən və qanunvericiliyin pozulması ilə nəticələnən maddi zərər faktının üstündən keçmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi ilə yanaşı, "Yol hərəkəti haqqında" Qanunun manevr etmə qaydalarını pozaraq bu qəzaya birbaşa səbəb olması faktı diqqətdən kənarda saxlanılmışdır. Məhkəmənin mühüm əhəmiyyət kəsb edən bu faktiki halları və təqsirlilik dərəcəsini araşdırmaması IXM-in 135.1.1-ci maddəsinə əsasən qərarın ləğv edilməsi üçün mütləq əsas yaradır. Göstərilən nöqsanlar apellyasiya instansiyası tərəfindən birbaşa aradan qaldırıla bilməyən və birinci instansiya məhkəməsində işin yenidən, tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmasını tələb edən ciddi prosessual çatışmazlıqlardır. Məhkəmə xüsusi olaraq vurğulayır ki, bu hərəkət mexanizmi həm milli qanunvericiliyin, həm də beynəlxalq hüququn unifikasiya edilmiş (vahid) qaydalarının birbaşa və kobud şəkildə pozulmasıdır. Belə ki, Azərbaycan Respublikasının 1997-ci ildə qoşulduğu 1968-ci il # ###### tarixli "Yol hərəkəti haqqında" Vyana Konvensiyasının 11-ci maddəsinin 1-ci bəndinə və 14-cü maddəsinin 1-ci bəndinə əsasən, hər bir sürücü hərəkətə başlayarkən, dayanarkən və ya sola-sağa manevr edərkən digər hərəkət iştirakçıları üçün təhlükə yaratmayacağına tam əmin olmalı və düz istiqamətdə hərəkətdə olan digər nəqliyyat vasitələrinə yol verməlidir. Beynəlxalq konvensiyanın bu imperativ tələbi ölkə daxili qanunvericilikdə-"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ və II hissələrində də eynilə təsbit edilmişdir. Qanunun bu normasına görə, yolun kənarından əsas hərəkət zolağına daxil olan sürücü öz zolağında sürətlə və ya normal hərəkət edən digər avtomobillərin sürət və istiqamətini dəyişməyə məcbur etməməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə nəinki bu qaydaya əməl etməmiş, hətta sürücülük hüququ və təcrübəsi olmadığı halda riskli manevr edərək qəza şəraiti yaratmışdır. Onun birinci instansiya məhkəməsində verdiyi "sol dönmə işığını yandırıb yola çıxdım, təqsir arxadan gələndədir" ifadəsi hüquqi baxımdan tamamilə əsassızdır və onu məsuliyyətdən azad etmir. Çünki həm Vyana Konvensiyasına, həm də daxili qanunvericiliyə görə dönmə işarəsinin yandırılması sürücüyə hərəkətdə üstünlük vermir, sadəcə digər sürücüləri niyyət barəsində məlumatlandırmaq xarakteri daşıyır. Birinci instansiya məhkəməsi isə bu aşkar təqsir faktını və qanun pozuntusunu araşdırmaqdan yayınaraq, "şübhələrin şəxsin xeyrinə yozulması" prinsipini tamamilə təhrif olunmuş formada tətbiq etmişdir. Bundan başqa, mülki və inzibati məsuliyyətin müəyyən edilməsi, habelə mülkiyyət hüququnun qorunması kontekstində birinci instansiya məhkəməsi tərəfindən "Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının * nömrəli Protokolunun 1-ci maddəsinin (Mülkiyyətin müdafiəsi) tələbləri dolayı yolla zədələnmişdir. Zərərçəkmiş şəxsə məxsus əmlaka (avtomobilə) aşkar maddi zərər vurulduğu, Dövlət Yol Polisi əməkdaşları tərəfindən qanunauyğun tərtib edilmiş ## #### 2026-cı il tarixli IXP ******* saylı protokol və işə əlavə olunmuş "avtomobillərə dəymiş zərər aktı" ilə təsdiq edildiyi halda, məhkəmə bu rəsmi sübutlara hüquqi qiymət verməmişdir. Hadisə yerinin sxemi, avtomobillərin zərbə nöqtələri və dəymiş zərərin xarakteri qəzanın məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qəfil yola çıxması səbəbindən baş verdiyini göstərdiyi halda, birinci instansiya məhkəməsi bu maddi sübutları araşdırmadan iş üzrə icraata xitam vermişdir. IXM-in 84.1-ci maddəsinin tələblərinə zidd olaraq, sübutlar məcmuda deyil, birtərəfli qiymətləndirilmişdir. IXM-in 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. IXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; IXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi işə baxarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırmamış, iş materiallarına əlavə edilmiş sübutları tam şəkildə tədqiq etməmiş, nəticədə obyektiv və ədalətli məhkəmə araşdırması prinsipi birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil tapşırılmışdır. Müdafiəçi Vəkil tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 4 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərilən hüquqi yardıma görə müdafiəçi Vəkil 44 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Zərərçəkmiş şəxs Xəlilov Vüsal Füzuli oğlunun şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Müdafiəçi Vəkil əmək haqqı ödənilməsi üçün dövlət hesabına 44 manat vəsait Vəkil “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASCnin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar