Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-439/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) “inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli EQ ******** saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi” tələbi barədə şikayətinin təmin edilməməsinə dair Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və onun müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Zərifə Məmmədova) ## #### 2026-cı il tarixli, 3(5- 167)-558/2026 qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) “inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli EQ ******** saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi” tələbi barədə şikayətinin təmin edilməməsi qərara alınmışdır. işin halları: Şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Yol Polisi Baş Idarəsinin ##.##.2026-cı il tarixli EQ ******** nömrəli qərarı ilə sürücü Qərardan şikayət verən orqan (şəxs) 600 manat cərimə edilməsinə dair inzibati xəta müəyyən edilmədiyinə görə qərar ləğv edilərək icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsində göstərmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentiliyinin “xxxx” MMC-yə (VÖEN: **********)- məxsus **JG*** dövlət qeydiyyat nişanlı MAN TGA-41400 markalı özüboşaldan yük maşını ilə IXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə tərtib edilmiş protokola əsasən sürücü Qərardan şikayət verən orqan (şəxs) Dövlət Yol Polisi Baş Idarəsinin ##.##.2026-cı il tarixli EQ******** nömrəli qərarı ilə 600 manat cərimə edilmişdir. Inzibati orqanın qərarları 2026-cı il ######ın ##-də elektron yerləşdirilmişdir. 2026-cı il ######ın ##-da bu qərarlardan avtomaşının mülkiyyətçisi Binəqədi rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə şikayəti hüquqi şəxsin yerləşdiyi ərazi üzrə Xətai rayon məhkəməsinə göndərmişdir. Xətai rayon məhkəməsinin 06.02.2026cı il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardad 2026-cı il ######ın ##-da yerləşdirilmişdir. Qərardadda izah edilmişdir ki, qərarlar fiziki şəxslərin-sürücülərin barəsində qəbul edildiyinə görə onlar şikayətlə müraciət edə bilərlər. Sürücülərin, yəni şikayətçilərin ünvanlarının müxtəlif olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası IXMin 110.1-ci maddəsinə əsasən şikayət inzibati xətanın törədildiyi ərazi aidiyyəti üzrə 2026-cı il ######ın ##-də Şabran rayon məhkəməsinə göndərilmişdir. Şabran rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardad 2026-cı il ######ın ##-də yerləşdirilmişdir. Qərardadda izah edilmişdir ki, inzibati tənbeh haqqında verilən şikayət, şikayət verən şəxsin qeydiyyatda olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. 2026-cı il ####ın ##-də şikayət ötürülmüş müddətin bərpası haqqında vəsatətlə birlikdə Zaqatala rayon məhkəməsinə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş və işin yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol polis Idarəsinə) göndərilməsi qərara alınmışdır. Baş Dövlət Yol polisi Idarəsi işin materiallarına yenidən baxaraq IXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında ##.##.2026-cı il tarixli yeni qərar tərtib etmişdir. Qərar 2026-cı il ###ın ##-də onlara çatmışdır. Inzibati orqanın tərtib etdiyi bu qərar qanunsuz və əsasız olduğuna görə o ləğv edilərək, IXM-in 53.0.1-ci maddəsində nəzərdə tutulmuş əsasla inzibati icraata xitam verilməlidir. Göstərilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi, onun icazə verilmiş maksimum kütləsi 44 ton, o cümlədən yüksüz kütlə 7500 kq, maksimum isə 36.5 ton yük daşımasına icazə verilmişdir. Bundan əlavə, təqdim edilmiş qəbzlərdən göründüyü kimi, yüklər yol örtüyünə uyğun çəkidə avtomaşına qablaşdırılmışdır. Lakin yoldakı elektron cihazın göstərdiyi çəki səhv olduğuna görə rəqəmlər süni artırılmışdır. Bu faktı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi də təsdiq edir. Inzibati xəta haqqında protokollarda isə yük həcmləri maksimum 31.9 ton göstərilmiş, başqa sözlə, qanunla icazə verilmiş yükdən 4.6 ton və daha az olmuşdur. Halbuki, Azərbaycan Respublikası NK-nın ##.##.2009- cu il tarixli *** №-li qərarının 2.5.1 -ci maddəsinə əsasən: “iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin ümumi kütləsi 44 tondan artıq olduqda” belə, onların hərəkətinə, intensivliyin ən aşağı dövrlərində icazə verilir. Normativ aktın bu müddəasına baxmayaraq həmin avtomaşının yük kütləsi icazə verilmiş normadan xeyli aşağı olmuşdur. Bu səbəbdən, həmin iş üzrə (qərarla) inzibati xəta hadisəsi müəyyən edilmir və deməli, o ləğv edilərək işin icraatına xitam verilməlidir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və onun müdafiəçisi Vəkil tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və onun müdafiəçisi Vəkil verdiyi apellyasiya şikayətlərində Zaqatala Rayon Məhkəməsinin 2026-cı il ## #### tarixli qərarının dəyişdirilərək, inzibati qərarın ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göstərilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi, onun icazə verilmiş maksimum kütləsi 44 ton, o cümlədən yüksüz kütlə 7500 kq, maksimum isə 36.5 ton yük daşımasına icazə verilmişdir. Bundan əlavə, təqdim edilmiş qəbzlərdən göründüyü kimi, yüklər yol örtüyünə uyğun çəkidə avtomaşına qablaşdırılmışdır. Lakin yoldakı elektron cihazın göstərdiyi çəki səhv olduğuna görə rəqəmlər süni artırılmışdır. Bu faktı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi də təsdiq edir. Inzibati xəta haqqında protokollarda isə yük həcmləri maksimum 31.9 ton göstərilmiş, başqa sözlə, qanunla icazə verilmiş yükdən 4.6 ton və daha az olmuşdur. Halbuki, Azərbaycan Respublikası NK-nın##.##.2009-cu il tarixli *** №-li qərarının 2.5.1-ci maddəsinə əsasən: “iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin ümumi kütləsi 44 tondan artıq olduqda” belə, onların hərəkətinə, intensivliyin ən aşağı dövrlərində icazə verilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** nömrəli elektron qərardan görünür ki, ##.##.2026-ci il tarixdə saat 03:00-da Şabran rayonu Mollakamallı kəndi, Bakı istiqaməti yolu M-1 129-cu km-də MAN TGA 41.400 YÜK markalı **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə edilmişdir. Iş materiallarında olan ***** nömrəli qaimədən görünür ki, ##.##.2026-ci il tarixdə saat 01:53-də 91JG 283 dövlət nömrə nişanlı avtomobildə daşınan yük barədə məlumatlarda çəki 1 14050 kq, çəki 2 31760, net 17710 kimi qeyd edilmiş, tərəzi xxxx qeydi edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini, “xxxx” MMC tərəfindən verilmiş qaiməyə əsasən “MAN TGS 41400” yük markalı, ** JG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ##.##.2026-cı il tarixdə 31.9 ton yük vurulduğunu bildirsə də, o, “xxxx” MMC-də istifadə edilən ölçü cihazlarının (tərəzilərin) sertifikatını və metroloji sınaqdan keçməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bununla da Qərardan şikayət verən orqan (şəxs) “MAN TGS 41400” yük markalı, ** JG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ##.##.2026-cı il tarixdə saat 03:00-da Şabran rayonu Mollakamallı kəndi, Bakı istiqaməti yolu M-1 129-cu km-də icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş və bu xətanı törətmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və onun müdafiəçisi Vəkil apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarının dəyişdirilməsi üçün əsas deyil. Belə ki, AR IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. AR IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. X1 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və Inzibati Xətalar Məcəlləsinin 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və onun müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-439/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-439/2026
05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver