Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 3(3-10)-440/2026 14.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən, sədr müavini Məcidov Ələddin Tofiq oğlu, Zaqatala Rayon Məhkəməsinin icraatında olan *(*-***)-***/**** saylı material üzrə sədrlik edən, eyni zamanda sədr vəzifəsini icra edən hakim Zərifə Məmmədovanın özüözünə etirazının təmin olunması barədə Şəki Apellyasiya Məhkəməsi hakiminin qərarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDIM: Zaqatala Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən hakim Zərifə Məmmədova özüözünə etiraz etmiş və Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə etirаz məsələsinə baxılması üçün iş materialları Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin hakimi Eyvazov Akif Məhərləm oğlunun ## ###### 2026-cı il tarixli qərarı ilə Zaqatala Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən hakim Zərifə Məmmədovanın özü-özünə verdiyi etirаz təmin edilmiş, ərazi üzrə məhkəmə aidiyyətinin dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədilə qərar Şəki Apellyasiya Məhkəməsinin sədrinə təqdim edilmiş, Şəki Apellyasiya Məhkəməsinin sədri X1 # ###### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək məzuniyyətdə olduğundan ərazi üzrə məhkəmə aidiyyətinin dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədilə qərar Şəki Apellyasiya Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən, sədr müavini Məcidov Ələddin Tofiq oğluna təqdim edilmişdir. Iş materiallarını araşdırıb hesab edirəm ki, Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı qərarı ilə Zaqatala Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən hakim Zərifə Məmmədovanın özü-özünə verdiyi etirаz təmin edildiyindən, ərazi üzrə məhkəmə aidiyyəti dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında həmin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarına istinad edilməklə qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu Məcəllənin 107-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs özü-özünə etiraz etməlidir. Özü-özünə etiraz etmə barədə ərizə müvafiq məhkəmənin sədrinə, kollegial orqanın sədrinə, yuxarı vəzifəli şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 109.3.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü-özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. CPM-in 76.1 və 76.2-ci maddələrində isə göstərilir ki, cinayət işinin və ya digər materialın ərazi üzrə məhkəmə aidiyyəti bu Məcəllənin 107, 109-cu maddələrinin müddəalarına əsasən, aşağıdakı hallarda dəyişdirilə bilər: -bir hakimdən ibarət olan məhkəmənin fəaliyyət göstərdiyi ərazidə həmin hakimin özüözünə verdiyi və ya ona edilmiş etiraz təmin edildikdə; -məhkəmənin bütün hakimləri özü-özlərinə verdikləri və ya onlara edilmiş etiraz təmin edildikdə. CPM-in 76.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair qərar müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən qəbul edilir. Göstərilənlərə əsasən, belə qənaətə gəlirəm ki, Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə Zaqatala Rayon Məhkəməsinin sədr vəzifəsini icra edən hakim Zərifə Məmmədovanın özü-özünə verdiyi etirаz təmin olduğundan məhkəmənin ərazi aidiyyəti dəyişdirilməli, Zaqatala Rayon Məhkəməsinin icraatında olan *(*-***)-***/**** saylı material baxılması üçün ərazi baxımından Zaqatala rayonuna daha yaxın olan Qax Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrı, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 108-ci və CPM-in 109 və 76-cı mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDIM: Zaqatala Rayon Məhkəməsinin icraatında olan *(*-***)-***/**** saylı material baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilsin. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz. Şəki Apellyasiya Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən, sədr müavini: Ələddin Məcidov
Məhkəmə qərarları › İş №3(3-10)-440/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-10)-440/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver