Məhkəmə qərarları › İş №3(3-10)-441/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-441/2026

05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-441/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, EAX2 Inşaat Taahhüt və Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: ***********) barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Azər Mövlayev) ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı ilə EAX2 Inşaat Taahhüt və Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: ***********) barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi müəyyən edilmişdir. işin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər Ərazi Idarəsi tərəfindən EAX2 Inşaat Taahhüt və Ticaret Limited Şirkətinin barəsində Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, X2 Inşaat Taahhüt və Ticaret Limited Şirkətinin vəzifəli şəxsi olan Şen Özcan vəzifəli şəxs qismində 3000 manat cərimə edilmişdir. Göstərilən halları nəzərə alaraq EAX2 Inşaat Taahhüt və Ticaret Limited Şirkətininnin Azərbaycan Respublikası IXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsi verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Xidmət tərəfindən EAX2 Inşaat Taahhüt və Ticaret Limited Şirkəti barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında EAX2 Inşaat Taahhüt və Ticaret Limited Şirkətinin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xidmətin Şəki-Zaqatala regional şöbəsi tərəfindən məhkəməyə daxil olmuş cavab məktubunda EAX2 Inşaat Taahhüt və Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialının rəhbəri Özcan Şen barəsində vətəndaş X1 əmək müqaviləsi olmadan işlətdiklərinə görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbinə əsasən qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarı ilə vəzifəli şəxs qismində 3000 manat cərimə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2026-cı il tarixli qərarına (bundan sonra Plenum Qərarı) istinad edilərək vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın edildiyindən başlanması haqqında qərar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsinin istisna edilməsinə əsaslanmış və iş üzrə icraata xitam vermişdir. Plenum Qərarının qəbul edilməsinə əsas olmuş hal hüququn məcburilik və preyudisiallıq xüsusiyyətlərini əmələ gətirən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş faktların preyudisial qüvvəsinin nəzərə alınmaması, artıq araşdırılaraq qiymətləndirilmiş halların yenidən mübahisələndirilməsi və təkzib edilməsinin mümkünlüyü, bu baxımdan inzibati xəta haqqında işə baxan məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qərarında araşdırılaraq qiymətləndirilmiş faktların həmin işdə iştirak şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi məsələsi ilə bağlı qeyri-müəyyənliyin olmasıdır. Plenum Qərarında göstərildiyi kimi məqsəd belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması olmalıdır. Lakin bu gün məhkəmələr tərəfindən müvafiq qərar geriyə doğru şamil edilməklə qərarın qəbul edilməsi məqsədinə zidd nəticələrə səbəb olmaqdadır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və EAX2 Inşaat Taahhüt və Ticaret Limited Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; Məhkəmə şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə birlikdə araşdırıb və birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesab edir ki, aşağıda şərh olunan əsaslara görə, şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, AX2 Inşaat Taahhüt və Ticaret Limited Şirkəti vətəndaş X1 əmək müqaviləsi olmadan qanunsuz olaraq işlərin görülməsinə cəlb edilmişdir. Bununla da həmin MMC Azərbaycan Respublikası IXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Şəki-Zaqatala regional şöbəsi tərəfindən məhkəməyə daxil olmuş cavab məktubunda EA X2 Inşaat Taahhüt ve Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialının rəhbəri Özcan Şen XXX barəsində vətəndaş X1 əmək müqavilısi olmadan işlətiklərinı görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsinin tələbinə əsasən qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarı ilə vəzifəli şəxs qismində 3000 manat cərimə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, EAX2 Inşaat Taahhüt və Ticaret Limited Şirkətinin vəzifəli şəxsi olan Şen Özcan barəsində ##.##.2026- cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə vəzifəli şəxs qismində 3000 manat cərimə edilmiş və həmin qərar qəbul edildikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Şəki-Zaqatala regional şöbəsi EAX2 Inşaat Taahhüt və Ticaret Limited Şirkətinin Azərbaycan Respubliksaındakı filialı barəsində IXM-nin 192.1-ci maddəsi ilə hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsinə dair materiallar Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan xüsusat nəzərə alınmaqla EAX2 Inşaat Taahhüt və Ticaret Limited Şirkətinin vəzifəli şəxsi ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə cərimə edildiyi üçün EAX2 Inşaat Taahhüt və Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibət qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə müyyən edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında və bu Qərarında formalaşdırdığı hüquqi mövqelərə əsasən inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı, barəsində qərar çıxarılan şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinin və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələrinin tələbləri: - səlahiyyətli orqanlar tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsini;- eyni inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar tərtib edilərək həm məhkəməyə (hüquqi şəxs barəsində), həm də səlahiyyətli orqana (vəzifəli şəxs barəsində) göndərilməsini istisna edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər. Belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 2023-cü il ## ###### tarixli Qərarında vurğulanmışdır ki, inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsi inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından məhkəmələr tərəfindən həll edilməlidir. Hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilibedilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Hüquqi şəxsin və vəzifəli şəxsin törətdiyi inzibati xəta ilə bağlı məsuliyyət məsələsi birbiri ilə əlaqəli olsa da, həmin subyektlərin inzibati məsuliyyətə cəlb olunmasının hüquqi əsasları və prosessual qaydası fərqlidir (Inzibati Xətalar Məcəlləsinin 17 və 18-ci maddələri). Vəzifəli şəxs öz vəzifə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsinə görə inzibati məsuliyyət daşıyır, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün təmsilçilik, qərar qəbul etmə və fəaliyyətə nəzarət səlahiyyətinə malik olan vəzifəli şəxsinin və ya bu vəzifəli şəxslərin nəzarəti həyata keçirməməsi nəticəsində işçisinin törətdiyi əməllərə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı işin bütün halları, xüsusilə əməlin onun xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilib-törədilməməsi müvafiq icraat çərçivəsində ətraflı araşdırılmalı və qiymətləndirilməlidir. X7 Məcəlləsinin 31.3-cü maddəsinə uyğun olaraq hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsin maliyyə və əmlak vəziyyəti də nəzərə alınmalıdır.. Bu yanaşma hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən şəxsin məsuliyyəti məsələsinin həllində faktiki halların eyni icraat çərçivəsində araşdırılmasının əhəmiyyətini göstərir. Bu baxımdan, analoji hüquqi münasibətlərin mövcud olduğu inzibati xətalar sahəsində də hüquqi şəxs və onun vəzifəli şəxsi arasında mövcud olan hüquqi və faktiki əlaqə nəzərə alınaraq, iş üzrə halların tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması üçün onların inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılması məqsədəmüvafiqdir. Səlahiyyətli orqanlar tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar) tərtib edilərək baxılması üçün məhkəməyə, həmçinin eyni inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar tərtib edilərək həm məhkəməyə (hüquqi şəxs barəsində), həm də səlahiyyətli orqana (vəzifəli şəxs barəsində) göndərilməsini Konstitusiyanın 71-ci maddəsinin X hissəsinin və Inzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələrinin tələbləri istisna edilir. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalı olması imperativ tələb kimi müəyyən edilmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin yuxarıda istinad olunmuş qərarlarına əsaslanaraq düzgün hüquqi nəticəyə gəlmişdir. AR IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. AR IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. X11 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar