Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-442/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Protokolu tərtib edən orqan-nin ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilməsinə dair Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı (hakim Rəşad Əliyev) ilə, ##.##.1999-cu il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, evli, orta təhsilli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi ******* Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respubilkası Inzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. işin halları: Oğuz rayon Xaçmaz kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 02:00 radələrində Oğuz rayonu Xaçmaz kəndində Tural Hacıyevin istifadəsində olan çayxanada dövri 1 manat olmaqla nərd oynaması, bununla da qumar oyunlarında iştirak etməsi faktı üzrə inzibati icraat başlanılmaqla Oğuz rayon X9 Təhlükəsizlik Bölməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə ilk dəfə mahiyyəti üzrə baxılarkən Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)- **/**** nömrəli qərarından apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə ixraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli 3 (*-**)-***/**** nömrəli qərarı ilə şikayət qismən təmin edilərək Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-*/**** nömrəli qərarı ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarında qeyd edilmişdir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə göstərəcək dərəcədə pozmuşdur. Belə ki, iş materiallarında olan Protokolu tərtib edən orqan-nin PPXB-nin müavini, R Murad Yarəhmədov tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli raportdan görünür ki, xidmətdə olduğu zaman, saat 02.15-də Oğuz rayon Xaçmaz kəndi ərazisində yerləşən kafedə 3 nəfər şəxsin qumar oynadığını aşkar edərək Protokolu tərtib edən orqannə gətirdiklərini göstərmişdir. Həmçinin verdiyi izahatda həmin vaxt kafenin açıq olmasını görüb, oraya daxil olan zaman Xaçmaz kənd sakinləri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə Nofəl Şöyübovun kafedə nərd oynamasını aşkar etdiyini bildirmişdir. Halbuki, apellyasiya məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən polis əməkdaşlarının qeyd edilən kafeyə daxil olduqları vaxt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə Nofəl Şöyübovun nərd oynadıqları müəyyən edilməmiş, oyun ləvazimatı olan nərd aşkar edilməmiş, yalnız Nofəl Şöyübovun şalvarının cibində olan 20 manat pul əskinası polis əməkdaşı tərəfindən aşkar edilmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokola görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çayxanada dövrü 1 manat olmaqla nərd oynayaraq qumar oyununda iştirak etməkdə təqsirli bilinsə də, videogörüntüdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə masada oturan digər şəxslərin qarşısında nə oyun ləvazimatı olan nərd, nə pul əskinasları (20 manat pulun Nofəl Şöyübovun şalvarının arxa cibində olduğu görünür), nə də çayın olduğu aşkar edilməmişdir. X8 Oğuz rayon polis şöbəsinə verdiyi izahatdan müəyyən olunmuşdur ki, Türkel və Nofəllə kafelərin birində spirtli içki qəbul etdikdən sonra hər üçü pul qarşılığında nərd oynamaq qərarına gəlmişlər. Özünün çayxanada iş gördüyünü, Türkel və Nofəlin isə tası (dövrü) 1 manat olmaqla nərd oynadıqlarını göstərmişdir. Lakin, həmin izahatdan qumar oyununa görə uduşun olubolmaması, bununla da ona çay pulunun verilib-verilməməsi müəyyən edilməmiş, ümumiyyətlə aparılmış araşdırma zamanı həmin xüsusat müəyyən edilməmişdir. Halbuki, video görüntülər əks olunan diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilən zaman polis əməkdaşlarının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X10 olduqları çayxanaya daxil olduqdan sonra polis əməkdaşının qumar oyununda iştirak nəticəsində əldə edilməsi iddia edilən pul vəsaitini X10 şalvarının cibindən çıxarıldığı aşkar edilsə də, həmin pulun məhz qumar oyununda əldə edilib-edilməməsi də müəyyənləşdirilməmişdir. Belə ki, inzibati xəta haqqında protokola görə oyunun dövrü 1 manat olmaqla oynanıldığı halda aşkar edilmiş 20 manat pulun məhz qumar oyununda əldə edilməsi aydınlaşdırılmamış, həmin pul vəsaitinin qumar oyunu nəticəsində əldə edilməsinə şübhələr yarandığı halda müvafiq qaydada götürülməsi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Qeyd olunan əsaslara görə Oğuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 3 (****)- **/**** nömrəli qərarı ləğv edilərək iş mahiyyəti üzrə yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Inzibati xəta haqqında işə mahiyyəti üzrə yenidən baxılması ilə bağlı birinci instansiya məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Protokolu tərtib edən orqan-nin ITB-nin YYÇPITQ-nin inspektoru, R X7 verdiyi izahatında bildirmişdir ki, polis əməkdaşı Murad Yarəhmədov ##.##.2025-ci il tarixdə Oğuz rayonu, Xaçmaz kəndində yerləşən Tural Hacıyevin istifadəsində olan çayxanaya baxış keçirən zaman gecə saat 02:00 radələrində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X11 dövri 1 manat olmaqla nərd oynayaraq qumar oyununda iştirak etdiyini aşkar etmişdir. ## #### 2026-cı il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və toplanmış material üzrə ## ##### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X11 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə müvafiq protokollar tərtib edilmişdir. Material araşdırılarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Nofər Şöyübov verdikləri izahatlarda 1 manat çay pulu müqabilində qumar oynadıqlarını etiraf etmişlər. Iş üzrə materiallara əlavə olunmuş video görüntüdə 20 manat aşkar edilməsi ilə bağlı mövcud ziddiyyətlə əlaqədar isə bildirir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Nofər Şöyübov polis şöbəsində qumar oynayan zaman uduş ilə bağlı fərqli və ziddiyyətli ifadələr verdiyindən və məbləği dəqiqləşdirmək mümkün olmadığından inzibati xəta haqqında protokolda 1 manat qeyd edilmişdir. Belə ki, həmin şəxslər özləri izahatlarında qumar kimi nərd oyunu oynamalarını və uduzan şəxsin 1 manat çayın pulunu verəcəklərini bildirmişlər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, ##.##.2026-cı il tarixdə Nofər Şöyübovla birlikdə fəhlə kimi işləmişlər və hərəyə 30 manat pul qazanmışlar. Kafedə birlikdə yemək yeyib sipirtli içki qəbul etmişlər və daha sonra Tural Hacıyevin işlətdiyi çayxanaya getmişlər. Polis əməkdaşı çayxanaya daxil olmamışdan bir saat əvvəl onlar nərd oynamağa çalışmışlar, lakin spirtli içkinin təsirindən sərxoş vəziyyətdə olduqlarından oynaya bilməmişlər. Bu zaman onlar arasında nərddə qalib gələnin çay pulu verəcəyi ilə bağlı hər hansı razılaşma olmamışdır, nərd oyununu maraq müqabilində oynamışlar. O, bir müddət sonra tualetə getmiş, qayıtdıqda isə Murad adlı polis əməkdaşı çayxanaya daxil olmuşdur. Murad çayxanaya əvvəllər polis əməkdaşı kimi çalışıb sonra işdən çıxarılmış Nurlan adlı şəxslə birlikdə gəlmişdir. O və Nofəl Şöyübov qumar oynamamış, həmin vaxt sərxoş vəziyyətdə olduqlarından və polis əməkdaşı heç bir problem olmayacağı barədə onları aldatdığından ilkin izahatında qumar oynadıqlarını bildirmişlər, lakin bu həqiqəti əks etdirmir. Əlavə olaraq bildirmişdir ki, onlar içkili olduqlarından elə-belə marağa nərd oynamışlar və uduzan şəxs çayın pulunu verməli idi, lakin bunu qumar oyunu kimi oynamamışlar. Halbuki polis əməkdaşları orada nərdi deyil onlarda kartın olub-olmamasını axtarmışlar. Hesab edir ki, onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən X2 ilk dəfə izahat verərəkən bildirmişdir ki, xatırlamadığı tarixdə və saatda o, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Nofəl Şöyübov kafelərin birində yemək yeyib, spirtli içki qəbul etmiş, sonra isə onun özünün işlətdiyi çayxanaya gəlmişlər. O, çayxananı təmizləməyə başlamış, bu zaman Türkel və Nofər ondan çay dəmləməsini xahiş etmişlər. Bundan sonra həmin şəxslər təxminən, yarım saat nərd oynamışlar, lakin içkili olduqlarından oyunu tam davam etdirə bilməmişlər. Bu zaman o, Türkel və Nofəl arasında çaypulu ilə bağlı razılaşma olduğunu eşitməmişdir. Bir müddət sonra Murad adlı polis əməkdaşı və Nurlan adlı keçmiş polis əməkdaşı qəfildən çayxanaya daxil olmuşlar. O, polis şöbəsində verdiyi izahatını təsdiq etmədiyini və hazırki izahatının nəzərə alınmasını xahiş etmişdir. X3 Oğuz rayon Polis Şöbəsində verdiyi izahatında göstərmişdir ki, Oğuz rayon Xaçmaz kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Türkel və Nofəl adlı şəxsləri əvvəlcədən tanıyır, hər ikisi həmkəndlisidir. Izahat verməyinin səbəbi ona məlumdur. ##.##.2026-cı il tarixdə axşam saatlarında adlarını qeyd etdiyi şəxslərlə birlikdə kənd ərazisində kafelərin birində spirtli içki qəbul etmişlər. Daha sonra onlar hər üçü pul qarşılığında nərd oynamaq qərarına gəlmişlər. ##.##.2026-cı il tarixdə saat 00:30 radələrində onlar onun icarə əsasında işlətdiyi, Əfqan Məmmədov adlı şəxsə məxsus çayxanaya gəlmişlər. Həmin çayxananı şifahi razılaşma əsasında 2025-ci ilin dekabr ayından o işlədir. O, çayxanada iş görürdü. Türkel və Nofəl isə tası (dövrü) 1 manat olmaqla nərd oynamışlar. Təxminən saat 02:15 radələrində polis əməkdaşı çayxanaya daxil olmuş, onlara pul qarşılığında qumar oynadıqlarını bildirmişdir. Onlar da səmimi olaraq etiraf etmişlər. Daha sonra araşdırma aparılması üçün Protokolu tərtib edən orqanyə gəlmişlər. X2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin çayxananı işlətmək üçün Əfqan Məmmədov adlı şəxslə şifahi razılaşmışdır. Aralarında heç bir rəsmi müqavilə olmamışdır. ##.##.2026-cı il tarixdə saat 00:30 radələrindən 02:15 radələrinədək olan müddət ərzində Oğuz rayon Xaçmaz kəndində yerləşən onun işlətdiyi çayxanada Türkel və Nofəl adlı şəxslər qumar oynamışdır. O da onlara tamaşa etmişdir. Həmçinin, çayxanada oynamaları üçün şərait yaratmış, icazə vermişdir. Lakin, özü oynamaq istəsə də polis əməkdaşları onları aşkar etiyi üçün oynaya bilməmişdir. O, məsuliyyətinii dərk edir. Əməlindən peşmandır. Bir daha belə hərəkətlər etməyəcəyinə söz verir. Türkel və Nofəlin oynamasına şərait yaratmağının səhv olduğunu dərk edir. O, onların çayxanada qumar oynaması üçün hər hansı bir ödəniş tələb etməmişdir, çünki, Türkel çayxananın sahibinin oğludur. Həm də hər ikisi onun dostudur. X3 izahatlarında olan anlaşılmazlıqların aydınlaşdırılması üçün o, təkrar birinci instansiya məhkəmə iclasında dindirilmiş, təkrar dindirmə zamanı verdiyi izahatında bildirmişdir ki, o, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Nofəl Şöyübov kafelərin birində yemək yeyib, spirtli içki qəbul etmiş, sonra isə onun özünün işlətdiyi çayxanaya gəlmişlər. O, çayxananı təmizləməyə başlamış, bu zaman Türkel və Nofər ondan çay dəmləməsini xahiş etmişlər. Bundan sonra həmin şəxslər çay pulunun müqabilində nərd oynamışlar, lakin içkili olduqlarından oyunu davam etdirə bilməmişlər. O çay pulunu özü istəmədiyindən ona heç kim çay pulu verməmişdir. Türkel və Nofərin oynadığı nərd oyun ləvazimatı çayxanaya məxsusdur və hazırda çayxanada saxlanılır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki, Protokolu tərtib edən orqan-də Təhqiqat Bölməsinin təhqiqatçısı vəzifəsində işləyir. Oğuz rayonu, Xaçmaz kəndi ərazisində yerləşən çayxanada qumar oynanılması ilə bağlı şöbə rəisinə raportla məruz edilmiş və bundan sonra şəxslərin izahatları alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özü izahatında bildirmişdir ki, çay pulundan nərd oyunu oynamışlar, yəni uduzan şəxs çayın pulunu 1 manatı verməli imiş. Çayxnada nərd oyunu üçün istifadə olunan nərd oyun ləvazimatının tərəflərindən götürülmədiyini bildirmişdir. Çayın pulu ilə bağlı çayxananı işlədən Tural Hacıyevdən 1 manat pulun verilməsini soruşan zaman o, nərd oyunu başa çatmadığı üçün həmin pulu almadığını dediyini bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X13 izahat verərək bildirmişdir ki, Protokolu tərtib edən orqan-də PPXB-nin müavini vəzifəsində işləyir və 2025ci ilin mart ayının 24-dən 25-nə keçən gecə Oğuz rayonu, Xaçmaz kəndi ərazisində yerləşən çayxanada qumar oynanılması ilə bağlı fakt tərəfindən aşkar olunmuşdur. Həmin çayxanada Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Nofəl Şöyübov adlı şəxsləri pul müqabilində nərd oyunu oynamalarını özləri etiraf etmişlər. Həmin zaman orada onunla birlikdə keçmiş polis əməkdaşları Nurlan və Ilkin adlı şəxslərin olmasını və çayxanaya daxil olan zaman onların yanında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Nofər Şöyübovun pul müqabilində nərd oynamalarını demələrini bildirmişdir. Çayxanaya yaxınlaşdıqdan sonra bir az qarışıqlıq yaranmasını, inzibati xəta törədən şəxslərin bir az sərxoş olmalarını və daha sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Nofər Şöyübovun özlərinin etdiyi əməli ona etiraf etmələrini demişdir. Bundan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X5 RPŞ-nə dəvət olunmalarını və şöbədə olan zaman ayıldıqdan sonra izahatlarının alınmasını demişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X12 izahat verərək bildirmişdir ki, o, əvvəllər polis əməkdaşı olmuş, lakin xidmətdən xaric edilmişdir. ##.##.2026-cı il tarixdə gecə saat 01:00 radələrində Oğuz şəhərində təsadüfən əvvəlki polis əməkdaşı olan iş yoldaşı Murad ilə rastlaşmışdır və Murad ona demişdir ki, bir neçə kənd üzrə postları yoxlamağa gedir və o, onun dəvəti ilə söhbət etmək üçün avtomobilə əyləşmişdir. Bundan sonra Sincan kəndindən keçən zaman daha 3 nəfərlə rastlaşmışlar həmin şəxslər onları Xaçmaz Qışlaq kəndində aparmalarını xahiş etdiklərinə görə o, iş yoldaşı ilə birlikdə Xaçmaz kəndinə getmişdir və həmin üç nəfəri orada düşürdükdən sonra yol ilə gedən zaman yoldan aşağı səviyyədə yerləşən çayxananın pəncərəsindən iki şəxsin nərd oynadıqlarını görmüşlər. Polis əməkdaşı Murad xidməti avtomobili saxlayıb çayxanaya yaxınlaşmışdır və o, onunla birlikdə onun arxasınca həmin çayxanaya tərəf getmişdir. Pəncərədən görmüşdür ki, nərd oynayan həmin şəxslər xidməti avtomobilin sayrışan işıqlarını görərək nərdi yığışdırmışlar, televizoru işə salmaqla çayxana daxilində hərəsi bir tərəfə getmişlər. Çayxanaya içəri daxil olan zaman hətta onlardan birinin 20 manat pulu yerə düşmüş, götürüb cibinə qoyanda yarısı çöldə qalmışdır. O, polis əməkdaşı ilə birlikdə çayxanaya daxil olduqda nərdtaxta qapıdan sol tərəfdə stolun üstünə qoyulmuş, həmin vaxt onun üstündə 12 vərəqli dəftər və 1 ədəd qələm olmuşdur. O, həmin şəxslər tərəfindən nərdin oynanılması və polis avtomobilinin sayrışan işıqlarını gördükdən sonra onların cəld şəkildə oyun ləvazimatını yığışdırılmalarını görmüşdür. Belə ki, çayxana yoldan aşağı hissədə və təxminən 10 metr məsafədə olduğu üçün çayxanın pəncərəsindən həmin şəxslərin nərd oyunu oynamalarını aydın şəkildə görmüşlər. Polis əməkdaşı tərəfindən video çəkilişin təşkil edilməsi bir neçə saniyə vaxt apardığından çəkiliş zamanı həmin hissələr öz əksini tapmamışdır. Əgər əvvəlcədən verilmiş məlumat əsasında çayaxanaya gedilmiş olsaydı, çəkiliş əvvəlcədən edilərdi və bütün bu proses də videoda görünərdi. Lakin hadisə təsadüfən aşkara çıxdığından çəkiliş də hadisədən bilavasitə sonra edilmiş, beləliklə video natamam şəkildə qeydə alınmışdır. Bundan sonra Türkel və Nofəl adlı şəxslərin öz aralarında kiçik mübahisə də olmuş, Nofəl nərd oynamadığını bildirmiş, lakin sonradan razılığa gəlmişlər ki, qumar oynadıqlarını etiraf etsinlər və həmin şəxslər pul müqabilində nərd oyunu oynamalarını etiraf edərək polis əməkdaşına bildirmişlər. Türkel və Nofəl adlı həmin şəxslər ilk əvvəl əvvəllər polis əməkdaşı olması səbəbindən onun özünə yaxınlaşmışlar və ona 10 manat pul təklif etmişlər ki, onlara bu məsələdən köməklik etsin, lakin o, həmin şəxslərə xidmətdən xaric olunduğunu, belə bir şeyin qanunsuz olmasını və onlara kömək edə bilməyəcəyini və ümumiyyətlə səlahiyyətlərinin olmadığını bildirmişdir. Həmin şəxslər 15 dəqiqə ərzində onlara pul təklif edərək buraxılmaları üçün yalvarmışlar. Bundan sonra isə onlar Murad adlı həmin polis əməkdaşına tabesizlik edərək müqavimət də göstərməyə çalışmışlar, o həmin şəxslərə müqavimət göstərməmələrini, onun özünün də evinə getmək istədiyini, sakitcə avtomobilə əyləşmələrini bildirmişdir. Onlar və çayxananı işlədən şəxs xidməti avtomobilə əyləşmiş, avtomobildə olarkən Türkel özü etiraf edərək onlara demişdir ki, “Əgər 5 dəqiqə gec gəlsəydiniz Nofəli “mars” edərək və bütün pulunu əldə edəcəkdim”. Bundan sonra isə Türkel üzünü ona tərəf çevirərək “kişi kimi deyimmi?” deyə ona sual vermiş, sonra isə “Pulla nərd oynayırdıq” demiş, Nofəl isə “marağa” nərd oynadıqlarını ona bildirmişdir. Tural Hacıyev də “məni də işə saldınız” deyərək onlara öz iradını bildirmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi apellyasiya şikayətində Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5- ***)-**/**** saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar və yuxarı instansiya məhkəməsinin göstərişlərini heçə sayaraq, maddi və prosessual normaları kobud şəkildə pozaraq qanunsuz və əsassız qərar qəbul edən Oğuz Rayon Məhkəməsinin hakimi X1 barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi tamamilə yanlışdır. Belə ki, birinci instansiya məhkəməsinin onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyilə bağlı gəldiyi nəticə tamamilə əsassızdır. Ona görə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirə bilməmişdir. Ilk öncə qeyd edir ki, istər polis şöbəsində istərsə də, məhkəmə iclasında verdiyi izahatlarında hər hansı inzibati xətanı törətməyini etiraf etməmişdir. Belə ki, o, qumar oynamamışdır. Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X7 məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan inzibati xəta hadisəsi baş verərkən lentə alınmış video görüntülər əks olunan diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, masada üç nəfər əyləşmişdir, digər bir şəxs də polisin dəvəti ilə onlara yaxınlaşır və daha sonra polis əməkdaşı X10 şalvarının arxa cibindən 20 manat pul vəsaitini çıxarır və masanın üzərinə qoyur. Digər video görüntüdə isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs pul və maraq müqabilində Nofər Şöyübovla nərd oyunu oynamalarını və Nofər Şöyübovun da bunu təsdiq etməsi əks olunur. Iş materiallarında olan Protokolu tərtib edən orqan-nin ITB-nin YYÇPITQ-nin inspektoru, R Kənan Quliyev tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Oğuz rayonu, Xaçmaz kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə Oğuz rayonu, Xaçmaz kəndində yerləşən Tural Hacıyevin istifadəsində olan çayxanada dövri 1 manat olmaqla nərd oynayaraq qumar oyununda iştirak etmişdir. Iş materiallarında olan ## #### 2026-cı il tarixli MK-*/*** nömrəli material üzrə Protokolu tərtib edən orqan-nin TB-nin təhqiqatçısı, R X4 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X10 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-in ITB-nə və ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Oğuz rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. Iş materiallarında olan ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək ##.##.2025-ci il tarixdə axşam radələrində həmkəndliləri Tural və Nofər ilə birlikdə yemək zamanı bir qədər spirtli içki qəbul etməsini, sonra gecə saatlarında kəndin orta məhlə deyilən yerində Turalın işlətdiyi çayxanaya getdiklərini, orada Tural təmizlik işləri edən zaman Nofərlə birlikdə əyləşib nərd oynamağa başlamasını, oyunun maraqlı olmasıı üçün hər tasın (üç oyunun) sonunda uduzanın çayın pulunu verəcəyi barədə Nofərlə razılaşmasını, bir qədər keçdikdən sonra oraya polis əməkdaşları gəlməsini və soruşduqda daim düz danışdığı üçün olduğu kimi bildirməsi və nərdi maraq müqabilində oynadıqlarını deməsi barədə bildirmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Inzibati Xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xətatərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həmin inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və yavəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqazidd əməli iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol ilə, ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərar ilə, inzibati xəta haqqında protokola əlavə edilmiş digər sənədlərlə, habelə iş üzrə verilmiş izahatlar ilə tam sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarı instansiya məhkəməsi tərəfindən qoyulmuş göstərişlər rəhbər tutularaq iş üzrə tam, obyektiv və hərtərəfli araşdırılma aparılaraq qanuni və əsaslı qərar qəbul edilmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində qeyd etdiyi hallar, iş materiallarında olan mötəbər sübutlarla tam şəkildə təkzib olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Аzərbаycаn Respublikаsı Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Аzərbаycаn Respublikаsı Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 134.1-ci maddəsində göstərilən qərarlardan birini, o cümlədən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərar baxılmış apellyasiya şikayətinə münasibtədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-442/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-442/2026
05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver