Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-443/2026 28.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Mingəçevir Şəhər Məhkəməsinin (hakim Elza Cəbrayılzadə) ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə, ##.##.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. işin halları: Mingəçevir şəhər Icra və probasiya şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən iddia təmin olunmuş, ##.##.2010-cu il təvəllüdlü Nəzrin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment miqdarının artırılaraq Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə təyin edilmiş 140 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əməkhaqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.56 misli həddində indeksasiya edilməsi və 25.11.2025ci il tarixdən başlayaraq cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sabit pul məbləğində aliment alınıb ərizəçi Zərərçəkmiş şəxs verilməsi qərara alınmış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment borcunun ödənilməsi üçün xəbərdarlıq edilməsinə, həmçinin barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasına baxmayaraq, həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə Mingəçevir şəhər Icra və probasiya şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış və eyni icra sənədini təkrar icra etməmişdir. Bu hərəkətləri ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsi iclasında Mingəçevir şəhər Icra və probasiya şöbəsinin icra məmuru X1 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 140 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən qeyd olunan aliment məbləği 0.56 mislində indeksasiya olunaraq, 220 manat məbləğində müəyyən edilmişdir. Borclu əvvəllər işlədiyindən, qeyd olunan aliment məbləği onun əməkhaqqından tutulmuş, lakin daha sonra iş yerindən əmək müqaviləsinə xitam verilməsi səbəbindən aliment ödənişlərinin cavabdehin əməkhaqqısından tutulması mümkün olmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq edilmiş, həmçinin izahatı alınmışdır. Borclu sonuncu dəfə iyul ayı ərzində 220 manat məbləğində ödəniş etmiş, lakin tələbkar həmin pul məbləğini götürməkdən imtina etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırkı borcu 1576 manat təşkil edir. Həmçinin Mingəçevir Şəhər Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək səkkiz gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətməklə icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclunun barəsində inzibati tənbeh tədbiri görülməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi izahatında bildirmişdir ki, o ödəniş etmək üçün ödəmə terminalına yaxınlaşdı. Ona təqdim edilən kart nömrəsini daxil etdi, yanlış olduğu göstərildi. Dəfələrlə cəhd etsə də, mümkün olmadı. Şəkil və videonu çəkərək icra məmuruna göndərmişdir. Sonra icra məmuruna başqa hesab varsa, oraya ödəniş etməyi ilə bağlı mesaj göndərdi, cavab gəlmədi. Səhər Mingəçevir şəhər Icra və probasiya şöbəsinə yaxınlaşıb pulu icra məmuruna təqdim etsə də, yalnız məhkəmə prosesi zamanı qəbul edəcəyini bildirdi. Hazırda 260 manat məbləğində pul gətirmişdir. O, işi yeni tapıb və 20 gün ərzində, ümumilikdə, 700 manat ödəniş etmişdir. Öhdəliyini icra etməkdən yayınmır. Təqdim etdiyi sübutlardan görünür ki, o, məsələnin həlli üçün zəruri addımlar atmışdır. O, X3 iş istəmiş, ona təklif etdiyi iş üzrə aylıq əməkhaqqı 400 manat, vergilər tutulduqdan sonra 378 manat məbləğində pul idi. O işdə işləsəydi, ödəyəcəyi aliment 184 manat olacaqdı. Çünki 50% tutulma aparılacaqdı. Ancaq hazırda işləyir və daha artıq ödəniş edir. 20 gün ərzində 700 manat ödəyib. Sübutlara əsaslanaraq hərəkət edilməlidir. Alimentin ödənilməməsinin səbəbkarı o deyil, əmək münasibətlərində yaranmış problemlərdir. Odur ki, barəsində həbslə əlaqədar olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi izahatında bildirmişdir ki, 260 manat məbləğində ödənişi qəbul etmir. Digər ödənişləri də qəbul etməmişdir. Icra məmuru tərəfindən pullar depozit hesabına qoyulmuşdur. O, aliment borcunun tam həcmdə ödənilməsini, əks təqdirdə borclunun həbs olunmasını xahiş edir. Çünki borclu ödənişi qəsdən etmir. Kartını da özü bloklamışdır. 220 manat və 240 manat məbləğlərində ödənişləri qəbul etmir. Odur ki, borcun tam həcmdə ödənilməsini, əks təqdirdə borclunun barəsində inzibati həbslə bağlı inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi apellyasiya şikayətində barəsində çıxarılmış qərarın ləğv edilməsini və inzibati həbs növündə tənbeh tədbirinin dəyişdirilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-cı il tarixli, 3(5-123)-273/2026 qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Iş üzrə zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarının şikayətlə bağlı izahatlarını və çıxışlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı təyin olunmuş inzibati tənbeh tədbirinə münasibətdə dəyişdirilməlidir. Apellyasiya instansiya məhkəməsi ilkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli düzgün tövsif olunmuş, onun barəsində ədalətli inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Lakin işə apellyasiya məhkəməsində baxılan zaman müəyyən olunmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə borc tam şəkildə ödənilmiş, Mingəçevir şəhər Icra və probasiya şöbəsinin ##.##.2026-cı il tarixli qərarı ilə icraata xitam verilmişdir. IXM-in 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. IXM-in 32.2-ci maddəsində göstərilir ki, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. IXM-in 31.4-1-ci maddəsində göstərilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. IXM-in 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Apellyasiya istansiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə borcun tam şəkildə ödənilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalı və ona daha yüngül inzibati tənbeh növü tətbiq olunmalıdır. IXM-in 135.1 və 135.1.5-ci maddəsinə görə tətbiq edilmiş tənbehin IXM-in 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil tapşırılmışdır. Müdafiəçi Vəkil tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 3 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərilən hüquqi yardıma görə müdafiəçi Vəkil 33 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Inzibati Xətalar Məcəlləsinın 133-137-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı təyin olunmuş inzibati tənbeh tədbirinə münasibətdə dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası IXM-nin 528.1-1-ci maddəsi ilə 1000 (min) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın icrası-şəxsin həbsdən azad edilməsi hissəsində Mingəçevir şəhər polis şöbəsinə, şəxsə təyin edilmiş cərimə cəzasının icra edilməsin hissəsində isə şəxsin yaşayış yeri üzrə Icra və probasiya şöbəsinə həvalə edilsin. Müdafiəçi Vəkil əmək haqqı ödənilməsi üçün dövlət hesabına 33 manat vəsait Vəkil “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASCnin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-443/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-443/2026
28.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver