Məhkəmə qərarları › İş №3(3-10)-444/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-444/2026

29.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-444/2026 29.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiçisi Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli təqsirli bilinib barəsində həmin maddə ilə 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsinə dair Yevlax Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Ruqiyyə Cəfərova) ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qərarı ilə, ##.##.1992-ci ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Kəlbəcər rayonunun Şurtan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhərdə yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli təqsirli bilinib barəsində həmin maddə ilə 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi müəyyən edilmişdir. işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 02:30 radələrində Yevlax şəhəri, Nizami prospektində DYPB-nın inzibati binasının qarşısında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yevlax rayon Polis Şöbəsi tərəfindən ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında protokol tərtib etmiş Protokolu tərtib edən orqan-in ITB-nın sahə inspektoru, R X4 məhkəməyə verdiyi izahatında bildirmişdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 02:30 radələrində Yevlax şəhəri, Nizami prospektində DYPB-nın inzibati binasının qarşısındaküçədə uca səslə nalayiq ifadələr işlədərək insanların narazılığına səbəb olaraq ictimai qaydanı pozaraq barəsində Azərbaycan Respublikası IXM-nin 510.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Verilmiş suallara cavab olaraq, avtomobilin duracağa verilməsi zamanı qiymətli əşyaların olub-olmaması ilə bağlı Akt tərtib olunur. Həmin vaxt hər hansı əşyanın olmaması ilə bağlı Akt tərtib olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə verdiyi izahatında göstərmişdir ki, ##.##.2026-cı il tarixdə saat 02:30 radələrində Yevlax rayon RPŞ DYPB-nın binasına gələrək qohumu X2 məxsus ** BX *** dövlət qeydiyyat nişanlı BYD markalı minik avtomobilinin duracaqdan dərhal buraxılmasını tələb etmişdir. Polis əməkdaşlarına qarşı təhqiredici ifadlər işlətsə də söyüş söymədiyini bildirmişdir. Verilmiş suallara cavab olaraq və məhkəmə iclasında diskə baxış zamanı görüntüdəki şəxsin özünün olmasını təsdiq edərək, ağlının özünü idarə etmədiyi bir vaxta təsadüf etdiyini, əsəbi olduğundan özünü idarə edə bilmədiyini bildirmişdir. ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 onun xalası oğlu olmasını bildirərək, maşında olan 100.000 ABŞ dolları məbləğində pul vəsaitinin işçilərə verilməsi məqsədilə Qarabağa çatdırılması ilə bağlı xahiş etdiyini bildirmişdir. Işçilərə məxsus əmək haqqının kart hesabı vasitəsilə deyil, bəzi icarədarlara pulun əlbəəl verilməsini bildirmişdir. O, biləndə ki, X2 maşını duracağa verilib, həmin an özünü idarə edə bilməyəcək səviyyədə özündən çıxmış və Yevlax rayon RPŞ DYPB-nın binasına yaxınlaşaraq, əsəblərini cilovlaya bilməyərək, nalayiq ifadələr işlətmişdir. Sonradan avtomobilə əyləşən zaman 100.000 ABŞ dollarının Elvin tərəfindən ünvana çatdırıldığını öyrənmişdir. Diskə baxış zamanı eşidilən söyüşün isə xalası oğluna qarşı işlətdiyini bildirmişdir. Etdiyi əməldən peşmanlığını, polislərə qarşı işlətmiş olduğu ifadələrə görə üzürxahlığının nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında müdafiəçi X5 məhkəməyə verdiyi izahatında, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səmimi etirafını, əməlindən peşman olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında X3 şahid qismində izahat verərək, həmin gün yəni ##.##.2026-cı il tarixdə gecə saatlarında növbədə olduğunu, anidən tanımadıqları şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adlı şəxsin səs-küylə binaya daxil olduğunu, həm binanın daxilində həm də küçədə nalayiq, təhqiramiz ifadələr işlədərək, onlara qarşı əl-qol hərəkətləri ataraq ictimai qaydanı pozduğunu bildirmişdir. Nə qədər sakitləşməyi təklif etsə də “sizin paqonunuzu sökdürəcəm” deyib söyüş söymüşdür. Verilmiş suallara cavab olaraq həmin vaxt onlar növbədə olduqlarını, binaya daxil olaraq onları təhqir edərək ona (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) məxsus 100.000 ABŞ dollarının olduğunu, əgər pula nəsə olarsa cavab verməli olacaqlarını deyərək səs-küy saldığını bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sakitləşdirməyə, məsələnin nə olduğunu aydınlaşdırmağa çalışsalar da, ona qarşı səbr nümayiş etdirsələr də heç cür sakitləşmədiyini bildirdi. Daha da uca səslə qışqırıb, təhqiramiz sözlərlə alçaldıcı ifadələr işlətmişdir. Yalnız binanın içərisində deyil, binanın xaricində küçədə də eyni tərzdə nalayiq ifadələr işlədərək ordan uzaqlaşmışdır. Birinci instansiya məhkəməsinin iclasında X1 şahid qismində izahat verərək, həmin gün yəni ##.##.2026-cı il tarixdə növbədə olduğunu, anidən tanımadıqları şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adlı şəxsin səs-küylə binaya daxil olduğunu, həm binanın daxilində həm də küçədə nalayiq, təhqiramiz ifadələr işlədərək, onlara qarşı əl-qol hərəkətləri ataraq ictimai qaydanı pozduğunu bildirmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiçisi Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiçisi Vəkil verdiyi apellyasiya şikayətində hüquqlarını müdafiə etdiyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə *(*-***)-****/**** saylı inzibati xəta haqqında iş üzrə Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının dəyişdirilməsi, onun barəsində IXM-nin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbslə əlaqədar olmayan cəza tətbiq edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yadiğar oğlu törətmiş olduğu xətanı etiraf etmiş, etdiyi əməldən peşmanlığını, polislərə qarşı işlətmiş olduğu ifadələrə görə üzürxahlığının nəzərə alınmasını xahiş etsə də, işə baxan məhkəmə bütün bu işin faktiki hallarını nəzərə almamış, nəticədə hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə ədalətsiz qərar qəbul etmişdir. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiçisi Vəkil apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Qeyd olunanlardan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasının vaxtı və yeri barədə məlumat verilsə belə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiçisi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli təqsirli bilinib barəsində həmin maddə ilə 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsinə dair Yevlax Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Apellyasiya instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında qeyd etdiyi, birinci instansiya məhkəməsi zamanı verdiyi etirafedici ifadələrinin məhkəmə zalından çıxaraq ona etirafedici ifadə verməsini tövsiyə edən bir nəfər şəxsin təsiri ilə bağlı olması halına münasbətdə qeyd edir ki, məhkəmə iclasında həmin xüsusatı təsdiq edəcək hər hansı sübut müəyyən edilməmiş, onun özü isə bu barədə hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd etdiyi xüsustları özünümüdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin formada ifadə verməklə məsuliyyətdən azad olunmaq məqsədi güdür. Apellyasiya instansiya məhkəməsinin qənaətincə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmiş dəlillər əsasızdır və işin faktiki hallarına uyğun deyildir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının IXM-nin 510.1-ci maddələri ilə nəzərdə tutulmuş inzbati xətanı törətməsi iş materiallarında olan mötəbər sübutlar və şahid ifadələri ilə öz təsdiqini tapır. Apellyasiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq olunmuş inzibati tənbehə münasibətdə qeyd edir ki, AR IXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilmişdir ki, Inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Apellyasiya instansiyası məhkəməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası IXM-nin 510.1-ci maddəsinin sanksiyasında göstərilmiş həddə yəni 10 (on) gün müddətində inzibati qaydada həbs edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 134.1-ci maddəsində göstərilən qərarlardan birini, o cümlədən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiçisi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiçisi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar