Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-446/2026 12.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbəri X2 barəsində Azərbaycan Respublikası IXMin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Aybəniz Babayeva) ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbəri X2 barəsində Azərbaycan Respublikası IXM-in 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməsi müəyyən edilmişdir. işin halları: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən hüquqi şəxs “xxxx” MMC barəsində Azərbaycan Respublikasının IXM-in 539.1-1-ci maddəsi ilə ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və “xxxx” MMC-nin rəhbəri X2 barəsində Azərbaycan Respublikasının IXM-in 539.1-1-ci maddəsi ilə ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Inzibati xəta haqqında protokollardan görünür ki, hüquqi şəxs “xxxx” MMCnin işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 18.5-ci maddəsinin tələblərinin pozulması DƏMX-nin Mərkəzi Aran regional şöbəsinin ##.##.2026-cı il tarixli, ***-*/*-*****/**** nömrəli və *-**-*/*-*****/**** nömrəli məktubu ilə qüvədə olan əmək müqavilələrinin qanunverilicinin əsasən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olmadığı müəyyən ediməsi barədə icrası məcburi olan göstəriş icra edilməmişdir. Birinci instansiya məhkəməsi iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 çıxış edərək, “xxxx” MMC-nin və həmin hüquqi şəxsin rəhbəri X2 barəsində qanunvericiliyə müvafiq tədbir görülməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi verdiyi apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməsi və Xidmətin Mərkəzi Aran regional şöbəsi tərəfindən “xxxx” MMC barəsində ## ### 2026-cı il tarixli MN ******* nömrəli və MMCnin direktoru X2 barəsində ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarını bununla əsaslandırmışdır ki, icrası məcburi göstəriş çatdırılmamışdır. Lakin iş materiallarına əlavə edilən sənədin elektron kabinetə yerləşdirilməsi haqqında Arayışdan görünür ki, məktub ünvan sahibinə ## ##### 2026-cı il tarixində çatdırılmışdır. Məhkəmə iclasının vaxt və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi vəBarəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin rəhbəri X2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 18.5-ci maddəsinin tələb tələblərinin pozulması DƏMX-nin Mərkəzi Aran regional şöbəsinin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubu ilə qüvədə olan əmək müqavilələrinin qanunverilicinin əsasən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olmadığı müəyyən edilmişdir. Iş materiallarında olan ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC-nin rəhbəri X2 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 18.5-ci maddəsinin tələb tələblərinin pozulması DƏMX-nin Mərkəzi Aran regional şöbəsinin ##.##.2026-cı il tarixli, *-**-*/******/**** nömrəli məktubu ilə qüvədə olan əmək müqavilələrinin qanunverilicinin əsasən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin icrası məcburi göstərişi qanunvericiliyin tələb etdiyi şəkildə hüquqi şəxsə və hüquqi şəxsin vəzifəli şəxsinə çatdırılmadığından “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Apellyasiya məhkəməsi qeyd edir ki, hazırki iş üzrə mübahisə doğuran və apellyasiya şikayətinin əsas dəlili icrası məcburi göstərişin çatdırılması ilə bağlıdır. Apellyasiya məhkəməsi qeyd olunan xüsusata münasibətdə qeyd edir ki, IXM-nin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Inzibati Xətalar Məcəlləsinin 57.5-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il # #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. Inzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. Inzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. IXM-nin 17-ci maddəsinin Qeyd hissəsinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri vəzifəli şəxs hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, dövlət və ya bələdiyyə orqanlarında yardımçı heyət (kargüzar, makinaçı, kuryer, liftçi və digərləri)-vəzifəli şəxslərin fəaliyyətinin təmin olunması üçün köməkçi maddi-texniki əməliyyatları həyata keçirən əməkdaşlardır. Onlar müvafiq orqanların səlahiyyətlərinin həyata keçirilməsi fəaliyyətində bilavasitə iştirak etmirlər, dövlət və ya bələdiyyə orqanları aparatlarının fəaliyyətinin maddi-texniki və məlumat prosesinin təminatı ilə məşğuldurlar. Həmin şəxslər yalnız qanunla, digər normativ hüquqi aktla, əmr və ya sərəncamla təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyasını yerinə yetirdikdə, həmçinin xüsusi səlahiyyət əsasında hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə vəzifəli şəxs hesab oluna bilərlər. Odur ki, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, hazırki iş üzrə mübahisə doğuran əsas məsələ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən göndərilən icrası məcburi göstərişin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbəri X2 çatdırılması ilə bağlıdır. Inzibati orqan tərəfindən icrası məcburi göstərişin çatıdırlması ilə bağlı arayış təqdim edilsə belə, həmin arayışların tədqiqi zamanı inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında Inzibati Xətalar Məcəlləsinin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırılıb-çatdırılmadığını və ya inzibati xəta törətmiş şəxsin Inzibati Xətalar Məcəlləsinin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olubolmadığını müəyyən etmək mümkün olmur. Bundan əlavə iş üzrə məhkəmə iclası təxirə salınaraq inzibati orqandan qeyd olunan xüsasatlar üzrə əlavə sübutların təqdim edilməsi tələb olunsa belə, inzibati orqan tərəfindən əlavə sübutlar təqdim olunmamışdır. Inzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Inzibati Xətalar Məcəlləsinin 76.1-cı maddəsinə əsasən Iizibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Inzibati xətalara dair işlər üzrə sübutetmə yükü inzibati orqanın üzərinə düşdüyündən və inzibati orqan tərəfindən birinci instansiya məhkəməsinin qərarında iş üzrə icraata xitam verilmə əsasları konkret olaraq göstərilməsinə baxmayaraq icrası məcburi göstərişin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbəri X2 çatıdırlması ilə bağlı hər hansı əlavə sübut təqdim etmədiyindən apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarının ləğv edilməsi üçün hər hansı əsas görmür. Azərbaycan Respublikası IXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Azərbaycan Respublikası IXM-nin 53.2-ci maddəsinə əsasən maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. X7 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və X7 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-446/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-446/2026
12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver