Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-447/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X1, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X11 Aran Regional Təhsil Idarəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X11 Aran Regional Təhsil Idarəsi barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Aybəniz Babayeva) # #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X11 Aran Regional Təhsil Idarəsi barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi müəyyən edilmişdir. işin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X11 Aran Regional Təhsil Idarəsi barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli # ### 2026cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vətəndaş X6 şikayəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən *-**-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktub göndərilərək sənədləri 7 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, poçtun izlənilməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin ##.##.2025-ci il tarixədək X6 müraciəti ilə bağlı işəgötürənin zəruri olan məlumatların təqdim edilmədiyi, ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktubla isə təqdim edilən sənədlərin tam olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3 çıxış edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X11 Aran Regional Təhsil Idarəsi barəsində ##.##.2026-cı il tarixli MN ******* saylı tərtib edilmiş inzibati xəta haqqında cərimə edilməsini xahiş etdi. Bundan əlavə məhkəmnin suallarına cavab olaraq, eyni xəta hadisəsi ilə bağlı Həmid Qasımlının da Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə şərti cərimə tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi iclasında iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X11 Aran Regional Təhsil Idarəsinin nümayəndəsi X2 izahat verərək, *-**-*/******/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubdan sonradan məlumatlı olduqlarını, dərhal X6 istehsalatda baş verən bədbəxt hadisə barədə məlumatları ##.##.2026-cı il tarixdə sənədlərin təqdim edildiyini bildirmiş, göstərilən nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə məhkəmnin suallarına cavab olaraq, eyni xəta hadisəsi ilə bağlı Həmid Qasımlının da Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə şərti cərimə tətbiq edilmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi verdiyi apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin Mərkəzi Aran regional şöbəsi tərəfindən Təhsil Idarəsi barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Təhsil Idarəsinin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Plenum Qərarının qəbul edilməsinə əsas olmuş hal məhz məcburilik və preyudisiallıq xüsusiyyətlərini əmələ gətirən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş faktların preyudisial qüvvəsinin nəzərə alınmaması, artıq araşdırılaraq qiymətləndirilmiş halların yenidən mübahisələndirilməsi və təkzib edilməsinin mümkünlüyü, bu baxımdan inzibati xəta haqqında işə baxan məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qərarında araşdırılaraq qiymətləndirilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi məsələsi ilə bağlı qeyrimüəyyənliyin olmasıdır. Plenum Qərarında göstərildiyi kimi məqsəd belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması olmalıdır. Lakin bu gün məhkəmələr tərəfindən müvafiq qərar geriyə doğru şamil edilməklə qərarın qəbul edilməsi məqsədinə zidd nəticələrə səbəb olmaqdadır. Belə ki, Inzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi əsasları konkret göstərilmişdir və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarına istinad edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə tərəfindən formal olaraq Məcəllənin 53-cü maddəsinə istinad edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi nəticəsində eyni fakt üzrə faktiki olaraq vəzifəli və hüquqi şəxsə münasibətdə iki fərqli ziddiyyətli qərar qüvvədə olmuş olur. Həmçinin, qeyd olunan hal faktiki olaraq hüquqi şəxsin əməlinə hüquqi qiymət verilməməsinə və nəticədə cəzasızlıq mühitinin və geniş sui-istifadə hallarının yaranmasına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə tərəfindən hüquqi şəxsin əməlinə müstəqil hüquqi qiymət verilməsi və vəzifəli şəxsə münasibətdə tənbeh tədbiri tətbiq edilməsi nəzərə alınmaqla hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi zəruridir. Nəzərə almaq lazımdır ki, Plenum Qərarında hüquqi şəxsə münasibətdə protokolun məhkəməyə göndərilməsi istisna edilir, artıq göndərilmiş protokolları məhkəmədə baxılması istisna edilmir. Apellyasiya instansiya məhkəməsi iclası zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsi iclası zamanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X11 Aran Regional Təhsil Idarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. hüquqi məsələlər: IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; Məhkəmə şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə birlikdə araşdırıb və birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesab edir ki, aşağıda şərh olunan əsaslara görə, şikayət təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan # ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X6 şikayəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən *-**-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktub göndərilərək sənədləri 7 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, poçtun izlənilməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin ##.##.2025-ci il tarixədək X6 müraciətinin əsasən işə götürən zəruri olan məlumatların təqdim edilmədiyi, ##.##.2026-cı il tarixli 3-17-5/2-36049/2026 nömrəli məktubla isə təqdim edilən sənədlərin tam olmadığı müəyyən edilmişdir; Iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X4 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, vətəndaş Iş materiallarında olan X6 əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanladığı müraciətinə baxıldığı üçün AR ƏM-nin 15.2-ci maddəsinin tələblərinə müvafiq olaraq tələb olunan sənədlərin 7 (yeddi) iş günü ərzində X4 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə təqdim edilməsi xahiş olunmuşdur. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, şikayət ərizəsindən görünür ki, X6 tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Mərkəzi Aran Regional Təhsil Idarəsinin müdiri onun faktiki işdə olmasına baxmayaraq, ##.##.2026-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin # ### 2026-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, səlahiyyətli orqanlar tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsi istisna edilmişdir. Məhkəmə iclasında prosses iştirakçılarının izahatları ilə müəyyən edilmişdir ki, eyni inzibati xəta hadisəsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X11 Aran Regional Təhsil Idarəsinin rəhbəri Həmid Qasımlının barəsində də IXM-in 539.3-cü maddəsi ilə şərti qaydada cərimə tətbiq edilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibət qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə müyyən edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında və bu Qərarında formalaşdırdığı hüquqi mövqelərə əsasən inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı, barəsində qərar çıxarılan şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinin və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələrinin tələbləri: - səlahiyyətli orqanlar tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsini;- eyni inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar tərtib edilərək həm məhkəməyə (hüquqi şəxs barəsində), həm də səlahiyyətli orqana (vəzifəli şəxs barəsində) göndərilməsini istisna edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər. Belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 2023cü il 12 yanvar tarixli Qərarında vurğulanmışdır ki, inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsi inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından məhkəmələr tərəfindən həll edilməlidir. Hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Hüquqi şəxsin və vəzifəli şəxsin törətdiyi inzibati xəta ilə bağlı məsuliyyət məsələsi birbiri ilə əlaqəli olsa da, həmin subyektlərin inzibati məsuliyyətə cəlb olunmasının hüquqi əsasları və prosessual qaydası fərqlidir (Inzibati Xətalar Məcəlləsinin 17 və 18-ci maddələri). Vəzifəli şəxs öz vəzifə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsinə görə inzibati məsuliyyət daşıyır, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün təmsilçilik, qərar qəbul etmə və fəaliyyətə nəzarət səlahiyyətinə malik olan vəzifəli şəxsinin və ya bu vəzifəli şəxslərin nəzarəti həyata keçirməməsi nəticəsində işçisinin törətdiyi əməllərə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı işin bütün halları, xüsusilə əməlin onun xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilib-törədilməməsi müvafiq icraat çərçivəsində ətraflı araşdırılmalı və qiymətləndirilməlidir. X8 Məcəlləsinin 31.3-cü maddəsinə uyğun olaraq hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsin maliyyə və əmlak vəziyyəti də nəzərə alınmalıdır.. Bu yanaşma hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən şəxsin məsuliyyəti məsələsinin həllində faktiki halların eyni icraat çərçivəsində araşdırılmasının əhəmiyyətini göstərir. Bu baxımdan, analoji hüquqi münasibətlərin mövcud olduğu inzibati xətalar sahəsində də hüquqi şəxs və onun vəzifəli şəxsi arasında mövcud olan hüquqi və faktiki əlaqə nəzərə alınaraq, iş üzrə halların tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması üçün onların inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılması məqsədəmüvafiqdir. Səlahiyyətli orqanlar tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar) tərtib edilərək baxılması üçün məhkəməyə, həmçinin eyni inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar tərtib edilərək həm məhkəməyə (hüquqi şəxs barəsində), həm də səlahiyyətli orqana (vəzifəli şəxs barəsində) göndərilməsini Konstitusiyanın 71-ci maddəsinin X hissəsinin və Inzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələrinin tələbləri istisna edilir. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalı olması imperativ tələb kimi müəyyən edilmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi zərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin yuxarıda istinad olunmuş qərarlarına əsaslanaraq düzgün hüquqi nəticəyə gəlmişdir. AR IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. AR IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. X15 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-447/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-447/2026
05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver