Məhkəmə qərarları › İş №3(3-10)-448/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-448/2026

05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-448/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Qərarından şikayət verilən orqan Hüquq Idarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) Isa oğlunun barəsində qəbul edilmiş 1000 (bir min) manat məbləğində cərimə edilməsinə dair MN ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və işə yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməsinə dair Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Qərarından şikayət verilən orqan Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Ruqiyyə Cəfərova) ## #### 2026-cı il tarixli, 3(5- 166)-1002/2026 saylı qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) Isa oğlunun barəsində qəbul edilmiş 1000 (bir min) manat məbləğində cərimə edilməsinə dair MN ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və işə yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməsi müəyyən edilmişdir. işin halları: Qərardan şikayət verən orqan (şəxs) Isa oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının IXMnin 555.1ci maddəsinə əsasən 1000 manat məbləğində barəsində inzibati cərimə tətbiq edildiyini, aidiyyəti sənədlərin ##.##.2026-cı il tarixdə poçt vasitəsilə aldığını, baş vermiş hadisənin bədbəxt hadisə ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) Isa oğlu şikayətini onunla əsaslandırmışdır ki, Qərarından şikayət verilən orqan Bakı Şəhər Idarəsinin ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə vəzifəli şəxs qismində ona 1.000 (bir min) AZN məbləğində cərimə tətbiq edilmişdir. Inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız, hüquqi cəhətdən aşağıdakı nüanslara görə əsassız hesab etmişdir. Işin faktiki halları ilə bağlı bildirirəm ki, sözügedən hadisə X4 (bundan sonra “Işçi” adlandırılır) hazırda Direktor vəzifəsində işlədiyi “xxxx” MMC-də (bundan sonra “Cəmiyyət” adlandırılır) müvəqqəti istifadəsinə verilmiş oturacağın texniki vəziyyəti və konstruktiv xüsusiyyətləri ilə əlaqədar olaraq müəyyən ağırlıq və fiziki təsir həddindən sonra zədələnməsi və ya qırılması ehtimalının mövcud olduğu barədə Işçi əvvəlcədən məlumatlandırılmışdır. Cəmiyyət tərəfindən Işçiyə həmin oturacaqdan istifadə zamanı ehtiyatlı davranmasının zəruri olduğu, xüsusilə oturacağa icazəverilən həddən artıq söykənməməsi və onun konstruktiv dayanıqlığını poza biləcək hərəkətlərdən çəkinməsi barədə şifahi qaydada xəbərdarlıq edilmişdir. Məlumat olaraq bildirir ki, Işçi, X4 ilə Cəmiyyət arasında ##.##.2025 tarixli, **TR*Z******* saylı (əvvəlki nömrəsi: 00TR6Z4000801, 00TR6Z4000800) Əmək Müqaviləsi bağlanılmış və o, Cəmiyyətdə “Layihə rəhbəri” vəzifəsinə işə qəbul olunmuşdur. X6 ilə Işçinin iş rejimi 08:00 - 17:00 saatları arasında müəyyən edilmişdir. Daha sonra, Işçinin iş rejiminin tənzimlənməsi barədə ## ###### 2026cı il tarixli, **D-*** nömrəli əmr verilmiş və əmrin icrası Əmək qanunvericiliyinin tələbi ilə Işçinin iş şəraitinin dəyişdirilməsi barədə Işəgötürənin xəbərdarlıq müddəti gözlənilməklə ## #### 2026-cı ildə etibarən qüvvəyə minməsi nəzərdə tutulmuşdur. Hadisə ##.##.2026-cı il tarixində, saat 17:45 radələrində, iş vaxtından kənar, Cəmiyyətin faktiki ünvanı olan, ünvan 1 STN Biznes Mərkəzi ünvanında, Işçinin əsnədiyi zaman ehtiyatsız davranması və oturacağa yolverilə bilən həddən artıq söykənməsi nəticəsində oturacağın sınması, bunun nəticəsində isə Işçinin yıxılması ilə əlaqədar baş vermişdir. Hadisə nəticəsində Işçi tərəfindən hər hansı fiziki xəsarət alması ilə bağlı fakt qeydə alınmamışdır. Hadisənin baş verdiyi gün Işçi normal vəziyyətdə olmuş və səhhəti ilə bağlı hər hansı şikayət bildirməmişdir. Həmçinin, növbəti gün, ##.##.2026-cı il tarixində Işçi iş yerinə gəlmiş, əmək fəaliyyətini adi qaydada davam etdirmiş və normal əhval-ruhiyyədə olmuşdur. Lakin, növbəti günün ikinci yarısında rəhbərlikdən icazə istəyərək iş yerini tərk etmişdir. Daha sonra, ##.##.2026-cı il tarixində Işçi tibbi müayinədən keçmək məqsədilə yenidən rəhbərliyə müraciət edərək icazə almış və bu barədə müvafiq tibbi arayışlar təqdim etmişdir. Bununla belə, qeyd olunan tarixdə Işçi üçün xəstəlik vərəqəsi rəsmiləşdirilməmişdir. Işçi üçün ilk xəstəlik vərəqəsi ##.##.2026-##.##.2026-cı il tarixlərini əhatə etməklə ** nömrəli Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmişdir. Bununla yanaşı, Işçi 19 və ## ###### 2026-cı il tarixlərində iş yerinə gələrək əmək fəaliyyətini davam etdirmişdir. Lakin sonradan ##.##.2026-##.##.2026-cı il tarixlərini əhatə etməklə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət Idarəsinin Mərkəzi Hospitalı tərəfindən onun adma yenidən xəstəlik vərəqəsi açılmışdır. Hadisənin xarakteri və konkret başvermə şəraiti nəzərə alınaraq müəyyən edilmişdir ki, baş vermiş hadisə yüngül xarakter daşımış, hər hansı ağır nəticə və ya sağlamlıq pozuntusu ilə müşayiət olunmamışdır. Hadisə baş verdiyi anda və sonrakı müddətdə Işçi tərəfindən sağlamlıq vəziyyətinin pisləşməsi, ciddi fiziki xəsarət alması, əmək qabiliyyətinin məhdudlaşması və ya tibbi müdaxilə tələb edən hər hansı hal barədə Işəgötürənə hər hansı müraciət, şikayət və ya irad bildirilməmişdir. Nəticədə hadisə nəticəsində Işçinin həyat və sağlamlığı üçün real təhlükə yaradan, uzunmüddətli əmək qabiliyyəti itkisinə səbəb olan və ya istehsalat qəzası kimi qiymətləndirilə biləcək ağır hüquqi nəticələr doğuran hallar müşahidə edilməmişdir. Mövcud faktiki vəziyyət və hadisənin nəticələri nəzərə alınaraq, hadisənin yüngül xarakterli olduğu qənaətinə gəlinmişdir. Sözügedən hadisə ilə bağlı Cəmiyyətdə “Mühasib” vəzifəsində çalışan X2 və “Təmizlik Xidməti üzrə Qrup Rəhbəri” vəzifəsində çalışan Hicran Əzimova Imdat qızı tərəfindən yazılı izahatlar təqdim edilmişdir. Həmin izahatlarda hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi, hadisə zamanı və sonrasmda Işçinin sağlamlığına ciddi zərər dəymədiyi, eləcə də hər hansı nəzərəçarpacaq fiziki xəsarət alması ilə bağlı halın müşahidə olunmadığı qeyd edilmişdir. Bundan əlavə, yuxarıda adıçəkilən şəxslər öz izahatlarında Işçinin hadisədən sonra normal vəziyyətdə olduğunu, səhhəti ilə bağlı hər hansı şikayət və ya narahatlıq ifadə etmədiyini təsdiqləmişlər. Təqdim olunmuş izahatlar və mövcud hallar birlikdə qiymətləndirildikdə, hadisənin yüngül xarakterli olduğu və ağır nəticələr doğurmadığı qənaətinə gəlinmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Qərarından şikayət verilən orqan Hüquq Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Qərarından şikayət verilən orqan Hüquq Idarəsi verdiyi apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin Bakı Şəhər Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) Isa oğlu barəsində tərtib edilmiş MN ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında Qərarından şikayət verilən orqan Hüquq Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin olunmasını, aidiyyətlə bağlı mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan barəsində inzibati haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) Isa oğlu məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; Məhkəmə şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə birlikdə araşdırıb və birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesab edir ki, aşağıda şərh olunan əsaslara görə, şikayət qismən təmin edilməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-166)-1002/2026 saylı qərardadı və Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı yekun qərarı ləğv edilərək inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə hazırlıq mərhələsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Isa oğlu Azərbaycan Respublikasının IXM-nin 555.1-ci maddəsi ilə 1000 manat inzibati cərimə edilmişdir. Iş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, R.A.Emçiyev təmizlik və sanitariya xidmətlərinin idarəedilməsi şöbəsi təmizlik xidmətinə layihə rəhbəri vəzifəsinə təyin edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinin işçilərdən almış olduğu izahatlardan da görünür ki, R.Emçiyev əsnəyərkən oturduğu kreslodan yıxılmış, özü durub sərbəst hərəkət etmişdir. Ona qarşı hər hansı müqavimət olmamış, hadisə iş gününün sonu saat 17.00-da baş vermiş, hadisənin səhəri R.Emçiyev işdə olmuşdur. Iş materiallarında olan ##.##.2019-cu il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, G96.8A əsas Diaqnoz Mərkəzi sinir sisteminin digər dəqiqləşdirilmiş zədələnmələri diaqnoz şərhi olaraq anal çat əməliyyatından sonrakı fournier qanqrenası (aralıq və gövdənin hər iki yan divarına yayılımlı) ağır septik şok ağır gedişli pnevmoniya kəskin böyrək yetməzliyi diaqnozu qoyulmuşdur. Iş materiallarında olan ##.##.2026-cı il tarixli KT ilə 3 ölçülü (3D) görüntüləmə (MD) həyata keçirilmiş, onurğanın bel lordozu saxlanılmış, osteoxondroz, spondiloartroz, osteoporoz və aşağı torakal tamamlayıcı lövhələrion Şmrol düyünləri aşkar edilir və s. qeyd edilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il və ##.##.20263-cı il tarixli sığortaolunanın xəstəlik vəqərəsi tərtib olunmuşdur. Iş materiallarında olan ##.##.2026-cı il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət Idarəsi tərəfindən məhkəmənin vermiş olduğu sorğuya cavab olar anal nahiyyədə şişkinlik, ağrı, diskomfort hissi, irinli ifrazat və qızdırma ilə bağlı şikayətlərin olması, anal nahiyə foreigner syndromundan sonrakı əməliyyat səbəbi ilə əlaqədar deformasiyanın olması qeyd edilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institunun rəyinə əsasən bel fəqərələri rentgenoqrafiyası (iki proyeksiyalı) xidməti göstərilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli rodioloqun verdiyi rəyə əsasən Bel-oma nahiyyəsinin MRT-si və bud-çanaq oynağı T2, T1 rejimli multiplanar MRT edilmişdir. Iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) Isa oğlunun şikayət ərizəsi geri qaytarılmışdır. Həmin qərardadda həmçinin o da qeyd olunmuşdur ki, “xxxx” MMC-nin hüquqi ünvanı Şəki rayonu Daşüz ərazisidir. Eyni zamanda iş materiallarında olan Qərardan şikayət verən orqan (şəxs) Isa oğlu ilə “xxxx”xxxx” MMC-nin hüquqi ünvanı Şəki rayonu Daşüz ərazisi göstərilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırki iş üzrə Qərardan şikayət verən orqan (şəxs) Isa oğluna istinad olunan inzibati xəta hərəkətsizliklə, vəzifə funksiyalarının icrası zamanı törədilmişdir. “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Inzibati xətalar iki qrupa bölünür: formal və maddi tərkibli xətalar. Formal tərkibli inzibati xətanın obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli inzibati xətalar qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir və məsuliyyətə cəlb etmək üçün ödənilməməsi və ya ödənilməli olan gömrük ödənişlərinin məbləğinin azaldılması və s. kimi mənfi nəticələrin baş verməsi mütləq deyil. Maddi tərkibli inzibati xətalarda isə xətanın obyektiv cəhətinə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən zərərli nəticə də daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin yaranması üçün zərərli nəticənin baş verməsi tələb olunur və belə inzibati xəta tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. Bu baxımdan ilkin olaraq inzibati hüquq pozuntusunun (hərəkət və ya hərəkətsizliyin) başa çatdığı vaxt, daha sonra baş verdiyi yer müəyyən edilməlidir. Inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iş üzrə Qərardan şikayət verən orqan (şəxs) Isa oğlunun öz vəzifə funksiyalarını həyata keçirməli olduğu yer “xxxx” MMC-nin hüquqi ünvanı Şəki rayonu Daşüz ərazisi olduğundan hərəkətsizliklə ifadə olunan inzibati xəta da elə həmin ünvanda törədilmişdir. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət- inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Həmin məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin məcəllənin 129.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. Göründüyü kimi Inzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd olunmuş maddələrinin tələblərinə əsasən Qərardan şikayət verən orqan (şəxs) Isa oğlu ilkin olaraq aidiyyəti üzrə inzibati xətanın törədildiyi yer üzrə Şəki şəhərinin inzibati xətanın törədildiyi yer üzrə müvafiq rayon məhkəməsinə şikayət verməklə yanaşı, şikayətlə bərabər işə Yevlax Rayon Məhkəməsində baxılması üçün vəsatət təqdim etməli və həmin vəsatət müvafiq rayon məhkəməsinin şikayətə baxmağa hazırlıq iclasında müsbət həll olunduqdan sonra iş baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan normalar pozulmaqla iş icraata qəbul olunmuşdur. Beləliklə yuxarıda şərh olunanlara əsasən Qərarından şikayət verilən orqan Hüquq Idarəsi tərəfindən verilmiş şikayəti qismən əsaslı hesab edən məhkəmə bu nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli və iş üzrə işin icraata qəbul edilməsinə dair Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-166)-1002/2026 saylı qərardadı və Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı yekun qərarı ləğv edilərək inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə hazırlıq mərhələsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və X10 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Qərarından şikayət verilən orqan Hüquq Idarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-166)-1002/2026 saylı qərardadı və Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı yekun qərarı ləğv edilərək inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə hazırlıq mərhələsinə qaytarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar