Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-450/2026 07.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin nümayəndəsi X2, Inzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Dövlət X10 yanında Suların Istifadəsinə və X21 Xidmətinin ** saylı X25nin nümayəndəsi X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilməsinə dair Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət üzrə materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı (hаkim Şəfəq Cəfərova) ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilməsi müəyyən edilmişdir. işin halları: Azərbaycan Dövlət X10 yanında Suların Istifadəsinə və X21 Xidmətinin ** saylı X25nin əməkdaşları tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC barəsində Azərbaycan Respublikası IXM-nin 262.2.3-cü maddəsinin tələblərinin pozulmasına dair ## ####### 2025-ci il tarixli MN ******* nömrəli “Inzibati xəta haqqında” protokol və ## ####### 2025- ci il tarixli MN ******* nömrəli “Inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardad baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında MN ******* nömrəli, ## ####### 2025-ci il tarixli protokolda göstərilmişdir ki, ünvan 3 ünvanında, ##.##.2025-ci il tarixində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin ərazisindəki qəssabxanalarda formalaşan tullantı sularının kənara (küçəyə) təyinatsız axıdılması faktı müəyyən edilmişdir. Nəticədə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Birinci instansiya məhkəməsi iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X3 izahatında X4 adlı şəxsin onlara müraciət edərək bazarın sözügüdən hissəsinin ona məxsus olduğunu bildirmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC bir neçə il qabaq ondan xahiş edərək, o ərazidə quyu qazılmasını və çirkab sularının o quyuya tökülməsini istəmişlər. X8 hazırki iş davam etdiyi müddətdə yenidən kanalizasiya şəbəkəsinə qoşulma olduğunu qeyd edərək, protokol və ona əlavə edilmiş sənədlərə uyğun izahat verərək, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X6 izahatında protokol tərtib edilərkən həmin ərazidə olduğunu, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin nümayəndəsi həmin əraziyə dəvət olunarkən həmin çirkab sularının bazar ərazisində fəaliyyət göstərən qəssabxanalardan axıdıldığını və o ərazidə şambo olduğunu dolaraq oradan axdığını bildirmişdir. Faktiki olaraq quyunun bazarın ərazisində olmadığını həmin ərazinin Əliyev Əhməd adlı şəxsə aid dayanacaq ərazisində qazıldığını qeyd etmiş, lakin quyunu bazar nümayəndələrinin xahişi ilə qazılaraq bazarda fəaliyyət göstərən qəssabların çirkab sularının axıdıldığını bildirmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin nümayəndəsi X2 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işdə qeyd edilən şambonun yerləşdiyi ərazi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASCnin ərazisi deyil və həmin şambo da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-yə məxsus deyil. Inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndələri tərəfindən nə inzibati xəta haqqında protokol tərtib edilərkən nə də ki, hazırkı işə məhkəmədə baxılarkən məhkəməyə həmin şambonun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-yə məxsus olması və ya həmin şamboya suyun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin ərazisindən axıdılması barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Hətta sonuncu məhkəmə iclasında iştirak edərək izahat verən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X6 izahatında qeyd etmişdir ki, həmin şambonun yerləşdiyi ərazi Əliyev Əhməd adlı şəxsə aid dayanacaq sonuncunun mülkiyyətində olmaqla 0.11 ha torpaq sahəsinə dair sonuncunun çıxarışı mövcuddur. Həmçinin inzibati xəta haqqında protokol tərtib edilərkən şambodan axan suyun yağış suyu və ya içməli məişət, texniki və tullantı su olması müəyyən edilməli və bundan ötrü də mütləq şəkildə həmin sudan nümunə götürülərək labaratoriya şəraitində həmin suyun içməli məişət, texniki və tullantı su olub olmaması müəyyən etməli idi. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndələri tərəfindən axan həmin suyun içməli məişət, texniki və tullantı su olub olmamasınin müəyyən edilməsi üçün sudan nümunə götürülməmiş, labaratoriya şəraitində bu müəyyən edilməmiş və labaratoriya rəyi protokola əlavə edilməmişdir. Halbuki, həmin dövr payız mövsümü olduğundan inzibati protokol tərtib edilən gün də daxil olmaqla bir həftə ərzində intensiv yağışlar yağmış və həmin su yağış suları olmuşdur. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi tərəfindən IXM-nin 262.2.3-cü maddəsinin dispozisiyasında qeyd edilən inzibati xətanın tərkibinin yaranması üçün qanunvericiliklə müəyyən edilən halların müəyyən edilməsi üçün müəyyən edilən halları araşdırmamış və beləliklə qanunsuz və əsassız qərar qəbul etmişdir. Lakin buna baxmayaraq işə baxan birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qərarında tamamilə əsassız olaraq qeyd etmişdir ki, “Iş materiallarına əlavə edilmiş fotoşəkillər, məhkəmə tərəfindən yerində baxış zamanı tərtib edilmiş foto və vıdeogörüntülər, habelə nəzarət tədbirini həyata keçirən vəzifəli şəxslərin aktları tullantı sularının ətraf mühitə axıdılması faktını obyektiv şəkildə təsdiq edir. Məhkəmə həmin sübutların Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin sübutlara dair tələblərinə uyğun qaydada əldə edildiyini və onların mötəbərliyini şübhə altına alan hər hansı halın müəyyən edilmədiyini hesab edir.” Halbu ki, iş materiallarında həmin şambonun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-yə məxsus olması, həmin şanboya Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin ət satışı məntəqəsindən suyun axıdılması, həmin şambo ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin ət satışı məntəqəsi ilə hər hansı əlaqəsinin olmasını təsdiq edəcək heç bir sübut mövcud deyil. Dəfələrlə məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin ət satışı məntəqəsində heyvan kəsiminin və təmizlənməsinin olmamasını, sadəcə hazır ət məhsullarının satılmasını, heyvanların yeni qida qanunvericiliyinə uyğun olaraq Şəki şəhərində mövcud sallaqxalada kəsilməsi və təmizlənməsi bildirilməsinə baxmayaraq işə baxan birinci instansiya məhkəməsi tərəfindən bu nəzərə alınmamışdır. Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasında inzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Dövlət X10 yanında Suların Istifadəsinə və X21 Xidmətinin ** saylı X25nin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. hüquqi məsələlər: IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; Məhkəmə şikayətin dəlillərini araşdırıb, proses iştirakçısının şikayətlə bağlı izahat və xahişini dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilməsinə dair Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərardadda Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC barəsində tərtib edilmiş protokol baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Iş materiallarında olan Azərbaycan Dövlət X10 yanında Suların Istifadəsinə və X21 Xidmətinin “30” aprel 2025-ci il tarixli “11/FƏ” əmri ilə təsdiq olunmuş **** nömrəli Sərəncamında əsasən ## ####### 2025-ci il tarixdə ** saylı ŞəkiX13nin böyük məsləhətçimüfəttişi X5 rayonu Inzibati ərazisində 3 gün müddətində nəzarət tədbirlərinin aparılması göstərilmişdir. X7 ##.##.2025-ci il tarixdə verdiyi izahatında ## ####### 2025-ci il tarixdə Suların Istifadəsinə və X21 Xidmətinin ** saylı X25nin əməkdaşları onu bazarın ərazisində formalaşan tullantı sularının axıdıldığı şambonun yanına dəvət etdiklərini, həmin şambonun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASCnin alt hissəsində çöl hissəsində yerləşdiyini, bölmənin əməkdaşlarının ona şambodan sızmanın olduğunu göstərmişlər və bu faktın inzibati xəta halı olduğunu qeyd etmişlər. O, bir həftədən çox vaxtda əraziyə normadan artıq yağıntı düşməsinə görə mövcud şambodan su sızması baş verdiyini, yaranan fors major hadisənin nəzarətlərində olduğunu və qısa zaman ərzində aradan qaldıracaqlarını bildirərək, ciddi cəza tətbiq edilməməsini xahiş etmişdir. Iş materiallarında olan ** saylı X25 tərəfindən tərtib edilmiş ## ####### 2025-ci il tarixli, ****** nömrəli aktda Suların Istifadəsinə və X21 Xidmətinin ** saylı X25nin ## ####### 2025-ci il tarixli **** saylı Sərəncamına əsasən xidməti ərazi üzrə Şəki şəhərində suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə nəzarət tədbirlərinin həyata keçirildiyi, keçirilən nəzarət tədbirləri zamanı ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-də obyektin daxilində formalaşan tullantı suların axıdılması üçün mövcud olan şambonun daşaraq ətraf mühitə təyinatsız axıdılması faktı aşkar olunmuş, aşkar olunan faktla bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-də icraçı direktor vəzifəsində çalışan X7 yerində izahatı alınmış və ona mövcud su qanunvericiliyinin tələbləri ətraflı şəkildə izah olunmuşdur. Natiq Əhmədov izahatında hüquq pozmanın məsuliyyətini dərk etdiyini və gələcəkdə belə hadisələrə yol verməyəcəyini bildirmişdir. Bununla da Natiq Əhmədov tərəfindən Azərbaycan Respublikası “Su Məcəlləsinin” 103-cü maddəsinin “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikasının qanununun tələbləri pozulmuşdur. Iş materiallarında olan “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin hüquq və vəzifələrini izah edilməsi” haqqında ##.##.2025-ci il tarixli, **** nömrəli protokoldan görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin icraçı direktoru X7 hüquq və vəzifələrini izah edilmişdir. Iş materiallarında olan “Fakt üzrə tərtib edilmiş aktı inzibati xəta haqqında protokolu imzalamaqdan imtina barədə” *** nömrəli ##.##.2025-ci il tarixli aktdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin icraçı direktoru X7 xəta haqqında MN ******* nömrəli, ## ####### 2025-ci il tarixli protokolla tanış olmuş, lakin göstərilən faktlarla razı olmadığı üçün imzalamaqdan imtina etmişdir. Iş materiallarında olan təqdim olunmuş protokola qoşma foto şəkillərdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin ərazisindəki qəssabxanalarda formalaşan tullantı sularının kənara (küçəyə) təyinatsız axıdılması faktı müəyyən edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Şəki Bələdiyyəsinin Azərbaycan Dövlət X10 yanında Suların Istifadəsinə və X21 Xidmətinin ** saylı Iş materiallarında olan X25nə ünvanladığı ##.##.2025-ci il tarixli **** nömrəli məktubda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin daxilində fəaliyyət göstərən qəssablar üçün ayrılmış ərazidə formalaşan tullantı sularının axıdılması üçün mövcud olan şambonun bələdiyyənin balansında olmadığı qeyd edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Şəki şəhər Icra Hakimiyyəti Kommunal X27 Azərbaycan Dövlət X10 yanında Suların Istifadəsinə və X21 Xidmətinin ** saylı X25nə ünvanladığı ##.##.2025-ci il tarixli *** nömrəli məktubunda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC ilə Şəki KTIB arasında tullantı suyunun daşınması və zərərsizləşdirilməsi üçün hər hansı müqavilənin bağlanmadığı qeyd edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Şəki Bələdiyyəsinin Şəki Rayon Məhkəməsinə ünvanladığı ##.##.2025-ci il tarixli **** nömrəli məktubda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC ərazisindən kənarda yerləşən şamboların Şəki bələdiyyəsinin balansında olmadığı və onların sayı, nömrələri, hansı fiziki və ya hüquqi şəxsə məxsus olmaları, sənədlərinin olub-olmaması barədə bələdiyyədə hər hansı məlumatın olmadığı qeyd edilmişdir. Iş materiallarında olan Azərbaycan Dövlət X10 X9 Xidməti Publik Hüquqi Şəxs Şəki Su Meliorasiya Sistemlərinin Istismarı Idarəsinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X21 Xidmətinin ** saylı X25nə ünvanladığı ##.##.2026-cı il tarixli, *-**-*-**/****/**** saylı məktubunda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin ##.##.2024 tarixli, ******** nömrəli müqavilə əsasında D-200 mm mərkəzi kanalizasiya sisteminə qoşulması təmin olunmuşdur. Müraciətdə qeyd olunan koordinatlarda (x-41°12'03.0"N, y-47°09'56.1"E), ucuzluq marketin qarşısında olan mərkəzi kanalizasiya şəbəkəsinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC daxilində formalaşmış tullantı suların axıdılması üçün əlavə qoşulma 2026-cı ilin fevral ayında həyata keçirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC -nin Texniki Şərtin alınmasına dair müvafiq sənədlər idarənin bazasında mövcud olmadığı qeyd edilmişdir. Iş materiallarında olan X4 tərəfindən Suların Istifadəsinə və X21 Xidmətinin ** saylı X25nə ünvanlanan ərizədə Şəki şəhəri, Sabit Rəhman küçəsində onun mülkiyyətində olan 0.11 ha torpaq sahəsi olduğu, bir neçə il əvvəl Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin rəhbərliyinin ondan bazarın daxilində formalaşan tullantı sularının axıdılması üçün onun mülkiyyətində olan torpaq sahəsində çirkab quyusu qazılmasını xahiş etmiş, o, da onların xahişini nəzərə alaraq razılıq verdiyini, hal-hazırda onun torpaq sahəsində yerləşən və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-də formalaşan tullantı suların axıdılması üçün istifadə edilən quyuya onun ərazisindən heç bir tullantı suyunun axıdılmadığını, quyuya axıdılan tullantı sularının bazarın daxilində formalaşan tullantı suları olduğunu qeyd etmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şəki Ərazi Idarəsi tərəfindən təqdim edilən qeyri-yaşayış binasına aid Texniki Pasportda reyestr nömrəsi 404011005792-06301 olan, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının hüquq subyekti X4r. Iş materiallarında olan su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, “X9 Xidməti” publik hüquqi şəxs Şəki su meliorasiya sistemlərinin istismarı idarəsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC arasında Azərbaycan Respublikasının 1999-cu il ## ####### tarixli ***-IQ nömrəli “Su təchizatı və tullantı suları haqqında” Qanununa və “Sudan istifadə Qaydaları”na uyğun olaraq müqavilə bağlamışlar. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzininin ekspertizanın aparılmasından imtina edilməsi barədə ##.##.2026cı il tarixlI, *-**-**-**/****/**** nömrəli məktubu Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Iş materiallarında olan “xxxx” MMC-nin ##.##.2026-cı il tarixdə Şəki Rayon Məhkəməsinə ünvanladığı rəydə aparılmış tədqiqat işinin nəticəsinə əsasən Şəki şəhəri, Sabit Rəhman küçəsi ünvanında yerləşən çirkab suların axıdılması üçün nəzərdə tutulan quyu (şambo) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin görünən faktiki hüdudlarından kənarda yerləşdiyi, lakin hüquq müəyyən edici və müvafiq texniki sənədlər mövcud olmadığı müddətcə quyunun hüquqi olaraq kimin ərazisində yerləşdiyini müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin icraçı direktoru X7 ## ####### 2025-ci il tarixli izahatında həmin tarixdə bazarın tullantı sularının toplandığı şambodan su sızmasının baş verdiyini inkar etməmiş, bunu intensiv yağıntılar nəticəsində yaranmış vəziyyətlə əlaqələndirmiş və qısa müddətdə aradan qaldırılacağını bildirmişdir. Həmin izahat hüquq pozuntusu faktını təkzib etmir, əksinə, tullantı sularının şambodan kənara sızmasını təsdiq edir. Nümayəndənin fors-major halının mövcud olması barədə arqumentini əsaslı hesab etmir. Iş materiallarında yağıntının fövqəladə və qarşısıalınmaz hadisə olmasını, habelə hüquqi şəxsin bu halın qarşısının alınması üçün zəruri tədbirləri gördüyünü təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Tullantı sularının təhlükəsiz şəkildə toplanmasının və kənara axmasının qarşısının alınmasının təmin edilməsi obyektin istismarçısı kimi hüquqi şəxsin vəzifəsidir. Araşdırılmış digər sübutlar da tullantı sularının məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-də formalaşdığını təsdiq edir. Belə ki, Şəki Şəhər Icra Hakimiyyəti Kommunal X27 məktubundan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC ilə tullantı sularının daşınmasına dair müqavilə bağlanmamışdır. X9 Xidməti tərəfindən təqdim edilmiş məlumata əsasən isə bazarın əlavə kanalizasiya qoşulması yalnız 2026-cı ilin fevral ayında həyata keçirilmişdir. Bu hal ## ####### 2025-ci il tarixində tullantı sularının mərkəzləşdirilmiş kanalizasiya sisteminə tam şəkildə axıdılmadığını təsdiq edən hallardan biri kimi qiymətləndirilir. X4 həmin ərazinin mülkiyyətçisi olması ilə bağlı məqama münasibətdə məhkəmə qeyd edir ki, həmin şəxsin mülkiyyətində olan ərazinin koordinatları ilə suyun axıdıldığı şambo quyusunun koordinatlarının üst-üstə düşməsi, həmin şambo quyusunun onun mülkiyyətində olan ərazidə yerləşib-yerləşməməsi məhkəməyə məlum deyil, bununla bağlı sənədlər məhkəməyə təqdim edilməmişdir. X1 ərizəsində də göstərilmişdir ki, ona məxsus torpaq sahəsində yerləşən çirkab quyusu uzun müddətdir Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-də formalaşan tullantı sularının axıdılması üçün istifadə olunur və həmin quyuya onun öz torpaq sahəsindən hər hansı tullantı suyu daxil olmur. Bu məlumat iş üzrə digər sübutlarla uzlaşır və təkzib edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılarış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlillərində qeyd olunmuş xüsusatlar birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmış və birinci instansiya məhkəməsinin qərarında mahiyyət etibarı ilə eyni məzmunlu arqumentlərə hüquqi qiymət verilmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarının dəyişdirilməsi üçün əsas deyil. Belə ki, AR IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. AR IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Inzibati Xətalar Məcəlləsinin 21-ci mаddəsinə əsasən, inzibаti tənbeh məsuliyyət tədbiridir və inzibаti xətа törədən şəxsi qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə həm inzibаti xətа törətmiş şəxs, həm də bаşqа şəxslər tərəfindən yeni inzibаti xətа törədilməsinin qаrşısını аlmаq məqsədi dаşıyır. Həmin Məcəllənin 31-ci mаddəsinə əsasən, inzibаti xətаyа görə tənbeh bu Məcəlləyə uyğun оlаrаq tətbiq edilir. Fiziki və yа vəzifəli şəxslər bаrəsində inzibаti tənbeh tətbiq edilərkən xətаnın xаrаkteri, inzibаti xətа törədənin şəxsiyyəti, оnun təqsirinin dərəcəsi, əmlаk vəziyyəti, hаbelə məsuliyyəti yüngülləşdirən və аğırlаşdırаn hаllаr nəzərə аlınır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASCnin barəsində tətbiq edəcəyi inzibati tənbeh tədbirinin növünü və həddini (həcmini), törədilmiş xətаnın xаrаkterini seçərkən onun fəaliyyət növünü nəzərə alaraq onun təqsirli bilindiyi maddə üzrə ən aşağı həddə cərimə cəzası təyin etmişdir. Belə olan halda apellyasiya məhkəməsinin qənaətincə, işdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-yə təyin edilmiş inzibati tənbehin yüngülləşdirilməsinə əsas verən hallar mövcud deyildir. Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət əsaslı olmadığından təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilməsinə dair Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-450/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-450/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver