Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-451/2026 30.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiçisi vəkil1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 27 iyul 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Nərgiz Abbaszadə) 27 iyul 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı ilə, 1995-ci il ######ın ##-də ünvan 1ndə doğulmuş, evli, orta-ixtisas təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilməsi müəyyən edilmişdir. işin halları: Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş Inzibati xəta haqqında (IXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 21:10 radələrində “Tik- Tok” sosial şəbəkəsində canlı yayımda nalayiq ifadələr işlədərək cəmiyyətə açıqca hörmətsizlik etmişdir. Bununla əlaqədar olaraq, onun barəsində Azərbaycan Respublikasının IXM-nin 510.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, ## #### 2026-cı il tarixli protokol tərtib olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Protokolu tərtib edən orqan ITB-nin polis sahə rəisi, R Nümayəndə izahatında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 21:10 radələrində “Tik-Tok” sosial şəbəkəsində canlı yayımda nalayiq ifadələr işlədərək cəmiyyətə açıqca hörmətsizlik etmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM- nin 510.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü Azərbaycan Respublikası IXM-nin 510.2-ci maddəsi ilə təqsirli bilərək, izahatında bildirmişdir ki, “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açaraq dinlərdən, tarixi şəxsiyyətlərdən, ateizm, agnotizm barəsində müzakirələr aparırmış, bu səbəbdən dolayı da ona qarşı bəlli bir agressiya vardır. Canlı yayım açdığı zaman Intiqam adlı şəxs yayıma qoşularaq etik disskusiya getdiyi zaman onu təhqir etmişdir, bundan sonra o da ona qarşılıq vermişdir. Həmin zaman şəxsin şəhid ailəsi üzvü olduğunu bilməyib. Bildikdən sonra isə növbəti gün açdığı canlı yayımda şəxsdən üzr istəmişdir. Lakin, həmin şəxs bundan sonra da onu təhqir etməyə davam etmişdir. Etdiyi əməldən səmimi peşmandır. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında müdafiəçi Qəbələ rayon Vəkil Bürosunun vəkili vəkil3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 verdiyi apellyasiya şikayətində Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının AR IXM-nin 134.1.2 və 135.1.5-ci maddələrinə əsasən dəyişdirilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində təyin edilmiş 10 günlük inzibati həbsin həmin maddənin sanksiyası daxilində cərimə tənbehi ilə əvəz edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR IXM-nin 510.2-ci maddəsinin sanksiyası iki alternativ müəyyən edir: beş yüz manatdan min manatadək cərimə; yalnız "pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, cərimə tədbirinin tətbiqi kifayət sayılmadıqda" bir ayadək inzibati həbs. Yəni qanun cəriməni əsas, həbsi isə istisna və şərti tədbir kimi müəyyən edir. Birinci instansiya məhkəməsi qərarında bir tərəfdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-nin səmimi peşmançılığını AR IXM-nin 32.1.1-ci maddəsi üzrə yüngülləşdirici hal kimi tanımış, digər tərəfdən heç bir ağırlaşdırıcı hal müəyyən etməmişdir. Bu iki nəticə birlikdə məntiqi olaraq daha yüngül alternativin, cərimənin tətbiqini tələb edir. Buna baxmayaraq, məhkəmə əks istiqamətdə hərəkət edərək daha ağır tədbiri, azadlıqdan məhrumetməni seçmişdir. Qərarın öz müəyyən etdiyi hallarla yekun nəticəsi arasındakı bu ziddiyyət AR IXM-nin 9.1-ci maddəsinin (tənbehin ədalətli, qanuni və əsaslı olması) birbaşa pozuntusudur. Ən əsası, məhkəmə nə üçün məhz cərimənin "kifayət sayılmadığını", yəni 510.2-ci maddədə həbsin tətbiqi üçün tələb olunan yeganə şərti qərarda ümumiyyətlə əsaslandırmamışdır. Bu şərtin əsaslandırılmaması təkbaşına həbs tənbehini əsassız edir. AR IXM-nin 31.2-ci maddəsi fiziki şəxs barəsində tənbeh tətbiq edilərkən xətanın xarakteri ilə yanaşı, şəxsiyyəti xarakterizə edən halların, əmlak və ailə vəziyyətinin nəzərə alınmasını imperativ tələb kimi müəyyən edir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunu müharibə veteranlarının statusunu və onlar barəsində dövlət siyasətinin əsaslarını təsbit edir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, veteranlar barəsində dövlət siyasəti, digər əsaslarla yanaşı, onların sosial və hüquqi müdafiəsinin təmin edilməsi, fiziki və ruhi sağlamlığı üçün şəraitin yaradılması üzərində qurulur. Bu müddəa veterana cəzasızlıq imtiyazı vermir; lakin məhkəmənin AR IXMnin 31.2 və 32.2-ci maddələri üzrə mülahizə səlahiyyətini həyata keçirərkən nəzərə almalı olduğu, qanunvericiliklə təsbit edilmiş dövlət dəyəridir. Digər tərəfdən, AR IXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və yeni inzibati xətanın qarşısını almaq məqsədi daşıyır, yəni onun məqsədi qisas deyil, tərbiyə və qarşısıalmadır. Beləliklə, döyüş stresini yaşamış müharibə veteranına, dövlətin qanunla bəyan etdiyi sosial-hüquqi müdafiə və ruhi sağlamlıq siyasətinə zidd olaraq, cərimə alternativi mövcud ikən ən sərt tədbirin, yəni azadlıqdan məhrumetmənin tətbiqi həm bu dövlət siyasəti, həm də tənbehin tərbiyəvi məqsədi ilə uzlaşmır; cərimə tənbehi isə həmin tərbiyəvi məqsədə çatmaq üçün tam yetərlidir. Iş materiallarından və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatından görünür ki, o, sosial şəbəkədə etik və fəlsəfi mövzularda müzakirə apararkən yayıma qoşulan şəxs tərəfindən ona ünvanlanan təhqirlərlə qarşılaşmış və gərgin, emosional vəziyyətdə impulsiv reaksiya vermişdir. AR IXM-nin 32.1.6-cı maddəsinə görə, inzibati xətanın qarşı tərəfin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında, yaxud bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi məsuliyyəti yüngülləşdirən haldır. Bu hal birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə qiymətləndirilməmişdir. Bundan əlavə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin yanlışlığını dərk edərək növbəti gün eyni platformada ictimai qaydada üzr istəmişdir ki, bu da onun peşmanlığının səmimiliyini əlavə olaraq təsdiq edir. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiçisi vəkil1 apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasının vaxtı və yeri barədə məlumat verilsə belə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 məhkəmə ərizə ünvanlayaraq prosesin təxirə salınmasını xahiş etsə belə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işə dövlət hesabına təyin olunmuş müdafiəçisinin iştirakı ilə baxılmasına etiraz etmədiyindən məhkəmə IXM-nin 131.2-ci maddəsinin tələbini də nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiçisi vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 27 iyul 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən, Internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə – beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 apellyasiya şikayətində yalnız tətbiq olunmuş inzibati tənbeh tədbirinin dəyişdirilməsi xahiş olunsa belə, məhkəmə ona da qiymət verməyi zəruri hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Apellyasiya instansiya məhkəməsinin qənaətincə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiçisi vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmiş dəlillər əsasızdır və işin faktiki hallarına uyğun deyildir. Belə ki, apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətaya münasibətdə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasının mümkünlüyü müdafiə olunsa belə, məhkəmə xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsini nəzərə alaraq təyin olunmuş inzibati tənbeh növünü qanuni və ədalətli hesab edir. Bundan əlavə apellyasiya instansiya məhkəməsi onu da qeyd edir ki, şəxsin veteran olması onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunmasını istisna etmir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsini 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilmişdir ki, Inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 134.1-ci maddəsində göstərilən qərarlardan birini, o cümlədən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 27 iyul 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsi onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili vəkil1 tapşırılmışdır. Müdafiəçi vəkil1 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 3 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərilən hüquqi yardıma görə müdafiəçi vəkil1 33 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiçisi vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 27 iyul 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Müdafiəçi vəkil1 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 33 manat vəsait vəkil1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASCnin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-451/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-451/2026
30.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver