Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-453/2026 06.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Fərhadov Adil Müşviq oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 535.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilməsinə dair Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim C.Camalzadə), barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsi, həbs etmənin əvvəlinin ## #### 2026-cı il tarixdən, saat 18:20-dan hesablanması qərara alınmışdır. Işin halları Protokolu tərtib edən orqan daxil olmuş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Göyçay rayonunun Kürdəmiş kəndində Göyçay rayon Icra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən icra sənədinin icrası ilə əlaqədar aparılan icra hərəkətləri zamanı ictimai qaydanın mühafizəsini təmin edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da IXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Protokolu tərtib edən orqan X6 sahə rəisi, R X2 izahat verərək göstərmişdir ki, ##.##.2026-cı il tarixdə Göyçay rayonunun Kürdəmiş kəndində Göyçay rayon Icra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus obyektdə icra hərəkətləri həyata keçirilərkən ictimai qaydanın və təhlükəsizliyin qorunması məqsədilə xidmət aparmışdır. Icra hərəkətləri zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra prosesinə etiraz etmiş, ucadan danışaraq ətrafda gərginlik yaratmış, əmlakın götürülməsinə mane olmağa çalışmışdır. Ona polis əməkdaşları tərəfindən dəfələrlə icra hərəkətlərinə mane olmaması, giriş-çıxışı sərbəst saxlaması və qanuni tələblərə əməl etməsi bildirilmişdir. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tələblərə əməl etməmiş, icra prosesinə müdaxilə etməkdə davam etmişdir. Buna görə də onun hərəkətləri polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilmiş və barəsində IXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, ##.##.2026-cı il tarixdə Göyçay rayonunun Kürdəmiş kəndində ona məxsus soyuducu anbarın yerləşdiyi ərazidə Göyçay rayon Icra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən icra hərəkətləri aparılmışdır. Icra sənədi üzrə təxminən 35.000 manat məbləğində borc olduğu halda, dəyəri daha yüksək olan əmlakın götürülməsinə cəhd edilmişdir. Bu səbəbdən icra məmurlarından borcun ödənilməsi üçün 10 gün müddət verilməsini xahiş etmişdir. O, polis əməkdaşlarına və icra məmurlarına qarşı zor tətbiq etmədiyini, müqavimət göstərmədiyini və onların qanuni fəaliyyətinə qəsdən maneçilik törətmədiyini, yalnız ona məxsus əmlakın götürülməsinin qarşısını almaq və borcun ödənilməsi üçün əlavə vaxt əldə etmək məqsədilə öz mövqeyini ifadə etdiyini, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaq niyyətinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Göyçay rayon Icra və Probasiya şöbəsinin icra məmuru X1 izahatında göstərmişdir ki, icra sənədinin tələblərinin yerinə yetirilməsi məqsədilə ##.##.2026-cı il tarixdə Göyçay rayonunun Kürdəmiş kəndində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus obyektdə icra hərəkətləri həyata keçirilmişdir. Icra hərəkətləri başlanarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcun ödənilməsi üçün əlavə müddət verilməsini tələb etmiş və əmlakın götürülməsinə etiraz etmişdir. Ona icra sənədinin qanuni qüvvəyə mindiyi və icra hərəkətlərinin həmin sənədin tələblərinə uyğun aparıldığı izah edilmişdir. Buna baxmayaraq, o, icra olunan əmlaka yaxınlaşaraq işin aparılmasına mane olmuş, giriş hissəsində dayanmış və icra əməkdaşlarının sərbəst hərəkət etməsinə çətinlik yaratmışdır. Polis əməkdaşları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs davranışını davam etdirmiş və nəticədə icra hərəkətlərinin normal qaydada aparılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Protokolu tərtib edən orqan əməkdaşı şahid5 izahat verərək göstərmişdir ki, ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus obyektdə icra hərəkətləri aparılarkən ictimai qaydanın mühafizəsində iştirak etmişdir. Hadisə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra hərəkətlərinə etiraz etmiş, polis və icra əməkdaşlarının hərəkət etdiyi sahəyə daxil olmağa çalışmış və əmlakın götürülməsinə mane olmuşdur. Ona dəfələrlə sakitləşməsi, icra hərəkətlərinə müdaxilə etməməsi və polis əməkdaşlarının qanuni tələblərinə əməl etməsi bildirilsə də, o, bu tələblərə məhəl qoymamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs davranışı nəticəsində ərazidə gərginlik yaranmış və icra hərəkətlərinin həyata keçirilməsi çətinləşmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında müdafiəçi qismində iştirak edən vəkil1 çıxışında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində IXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, onlara qarşı zor tətbiq etmiş və ya aqressiv müqavimət göstərmiş şəxs kimi qiymətləndirilə bilməz. O, yalnız özünə məxsus əmlakın borcun məbləğindən dəfələrlə yüksək dəyərdə olduğunu bildirərək borcun ödənilməsi üçün möhlət istəmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “10 gün müddət istəyirəm” ifadəsi polis əməkdaşlarının tələbinə tabe olmamaq mənasını daşımır və onun icra sənədinin icrasından yayınmaq niyyətində olmasını təsdiq etmir. Bu ifadə yalnız borcun könüllü qaydada ödənilməsi üçün əlavə vaxt verilməsi barədə xahiş kimi qiymətləndirilməlidir. Iş materiallarında onun konkret olaraq hansı polis əməkdaşının, hansı qanuni tələbinə, nə vaxt və hansı formada qəsdən tabe olmadığını dəqiq təsdiq edən obyektiv sübutlar mövcud deyildir. Müdafiəçi xidməti raportda zorakı müqavimət göstərilməsi qeyd olunsa da, iş materiallarında həmin zorakılığın mahiyyəti, kimə qarşı və hansı hərəkətlə törədilməsi barədə konkret məlumatların olmadığını, hər hansı xəsarət, maddi sübut, videoçəkiliş və ya müstəqil şahid ifadəsinin təqdim edilmədiyini vurğulamışdır. O, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirinin şübhədən kənar sübuta yetirilmədiyini, aradan qaldırılmamış şübhələrin onun xeyrinə qiymətləndirilməli olduğunu bildirərək barəsində başlanmış inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi material üzrə tam, obyektiv, hərtərəfli araşdırma aparmamış, işin faktiki hallarını qiymətləndirməmiş və nəticədə tamamilə qanunsuz və əsassız bir qərar qəbul etmişdir. IXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, şəxsin onların qanuni tələblərinə qəsdən tabe olmaması həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Normanın məzmunundan aydın görünür ki, həmin maddə ilə məsuliyyətin yaranması üçün bir neçə məcburi element eyni vaxtda mövcud olmalıdır. Polis əməkdaşı ictimai qaydanın mühafizəsi vəzifəsini icra etməli, onun irəli sürdüyü tələb qanuni olmalı, həmin tələb konkret və başa düşülən şəkildə şəxsə çatdırılmalı, ən əsası isə şəxs həmin qanuni tələbə qəsdən tabe olmamalıdır. Sadalanan elementlərdən hər hansı birinin mövcud olmaması IXM-in 535.1-ci maddəsinin tətbiqini istisna edir. Hazırkı iş üzrə isə məhz bu məcburi elementlər sübuta yetirilməmişdir. Iş materiallarından görünür ki, ##.##.2026-cı il tarixdə Göyçay rayonunun Kürdəmiş kəndində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus obyektdə qanuni qüvvəyə minmiş icra sənədinin icrası məqsədilə Göyçay rRayon Icra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən icra hərəkətləri həyata keçirilmişdir. Polis əməkdaşları həmin icra hərəkətlərinin təhlükəsizliyini təmin etmək üçün əraziyə cəlb olunmuşlar. Lakin iş materiallarının təhlili göstərir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əsas etirazı polis əməkdaşlarının fəaliyyətinə deyil, məhz icra hərəkətlərinə və əmlakın götürülməsi qaydasına yönəlmişdir. O, borcun təxminən 35.000 manat olmasına baxmayaraq, dəyəri dəfələrlə artıq olan əmlakın götürülməsinə etiraz etmiş, borcun könüllü şəkildə ödənilməsi üçün cəmi 10 gün möhlət verilməsini xahiş etmişdir. O, həm yazılı izahatında, həm də məhkəmə iclasında polis əməkdaşlarına qarşı zor tətbiq etmədiyini, müqavimət göstərmədiyini və onların fəaliyyətinə qəsdən mane olmaq niyyətinin olmadığını açıq şəkildə bildirmişdir. Belə olan halda, hətta fərz edilsə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs davranışında hər hansı hüquqazidd hərəkət mövcud olmuşdur, həmin davranışın hüquqi qiymətləndirilməsi IXM-in 535.1-ci maddəsi ilə deyil, icra sənədlərinin icrası ilə bağlı münasibətləri tənzimləyən xüsusi norma əsasında aparılmalı idi. Belə ki, IXM-in 528.1-ci maddəsi məhz “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi” hallarını tənzimləyir və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən edir. Hazırkı işdə mübahisə polis əməkdaşlarının ictimai qaydanın mühafizəsi zamanı verdiyi qanuni göstərişlə bağlı deyil, icra sənədinin icrası və icra məmurlarının həyata keçirdiyi icra hərəkətləri ilə bağlı olmuşdur. Məhkəmənin öz qərarında da göstərilir ki, hadisə icra hərəkətlərinin aparılması zamanı baş vermiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmlakın götürülməsinə etiraz etmiş və borcun ödənilməsi üçün əlavə müddət istəmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borclu tərəf olduğu icra işi üzrə Göyçay rayon Icra və Probasiya şöbəsinin icra məmuru Cavid Isrəfilov tərəfindən qəbul edilmiş “qiymətləndiricinin dəvət edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərarla ona məxsus 1 (bir) ədəd “ISBIR” markalı dizel yanacağı ilə işləyən elektrik təchizatı təmin edən cihazın-generatorun, 1 (bir) ədəd elektrik paylayıcı transformatorun və digər avadanlıqların real bazar qiymətinin müəyyən edilməsi sifariş edilmişdir. Həmin sifariş əsasında “xxxx” MMC tərəfindən 1 (bir) ədəd “ISBIR” markalı dizel yanacağı ilə işləyən elektrik təchizatı təmin edən cihazın-generatorun, 1 (bir) ədəd elektrik paylayıcı transformatorun və digər avadanlıqların real bazar qiymətləndirilməsi aparılaraq ##.##.2026-cı il tarixli, ****/** saylı və ##.##.2026-cı il tarixli, ****/** saylı mütəxəssis rəyi tərtib edilmişdir. Sözügedən rəylər qanunsuz və əsassızdır. Buna görə də onun tərəfindən cavabdehlər Göyçay rayon Icra və Probasiya şöbəsinə və “xxxx” MMC-yə qarşı iddia ərizəsilə Göyçay Rayon Məhkəməsinə müraciət olunaraq, məhkəmədən “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, ****/** saylı mütəxəssis rəyinin və ##.##.2026-cı il tarixli, ****/** saylı mütəxəssis rəyinin, eyni zamanda Göyçay rayon Icra və Probasiya şöbəsinin “üzərinə həbs qoyulmuş əmlakın tələbkar tərəfindən qəbul edilməsinə dair” ##.##.2026-cı il tarixli, P/e******/****-**-** nömrəli Protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Həmin iddia tələbi üzrə e-*(*- ***)-****/**** saylı mülki iş hazırkı qərarından şikayət verilmiş Göyçay Rayon Məhkəməsinin hakimi cənab Camal Cavadzadənin icraatındadır. Yəni hakim cənab Camal Cavadzadəyə hazırkı icra hərəkətlərinin keçirilməsinə əsas olmuş rəylərin hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən mübahisələndirildiyi əvvəlcədən məlum idi. Hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən verilmiş iddianı və iddianın icraata qəbul edilməsi ilə bağlı elektron məhkəmə sistemindən çıxarışları da hazırkı ərizəyə əlavə edilib. Buna baxmayaraq, inzibati icraatın məhz IXM-in 535.1-ci maddəsi ilə aparılması qanunun düzgün tətbiq edilməməsinin bariz nümunəsidir. Məhkəmə bu hüquqi məsələyə ümumiyyətlə qiymət verməmiş, hadisənin hüquqi tövsifinin niyə məhz 535.1-ci maddə üzrə aparıldığını əsaslandırmamış, 528.1-ci maddənin tətbiqi imkanını isə ümumiyyətlə araşdırmamışdır. Bu isə iş üzrə maddi hüquq normalarının düzgün tətbiq edilmədiyini və nəticə etibarilə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuni və əsaslı hesab edilə bilməyəcəyini göstərir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla hüquqlarını müdafiə etdiyi şəxsin əməlinə münasibətdə sonuncunun ## #### 2026-cı il tarixdə polis əməkdaşının qanuni tələbinə tabe olmaması məhkəmədə öz təsdiqini tapmamışdır. Bununla yanaşı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polisin qanuni tələbinə tabe olmamasına dair məhkəməyə heç bir mötəbər sübut və iş üzrə ziddiyyətli halları aradan qaldırmağa yönələ biləcək dəlil təqdim edilməmişdir. Yalnız icra məmuru və polis əməkdaşlarının izahatlarına istinad etməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 535.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətməsi qənaətinə gəlmək ədalətli məhkəmə araşdırılması və sübutların obyektiv qiymətləndirilməsi prinsipləri ilə uzlaşmır. Belə ki, sözügedən şahidlər bilavasitə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın əməkdaşlarıdırlar ki, bu halda onların işin nəticəsində şəxsi maraqlarının olması istisna edilmir. Hüquqlarını müdafiə etdiyi şəxsin barəsində inzibati protokol tərtib etmiş orqan işin nəticəsində şəxsi marağı olmayan şahid və ya barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirini təsdiq edəcək hər hansı digər mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən sözügedən məsələ üzrə hər hansı bir hüquqi dəyərləndirmə aparılmamış, izahatın mötəbərliyi yoxlanılmamış, digər sübutlarla əlaqəli qaydada qiymətləndirilməmiş, inzibati xəta tərkibinin əlamətlərinə ayrı-ayrılıqda, habelə sübutlar toplusuna birinci instansiya məhkəməsində səthi yanaşma nümayiş edilmişdir. Iş üzrə müstəqil şahid ifadəsi, maddi sübut mövcud deyil. Bu vəziyyətdə təqsirin tam və danılmaz şəkildə sübuta yetirildiyini söyləmək mümkün deyildir. Halbuki, hər hansı bir şəxsin inzibati xəta törətməsinə dair əməli bir-birini tamamlayan mötəbər sübutlarla öz təsdiqini tapmalıdır. Əks halda bütün şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməlidir. Əgər fərz edilsə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs davranışında hər hansı hüquqazidd hərəkət mövcud olmuşdur, yəni o, IXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş olsa belə birinci instansiya məhkəməsi inzibati tənbehin fərdiləşdirilməsi zamanı iş üzrə əhəmiyyət kəsb edən halları tam araşdırmamış, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanunun tələblərinə uyğun olmayan həddən artıq ağır inzibati tənbeh tətbiq etmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uzun illərdir ağır şəkərli diabet xəstəliyindən əziyyət çəkir və mütəmadi olaraq dərman preparatlarından istifadə edir. Tibbi sənədləri də hazırkı şikayətə əlavə edilmişdir. Bununla yanaşı, onun himayəsində 4 azyaşlı övladı və həyat yoldaşı vardır. Eləcə də ailənin yeganə gəlir gətirən üzvü odur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olur, ailəsinin maddi təminatını yalnız öz əməyi hesabına həyata keçirir. Onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi nəinki onun sağlamlıq vəziyyətinə mənfi təsir göstərmiş, eyni zamanda himayəsində olan azyaşlı uşaqlarının və ailə üzvlərinin maddi təminatını da ciddi şəkildə təhlükə altına qoymuşdur. IXM-in 535.1-ci maddəsində inzibati həbs alternativ tənbeh növü kimi yalnız o hallarda tətbiq edilə bilər ki, işin halları və pozuntunu törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla cərimənin tətbiqi kifayət hesab edilməsin. Başqa sözlə, qanunverici inzibati həbsi əsas deyil, müstəsna tədbir kimi nəzərdə tutmuşdur. Bu səbəbdən, məhkəmə inzibati həbs tətbiq edərkən şəxsin ailə vəziyyətini, sağlamlıq durumunu, sosial vəziyyətini, himayəsində olan şəxslərin mövcudluğunu, daimi yaşayış yerini, məşğulluğunu və digər fərdiləşdirici halları hərtərəfli araşdırmalı və bu hallar fonunda cərimənin niyə kifayət etmədiyini konkret əsaslarla izah etməli idi. Lakin hazırkı iş üzrə məhkəmə bu halların heç birinə lazımi hüquqi qiymət verməmişdir. Qərarda yalnız ümumi və abstrakt mülahizələrlə cərimənin kifayət etməyəcəyi qeyd edilmiş, lakin onun ağır xəstə olması, himayəsində dörd azyaşlı uşağının olması, ailənin yeganə dolanışıq mənbəyi olmasını və sahibkarlıq fəaliyyəti ilə məşğul olması kimi mühüm hallar ümumiyyətlə nəzərə alınmamışdır. Belə olan halda, məhkəmənin birbaşa inzibati həbs tətbiq etməsi tənbehin fərdiləşdirilməsi, ədalətlilik və mütənasiblik prinsiplərinə zidd olmaqla yanaşı, işin faktiki hallarının tam və obyektiv araşdırılması vəzifəsinin də pozulduğunu göstərir. Odur ki, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarını tam ləğv edərək hüquqlarını müdafiə etdiyi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 535.1-ci maddəsilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalından dərhal azad edilməsini xahiş etmişdir. Müdafiəçi vəkil2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixdə çıxarılmış qərardan ##.##.2026-cı il tarixində apellyasiya şikayəti verilmişdir. IXM-in 131.2-ci maddəsinə əsasən, inzibati xəta törədən şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə, inzibati həbs barəsində verilmiş qərardan şikayətə və ya protestə həmin şikayətin və ya protestin verildiyi vaxtdan bir gün müddətində baxılır. Lakin apellyasiya şikayəti baxılması üçün şəxsin barəsində inzibati həbsin seçilməsi barədə qərardan 10 gün keçdikdən sonra apellyasiya məhkəməsinə daxil olmuşdur. Birinci instansiya məhkəməsi ilə əlaqə saxlayaraq məsələnin ciddiyyəti barədə məlumat verilsə də, ona ##.##.2026-cı il apellyasiya şikayətinin şəxsi poçtla göndərilməsi bildirilmişdir. Poçt nəfəri ilə əlaqə saxlanıldıqda müəyyən edilmişdir ki, poçt məhkəmə tərəfindən sadə göndərişlə göndərilmiş, təcili olması bildirilməmişdir. Bu səbəbdən materialın sadə şəkildə, yəni uzun zaman ərzində çatdırılacağı, hətta, ##.##.2026-cı il çatdırılacağı bildirilmişdir. Hesab edir ki, burada qərəzli mövqe mövcuddur və kobud prosessual pozuntular var. Bakı-Şəki arasında 5-6 saat müddət olduğundan məhkəmə prosesinə fiziki olaraq çatmağı qeyri mümkündür. Həmçinin bu gün 18:20-də şəxs azadlığa çıxacaq. Hazırkı məhkəmə prosesini onun iştirakı olmadan keçirib apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsi kobud pozuntulara yol verildiyindən, hakim Cavid Camalzadə barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan inzibati xəta haqqında protokol tərtib edən orqan Protokolu tərtib edən orqan nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Protokolu tərtib edən orqan X6 rəisi, R şahid6 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, **/*-**/**/** nömrəli xidməti raportdan görünür ki, həmin tarixdə Göyçay rayon Icra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən Kürdəmiş kəndində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus obyektdə icra tədbirləri həyata keçirilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Elton Beydullayev, Vüsal Beydullayev, Nurlan Beydullayev, Samir Beydullayev və Natiq Mahmudov ictimai təhlükəsizliyi təmin edən polis əməkdaşlarının qanuni fəaliyyətinə maneçilik törətmiş, ucadan səs-küy salmış, mobil telefonlarla çəkiliş aparmış, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və onlara qarşı müqavimət göstərmişlər. Bu səbəbdən, həmin şəxslər məcburi qaydada Protokolu tərtib edən orqan gətirilmişlər. - ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin gün saat 12 radələrində Göyçay rayonunun Kürdəmiş kəndində Göyçay rayon Icra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən icra hərəkətləri həyata keçirilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs R şahid6 və digər polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da IXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra hərəkətlərinə etiraz etmiş, əmlakın götürülməsinə mane olmağa çalışmış, icra tədbirinin həyata keçirildiyi sahəyə daxil olmuş, giriş hissəsində dayanaraq icra əməkdaşlarının sərbəst hərəkətinə çətinlik yaratmışdır. Polis əməkdaşları tərəfindən ona dəfələrlə sakitləşməsi, giriş-çıxışı sərbəst saxlaması, icra hərəkətlərinə müdaxilə etməməsi və polis əməkdaşlarının qanuni tələblərinə əməl etməsi bildirilsə də, o, həmin tələbləri yerinə yetirməmiş və davranışını davam etdirmişdir. Apellyasiya şikayətinin “birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır” barədə dəlili əsaslı hesab edilmir. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində inzibati xəta haqqında protokol, xidməti raport, polis əməkdaşlarının, icra məmurunun ifadələri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və digər sübutlar tədqiq edilmiş, həmin sübutlar IXM-in 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq qarşılıqlı əlaqədə qiymətləndirilmişdir. Apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs etirazının polis əməkdaşlarının deyil, icra məmurlarının fəaliyyətinə yönəldiyi və buna görə əməlin IXM-in 528.1-ci maddəsi ilə tövsif edilməli olduğu göstərilsə də, bu dəlil də qəbul edilə bilməz. Iş materiallarından müəyyən olunur ki, icra hərəkətləri zamanı polis əməkdaşları ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi məqsədilə xidmətdə olmuş, onlar tərəfindən barəsində inzibati icraat aparılan şəxsə icra hərəkətlərinə mane olmamaq, giriş-çıxışı sərbəst saxlamaq və polis əməkdaşlarının qanuni tələblərinə əməl etmək barədə dəfələrlə qanuni göstərişlər verilmiş, lakin o, həmin tələblərə qəsdən əməl etməmişdir. Buna görə də onun əməli məhz polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama kimi düzgün olaraq IXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Müdafiə tərəfinin polis əməkdaşlarının ifadələrinin mötəbər sübut hesab edilə bilməməsi, müstəqil şahidlərin və videoçəkilişin olmaması barədə dəlilləri də əsassızdır. IXMin 76.1-ci maddəsinə əsasən, şahid ifadələri, inzibati xəta haqqında protokol, xidməti raport və digər sənədlər sübut növləri kimi nəzərdə tutulmuşdur. Qanun həmin sübutların qüvvəsini onların polis əməkdaşı tərəfindən verilməsi ilə məhdudlaşdırmır. Iş materiallarında həmin sübutların qanunsuz yolla əldə olunmasını, yaxud onların etibarlılığını şübhə altına alan hər hansı obyektiv məlumat müəyyən edilməmişdir. Əksinə, polis əməkdaşlarının və icra məmurunun ifadələri bir-birini tamamlayır və işin digər materialları ilə uzlaşır. Apellyasiya şikayətində qiymətləndirici rəylərinin qanuniliyi ilə bağlı mülki mübahisənin mövcud olması da inzibati məsuliyyət məsələsinə təsir göstərmir. Çünki hazırkı iş üzrə araşdırma predmeti qiymətləndirmənin və ya icra sənədinin qanuniliyi deyil, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olunub-olunmamasıdır. Qiymətləndirmə aktları və onların mübahisələndirilməsi ayrıca məhkəmə icraatının predmetini təşkil etdiyindən, həmin hal hazırkı inzibati iş üzrə məsuliyyəti istisna etmir. Apellyasiya şikayətində inzibati həbs əvəzinə cərimə tətbiq edilməli olduğu, barəsində inzibati icraat aparılan şəxsin şəkərli diabet xəstəsi olması, himayəsində dörd azyaşlı uşağın olması və ailənin yeganə dolanışıq mənbəyi olması barədə dəlillər də qərarın dəyişdirilməsi üçün əsas vermir. Birinci instansiya məhkəməsi təyin edilən tənbehi işin konkret halları, törədilmiş inzibati xətanın xarakteri və şəxsin davranışı nəzərə alınmaqla müəyyən etmişdir. Apellyasiya instansiyası da hesab edir ki, tətbiq olunmuş 10 günlük inzibati həbs IXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində təyin edilmiş, törədilmiş inzibati xətanın xarakterinə uyğun olmaqla qanunlara hörmət ruhunda tərbiyə məqsədinə və yeni hüquqpozmaların qarşısının alınmasına xidmət edir. Şikayətdə göstərilən hallar təyin olunmuş tənbehin açıq-aşkar ədalətsiz olmasını göstərmir. Müdafiəçinin birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin gec göndərilməsi və xüsusi qərar çıxarılması barədə vəsatəti də təmin edilə bilməz. Belə ki, həmin hallar inzibati xəta üzrə qəbul edilmiş qərarın mahiyyətinin qanuniliyinə və əsaslılığına təsir göstərmir, hazırkı apellyasiya baxışı zamanı şikayət mahiyyəti üzrə tam araşdırılmışdır və müdafiə tərəfinin bütün dəlillərinə hüquqi qiymət verilmişdir. IXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. IXM-in 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. IXM-in 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 134.1.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyinə şübhə yaradan hallar mövcud deyil. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(3-10)-453/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-453/2026
06.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver