Məhkəmə qərarları › İş №3(3-10)-455/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-455/2026

10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-455/2026 10.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Zərdab Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Adbulhəmid oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (hakim Cavid Abbasov) ## #### 2026-ci il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ilə, ##.##.1967-ci ildə Zərdab rayonunun Çallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Zərdab rayonu çallı kənd tam orta məktəbində müəllim işləyən, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilməsi və qərarın icrasının Zərdab Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. işin halları: Protokolu tərtib edən orqan daxil olmuş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, ## #### 2026-cı il tarixdə saat 16 radələrində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı Zərdab rayonu, Çallı kəndi ərazisində yerləşən çöl torpaq sahəsində həmkəndlisi Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəmə iclasında Protokolu tərtib edən orqan İTB-nin polis sahə rəisi X5 izahatında göstərmişdir ki, ## #### 2026-cı il tarixdə Zərdab rayonu, Çallı kənd sakini Zərərçəkmiş şəxs Zərdab RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı kəndin razisində yerləşən çöl torpaq sahəsində həmkəndliləri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və şahid2 ilə aralarında baş vermiş mübahisə və dava-dalaş zamanı şahid2 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən döyülərək xəsarət alması barədə məlumat vermişdir. X2 Fəzili oğlu Azərbaycan Respublikası DİNnin zəng xidmətinə eyni məzminlu müraciət etmişdir. Əzizov Əyyub Fəzili oğlunun Azərbaycan Respublikası DİN-nin zəng xidmətinə daxil olmuş məlumatı və Zərərçəkmiş şəxs müraciəti əsasında Protokolu tərtib edən orqan Təhqiqat Qrupunda araşdırma aparılmış, müvafiq ekspertiza təyin edilmiş və ekspertiza nəticəsində Zərərçəkmiş şəxs bədəni üzərində dərəcəsi müəyyən edilməyən, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu müəyyən edilmişdir. Təhqiqat qrupu tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilərək müvafiq material şəxslərin barəsində inzibati tədbir görülməsi üçün aidiyyatı üzrə Zərdab RPŞ-nin İTBnə göndərilmişdir. Ona görə də ## #### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədən protokolun təmin olunmasını xahiş edir. Birinci instansiya məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməyərək, izahatında bildirmişdir ki, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. ## #### 2026-cı il tarixdə Zərərçəkmiş şəxs kənd camaatının örüşə gedən mal-qarasının qabağını kəsməsi barədə ona zəng gəldikdən sonra o, həmkəndliləri şahid2 və şahid4la birlikdə həmin yerə getmiş və ondan niyə belə etməsini soruşanda Zərərçəkmiş şəxs cavabında “yaxşı edirəm” demiş və yoldan çəkilməmişdir. Ona görə də onlar Saxladəri həmin yerdən qırağa itələmişlər. Zərərçəkmiş şəxs onlara əlqol hərəkətləri etməsinə baxmayaraq, onu itələyərək məcburi şəkildə yoldan kənarlaşdıraraq, yolu açıb mal-qaranı örüş sahəsinə keçirmişlər. Baş vermiş həmin hadisəni özü telefon vasitəsilə videoya çəkmişdir. O, Zərərçəkmiş şəxs vurmamış və heç bir xəsarət yetirməmişdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olmaqla yaşayır. Zərdab rayonu, Çallı kəndi ərazisində yerləşən Çingiz Əzizovun təsərrüfatında işləyir. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs həmkəndlisidir, aralarında ədavət, düşmənçilik olmamışdır. ## #### 2026-cı il tarixdə Zərdab rayonu, Çallı kənd sakinləri mal-qaranı ona həvalə olunmuş əraziyə salmaq istədiklərindən onlara mane olmuşdur. Sonradan oraya gələn həmkəndliləri şahid2 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun üstünə gələrək onu döymüşlər. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onu tutmuş və şahid2 da onun qolundan və boynundan vurmuşdur. Sonra isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun boğazından yapışmışdır. O, dərhal Əyyub Əzizova zəng edərək həmin şəxslər tərəfindən döyüldüyünü bildirmişdir. Sonra isə özü Protokolu tərtib edən orqan ərizə ilə müraciət etmişdir. Ekspertiza keçirilmiş və müvafiq rəy almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamış və onu bağışlamamışdır. Ona görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə verən şahid2 izahatında göstərmişdir ki, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. Hazırki vaxtadək aralarında düşmənçilik, ədavət olmamışdır. Zərərçəkmiş şəxs son zamanlar kənd camaatının malqarasının qabağını kəsərək örüşə getməsinə mane olur. ## #### 2026-cı il tarixdə də, yenidən Zərərçəkmiş şəxs örüşə gedən mal-qaranın qabağını kəsdiyini eşidib kəmkəndliləri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və şahid4la birlikdə həmin yerə getmiş və onu həmin yerdən uzaqlaşdırmışlar. Zərərçəkmiş şəxs onlara əl-qol hərəkətləri etməsinə baxmayaraq, onu itələyərək məcburi şəkildə qırağa çəkmişlər. Nə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, nə də ki o, Zərərçəkmiş şəxs vurmamış və heç bir xəsarət yetirməmişdir Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə verən şahid1 Səfiyar oğlu izahatında göstərmişdir ki, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. şahid2 və Zərərçəkmiş şəxs həmkəndliləridir. Hazırki vaxtadək aralarında düşmənçilik, ədavət olmamışdır. ## #### 2026-cı il tarixdə qoyun nobatında olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs kənd camaatının örüşə gedən mal-qarasının qabağını kəsdiyini görmüşdür. Nobatda olan uşaqlar zəng edərək bu barədə məlumat verəndən birqədər sonra şahid2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və şahid4 hadisə yerinə gəlmişlər və Zərərçəkmiş şəxs həmin yerdən uzaqlaşdırmağa çalışmışlar. O, özü onların yanına getməmiş, uzaqdan müşahidə etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Zərdab Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Adbulhəmid oğlu tərəfindən şikayət verilmişdir. Şikayətin və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, İş Nq *(*-***)-***/**** nömrəli qərarı ilə mən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd olunan məhkəmə qərarı onun elektron kabinetinə rəsmi olaraq ## #### 2026-cı il tarixində daxil olmuşdur. İXM-nin 124.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi təqdim olunduğu gündən 10 gün müddətində apellyasiya şikayəti verilə bilər. Şikayət qanunla müəyyən edilmiş müddət ərzində təqdim edilir. Hesab edir ki, Zərdab Rayon Məhkəməsinin qeyd olunan qərarı tamamilə əsassız, birtərəfli, qanunsuz və maddi-prosessual hüquq normalarının ciddi pozuntusu ilə qəbul edilmişdir. Məhkəmə iş üzrə faktiki halları düzgün qiymətləndirməmiş, zərərçəkmiş tərəfin subyektiv, qərəzli və şər-böhtan xarakterli iddialarını əsas götürərək qanunsuz qərar çıxarmışdır. Aşağıdakı əsaslara görə qərarın ləğv edilməsi zəruridir:

1. Zərərçəkmiş şəxsin qərəzli niyyəti, şantaj və şər-böhtan fəaliyyəti (Mühüm faktlar): İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X3 ictimaiyyəti arasında digər vətəndaşları şərləməklə, onlara qarşı əsassız şikayətlər yazmaqla və özünə qəsdən müxtəlif xəsarətlər yetirərək bunu başqalarının üzərinə atmaqla tanınan bir şəxsdir. Belə ki, bu hadisədən cəmi bir ay əvvəl o, eyni ssenari ilə daha iki kənd sakinini və onunla birlikdə başqa bir nəfəri də şərləyərək əsassız şəkildə inzibati cərimə olunmalarına nail olmuşdur. Zərərçəkmiş şəxs bu hərəkətləri sistemli xarakter daşıyır və onun məqsədi kənddə süni şəkildə münaqişələr yaratmaq, qanunsuz yollarla vətəndaşları təzyiq altında saxlamaqdır. Məhkəmə onun bu keçmiş hərəkətlərini, qərəzli və şər-böhtan xarakterli niyyətini araşdırmamış, onun hərəkətlərinə hüquqi qiymət verməmişdir.

2. Hadisənin real halları və onun təqsirsizliyi: ## #### 2026-cı il tarixində həmkəndlisi Zərərçəkmiş şəxs kənd camaatının mal-qarasının örüş sahəsinə getməsinin qarşısını qanunsuz olaraq kəsdiyini və bununla bağlı kənddə ciddi narazılıq yarandığını eşitmişdir. O, kənd məktəbinin müəllimi olaraq və ictimai asayişin qorunmasına çalışan bir ziyalı kimi, kəndliləri şahid2 və şahid4la birlikdə hadisə yerinə getmişdir. Məqsədləri hər hansı bir dava-dalaş törətmək deyil, sadəcə Saxlədar Nemətovun qanunsuz olaraq yolu kəsməsinin səbəbini soruşmaq və kənd camaatına mane olmamasını xahiş etmək olub. Saxlədar Nemətov onlara qarşı aqressiv davranaraq "yaxşı edirəm" deyib və yoldan çəkilməyib. Zərərçəkmiş şəxs onlara qarşı əl-qol hərəkətləri etməyə başladıqda, onlar sadəcə onun fiziki aqressiyasının qarşısını almaq və onu yoldan kənarlaşdırmaq məqsədilə müəyyən fiziki təmasda olmuşlar (zərərsizləşdirərək kənara çəkmişlər). Onun tərəfindən Saxlədar Nemətova qarşı heç bir qəsdən döymə və ya fiziki ağrı yetirmək məqsədilə zərbə endirilməmişdir.

3. Video görüntülərin birtərəfli qiymətləndirilməsi: İş materiallarında olan video diskdəki görüntülər onun Saxlədar Nemətovu qəsdən döymədiyini, əksinə tərəflər arasında baş verən qarşılıqlı mübahisə zamanı asayişi qorumaq və onun aqressiv hərəkətlərinin qarşısını almaq üçün məcburi şəkildə kənarlaşdırıldığını aydın göstərir. Tədqiq edilmiş video yazı tərəflər arasında əlbəyaxa mübahisəni əks etdirsə də, onun konkret olaraq zərbə endirməyini və ya qəsdən bədən xəsarəti yetirməyini təsdiq etmir. Lakin birinci instansiya məhkəməsi bu görüntüləri yalnız onun əleyhinə təfsir etmişdir.

4. Xəsarətlərin yaranma mexanizmi və şübhələr: Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən Saxlədar Nemətovun bədənində olan xəsarətlər (boyunun orta üçdə birinin axra səthində və sol bazuda qançırlar) küt əşyanın təsirindən yaranmışdır və dərəcəsi təyin edilməyən xəsarətlərdir. Zərərçəkmiş şəxs özünə qəsdən xəsarət yetirmək vərdişləri və keçmiş əməlləri fonunda, bu yüngül qançırların məhz onun hərəkətlərinin nəticəsində deyil, Zərərçəkmiş şəxs özü tərəfindən süni şəkildə törədilməsi və ya qarşılıqlı itələmə zamanı ehtiyatsızlıqdan yaranması şübhəsi tam aradan qaldırılmayıb. Şübhələr inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin (onun) xeyrinə təfsir edilməli olduğu halda, məhkəmə bunu nəzərə almamışdır.

5. Şəxsiyyəti və ictimai statusu: O, ali təhsilli ziyalıdır, kənd tam orta məktəbində müəllim işləyir, ailəlidir, əvvəllər heç vaxt inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cəmiyyətdə və kəndlərində hörmətli, nümunəvi bir vətəndaş kimi tanınır. Müəllimlik fəaliyyəti və cəmiyyətə qazandırdığı dəyərlər fonunda onun xuliqanlıq və ya qəsdən fiziki ağrı yetirmək niyyətinin olması mümkün deyildir. Birinci instansiya məhkəməsi bu mühüm hallan, şəxsiyyətimi və hadisənin kənd icmasının maraqlarının qorunması fonunda baş verdiyini tamamilə diqqətdən kənarda qoymuşdur. Azərbaycan Respublikası İXM-nin 7-ci maddəsinə əsasən, inzibati xətaların qarşısının alınması və inzibati məsuliyyət tədbirləri ədalət prinsipini rəhbər tutmalıdır. Eyni zamanda, İXM-nin 3.1-ci maddəsinə əsasən, yalnız qanunla nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və təqsiri sübuta yetirilən şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Onun əməlimdə inzibati xəta tərkibi mövcud deyildir. Odur ki, Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının tamamilə ləğv edilərək onun barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirdi ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs kəndin örüş sahəsinə heyvanların getməsinə imkan vermir. Yaşadıqları kənddə Zərərçəkmiş şəxs Əyyub Əzizov adlı qohumu vardır. Əyyub Əzizovla altı ilə yaxındır ki, məhkəmə çəkişmələri davam etmiş və bütün çəkişmələri Əyyub Əzizov uduzmuşdur. Son vaxtlar Əyyub Əzizov Zərərçəkmiş şəxs gətirib həmin əraziyə qoymuş və örüş sahəsinə mal-qaranı buraxmamasını bildirmişdir. Zərərçəkmiş şəxs da mal-qaranı kəndin örüş sahəsinə buraxmır. O, şahid2 və şahid4la birlikdə Zərərçəkmiş şəxs itələyib yoldan çıxarmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs vurmamış və döyməmişlər. Verilən suallara cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxsla aralarında ancaq itələşmə olmuş, heç bir küt əşya ilə vurmaq olmamışdır. Zərərçəkmiş şəxs onlara şər atmışdır. Ondan qabaq da Zərərçəkmiş şəxs üç nəfəri şərləmişdir. Onlar sadəcə olaraq Zərərçəkmiş şəxs itələməklə kənarlaşdırmışlar. Zərərçəkmiş şəxs sinəsindən və qolundan itələyərək çıxıb getməsini bildirmişlər. Bundan əvvəl də Zərərçəkmiş şəxs özünə xəsarət yetirərək başqa şəxsləri şərləmişdir. Baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs vurmamışdır, əksinə ayırmaq və sakitləşdirmək istəmişdir. Onun Zərərçəkmiş şəxs vurmadığı videoda da aydın görünür. Zərdab Rayon Məhkəməsinin qərarının ləğv edilərək onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq əvvəlki mövqeyində qaldığını bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası İXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, …. inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər», «inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır». Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan Protokolu tərtib edən orqan İTB-nin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materialdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və şahid2 əməllərində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barələrində həmin maddə ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 ## #### 2026-cı il tarixli, ** nömrəli ekspert rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - boyunun orta üçdə birinin axra səthində və sol bazuda qançırlar -- küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətləri kənar şəxs (şəxslər) tərəfindən küt alətlə və əllə vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddətləri ##.##.2026-cı il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan baxış keçirilməsi haqqında ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ## #### 2026-cı il tarixdə onunla kənd sakinləri arasında baş vermiş münaqişənin yerini göstərmişdir. Şikayətin başlıca dəlili barəsində inzibati xəta tərkibinin olmadığı halda, onun əsassız və qanunsuz olaraq İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsidir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi obyektiv cəhətdən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə yaranır. Şikayətlə əlaqədar öyrənilmiş iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş orqan tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv surətdə baxılmış sübutlara əsaslanaraq İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmişdir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməməsi barədə verdiyi izahata məhkəmə tənqidi yanaşır və həmin izahatı işin faktiki hallarına uyğun olmayan, məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat kimi qiymətləndirir. Belə ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Protokolu tərtib edən orqan verdiyi ərizəsindən və izahatından müəyyən olunur ki, digərləri ilə birlikdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs də onu vurmuşdur. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 ## #### 2026-cı il tarixli, ** nömrəli ekspert rəyindən (canlı şəxsin məhkəmətibbi ekspertizası) görünür ki, müayinə olunarkən Zərərçəkmiş şəxs həmkəndliləri Seymur, Rəşad, Möylan və Şahmarın dəmir parçası və əlləri ilə onu vurduqlarını bildirmişdir. Həmçinin birinci instansiya məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, ## #### 2026-cı il tarixdə Zərdab rayonu, Çallı kənd sakinləri mal-qaranı ona həvalə olunmuş əraziyə salmaq istədiklərindən onlara mane olmuş, sonradan oraya gələn həmkəndliləri şahid2 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun üstünə gələrək onu döymüşlər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, proses iştirakçısının izahatı, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. İş materiallarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi inzibati xəta törədən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini inzibati xəta törədənin şəxsiyyətini nəzərə alaraq inzibati cərimə növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta üzrə qərar qəbul edilmiş şəxsə təyin edilmiş inzibati tənbehlə bağlı qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini və şəxsiyyətini nəzərə alaraq məhkəmənin təyin etdiyi inzibati tənbeh tədbiri törədilmiş inzibati xətanın xarakterinə, inzibati xəta törətmiş şəxsin şəxsiyyətinə, onun təqsirinin dərəcəsinə uyğun hesab edilməlidir. Buna görə də Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı işlə bağlı mövqeyi tam ədalətli və qanuni olmuşdur. Odur ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməldir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti təmin edilməməli, onun İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar