Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-456/2026 12.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilməsinə dair Zərdab Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Cavid Abbasov) ilə, ##.##.1979-cu ildə Zərdab rayonunun Çallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. işin halları: Protokolu tərtib edən orqan daxil olmuş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, ## #### 2026-cı il tarixdə saat 16 radələrində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı Zərdab rayonu, Çallı kəndi ərazisində yerləşən çöl torpaq sahəsində həmkəndlisi Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsinin iclasında Protokolu tərtib edən orqan ITB-nin polis sahə rəisi X4 izahatında göstərmişdir ki, ## #### 2026-cı il tarixdə Zərdab rayonu, Çallı kənd sakini Zərərçəkmiş şəxs Zərdab RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı kəndin ərazisində yerləşən çöl torpaq sahəsində həmkəndliləri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və şahid1 ilə aralarında baş vermiş mübahisə və dava-dalaş zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və şahid1 tərəfindən döyülərək xəsarət alması barədə məlumat vermişdir. X2 Fəzili oğlu Azərbaycan Respublikası DINnin zəng xidmətinə eyni məzminlu müraciət etmişdir. Əzizov Əyyub Fəzili oğlunun Azərbaycan Respublikası DIN-nin zəng xidmətinə daxil olmuş məlumatı və Zərərçəkmiş şəxs müraciəti əsasında Protokolu tərtib edən orqan Təhqiqat Qrupunda araşdırma aparılmış, müvafiq ekspertiza təyin edilmiş və ekspertiza nəticəsində Zərərçəkmiş şəxs bədəni üzərində dərəcəsi müəyyən edilməyən, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu müəyyən edilmişdir. Təhqiqat qrupu tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilərək müvafiq material şəxslərin barəsində inzibati tədbir görülməsi üçün aidiyyatı üzrə Zərdab RPŞ-nin ITBnə göndərilmişdir. Ona görə də ## #### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədən protokolun təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməyərək, izahatında bildirmişdir ki, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Zərərçəkmiş şəxs son zamanlar kənd camaatının mal-qarasının qabağını kəsərək örüşə getməsinə mane olur. ## #### 2026-cı il tarixdə də, yenidən Zərərçəkmiş şəxs örüşə gedən mal-qaranın qabağını kəsdiyini eşidib kəmkəndliləri şahid1 və şahid2la birlikdə həmin yerə getmiş və onu həmin yerdən uzaqlaşdırmışlar. Zərərçəkmiş şəxs onlara əl-qol hərəkətləri etməsinə baxmayaraq, onu itələyərək məcburi şəkildə qırağa çəkmişlər. Hətta həmin hadisəni şahid1 telefon vasitəsilə videoya çəkmişdir və hazırda həmin görüntüləri əks etdirən video disk özündədir. O, Zərərçəkmiş şəxs vurmamış və heç bir xəsarət yetirməmişdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olmaqla yaşayır. Zərdab rayonu, Çallı kəndi ərazisində yerləşən Çingiz Əzizovun təsərrüfatında işləyir. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs həmkəndlisidir, aralarında ədavət, düşmənçilik olmamışdır. ## #### 2026-cı il tarixdə Zərdab rayonu, Çallı kənd sakinləri mal-qaranı ona həvalə olunmuş əraziyə samaq istədiklərindən onlara mane olmuşdur. Həmin vaxt orada olan həmkəndliləri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və şahid1 onun üstünə gələrək onu döymüşlər. belə ki, şahid1 onu tutmuş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs da onun qolundan və boynundan vurmuşdur. Sonra isə şahid1 onun boğazından yapışmışdır. O, dərhal Əyyub Əzizova zəng edərək həmin şəxslər tərəfindən döyüldüyünü bildirmişdir. Sonra isə özü Protokolu tərtib edən orqan ərizə ilə müraciət etmişdir. Ekspertiza keçirilmiş və müvafiq rəy almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamış və onu bağışlamamışdır. Ona görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə verən şahid1 izahatında göstərmişdir ki, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. Hazırki vaxtadək aralarında düşmənçilik, ədavət olmamışdır. ## #### 2026-cı il tarixdə Zərərçəkmiş şəxs kənd camaatının örüşə gedən mal-qarasının qabağını kəsməsi barədə zəng gəldikdən sonra o, həmkəndliləri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və şahid2la birlikdə həmin yerə getmiş və ondan niyə belə etməsni soruşanda Zərərçəkmiş şəxs cavabında “yaxşı edirəm” demiş və yoldan çəkilməmişdir. Ona görə də onlar Saxladəri həmin yerdən qırağa itələmişlər. Zərərçəkmiş şəxs onlara əl-qol hərəkətləri etməsinə baxmayaraq, onu itələyərək məcburi şəkildə yoldan kənarlaşdıraraq, yolu açıb mal-qaranı örüş sahəsinə keçirmişlər. Baş vermiş həmin hadisəni özü telefon vasitəsilə videoya çəkmişdir. Nə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, nə də ki o, Zərərçəkmiş şəxs vurmamış və heç bir xəsarət yetirməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində izahat verən şahid2 şahid şahid1 izahatına uyğun, oxşar məzmunlu izahat vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə verən şahid4 Səfiyar oğlu izahatında göstərmişdir ki, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Zərərçəkmiş şəxs həmkəndliləridir. Hazırki vaxtadək aralarında düşmənçilik, ədavət olmamışdır. ## #### 2026-cı il tarixdə qoyun nobatında olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs kənd camaatının örüşə gedən mal-qarasının qabağını kəsdiyini görmüşdür. Nobatda olan uşaqlar zəng edərək bu barədə məlumat verəndən birqədər sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, şahid1 və şahid2 hadisə yerinə gəlmişlər və Zərərçəkmiş şəxs həmin yerdən uzaqlaşdırmıağa çalışmışlar. O, özü onların yanına getməmiş, uzaqdan müşahidə etmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən məhkəməyə təqdim edilmiş video diskə olan görüntülərə proses iştirakçılarının razılığı ilə baxış keçirilmişdir. Video yazının tədqiqi zamanı müəyyən edilmişdir ki, tərəflər arasında əlbəyaxa mübahisə baş vermiş, mübahisə zamanı onlar qarşılıqlı surətdə bir-birlərini itələmişlər. Həmçinin müəyyən olunmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, şahid1 və şahid2 Zərərçəkmiş şəxs hadisə yerindən uzaqlaşdırmaq məqsədilə onun iradəsinə zidd olaraq fiziki güc tətbiq etmiş və onu məcburi qaydada kənarlaşdırmağa cəhd göstərmişlər. Iş üzrə yuxarı qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Zərdab Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində hadisəni əks etdirən videoyazının məhkəmə ekspertizasına göndərilməsi və videoda onun X3 hər hansı xəsarət yetiribyetirmədiyinin obyektiv qaydada müəyyən edilməsi, iş üzrə bütün sübutlar, şahid ifadələri və digər materialların tam, hərtərəfli və obyektiv araşdırılması, məhkəmə iclasında qaldırdığım vəsatət nəzərə alınaraq işə qanunun tələblərinə uyğun, obyektiv və ədalətli qaydada baxılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan tərəflər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Protokolu tərtib edən orqan ITB-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materialdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli Azərbaycan Respublikası IXM-nin 157-ci maddəsi ilə tövsif edilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və şahid1 əməllərində Azərbaycan Respublikasının IXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barələrində həmin maddə ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 ## #### 2026-cı il tarixli, ** nömrəli ekspert rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər- - boyunun orta üçdə birinin axra səthində və sol bazuda qançırlar -- küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətləri kənar şəxs (şəxslər) tərəfindən küt alətlə və əllə vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddətləri ##.##.2026-cı il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Iş materiallarında olan baxış keçirilməsi haqqında ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ## #### 2026-cı il tarixdə onunla kənd sakinləri arasında baş vermiş münaqişənin yerini göstərmişdir. Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünün müdafiəsi üçün məhkəməyə təqdim etdiyi hadisənin görüntülərini özündə əks etdirən video diskdə olan görüntülərdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və digərləri ilə Zərərçəkmiş şəxs əlbəyaxa olaraq mübahisə etdikləri, bir-birlərini itələdikləri və Zərərçəkmiş şəxs hadisə yerindən uzaqlaşdırmaq məqsədilə onun iradəsinə zidd olaraq fiziki güc tətbiq etdiyi aşkar olunur. Inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında özünü təqsirli bilməmiş, xəsarətlərin baş verməsini inkar etmiş, niyyətinin malqaranın örüş getməsi üçün nəzərdə tutulan yoldan zərərçəkmiş şəxsi uzalaşdırmaq olduğunu bildirmişdir. Lakin onun izahatı iş materiallarında olan digər sübutlarla- zərərçəkmişin ardıcıl ifadələri, məhkəmə-tibbi ekspertiza rəyi və digər dolayısı dəlillərlə- təkzib olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələr müvafiq inzibati xətanı törətməkdə təqsirləndirilən şəxsin özünü müdafiə və məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılarışır və qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsiri inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərərçəkmiş şəxsin izahatı, şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında prosessual qərar və təqdim olunmuş video görüntü ilə öz təsdiqini tapır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən kifayət qədər sübutlar toplanmışdır. Qeyd olunan səbədən də, apellyasiya məhkəməsi iş üzrə sübut materiallarının lüzumsuz artıq toplanmasının qarşısını almaq məqsədilə əlavə araşdırma aparmağa lüzum görmür. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəlllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, yaşını, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini, o cümlədən əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb qanuni və əsaslı olaarq onun barəsində Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehini təyin etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, 3(5-169)-312/2026 nörməli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 134.1-ci maddəsində göstərilən qərarlardan birini, o cümlədən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, 3(5-169)-312/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-456/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-456/2026
12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver