Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-457/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilməsinə dair Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət üzrə materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Azər Mövlayev) ## ###### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı ilə, ##.##.1991-ci il tarixdə Şəki Rayonu, Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olur, Şəki Rayonu, Kiş kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilməsi müəyyən edilmişdir. işin halları: Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin icra məmuru R X5 qızı tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin e-**(***)-***/****-*** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələbini yerinə yetirməməsi və nəticədə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin e**(***)-***/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahlarından dünyaya gəlmiş uşaqları ## ###### 2013-cü il təvəllüdlü X4 və ## ###### 2015-ci il təvəllüdlü X2 ilə bazar günləri, saat 10:00-dan 17:00-dək ünsiyyətdə olaraq görüşməsi müəyyən edilməlidir. Görüş bitdikdən sonra X4 və X2 Zərərçəkmiş şəxs qaytarılması öhdəliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzərinə qoyulmalıdır. Icra sənədi ##.##.2025-ci il tarixdə icraatımıma daxil olmuşdur.Həmin tarixdə icraata başlanılmış və ətləbin icrası barədə borcluya bildiriş göndərilmişdir. Lakin borclu tərəfindən tələbin icrası təmin edilməmişdir. ##.##.2026-cı il tarixdə Borclunun axtarılması haqqında qərar qəbul edilmiş və icra edilməsi üçün Şəki şəhər rayon Polis Şöbəsinə göndərilmişdir. 09.04.2026cı il tarixdə borclu barəsində ****** nömrəli axtarış işi açılmışdır. cı il tarixdə ərizə ilə müraciət edib bildirmişdir ki, o, hazırda azyaşlı qızları Aytac və Nurtac Rəmlililərlə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, 155- ci Hövsan küçəsində kirayədə yaşayır. Aytac və Nurtac Rəhimlilər Bakı şəhəri Vaqif Mirzəliyev adına *** nömrəli məktəbin 5-ci və 7-ci sinfində oxuyurlar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarına əsasən azyaşlı qızları Aytac və Nurtac Rəmlililərlə hər həftinin bazar günləri görüşmək hüququ var. Lakin onlar Bakıda yaşadıqları üçün hər həftə Şəki şəhərinə gəlmək imkanları yoxdur. Və xahiş etmişdir ki, Şəki Rayon Məhkəməsinin e16(075)-229/2025- *** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədini aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Icra şöbəsinə göndərəlisin. Nəticədə 30,04.2026-cı il tarixdə icra sənədi baxılması üçü Suraxanı rayon Icra şöbəsinə göndərilmişdir. ##.##.2026-cı il tarixdə Şəki Rayon Məhkəməsinin e**(***)-***/****-*** nömrəli,##.##.2025-ci ilci il tarixli icra sənədi təkrar Şəki rayonu ürzə Icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur.##.##.2026-cı il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə müraciət edib bildirmişdir ki, ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qızları Nurcan və Aytacla görüşmüşdür. Həmin gün Aytac anasının yanıma gəlmiş lakin Nurcan Rəhimli atası ilə qalmışdır. Və xahiş etmişdir ki, Nurcan Rəhimlini ona qaytarılmasını təmin olunsun.Bu gün Nurcan Rəhimlinin icra sənədi üzrə müəyyən edilmiş tələb: anasına qaytarılmalıdır tələbin təmin olunması məqsədi ilə Şəki RIPŞ-nin inzibati binasında icra prosesi təyin olundu. Əvvəl psixoloq Günəş Əzimova sonra da Nurcan Rəhimli ilə sonra da anası Zərərçəkmiş şəxs Nurcan Rəhimli ilə söhbət etdilər. Nurcan Rəhimli qətiyyən anası ilə getməyə razı olmadı.Nurcan Rəhimli ilıə aparılan söhbətlərə baxmayaraq o, qətiyyən və israrla atasının yanında qalmaq istədiyini bildirdi. Nur can Rəhimovanın bu vəziyyətini görən Zərərçəkmiş şəxs ərizə ilə müraciət edib bildirmişdir ki, qızı Nurcanın yay tətili müddətində atası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsla qalmasına etiraz etmir. Lakin 15 santyabrdan növbəti dərs ili başlananda qızı Nurcan Rəhimlinin ona qaytarılmamı təmin etməyimizi xahiş etmişdir.Lakin Şəki Rayon Məhkəməsinin e**(***)-***/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzərində uşaqlarla görüşdən sonra onları anasına qaytarmaq öhdəliyi var, lakin o, icra sənədinin bu tələbini pozmuş və Nurcan Rəhimovam anasına qaytarmamışdır.Göstərilənlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1 ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirdi ki, uşaqlar özü ilə yaşadığı zaman dərslərini yaxşı oxuyurdular. Bakıya köçdükdən sonra isə oxumurlar. Uşaqları ona analarının gecə 2-3-də evə gəldiyini deyir. Yeməklərini də özləri bişirirlər. O uşağı məcburi saxlamır. Uşağa istəyirsə onu anasının yanına aparmağı təklif etmiş, uşaq isə getmək istəməmişdir. Protokolun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Ərrahman qızı izahatında bildirdi ki, 8 aydır ki, uşaqlar ondadır. Analıq borclarını da yerinə yetirmişdir. Uşaqların qarşı tərəflə vaxtı-vaxtında görüşməsinə heç zaman mane olmamışdır. Lakin o, 13 iyul tarixində uşaqlarla görüşmüş, böyük qızlarını vaxtında geri qaytarmamış, ona psixoloji təsirlər edərək,yanında saxlamışdır. Balaca qızı deyib ki, bacısını və onu kənarə çəkərək təhdid ediblər, bacısı ağlayıb.Balaca qıza da,böyük bacısı kimi qalması üçün basqı göstəmişlər. Uşağı “səni bibinlə Rusiyaya göndərəcəyik”,”sənə telefon alacağıq”-deyə aldatmağa çalışıblar.Hətta uşaqları başqa qadınla görüşə aparmışlar. Suraxanıda olduğu zaman da uşaqların qaytarılması üçün icraya müraciət etmişdir.Qarşı tərəf aliment ödəməkdən yayınmaq üçün uşağı yanında saxlamaq istəyir. 6-7 aydan bir aliment ödədiyi üçün özü işləmək məcburiyyətində qalmışdır. Gecə saat 1-dək kassir işləyir. Protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil izahatında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin uşaqları qaytarmaqla bağlı hər hansısa bir etirazının olmadığını, həmçinin icra məmurunun çağırışlarına yayınmadan gəldiyini nəzərə alaraq, protokolun təmin edilməməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarını ləğv edilməsi, hazırkı iş üzrə inzibati xəta hadisəsi və inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin əsasını təşkil edən müvəqqəti təminat tədbiri barədə məhkəmə qərardadı ilə onun üzərinə görüşdən sonra uşağı anasına qaytarmaq öhdəliyi qoyulmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Beyşol oğlu həmin öhdəlikdən yayınmamışdır. Əksinə, 13 yaşlı uşağı dəfələrlə icra və probasiya şöbəsinə gətirmiş, habelə məhkəmə zalına gətirmiş, uşaq da məhkəmə iclası zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə qalmaq istədiyini bir daha, dəfələrlə təsdiq etmişdir. Bu halın özü məhkəmə qərardadının icrası istiqamətində onun üzərinə düşən hərəkəti etdiyini təsdiq edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uşağı gizlətməmiş, başqa yerə aparmamış, anasına təhvil verməkdən imtina etməmiş və məhkəmə qərardadının icrasına qəsdən mane olmamışdır. Uşağın anası ilə getmək istəməməsinə o, səbəb olmamışdır. Ən mühüm hal ondan ibarətdir ki, 13 yaşlı uşaq anası ilə getmək istəmədiyini öz iradəsi ilə dəfələrlə və israrla bildirmişdir. Daha əhəmiyyətlisi, bu hal Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada 8 sutka həbs edilməyi barədə ## ###### 2026-cı il tarixli qərardan sonra da davam etmişdir. Yəni uşağın anası ilə getmək istəməməsi atanın uşağı anaya verməkdən imtina etməsinin nəticəsi deyil. Uşaq məhkəmə zalına gətirilmiş, uşağın anası orada olmuş, lakin 13 yaşlı uşaq öz iradəsi ilə anası ilə getmək istəmədiyini bildirmişdir. Bu vəziyyətdə atanın uşağın iradəsinə zor tətbiq etməklə onu anası ilə aparmağa məcbur etməsi “məhkəmə qərarının icrası” kimi qiymətləndirilə bilməz. Əksinə, belə yanaşma uşağın şəxsiyyətinə, ləyaqətinə və onun fikrinin nəzərə alınması prinsipinə zidd nəticələr yarada bilər. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq zərərçəkmiş şəxs və potokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilməsinə dair Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş ilə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixli icra sənədinin 10 gün müddətində icra etmədiyi təqdirdə müvafiq qanunvericiliyə əsasən məsuliyyət daşıyacağı bildirilmişdir. Iş materiallarında olan Şəki Rayon Məhkəməsinin e-**(***)-***/****-*** saylı,##.##.2025-ci il tarixli qərardadına əsasən, tərəflərin birgə nikahlarından dünyaya gəlmiş uşaqları ## ###### 2013-cü il təvəllüdlü X4 və ## ###### 2015-ci il təvəllüdlü X2 ilə bazar günləri, saat 10:00-dan 17:00-dək ünsiyyətdə olaraq görüşməsi müəyyən edilmişdir. ##.##.2026-cı il tarixində barəsində protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qızları ilə görüşmüş,lakin böyük qızları X4 atası ilə qalmışdır. ## ###### 2026-cı il tarixində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, övladı ##.##.2013-cü il təvəllüdlü X4 anasının yanında olsa da,##.##.2026-cı il tarixdə könüllü olaraq onun yanına qayıtmış və hazırda onun yanında yaşadığını bildirərək, məhkəmə elektron sisteminə e**(***)-***/****-*** saylı,##.##.2025-ci il tarixli müvəqqəti təminat tədbiri ilə bağlı qərardadının ləğv edilməsi barədə ərizə yerləşdirmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki,Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs görüş bitdikdən sonra X4 və X2 Zərərçəkmiş şəxs Ərrahman qızına qaytarılması öhdəliyini pozmuşdur. ##.##.2026-cı il tarixli aktdan müəyyən olur ki,psixoloq X3 Rəhimli ilə söhbət aparmış,qətiyyən anası ilə getməyə razı olmamışdır,halbuki 8 aydır ki,anası ilə yaşamışdır. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uşaqlara psixoloji təsir göstərərək,analarına qarşı mənfi münasibət yaratdığı aydın şəkildə görünür. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Аzərbаycаn Respublikаsı Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Аzərbаycаn Respublikаsı Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Konstitusiya Məhkəməsinin Plenumu “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” # ######## 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar). Apellyasiya Məhkəməsinin qənaətincə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmiş dəlillər əsasızdır və işin faktiki hallarına uyğun deyildir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd olunan hərəkətləri özünün, zərərçəkmiş şəxsin, icra məmurunun izahatları, həmçinin Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Apellyasiya məhkəməsi qeyd edir ki, AR IXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrası üçün kifayət qədər şərait yaradılmasına baxmayaraq icra sənədi icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbsdən başqa tənbeh tədbirinin tətbiqi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələblərinə uyğun olmaz. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilmişdir ki, Inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan səbəbdən də apellyasiya instansiyası məhkəməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası IXM-nin 528.1ci maddəsinin sanksiyasında göstərilmiş həddə yəni 8 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 134.1-ci maddəsində göstərilən qərarlardan birini, o cümlədən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsi onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil tapşırılmışdır. Müdafiəçi Vəkil tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 3 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Vəkil göstərilən hüquqi yardıma görə müdafiəçi X1 33 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Müdafiəçi Vəkil əmək haqqı ödənilməsi üçün dövlət hesabına 33 manat vəsait Vəkil “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-457/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-457/2026
05.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver