Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-459/2026 14.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi Şəki rayonun Baş Kəldək Bələdiyyəsinin sədri Məsimov Natiq Eyyub oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəki rayonu Baş Kəldək Bələdiyyəsinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci, 192,4-cü və 198.1.5-ci maddəlləri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Şəfəq Cəfərova) ## ##### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəki rayonu Baş Kəldək Bələdiyyəsinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci, 192,4-cü və 198.1.5-ci maddəlləri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi müəyyən edilmişdir. işin halları: Şəki rayonu Baş Kəldək Bələdiyyəsinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci, 192,4-cü və 198.1.5-ci maddəlləri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında X4 Xidmətinin X7 tərəfindən ##.##.2025-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, material ilə birlikdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilmişdir ki, hüquqi şəxs Şəki rayonun Baş Kəldək Bələdiyyəsi ”-nin təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs – həmin bələdiyyənin sədri Məsimov Natiq Eyyub oğlu adı çəkilən hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X1 ## ##### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək olan müddət ərzində Şəki rayonu Baş Kəldək Bələdiyyəsinində işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarına əsasən Şəki rayonun Baş Kəldək Bələdiyyəsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20000 (iyirmi min) manat, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci və 192.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 20000 (iyirmi min) manat məbləğində cərimə edilmiş, Şəki rayonun Baş Kəldək Bələdiyyəsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci və 192.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material həmin hissədə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki Zaqatala Regional Şöbəsinə göndərilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəki rayonun Baş Kəldək Bələdiyyəsinin sədri Məsimov Natiq Eyyub oğlu şikayət verərək, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarına əsasən Şəki rayonun Baş Kəldək Bələdiyyəsinin sədri Məsimov Natiq Eyyub oğlu tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı və Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı yekun qərarı ləğv edilərək inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə hazırlıq mərhələsinə qaytarılması qərara alınmışdır. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilərək Xidmətin Şəki-Zaqatala regional şöbəsi tərəfindən Şəki rayonun Baş Kəldək Bələdiyyəsi barəsində tərtib edilmiş ##.##.2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəki rayonun Baş Kəldək Bələdiyyəsinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 Xidmətin Şəki-Zaqatala regional şöbəsinə verdiyi yazılı izahatının məzmunundan görünür ki, ## ##### 2025-ci il tarixində Oğuz yolundan Bideyiz kəndinə olan hissəsinin yol kənarında olan kolkosların təmizlənməsinə və may ayında isə avtobus dayanaçağının inşa edilməsində iştirak etmişdir. Işlərin görülməsi tapşırıqlarını Şəki rayonun Baş Kəldək Bələdiyyəsinin sədri Məsimov Natiq Eyyub oğlu verdiyini qeyd etmişdir. Şəki rayonun Baş Kəldək Bələdiyyəsinin sədri Məsimov Natiq Eyyub oğlu Xidmətin Şəki-Zaqatala regional şöbəsində ##.##.2025-ci il tarixdə verdiyi yazılı izahatının məzmunundan görünür ki, X1 onun şifahi göstərişinə uyğun olaraq aprel ayında Oğuz yolundan Bideyiz kəndinə qədər olan hissəsinin yol kənarında olan kol-kosların təmizlənməsinə rəhbərlik etmişdir. Bundan sonra may ayında isə avtobus dayanaçağının inşa olunmasında iştirak etdiyini qeyd etmişdir. Bununla da, Şəki rayonun Baş Kəldək Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi sübut olunmuşdur. Apellyasiya məhkəməsi iclasında Şəki rayonun Baş Kəldək Bələdiyyəsinin sədri Məsimov Natiq Eyyub oğlu apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; Məhkəmə şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə birlikdə araşdırıb və birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesab edir ki, aşağıda şərh olunan əsaslara görə, şikayət qismən təmin edilməli və Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı yekun qərarı ləğv edilərək inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə işə baxmağa hazırlıq mərhələsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şəki-Zaqatala RŞ-nin əmək müfəttişi X2 tərəfindən Şəki rayonun Baş Kəldək Bələdiyyəsi barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki rayonun Baş Kəldək Bələdiyyəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Nəticədə Şəki rayonun Baş Kəldək Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1, 198.1.5 və 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Iş materiallarında olan X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala RŞ-nin verdiyi yazılı izahatının məzmunundan görünür ki, ## ##### 2025-ci il tarixində Oğuz yolundan Bideyiz kəndinə olan hissəsiinin yol kənarında olan kol-kosların təmizlənməsinə və may ayında isə avtobus dayanaçağının inşa edilməsində iştirak etmişdir. Işlərin görülməsi tapşırıqlarını Şəki rayonun Baş Kəldək Bələdiyyəsinin sədri Məsimov Natiq Eyyub oğlu verdiyini qeyd etmişdir. Iş materiallarında olan Şəki rayonun Baş Kəldək Bələdiyyəsi-nin təmsilçisi Məsimov Natiq Eyyub oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki-Zaqatala RŞ-ndə ##.##.2025-ci il tarixdə verdiyi yazılı izahatının məzmunundan görünür ki, X1 onun şifahi göstərişinə uyğun olaraq aprel ayında Oğuz yolundan Bideyiz kəndinə qədər olan hissəsinin yol kənarında olan kol-kosların təmizlənməsinə rəhbərlik etmişdir. Bundan sonra may ayında isə avtobus dayanaçağının inşa olunmasında iştirak etdiyini qeyd etmişdir. Iş materiallarında olan Şəki rayonun Baş Kəldək Bələdiyyəsi işə qəbulla bağlı ##.##.2025-ci il tarixli 04 əmrdən çıxarışdan görünür ki, X1 ## ### 2025-ci il tarixdə Baş Kəldək Bələdiyyəsində ##.##.2025-ci i tarixinədən 3 ay sınaq müddətinə torpaq mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş MN seriyalı, ******* saylı nömrəli inzibati xəta haqqında qərardan da göründüyü kimi Şəki rayonu Baş Kəldək Bələdiyyəsinin sədri Məsimov Natiq Eyyub oğlu vəzifəli şəxs qismində Inzibati Xətalar Məcəlləsinin 192.1, 198.1.5-ci və 192.4-cü maddələri ilə cərimə edilməsinə baxmayaraq inzibati orqan tərəfindən hüquqi şəxs barəsində protokol düzgün tərtib edilməmiş və Şəki rayonun Baş Kəldək Bələdiyyəsi hüquqi şəxs qismində yenidən Inzibati Xətalar Məcəlləsinin 192.1, 198.1.5-ci və 192.4-cü maddələri ilə inzibati məsuliyyət cəlb edilmişdir. Eyni fakt üzrə əvvəlcə bələdiyyənin vəzifəli şəxsi – sədr Məsimov Natiq Eyyub oğlu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1, 192.4 və 198.1.5-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Halbuki 192.4-cü və 198.1.5-ci maddələrin dispozisiyası və subyekt tərkibi həmin normaların yalnız vəzifəli şəxslərə münasibətdə tətbiqini nəzərdə tutur və bu maddələr üzrə hüquqi şəxsin məsuliyyətə cəlb olunması qanunvericiliyin tələblərinə uyğun deyildir. Eyni əmələ görə əvvəl vəzifəli şəxs məsuliyyətə cəlb edildikdən sonra əlavə olaraq hüquqi şəxs barəsində də sanksiya tətbiq edilməsi inzibati məsuliyyətin fərdiliyi prinsipinə, hüquqi müəyyənlik və ədalətlilik prinsiplərinə ziddir və faktiki olaraq eyni hüquqazidd əmələ görə ikiqat məsuliyyət yaradılması ilə nəticələnir. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, Baş Kəldək Bələdiyyəsinin bank hesabları üzərinə vergi orqanı tərəfindən sərəncam qoyulmuş, bələdiyyənin mövcud borc öhdəlikləri olmuş və büdcə gəlirləri xərclərini əhəmiyyətli dərəcədə üstələməmişdir. Bu hal onu göstərir ki, bələdiyyə tərəfindən hər hansı maliyyə öhdəliyinin icrası onun iradəsindən asılı olmamış, obyektiv maliyyə məhdudiyyətləri səbəbindən mümkün olmamışdır. Inzibati məsuliyyətin yaranması üçün şəxsin təqsirinin mövcudluğu zəruri şərt olduğundan və hazırkı halda hüquqi şəxsin iradəsindən asılı olmayan hallar mövcud olduğundan inzibati xəta tərkibinin subyektiv elementi formalaşmamışdır. Işə apellyasiya instansiya məhkəməsində ilk dəfə baxılarkan yuxarı instansiya məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarında göstərilmişdir ki, Inzibati Xətalar Məcəlləsinin 106.0.3-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətalar haqqında işlərə baxmağa hazırlıq zamanı müəyyən edilir. Inzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki rayonun Baş Kəldək Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1, 198.1.5 və 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən olunaraq, protokol baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə müəyyən edilmişdir. Həmin məcəllənin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Iş materiallarına əlavə edilmiş MN seriyalı, ******* saylı nömrəli inzibati xəta haqqında qərardan da göründüyü kimi Şəki rayonu Baş Kəldək Bələdiyyəsinin sədri Məsimov Natiq Eyyub oğlu vəzifəli şəxs qismində Inzibati Xətalar Məcəlləsinin 192.1, 198.1.5-ci və 192.4-cü maddələri ilə cərimə edilməsinə baxmayaraq inzibati orqan tərəfindən hüquqi şəxs barəsində protokol düzgün tərtib edilməmiş və Şəki rayonun Baş Kəldək Bələdiyyəsi hüquqi şəxs qismində yenidən Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati məsuliyyət cəlb edilmişdir. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin sanksiyasından da göründüyü kimi həmin inzibati xətaya görə yalnız vəzifəli şəxslər barəsində inizbati tənbeh tədbiri tətbiq edilə bilər. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla inzibati xəta haqqında protokolda yol verilmiş nöqsanlar işin məhkəmə baxışını qeyri-mümkün etdiyindən Şəki Apellyasiya Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarına əsasən Şəki rayonun Baş Kəldək Bələdiyyəsinin sədri Məsimov Natiq Eyyub oğlu tərəfindən verilmiş şikayətin qismən təmin edilərək, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı və Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı yekun qərarı ləğv edilərək inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə işə baxmağa hazırlıq mərhələsinə qaytarılmışdır. Birinci instansiya məhkəməsi isə işə baxmağa hazırlıq mərhələsində Inzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadığından inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana qaytarmalı olduğu halda yuxarı instansiya məhkəməsinin göstərişlərinə dəqiq diqqət yetirmədən, işə baxmağa hazırlıq mərhələsindən deyil, işə məhkəmə baxışından yenidən baxmağa başlamışdır. Inzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- **/**** saylı yekun qərarı ləğv edilərək inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə işə baxmağa hazırlıq mərhələsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və X9 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı yekun qərarı ləğv edilərək inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə işə baxmağa hazırlıq mərhələsinə qaytarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-459/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-459/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver