Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-460/2026 14.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili vəkil1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Ismayıllı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 24 iyul 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Ismayıllı Rayon Icra və Probasiya şöbəsinin icra məmuru Məftun Şirəliyev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Ismayıllı Rayon Məhkəməsinin (hakim Nərmin Qoşqarova) 24 iyul 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə, ## ### 1987-ci il tarixdə Ismayıllı rayonunda anadan olmuş, Ismayıllı şəhəri, Babək küçəsi, ev 14-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyən, fərdi identifikasiya nömrəsi ******* Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Ismayıllı rayon Icra və Probasiya Şöbəsində tərtib olunmuş ## #### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Ismayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ismayıllı rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra vərəqəsi üzrə 13560 (on üç min beş yüz altmış) manat aliment borcu olmuşdur. Hazırda borclu həmin məbləğdən 1500 (min beş yüz) manat məbləğində ödəniş etmişdir. Bundan başqa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC-də işləyir və hər ay onun əmək haqqından 300 (üç yüz) manat tutulma aparılır. Həmin tutulma əsasında borc məbləği hər ay azalmaya doğru gedir. Buna baxmayaraq tələbkar aliment borcunu tam şəkildə tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarındakı rəsmi nikah pozulduqdan bir neçə ay sonra barışaraq bir yerdə yaşamışlar. 2016-cı il tarixdən 2024-cü il tarixədək ər-arvad münasibətlərində olmuşlar və hətta 2023-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə iki dəfə uşaqları ana bətnində tələf olmuşdur. Lakin məlumatı olmadığı üçün icra vərəqəsinin icrası ilə bağlı icra şöbəsinə məlumat verməmişdir. Çünki həmin müddətlərdə ondan aliment tələb olunmamışdır. Yalnız 2025-ci il tarixdə ondan aliment məbləği tələb olunmuş və borcunun olması barədə məlumatlı olmuşdur. 2026-cı l tarixdə borcun silinməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin sonradan hakim tərəfindən müraciəti düzgün olmadığı üçün geri qaytarılmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs özü həmin müddətlərdə bir yerdə yaşadıqlarını etiraf etmişdir. Buna baxmayaraq aylıq əmək haqqından hər ay 300 (üç yüz) manat məbləğində tutulma aparılır. Həmçinin borcundan 1500 (min beş yüz) manat ödəniş etmişdir. Iyul ayının 28-də 400 (dörd yüz) manat ödəniş də edəcəkdir. Ümumiyyətlə hər ay tutulma aparılmaqla yanaşı, əlavə olaraq 100 manat məbləğində ödəniş edəcəkdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi (vəkil) vəkil2 izahat verərək göstərmişdir ki, bu günə olan aliment borcu təxminən 11000 (on bir min) manat təşkil edir. Həmin borc məbləği bir neçə ili əhatə edir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra vərəqəsinin icrasından qərəzli olaraq yayınmışdır. Həmçinin əvvəlki məhkəmə iclasında borclu aliment borcundan 2000 (iki min) manat ödəniş edəcəyini bildirsə də, hazırda 1500 (min beş) manat ödəniş etmişdir. Bundan başqa borcu əvvəllər uşağın xaricə aparılmasına razılıq versə də, hazırda aliment məbləği tələb olunduğu üçün əvəzində etibarnaməni ləğv etdirmişdir. Borclunun əmək haqqından tutulma aparılsa da, borc məbləği olduqca yüksəkdir və həmin tutulma ilə borcun bağlanması uzun müddət çəkəcəkdir. Tərəflər 2016-cı il tarixdən 2024-cü il tarixədək bir yerdə yaşasalar da, həmin müddətdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ailənin saxlanmasında və uşağın maddi təminatının ödənilməsində heç bir köməklik göstərməmişdir. Bütün bunları nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ismayıllı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 24 iyul 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Ismayıllı Rayon Icra və Probasiya şöbəsinin icra məmuru Məftun Şirəliyev tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Ismayıllı Rayon Icra və Probasiya şöbəsinin icra məmuru Məftun Şirəliyev verdiyi apellyasiya şikayətində Ismayıllı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 24 iyul 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin yeni baxılması üçün Ismayıllı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında borclunun məhkəmə baxışı zamanı 1500 manat ödəniş etməsini, əməkhaqqından tutulmaların aparılmasını və gələcəkdə əlavə ödəniş edəcəyini bildirməsini onun məsuliyyətdən azad olunması üçün əsas kimi qiymətləndirmişdir. Halbuki, bu hallar inzibati xəta tərkibini aradan qaldırmır. Bildirir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)****/**** nömrəli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən ## #### 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ## #### 2016-cı il tarixdən başlayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Həmin icra sənədi üzrə ##.##.2016-cı il tarixdə icraata başlanılmış və tərəflərə bu barədə qanunvericiliyə uyğun məlumat verilmişdir. Tələbkar ərizə ilə müraciət edərək həmin icra sənədi üzrə 13560 manat məbləğində aliment borcunun yarandığını bildirmiş və həmin borcun ödənilməsinin təmin olunmasını xahiş etmişdir. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinə əsasən aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,14 misli həddində indeksasiya edilmişdir. Həmin icra sənədi üzrə ##.##.2025-ci il tarixdə icraata başlanılmış, tərəflərə bu barədə rəsmi məlumat verilmişdir. Borclunun "xxxx" MMC-də işlədiyi müəyyən edilmiş və əməkhaqqından 70 faiz tutulmasının təmin edilməsi məqsədilə ##.##.2026-cı il tarixdə müvafiq qərar iş yerinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra vərəqəsinə əsasən aliment məbləği minimum əmək haqqının 0,62 misli həddində müəyyən edilmişdir. Həmin icra sənədi üzrə ##.##.2026-cı il tarixdə icraata başlanılmış, ##.##.2026-cı il tarixdə əməkhaqqından tutulmanın yeni icra sənədinə uyğun aparılması üçün müvafiq sənəd iş yerinə göndərilmiş və hazırkı vaxtadək borclunun əməkhaqqından hər ay 300 manat olmaqla ümumilikdə 2298 manat tutulması təmin edilmişdir. ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli icra sənədləri üzrə cari aliment öhdəlikləri yerinə yetirilsə də, ##.##.2016-cı il tarixli icra sənədi üzrə yaranmış 13560 manat məbləğində aliment borcu ödənilməmiş qalmışdır. Sonradan həmin borcun ödənilməsinin təmin edilməsi məqsədilə borclu şöbəyə dəvət edilmiş, izahatı alınmış və borcun tam şəkildə ödənilməsi tələb olunmuşdur. Lakin borclu borcu tam ödəmədiyindən onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün ##.##.2026-cı il tarixdə Ismayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrlü səbəb olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunvericiliyin qeyd olunan normasından göründüyü kimi, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uzun müddət icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini icra etməməsinə dair hər hansı üzrlü səbəb təqdim etməmişdir. Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili vəkil1 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Ismayıllı Rayon Icra və Probasiya şöbəsinin icra məmuru Məftun Şirəliyev, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarının şikayətlə bağlı izahatlarını və çıxışlarını dinləyərək hesab edir ki, Ismayıllı Rayon Icra və Probasiya şöbəsinin icra məmuru Məftun Şirəliyev tərəfindən verilmiş şikаyət qismən təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Ismayıllı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 24 iyul 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Ismayıllı Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materialların olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ####### 2016-cı il tarixli, 2(001)8309/2016-cı il tarixli qətnaməsi üzrə verilmiş, ## ###### 2016-cı il tarixli icra vərəqəsindən görünür ki, ## #### 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ## #### 2016-cı il tarixdən başlayaraq cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay 120 (yüz iyirmi) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Iş materialların olan Ismayıllı rayon Icra və Probasiya Şöbəsinin ## #### 2026-cı il tarixli arayışından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra vərəqələri üzrə 13560 (on üç min beş yüz altmış) manat məbləğində alimentin ödənilməsi ilə əlaqədar icra məmuru tərəfindən verilmiş qanuni tələblərə əməl etməmişdir. Iş materialların olan Ismayıllı rayon Icra və Probasiya Şöbəsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlandığı ##.##.2026-cı il tarixli, e******/***-**-** saylı məktubundan görünür ki, aliment borcu bitənədək hər ay Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs gəlirinin 70 %-nin tutulması tələb olunmuşdur. Iş materialların olan “xxxx” ASC-nın ##.##.2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 1500 (min beş yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs hesabına ödəmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarından da müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində işləməklə 500 (beş yüz) manat məbləğində əmək haqqı alır. Ismayıllı rayon Icra və Probasiya Şöbəsi tərəfindən onun aylıq gəlirinin 70%-nin tutulması təmin edilmişdir. Bundan başqa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iş məhkəmənin icraatında olan müddətdə aliment borcundan 1500 (min beş yüz) manat məbləğində ödəniş etmişdir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment məbləğinin ödənilməsindən qərəzli olaraq boyun qaçırmır. Bundan başqa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında aylıq əmək haqqının tam tutulmasına etirazının olmadığını və bundan sonra əmək haqqından tutulma aparılmaqla yanaşı, əlavə olaraq 100 manat məbləğini də aliment borcuna ödəyəcəyini bildirmişdir. Göründüyü kimi, icra məmurunun qeyd etdiyi hallar məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan bütün sübutlar tam və hərtərəfli şəkildə araşdırılmamışdır. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsinə əsаsən, məhkəmə və digər оrqаnlаrın qərаrlаrının icrаsı ilə əlаqədаr icrа məmurlarının qаnuni tələblərinin yerinə yetirilməməsinə və yа icrа məmuru tərəfindən müəyyən edilmiş müddətdə bоrclunu müəyyən hərəkətləri etməyə və yа müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icrа sənədinin üzrsüz səbəbdən icrа edilməməsinə görə inzibаti məsuliyyət yаrаnır. Konstitusiya Məhkəməsinin Plenumu “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” # ######## 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar). Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokol tərtib edilənədək icra sənədi üzrə ödəməli məbləğdən ödəniş etməməsi, işə apellyasiya instansiya məhkəməsi icraatın baxılan zaman da hər hansı ödəniş etməməsi onun inzibati tənbeh tədbirindən yayınmaq məqsədini təsdiq edir. Qeyd edilənlərə əsasən apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədindəki tələb üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməmişdir Işə yenidən baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi IXM-ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane göstərəcək dərəcədə pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun icra sənədi üzrə göstərişlərinə məhəl qoymamasını, məhkəmə prosesinə qədər sözügedən icra sənədi üzrə ödənilməli olan məbləğindən ödəniş etməməsini nəzərə almamışdır. Ona görə də apelyasiya məhkəməsi hesab edir ki, hazırki iş üzrə ədalətli və obyektiv məhkəmə araşdırmasının təmin edilməsi məqsədi ilə Ismayıllı Rayon Icra və Probasiya şöbəsinin icra məmuru Məftun Şirəliyev tərəfindən verilmiş şikаyət qismən təmin edilməli, Ismayıllı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 24 iyul 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ləğv edilməli və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Ismayıllı Rayon Məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiya məhkəməsi onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili vəkil1 tapşırılmışdır. Müdafiəçi vəkil1 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 5 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərilən hüquqi yardıma görə müdafiəçi vəkil1 55 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Inzibati Xətalar Məcəlləsinın 133-137-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Ismayıllı Rayon Icra və Probasiya şöbəsinin icra məmuru Məftun Şirəliyev tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Ismayıllı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 24 iyul 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Ismayıllı Rayon Məhkəməsinə qaytarılsın. Müdafiəçi vəkil1 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 55 manat vəsait vəkil1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASCnin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-460/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-460/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver