Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-461/2026 07.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Şəki Rayon Məhkəməsinin (hakim Azər Mövlayev) ## ###### 2026-cı il tarixli, 3(5- 158)-1043/2026 saylı qərarı ilə, ##.##.1985-ci il tarixdə Şəki rayonu Aşağı Küngüt kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN; ******* olan, orta təhsilli, evli, ictimai nəqliyyat sürücüsü işləyir, Şəki rayonu Aşağı Küngüt kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Şəki rayonu Aşağı Küngüt kəndində yaşayan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilməsi, həbs etmənin əvvəlinin ## ###### 2026-cı il tarixdən, saat 11:00-dan hesablanması, qərarın icrasının Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunması qərara alınmışdır. işin halları: ##.##.2026-cı il tarixli İXP ******* saylı protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Şəki şəhər, M.F.Axundzadə prospektində Opel Astra markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə sürücülük hüququ olmadan istifadə edərkən əks istiqamətdən gələn avtobusla toqquşması nəticəsində İXM-nin 327.2, 332.4 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməklə Mercedes markalı, ** BX *** dövlət qeydiyyat nişanlı mikroavtobus ictimai nəqliyyat vasitəsinə ziyan vurmuşdur. Birinci instansiya məhkəməsi iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs maşının öz maşını olduğunu, lakin sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. O, adətən kənd daxilində maşını sürdüyünü, kənara çıxmadığını qeyd etmişdir. Həmin gün oğlu ilə birlikdə Aşağı Küngüt kəndinə gedərkən telefonuna measaj gəlmiş, həmin an telefonuna baxmış və fikri yoldan yayınmışdır. Telefondan gözünü çəkib yola baxdığı zaman isə ona doğru sarı rəngli mikroavtobusun gəldiyini görmüşür. Sükanı sağ tərəfə çevirsə də öz yoluna qayıda bilməmiş, avtobusun sürücü tərəfi ilə toqquşmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlindən peşman olduğunu, sürücülük hüququ olmadan bir daha avtomobil istifadə etməyəcəyini bildirərək protokolun təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X3 məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səmimi etirafını, öz əməlinə tənqidi yanaşdığını, zərərçəkmişlə razılıq əldə olunduğunu və onların heç bir tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki ŞRPŞ-nin DYPB-nin YNH üzrə inspektoru, R X4 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sürücülük hüququ olmadan,etibarnaməsiz Opel Astra markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Aşağı Küngüt kəndinə doğru hərəkətdə olduğu zaman Mercedes markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşmuşdur. Yol nəqliyyat hadisəsi barədə müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki şəhər-rayon Polis şöbəsi tərəfindən müdafiə etdiyi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.2-ci maddələri ilə inzibati tənbeh edilməsi üçün protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola Şəki rayon məhkəməsində baxılaraq ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı Qərarla müdafiə etdiyi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinir 332.4 maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. Müdafiə etdiyi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan “İnzibati Xəta Haqqında İş üzrə” Şəki Rayon Məhkəməsinin qərarı ilə razılaşmadığı üçün şikayət vermək qərarına gəlmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ailənin yeganə qazanc gətirən şəxsidir. O, müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmişdir. ##.##.2020-ci ildə başlayan “İkinci Qarabağ müharibəsi” başladığı andan Respublikanızın ərazi bütövlüyü uğrunda gedən aktiv döyüşlərə qatılmışdır. ##.##.2020ci ildə Talış istqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan mərminin partlanması nəticəsində “Barotravma, yuxarı və aşağı ətrafların çoxsaylı qəlpə yarası və qapalı kəllə-beyin travması” xəsarətləri travması almışdır. Hal-hazırda əlil kimi müharibə veteranıdır. Müxtəlif orden və medallarla təltif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsinin sanksiyasında beş yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs nəzərdə tutulub. Maddədən göründüyü kimi, həbs tənbeh növü xətanı törətmiş şəxsin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda tətbiq edilir. Hal-hazırda o, saxlandığı yerdə qala bilmir. Onun xəstəliyi buna imkan vermir. Məhz buna görə də onun tənbeh növünün dəyişdirilməsinə zərurət var. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ vardır. Məcəllənin 57.1-57.5-ci maddələrinə əsasən Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında işüzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinin tələblərini rəhbər tutaraq inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarına dəyişiklik edərək, barəsində inzibati xəta haqqında qərar qəbul olunan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati cərimə növündə tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirdi ki, idarə etdiyi avtomobil ona məxsus olsa da adətən avtomobili idarə etməmişdir. Hadisə baş verən gün uşağı xəstələndiyi üçün uşağını Şəki rayonu, Cəfərabad kəndində anasının yanından götürüb Şəki şəhərinə həkimə gətirmək istəmişdir. Bu məqsədlə həmişə onun avtomobilini idarə edən tanışına zəng etsə də tanışı Bakı şəhərində olduğunu bildirmişdir. Bu zaman belə qərara gəlmişdir ki, uşağı özü gedib kəndlərinə gətirsin, daha sonra isə şəhərə gəlmək üçün avtomobili idarə edəcək şəxs tapsın. Hadisə baş verdiyindən kəndə çata bilməmişdir. Apellyasiya şikayətinin təmin edilərək barəsində cərimə növündə inzibati tənbeh növünün seçilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Verilən suallara cavab olaraq bildirdi ki, psixatriya xəstəxanasında qeydiyyatdadır və 2- 3 aydan bir müalicə olunur. Müalicə olunanda özünü yaxşı hiss edir. Son 10 gündür ki, səhhəti pisləşmişdir. Hadisə baş verən vaxt müalicəsi təzə başa çatmışdır və özünü yaxşı hiss etmişdir. Beş ildir ki, iki ay evdə olur, bir ay müalicə olunur. Yol-nəqliyyat hadisəsinin necə baş verməsini xatırlamır, lakin yol-nəqliyyat hadisəsi avtobusun yolunda baş vermişdir. Törətdiyi əməldən peşmandır. Hadisədən sonra avtomobili satmışdır. X10 saxlama yerində intihar etmək istəmişdir. Apellyasiya məhkəməsinin iclasında Şəki Şəhər-Rayon-X10 saxlama yerinin rəisi, R İmamov Nofəl Şakir oğlu bildirdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müvəqqəti saxlama yerində saxlanılması mümkün deyildir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tez-tez ağrıları şiddətlənir, qıcolmalar başlayır. Bir neçə dəfə təcili tibbi yardım çağırılmış, psixatriya xəstəxanasından dərmanlarının bir hissəsi gətirilmiş və nəzarət altında qəbul etdirilmişdir. Bu gün səhər saatlarında əməkdaşları ona zəng edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səhhəti ilə əlaqədar olaraq müvəqqəti saxlama yerində mələfə ilə intihar etmək istədiyini bildirmişlər. Əməkdaşları tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs intihar etməsinin qarşısı alınmışdır. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsidə seçilmiş inzibati tənbeh tədbirinin dəyişdirilməsi və ya onun psixatriya xəstəxanasına yerləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X1 bildirdi ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ağır xəstəlik keçirir, müalicə götürmüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbs qərarının icrası iqtidarında deyildir, müharibə iştirakçısıdır, orden və medalları vardır. Şəxsiyyət pozuntusu xəstəliyinin olması barədə ekspert rəyi mövcuddur. Həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qəbul etdiyi psixiatrik dərmanların apteklərdə açıq satışı mövcud deyildir, həmin dərmanlar psixatriya xəstəxanasından alınmalıdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməyinə baxmayaraq protokol tərtib etmiş orqan Şəki ŞRPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.2-ci maddəsinə görə bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarının şikayətlə bağlı izahatlarını və çıxışlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil oğlu tərəfindən verilmiş şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilməsinə dair Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı təyin olunmuş inzibati tənbeh tədbirinə münasibətdə dəyişdirilməlidir. Belə ki, iş materiallarından, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatı, eləcə də işdə olan digər sənədlərlə sübuta yetir ki, o, ##.##.2026-cı il tarixdə Şəki rayonunun Cəfərabad kəndinin ərazisində Opel Astra markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edərkən əks istiqamətdən gələn avtobusla toqquşması nəticəsində ictimai nəqliyyat vasitəsi olan Mercedes markalı, ** BX *** dövlət qeydiyyat nişanlı mikroavtobusa ziyan vurmuşdur. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 327.2 və 332.4 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, hazırda tədqiq edilən işdən aydın olur ki birinici instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilməkdə düzgün hüquqi nəticəyə gəlmişdir. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Bununla yanaşı, məhkəmə inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş 10 (on) gün müddətinə inzibati həbs tənbehinin tətbiq edilməsi ilə bağlı məsələni də müzakirə edərək bu qənaətə gəlir ki, təyin edilmiş inzibati tənbeh növü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunmasında, həmçinin tənbehin islah təsiri baxımından çox ağırdır. Çünki, işdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən Müharibəsinin iştirakçısı olmuş, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş, Şəki İnzibati Məhkəməsinin ##.##.2026cı il tarixli, *-*(***)-****/**** saylı qərarına əsasən cavabdeh “Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi” PHŞ-nin üzərinə iddiaçı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma ilə əlaqədar ## ###### 2025-ci il tarixindən 2 il müddətində l dərəcə əlilliyin (orqanizm funksiyalarının pozulmasının 31-60 % müəyyən edilməsi) öhdəliyi qoyulmuşdur. Bundan əlavə olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməli etiraf etmiş, səmimi peşmanlıq hissi keçirmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 135.1 və 135.1.5-ci maddəsinə görə tətbiq edilmiş tənbehin İXM-in 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə şikayət üzrə yekun nəticəyə gələrək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilməsinə dair Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı təyin olunmuş inzibati tənbeh tədbirinə münasibətdə dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə 500 (beş yüz) manat məbləğində cərimə edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, qərarın icrasışəxsin həbsdən azad edilməsi hissəsində Şəki Şəhər-Rayon Polis Şöbəsinə, şəxsə təyin edilmiş cərimə cəzasının icra edilməsi hissəsində isə şəxsin yaşayış yeri üzrə Şəki Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, Müdafiəçi X1 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 33 (otuz üç) manat vəsait X1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir.(Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWİFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944.) Məhkəmə qeyd olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilməsinə dair Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarı təyin olunmuş inzibati tənbeh tədbirinə münasibətdə dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın icrası-şəxsin həbsdən azad edilməsi hissəsində Şəki Şəhər-Rayon Polis Şöbəsinə, şəxsə təyin edilmiş cərimə cəzasının icra edilməsi hissəsində isə şəxsin yaşayış yeri üzrə Şəki Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Müdafiəçi X1 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 33 (otuz üç) manat vəsait X1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün.(Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWİFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944.) Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz Hakim: Xəqani Səmədov
Məhkəmə qərarları › İş №3(3-10)-461/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-461/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver