Məhkəmə qərarları › İş №3(3-10)-462/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-462/2026

08.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-462/2026 08.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilməsinə dair Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət üzrə materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim Cavid Camalzadə) ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ilə, ##.##.1977-ci ildə Zərdab rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilməsi, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il saat 19:15-dən ## #### 2026-cı il saat 19:20- dək inzibati qaydada tutulduğu 1 (bir) gün müddət təyin olunmuş inzibati həbs müddətinə hesablanması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzərində təyin edilmiş inzibati həbs cəzasının çəkilməli qalan müddətinin 14 (on dörd) gün müəyyən edilməsi və həbs müddətinin əvvəlinin ##.##.2026-cı il tarixdən saat 11:50-dən hesablanması müəyyən edilmişdir. işin halları: Protokolu tərtib edən orqan daxil olmuş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə Göyçay şəhəri, Nizami küçəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs davranışlarında narkotik vasitə qəbul etmiş şəxs üçün xarakterik əlamətlər – hərəkətlərinin qeyri-dəqiqliyi, nitqində pozuntu və gözlərinin qızarması müşahidə edilmiş, bu səbəbdən o, müvafiq araşdırmanın aparılması məqsədilə Protokolu tərtib edən orqan dəvət edilmişdir. Aparılmış araşdırma və narkoloji müayinələrin nəticələrinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə marixuana (kannabis) narkotik vasitəsini həkim təyinatı olmadan istifadə etməsi müəyyən edilmiş, buna görə də ##.##.2026-cı il tarixdə onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanı etiraf edərək izahatında marixuana narkotik vasitəsindən istifadə etdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində həmin qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil apellyasiya şikayəti verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı tamamilə qanunsuz, əsassızdır və maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Odur ki, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarını ləğv edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, marixuananı çox az hallarda sonuncu dəfə təxminən 2 ay əvvəl istifadə etmiş, ekspertiza zamanı da ondan çox cuzi miqdarda narkotik vasitə aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmamış, sonuncular tərəfindən ona məxsus mobil nömrəyə zəng gəlmişdir. Bundan sonra o, özü Göyçay RPŞ-ya yaxınlaşmışdır. Eyni zamanda birinci instansiya məhkəməsində icraat zamanı onun dinlənilmə hüququ təmin edilməmiş, sağlamlığında olan ciddi problemlər nəzərə alınmamışdır. O, cəmiyyət üçün ziyanlı şəxs deyildir. Həbs olunana qədər bizneslə məşğul olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs apellyasiya şikayətinin gec verilməsinin səbəbini onunla əsaslandırmışdır ki, şikayət valideyinlərinin vasitəsilə verilmiş, onlar xəstə olduqlarından şikayət gec verilmişdir. Barəsində qərar qəbul edilmiş şəxs qeyd etmişdir ki, həbs müddətinin bitməsinə qısa müddət qaldığından cərimə cəzası ilə razı deyildir. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X1 apellyasiya şikayətinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs azadlığa buraxılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında inzibati protokolu tərtib edən Göyçay RPŞ-nın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilməsi, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 30.3cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il saat 19:15-dən ## #### 2026-cı il saat 19:20-dək inzibati qaydada tutulduğu 1 (bir) gün müddət təyin olunmuş inzibati həbs müddətinə hesablanması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzərində təyin edilmiş inzibati həbs cəzasının çəkilməli qalan müddətinin 14 (on dörd) gün müəyyən edilməsi və həbs müddətinin əvvəlinin ##.##.2026-cı il tarixdən saat 11:50-dən hesablanmasına dair Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan ##.##.2026-cı il tarixli raportdan görünür ki, Göyçay RPŞ-nin Cinayət- Axtarış bölməsinin əməliyyat müvəkkili, R Nadir Cahangirov baş əməliyyat müvəkkili, R Zakir Mirzəyevlə birlikdə xidmətdə olarkən Göyçay şəhəri, Nizami küçəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs davranışlarında narkotik vasitə qəbul etmiş şəxs üçün xarakterik əlamətlər – hərəkətlərinin qeyri-dəqiqliyi, nitqində pozuntu və gözlərinin qızarması müşahidə edilmişdir. Bu səbəbdən o, müvafiq araşdırmanın aparılması məqsədilə Protokolu tərtib edən orqan dəvət olunmuşdur. Işdə olan Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinin ##.##.2026-cı il tarixli, **** nömrəli müayinə protokolundan görünür ki, aparılmış müayinə zamanı sidiyin immunoxromatoqrafik ekspress testi nəticəsində kannabinoidlər (THC) üzrə müsbət nəticə müəyyən edilmiş, alkoqol sərxoşluğu isə aşkar edilməmişdir. Işdə olan Gəncə Şəhər Narkoloji Dispanserinin Həkim-Məsləhət Komissiyasının ##.##.2026-cı il tarixli, **** nömrəli rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs il ərzində təxminən 3-4 dəfə marixuana istifadə etdiyini etiraf etmiş, aparılmış laborator müayinələr zamanı da THC maddəsinin mövcudluğu təsdiq edilmişdir. Komissiya belə nəticəyə gəlmişdir ki, şəxsdə narkomaniya xəstəliyi aşkar edilməmişdir, o, epizodik kannabinoid istifadəçisidir, məcburi müalicəyə ehtiyac yoxdur və profilaktik qeydiyyata götürülməsi məqsədəuyğun hesab edilmişdir. Işdə olan AZA № ****** nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 19:15də inzibati qaydada tutulmuş, ##.##.2026-cı il tarixdə saat 19:20-də sərbəst buraxılmışdır. Işdə olan ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli qərardaddan görünür ki, Göyçay RPŞnin rəisi, R Müqalib Abdıyev tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində toplanılmış inzibati material baxılması üçün aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Аzərbаycаn Respublikаsı Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Аzərbаycаn Respublikаsı Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Apellyasiya Məhkəməsinin qənaətincə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmiş dəlillər əsasızdır və işin faktiki hallarına uyğun deyildir. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli raportdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşları tərəfindən narkotik vasitə qəbul etmiş şəxs üçün xarakterik xarici əlamətlərə görə saxlanılaraq araşdırma aparılması məqsədilə polis şöbəsinə gətirilmişdir. Bu hal özlüyündə şəxsin təqsirini təsdiq etməsə də, sonrakı prosessual hərəkətlərin başlanması üçün əsas olmuşdur. Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinin ##.##.2026-cı il tarixli, **** nömrəli müayinə protokolu ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidiyində immunoxromatoqrafik müayinə nəticəsində kannabinoidlər (THC) aşkar edilmiş, alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Daha sonra Gəncə Şəhər Narkoloji Dispanserinin Həkim- Məsləhət Komissiyasının ##.##.2026-cı il tarixli, **** nömrəli rəyi ilə də həmin nəticələr təsdiq edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs il ərzində bir neçə dəfə marixuana istifadə etdiyini etiraf etdiyi göstərilmiş, onun epizodik kannabinoid istifadəçisi olduğu, narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi, lakin profilaktik qeydiyyata götürülməsinin məqsədəuyğun olduğu müəyyən edilmişdir. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı tam etiraf etmiş, marixuana narkotik vasitəsini istifadə etdiyini və törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Onun izahatı iş üzrə toplanmış tibbi sənədlər və digər yazılı sübutlarla tam uzlaşır və onları tamamlayır. Beləliklə, iş üzrə toplanmış sübutlar Azərbaycan Respublikası IXM-nin 76.1-ci maddəsinin tələblərinə uyğun əldə edilmiş, onların mötəbərliyinə və yol verilənliyinə şübhə yaradan hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə IXM-nin 84.1-ci maddəsinə uyğun olaraq həmin sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həkim təyinatı olmadan marixuana (kannabis) narkotik vasitəsini istifadə etməsini tam sübuta yetirilmiş hesab edir. Bu səbəbdən məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli Azərbaycan Respublikası IXM-nin 206-cı maddəsi ilə düzgün tövsif edilmişdir. Apellyasiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aşağı həddə cərimə cəzası təyin edilməsinə dair dəlillərə münasibətdə qeyd edir ki, AR IXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xəta öz təsdiqini tapmışdır. Işə apellyasiya qaydasında baxılarkən təyin edilmiş inzibati həbs tənbehinin 12 günü artıq faktiki icra edilmiş, həbs müddətinin başa çatmasına 2 gün qalmışdır. Məcəllənin 206-cı maddəsində inzibati həbsə alternativ olaraq 300 manatdan 400 manatadək cərimə nəzərdə tutulsa da, qanunvericilik faktiki çəkilmiş inzibati həbs müddətinin cərimənin məbləğinə hesablanması və ya həmin məbləğdən çıxılması qaydasını müəyyən etməmişdir. Buna görə hazırkı mərhələdə inzibati həbsin dəyişdirilərək cərimə ilə əvəz edilməsi şəxs tərəfindən artıq faktiki çəkilmiş 12 günlük inzibati həbsin hüquqi nəticələrini aradan qaldırmayacaq və onun üzərinə əlavə olaraq tam məbləğdə (ən azı 300 manat) yeni inzibati tənbeh yükünün qoyulmasına səbəb olacaqdı. Məhkəmə şəxsin artıq faktiki çəkdiyi inzibati həbs müddətini, inzibati cərimə ilə inzibati həbsin hər ikisinin əsas inzibati tənbeh növü olmasını, habelə inzibati tənbehin ədalətli olması və şikayətə baxılması nəticəsində şəxsin vəziyyətinin ağırlaşdırılmaması prinsiplərini nəzərə alaraq cərimə inzibati tənbehinin tətbiq edilməsini əsaslı hesab etməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 134.1-ci maddəsində göstərilən qərarlardan birini, o cümlədən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar