Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-463/2026 10.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi vəkil2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X1 tərəfindən verilmiş şikayət üzrə materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Zərifə Məmmədova) ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə, ##.##.1966-cı il tarixdə Zaqatala rayonu, Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olmaqla orada yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilməsi müəyyən edilmişdir. işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəki Kommersiya Məhkəməsinin e-*-*(***)-**/******* nömrəli ##.##.2026-cı il tarixli icra sənədini icra etmədiyinə görə Zaqatala Rayon Icra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında Zaqatala rayon Icra və probasiya şöbəsinin icra məmuru Hikmət Darçınov izahatında göstərmişdir ki, Şəki Kommersiya Məhkəməsinin e- *-*(***)**/****-*** nömrəli ##.##.2026-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 200000 manat məbləğində borc və 490 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs «Icra haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Zaqatala Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarına əsasən, həmin borcdan 50000 manat məbləğində avtomobil verərək tələbkarla razılıq əldə edilmiş, lakin qalan 150 000 manat borcun ödənilməsi təmin edilməmişdir. Hazırki vəziyyətdə borclu bacısının adına qeyri-yaşayış obyektinin olduğunu, borcun əvəzində onun satılaraq ödənilməsinə mülkiyyətçinin razı olduğunu və ona etibarnamə verildiyini bildirmişdir. Tələbkar şikayətçi olduğundan onun həmin hərəkətlərində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs borcun tam şəkildə ödənməsini tələb edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək göstərdi ki, həqiqətən də o, məhkəmə qərarından xəbərdardır. O qərarın icrasından yayınmır. Borcun bir qismini ödədiyini, qalan ödənişi də edəcəyini bildirmişdir. O, bank hesablarının üzərinə vergi xidməti tərəfindən həbs qoyulduğunu, hesablar üzərində əməliyyat apara bilmədiyini qeyd etmişdir. O, bacısının mülkiyyətində olan əmlak kompleksinə borcunun yönəldilməsinə bacısı tərəfindən razılıq verildiyini, lakin bunun üçün vaxt tələb edildiyini bildirərək ona vaxt verilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, icra sənədini icra etməkdən yayınmır, lakin hazırki vəziyyətdə icra etməsi qeyri-mümkündür. Həmçinin, bildirmişdir ki, Şəki Inzibati Məhkəməsinin qərarından verdiyi şikayət üzrə Şəki Apellyasiya Məhkəməsinin icraatında *-*(***)***/**** nömrəli iş vardır. Həmin işə baxılıb ədalətli qərar verilən kimi bank hesablarının üzərində olan inkasso sərəncamı götürüləcəkdir. O zaman borcunu ödəyə biləcəkdir. Hal-hazırda ödəmə imkan heç cür yoxdur. Bacısının verdiyi əmlakı da öz adına keçirmişdir və tələb həmin əmlaka yönəldilə bilər. Məhkəmədən bütün bunların nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X1 çıxış edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunu ödəməkdən boyun qaçırmamasını, onun qərəzli mövqeyinin olmamasını, şəraitdən irəli gələrək borcu ödəyə bilməməsini, icra sənədinin icrası üçün vaxt tələb olunmasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X1 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X1 verdiyi apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli inzibati qaydada tənbeh verilməsi haqqında qərarını ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsi və şəxsin həbsdən dərhal azad edilməsi barədə qərar çıxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrasından boyun qaçırmamışdır. Protokol tərtib edilən tarixə borclunun heç bir əmlakı olmamışdır. Bundan başqa Zaqatala Rayon Icra və Probasiya şöbəsi borclunun barəsində olan digər icra sənədini əmlakı olmadığı üçün məhkəməyə geri qaytarmışdır, (qərar və məktub şikayətə əlavə olunur). Lakin digər icra sənədi üzrə isə borclu barəsində məhkəməyə protokol tərtib edilmişdir. Zaqatala rayon Icra və probasiya şöbəsi tərəfindən borclunun işlərinə münasibətdə 2-li (ikili) standart müəyyən olunur. Belə ki. ## #### 2026-cı il tarixli qərarla borclunun banka olan borcu əmlakı olmadığı üçün icrası mümkün olmayan icra sənədi kimi qiymətləndirilərək icra sənədi onu vermiş Şəki Kommersiya Məhkəməsinə geri qaytarılmışdır. Icra Məmuru tərəfindən hazırki icra sənədi ilə bağlı isə borclunun məsuliyyətə cəlb edilməsi üçün barəsində protokol tərtib etmişdir. Işin faktiki halı ondan ibarətdir ki, borclu icra sənədinin icrasından yayınmır, borcunu ödəməkdən imtina etmir, borclunun ## #### 2026-cı il tarixinə dəyəri 150 000 manat olan ünvan 1 ünvanında yerləşən 0.0168 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 148.75 kv/m olan qeyri-yaşayış binası mülkiyyətinə verilmişdir. ( müqavilə şikayətə əlavə olunur). Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq zərərçəkmiş şəxs və potokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X1 tərəfindən verilmiş şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Iş materiallarından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri fiziki şəxslər üçün məcburi olmasına baxmayaraq, Şəki Kommersiya Məhkəməsinin e-*-*(***)-**/****-*** nömrəli ##.##.2026-cı il tarixli icra sənədi üzrə borclu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatı, yəni, əmlakının üzərinə həbs qoyulduğundan borcunu ödəyə bilməməsi ilə bağlı verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır, məsuliyyətdən və tənbeh tədbirindən yayınmaq məqsədi güdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərdiyi xüsusat heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Həmçinin onun borcunu tam şəkildə yaxın zamanda ödəməyəcəyini bildirməsi onun icra sənədini qərəzli olaraq icra etməməsinə əsas verir. Apellyasiya instansiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X1 qeyd etdiyi xüsusatlar birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarının ləğv edilməsi üçün əsas deyil. Belə ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Аzərbаycаn Respublikаsı Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Аzərbаycаn Respublikаsı Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Konstitusiya Məhkəməsinin Plenumu “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” # ######## 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar). Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd olunan təqsiri özünün, zərərçəkmiş şəxsin, icra məmurunun izahatları, həmçinin Zaqatala rayonu üzrə Icra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Apellyasiya məhkəməsi qeyd edir ki, AR IXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrası üçün kifayət qədər şərait yaradılmasına baxmayaraq icra sənədi icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbsdən başqa tənbeh tədbirinin tətbiqi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələblərinə uyğun olmaz. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilmişdir ki, Inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan səbəbdən də apellyasiya instansiyası məhkəməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası IXM-nin 528.1ci maddəsinin sanksiyasında göstərilmiş həddə yəni 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 134.1-ci maddəsində göstərilən qərarlardan birini, o cümlədən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X1 tərəfindən verilmiş şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-463/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-463/2026
10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver