Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-464/2026 13.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) AR DIN-in Baş Dövlət Yol Polis Idarəsinin ## #### 2026-cı il tarixli EQ ******** nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi, AR DIN-in Baş Dövlət Yol Polis Idarəsinin ## #### 2026-cı il tarixli EQ ******** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasına dair Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Aygün Mürsəlova) ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) AR DIN-in Baş Dövlət Yol Polis Idarəsinin ## #### 2026-cı il tarixli EQ ******** nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi, AR DIN-in Baş Dövlət Yol Polis Idarəsinin ## #### 2026-cı il tarixli EQ ******** nömrəli qərarının dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. işin halları: Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polisi idarəsi tərəfindən ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta icraatına xitam verilməsi barədə qərar çıxarılmasını, işin obyektiv halların araşdırılması məqsədilə, Bakı-Şamaxı-Yevlax yolunun 233.9-cu km-liyində baş vermiş hadisə anının (və hadisədən 1 dəqiqə əvvəlki görüntülərin) Təhlükəsiz Şəhər kameralarından rəsmi sorğu ilə tələb edilməsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin ## #### 2026-cı il tarixli EQ ******** saylı elektron qərara əsasən AR IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdiyinə görə 100 (bir yüz) manat cərimə, 3 cərimə balı verilmişdir. (IXM 327.2-Əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına görə- yüz manat, 3 bal cərimə) Bakı-Şamaxı-Yevlax yolu ilə hərəkətdə olarkən, 233.9-cu km-liyində ötmə əməliyyatı etdiyi iddia olunmuş və qərar tərtib edilmişdir. Sistemə video görüntü deyil videogörüntüdən foto şəkil əlavə edilmişdir. Bildirmək istəyir ki, barəsində tərtib edilmiş həmin qərar tamamilə qanunsuz və əsassızdır, çünki sözügedən manevr qəsdən deyil, qaçılmaz qəza şəraitindən yayınmaq məqsədi ilə, məcburi surətdə edilmişdir. Belə ki, ##.##.2026-cı il tarixdə, təxminən saat 16:00 radələrində, **-ZZ- *** dövlət qeydiyyat nişanlı “Hyundai Santa fe” minik markalı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun 233.9-cu km-liyində öz zolağı ilə normal hərəkətdə olarkən, kənar (ikinci dərəcəli) yoldan bir nəqliyyat vasitəsi X1 Qanunun tələblərini kobud şəkildə pozaraq, ona yol vermədən qəfil onun hərəkət etdiyi əsas zolağa daxil olmuşdur. Yoluna çıxan avtomobil heç bir məsuliyyət hiss etmədən, sanki qəsdən çox yavaş sürərək hərəkət trayektoriyasını tamamilə bağlamış və qəza şəraiti yaratmışdır. Həmin saniyədə onun idarə etdiyi avtomobilin bilavasitə arxasında digər bir nəqliyyat vasitəsi yaxın məsafədə hərəkət etmişdir. Mövcud vəziyyətlə qəfil əyləcləmə (tormozlama) aparmaq arxadakı maşının ona çırpılmasına və ağır zəncirvari qəzaya səbəb olacaqdı. Sağa və ya yerində qalacağı təqdirdə isə kənar yoldan qəfil çıxan avtomobillə qaçılmaz toqquşma baş verəcəkdi. Iki tərəfli real qəza şəraitindən (həm qəfil çıxan maşınla toqquşmadan, həm də arxadan vurulmaqdan) yayınmaq, şərnişinlərin və özünün həyatını, sağlamlığını qorumaq üçün yeganə çıxış yolu kimi məcburi manevr edərək ötmə əməliyyatı yerinə yetirməli olmuşdur. ##.##.2026-cı il tarixli, EQ ******** saylı qanunsuz və əsassız tərtib edilmiş qərarın ləğvi ilə bağlı olaraq rəsmi olaraq E-POLIS elektron sahifə vasitəsi ilə şikayət etmişdir. Lakin hələ də, DYP tərəfindən rəsmi cavab verilmədiyi və şikayət vermə müddəti bitəcəyi üçün Ədalət simvolu olan Məhkəməyə müraciət etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Qərardan şikayət verən orqan (şəxs) verdiyi apellyasiya şikayətində Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, işin obyektiv həlli və maddi həqiqətin üzə çıxarılması üçün Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsinə (və ya müvafiq Təhlükəsiz Şəhər/Monitorinq Mərkəzinə) məhkəmə tərəfindən rəsmi və icbari sorğu göndərilməsini, hadisə anından ən azı 1-2 dəqiqə əvvəlki tam, kəsilməmiş və xronoloji ardıcıllığı pozulmamış videoqeydiyyat materiallarının məhkəməyə tələb edilməsini, sübutlar tam araşdırıldıqdan sonra hərəkətlərində "Son zərurət" halının tanınması, barəmdə aparılan inzibati xəta üzrə icraata AR IXM-nin 53.1.2-ci maddəsinə əsasən (inzibati xətanın tərkibi olmadıqda) xitam verilməsi və cərimə qərarı tamamilə ləğv edilməsini xahiş etmişdir. hüquqi məsələlər: Məhkəmə şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə birlikdə araşdırıb və birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesab edir ki, aşağıda şərh olunan əsaslara görə, şikayət qismən təmin edilməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı və Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı yekun qərarı ləğv edilərək inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə işə baxmağa hazırlıq mərhələsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan ## #### 2026-cı il tarixli EQ ******** saylı qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inizbati Xətalar Məclləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Iş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ünvan 1 ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” # ##### 1996-cı il tarixli Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Inzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “ICMAL” altsistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət- inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127- 3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göründüyü kimi Inzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd olunmuş maddələrinin tələblərinə əsasən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən mübahisələndirilən EQ ******** nömrəli qərardan verilmiş şikayətə şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəmədə baxılmalı olduğu halda iş icraata Ağdaş Rayon Məhkəməsində aidiyyət qaydaları pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında həmin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarına istinad edilməklə qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır. Beləliklə, baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyri-müəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir. Oxşar münasibətləri tənzimləyən CPM-in 391.8.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində məhkəmə baxışı məhkəmə aidiyyətinin qaydaları pozulmaqla keçirildikdə Bu Məcəllənin müddəalarının aşağıdakı kobud pozuntularına yol verildiyi hallarda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Beləliklə yuxarıda şərh olunanlara əsasən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayəti qismən əsaslı hesab edən məhkəmə bu nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli və iş üzrə işin icraata qəbul edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-108)-374/2026 saylı qərardadı və Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı yekun qərarı ləğv edilərək inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə işə baxmağa hazırlıq mərhələsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və X2 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı və Ağdaş Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı yekun qərarı ləğv edilərək inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə işə baxmağa hazırlıq mərhələsinə qaytarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-464/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-464/2026
13.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver