Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-465/2026 20.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, “xxxx” QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(*-***)- **/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxsin nümayəndəsi Təranə Əliyeva tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Aygün Mürsəlova) ## ###### 2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi, qərarın icrasının Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. işin halları: “xxxx” QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1ci maddəsi ilə ## ###### 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Ağdaş rayonunun Xosrov kəndində “xxxx” ASCnin sifarişi ilə “xxxx” QSC tərəfindən qanunsuz tikinti işləri aparılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxsin nümayəndəsi Təranə Əliyeva tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətin dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxsin nümayəndəsi Təranə Əliyeva verdiyi apellyasiya şikayətini əsaslandıraraq bildirmişdir ki, Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə **(*-***)-**/**** saylı ## ###### 2026-ci il tarixli Qərarı ilə “xxxx”QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə *(*-***)-**/**** saylı ## ###### 2026-ci il tarixli qərarı ilə razı deyillər, aşağıda göstərilənlərə əsasən əsassız, qanunazidd və qeyri-obyektiv olduğundan, hesab edirlər ki, qərar ləğv edilərək inzibati iş üzrə icraata xitam verilməlidir. İlk növbədə məhkəmə işi hərtərəfli araşdırmamış və qanununvericilik normalarını düzgün tövsif etməməklə Qərar qəbul etmişdir. Bu isə nəticədə “xxxx”QSC -nin əsasız olaraq cərimə növündə inzibati tənbeh alması ilə nəticələnmişdir. Hazırkı mübahisəli qərarı qəbul etmiş məhkəmə öz qərarında heç bir əsaslandırma verməmiş, sübut kimi yalnız “Qanunsuz tikinti-quraşdırma işlərinin aparılmasına dair” ## ###### 2026-cı il tarixli aktı qeyd etmiş və qanunvericilik normalarını saymaqla kifayətlənmişdir. Həmçinin məhkəmə qərar qəbul edərkən şirkətin iştirakını da təmin etməmişdir. Əslində isə məhkəmə işə səthi yanaşmamalı, obyektiv və hərtəfəli araşdırma aparmalı, tək bir “sübutla (hansı ki orqan tərəfindən təktərəfli tərtib edilmiş aktdır)” hərəkət etməməli, ən azından “xxxx”QSC “xxxx”nin layihəsində hansı əsasla tikinti aparmasını və tikinti barədə məlumatlandırmanın kimin məsuliyyətində olmasını müəyyən etməli idi. Belə ki, iş orqanın tərtib etdiyi protokoldan da qeyd edildiyi kimi, Ağdaş rayonu Xosrov kəndində aparılan və qanunsuz hesab edilən tikinti “xxxx” ASC-nin sifarişi olmuşdur. Bu halın özü artıq məhkəmə əlavə araşdırma aparmağa əsas olmalı idi ki, müəyyən olunsun ki, tikintin layihəsi ilə bağlı razılaşdırmalar kimin tərəfindən aparılmalı idi. Bildirir ki, “xxxx” ASC-nin X2raşdırılacağı ərazilərdə (500/330/220/10 kV- luq "Abşeron" və 220/110/10 kV "Ağdaş" yarımstansiyasında) tikinti və elektrik quraşdırma işləri layihəsində podratçı şirkət “YEO ELEKTRİK OTOMASYON” ANONİM ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI, “xxxx” QSC isə işlərin müəyyən hissəsini görən Subpodratçı (## ### 2025-ci il tarixli YEO/AZC/TM-OO*/**** saylı Subpodrat Müqaviləsi-surəti əlavə edilir) olmuşdur. Yəni, layihə “xxxx” ASC-nin olduğundan layihədə aparılan tikinti işlərinin layihəsi ilə bağlı bütün razılaşdırmaları almaq və məlumatlandırma icraatı aparmaq da Sifarişçi kimi onun məsuliyyətində olmuşdur. Subpodratçı olaraq, “xxxx” QSC-nin tikinti layihəsini hazırlamaq, ona dair icazələr və razılaşdırmalar aparmaq öhdəliyi və hüququ olmamışdır. Belə olan halda, tikinti barədə məlumatlandırılmanın aparılmamasına görə Subpodratçı olaraq, “xxxx” QSC heç bir məsuliyyət daşıya bilməzdi. Məhkəmənin işi düzgün araşdırmaması, qanunvericilik normalarını düzgün tövsif və tətbiq etməməsi, iş üzrə yetərli tədqiqat aparmaması Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə **(*-***)-**/**** saylı ## ###### 2026-ci il tarixli Qərarı (hakim Aygün Müsəlova) ləğv olunmalı və inzibati iş üzrə icraata xitam verilməli olduğunu göstərir. Odur ki, Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə *(*-***)-**/**** saylı ## ###### 2026-ci il tarixli Qərarının ləğv edilərək inzibati iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” QSC-nin nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını, şikayətlərinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib edən orqan Ağdaş Rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.1-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxsin nümayəndəsi Təranə Əliyeva tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarında olan “Qanunsuz tikinti-quraşdırma işlərinin aparılmasına dair” ## ###### 2026-cı il tarixli aktdan görünür ki, Ağdaş rayonunun Xosrov kənd inzibati ərazi dairəsinin ərazisində hüquqi şəxs “xxxx” QSC tərəfindən heç bir tikintiyə icazə və ya məlumatlandırma icraatı tətbiq etmədən özbaşına (qeyri-yaşayış) tikinti işlərinin aparıldığı aşkar edilmiş, Ağdaş rayon İcra hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin mələhətçisi Nümayəndə, Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Xosrov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əlqadir Qurbanovun, Xosrov Bələdiyyəsinin sədri Ramil Rəsulovun iştirakları ilə bu barədə akt tərtib edilmişdir. Bununla da “xxxx” QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetirilmiş, inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar olmamışdır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Ağdaş rayonunun Xosrov kəndi ərazisində “xxxx” ASC-nin sifarişi ilə “xxxx” QSC tərəfindən qanunsuz tikinti işləri aparılmışdır. İş materiallarında olan “Qanunsuz tikinti-quraşdırma işlərinin aparılmasına dair” ## ###### 2026-cı il tarixli aktdan görünür ki, Ağdaş rayon İcra hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin mələhətçisi Nümayəndə, Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Xosrov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əlqadir Qurbanovun, Xosrov Bələdiyyəsinin sədri Ramil Rəsulovun iştirakları ilə akt tərtib olunmuşdur ona görə ki, Ağdaş rayonunun Xosrov kənd inzibati ərazi dairəsinin ərazisində hüquqi şəxs “xxxx” QSC tərəfindən heç bir tikintiyə icazə və ya məlumatlandırma icraatı tətbiq etmədən özbaşına (qeyri-yaşayış) tikinti işlərinin aparıldığı aşkar edilmiş, fotoşəkillər akta əlavə edilmişdir. İş materiallarında olan, apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnamnaməsinə əsasən fəaliyyət göstərən, direktoru FURKAN ASIK şəxsində təmsil olunan, bundan sonra “Podratçı” adlandırılacaq “YEO ELEKTRİK OTOMASYON” ANONİM ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI və digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyinə və öz Nizamnaməsinə əsasən fəaliyyət göstərən, baş direktoru X1 şəxsində təmsil olunan, bundan sonra “Subpodratçı” adlandırılacaq “xxxx” QSC arasında ## ### 2025-ci il tarixli, YEO/AZC/TM-***/**** nömrəli subpodrat müqaviləsi bağlanmışdır. Apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, “xxxx” QSC-nin “xxxx”nin layihəsində hansı əsasla tikinti aparması və tikinti barədə məlumatlandırmanın kimin məsuliyyətində olması müəyyən edilməməklə iş səthi araşdırılmışdır. Məhkəmə şikayətin dəlillərilə bağlı olaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından, həmçinin tərtib edilmiş inzibati xəta haqqında protokoldan göründüyü kimi Ağdaş rayonunun Xosrov kəndi ərazisində “xxxx” ASC-nin sifarişi ilə “xxxx” QSC tərəfindən tikinti işləri aparılmışdır. Halbuki, apellyasiya şikayətinə əlavə edilmiş “YEO ELEKTRİK OTOMASYON” anonim şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə “xxxx” QSC arasında bağlanmış ## ### 2025-ci il tarixli, YEO/AZC/TM-***/**** nömrəli subpodrat müqaviləsindən müəyyən edilir ki, “Subpodratçı” “Podratçı”nın tapşırığına əsasən müqavilənin * saylı Əlavəsində göstərilmiş iş həcmlərinə uyğun olaraq X2raşdırılacağı ərazilərdə (“Abşeron” və “Ağdaş” yarımstansiyasında) tikinti və elektrik quraşdırma işlərinin yerinə yetirməyi öhdəsinə götürür, “Podratçı” isə “Subpodratçı”ya icra edilmiş işlərə görə razılaşdırılmış məbləği ödəyir. Hazırkı iş üzrə “xxxx” QSC-nin tikintiyə icazə və ya məlumatlandırma icraatı üzrə öhdəlik daşımasını təsdiq edən heç bir sənəd iş materiallarından müəyyən edilmir. Həmçinin subpodrat müqaviləsindən də həmin öhdəliyin məhz “xxxx” QSC-yə həvalə edilməsi müəyyən edilmir. Göründüyü kimi “xxxx” QSC hazırkı iş üzrə “Subpodratçı” olmaqla “Podratçı” olan “YEO ELEKTRİK OTOMASYON” anonim şirkətinin tapşırığına əsasən müqavilənin * saylı Əlavəsində göstərilmiş iş həcmlərinə uyğun olaraq X2raşdırılacağı ərazilərdə (“Abşeron” və “Ağdaş” yarımstansiyasında) tikinti və elektrik quraşdırma işlərini yerinə yetirməyi öhdəsinə götürmüşdür. Tərtib edilmiş inzibati xəta haqqında protokolda “xxxx” ASC-nin sifarişi ilə “xxxx” QSC tərəfindən tikinti işlərinin aparıldığı göstərilsə də, göründüyü kimi “xxxx” QSC “xxxx” ASC-nin deyil, “YEO ELEKTRİK OTOMASYON” anonim şirkətinin tapşırığına əsasən tikinti və elektrik quraşdırma işlərinin yerinə yetirməyi öhdəsinə götürmüşdür. “xxxx” ASC ilə “YEO ELEKTRİK OTOMASYON” anonim şirkəti arasında olan müvafiq müqavilələr, o cümlədən digər zəruri sənədlər götürülərək tədqiq edilməmiş, tikintiyə icazə və ya məlumatlandırma icraatı üzrə öhdəliyin sifarişçi və ya podratçının (subpodratçının) üzərində olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 49.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və tikinti fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər podratçı ola bilərlər. Podratçı qanunvericiliyə və tikintinin sifarişçisi ilə bağladığı müqaviləyə uyğun fəaliyyət göstərir. Podratçı tikinti ilə bağlı işlərin yerinə yetirilməsinə subpodratçı cəlb edə bilər. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər, həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Həmin Məcəllənin 75.3-cü maddəsində göstərilmişdir ki, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət etməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmadan qərar qəbul etmişdir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. İXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş “xxxx” QSC-nin baş direktoru Təranə Əliyeva tərəfindən verilmiş apellyasiya şikayəti qismən əsaslı olduğuna görə bu həddə təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş “xxxx” QSC-nin baş direktoru Təranə Əliyeva tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-465/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-465/2026
20.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver