Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-466/2026 19.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X2, “Qazıqumlaq” X8 və vəzifəli şəxsi hesab edilən X5 barəsində Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Xəyal Bədəlov) ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı ilə, “Qazıqumlaq” X8 və vəzifəli şəxsi hesab edilən X5 barəsində Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi müəyyən edilmişdir. işin halları: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, “Qazıqumlaq” X8 ## #### 2025-ci il tarixdə qüvvədə olan əmək müqaviləllərini qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli icrası məcburi olan göstərişi icra etməməsi müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən ## ### 2026-cı il tarixdə “Qazıqumlaq” X8 Azərbaycan Respublikası IXM-nin 539.1-1-ci maddələsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair MN seriyalı, 2463583 və ******* nömrəli protokollar tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə tərtib edilmiş protokolların məzmununa uyğun eyni məzmunlu izahat verərək Hüquqi ünvanı ünvan 1 “Qazıqumlaq” X8 (VÖEN **********) və “Qazıqumlaq” X8 işəgötürəni X5 barəsində inzibati qaydada məsuliyyət tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və vəzifəli şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs öz nümayəndəsinin iştirakını təmin etməmiş, eləcə də, vəzifəli şəxs məhkəmə iclasına gəlməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi verdiyi apellyasiya şikayətində Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən “Qazıqumlaq” Sudan Istifadə edənlər Birliyi və vəzifəli şəxs X5 barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN 2463584 və ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında “Qazıqumlaq” X8 və vəzifəli şəxs X5 inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2024-cü il ## #### tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanununu 12.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ######## tarixli *** nömrəli Qərarına əsasən 2024-cü il ## #### tarixli ****-VIQD nömrəli Qanun qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il # ####adək müəyyən edilmişdir. Xidmətin Mərkəzi X10i göstərişinə baxmayaraq “Qazıqumlaq” X8 tərəfindən heç bir tədbir görülməmiş və bu barədə Xidmətin Mərkəzi Aran Regional Şöbəsinə məlumat verilməmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xəta tərkibinin olmaması ilə bağlı qənaəti qanunaziddir. Həmçinin, nəzərinizə çatdırırıq ki, IXM-nin 539.1-1-ci madddəsi ilə bağlı məhkəmə inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edərək hüquq pozuntusunun aradan qaldırılması ilə bağlı müəssisəni yalnız cərimənin ödənilməsindən azad edə bilərdi. Çünki IXM-nin 116.3-cü maddəsində Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimənin ödənilməməsi nəzərdə tutulmuşdur. Bu halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Məcəllədə qanuni əsas müəyyən edilməmişdir. Apellyasiya instansiya məhkəməsi iclası zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxt və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq “Qazıqumlaq” X8 vəzifəli şəxsi hesab edilən X5 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iş materiallarına əlavə olunmuş Azərbaycan Dövlət Su X11 Su Meliorasiya Xidməti X1 X3 Sistemlərinin Istismarı Idarəsi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli, *-**-**/*-***/**** nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Göyçay şöbəsində ## ###### 2007-ci il tarixdə ****-QU*** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Qazıqumlaq” X8 fəaliyyətini başa çatdırdığından qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilmişdir. Bu barədə ## ###### 2019-cu il tarixli təhvil təslim aktı tərtib olunmuş, müvafiq şəxslər tərəfindən imzalanmış və təsdiqlənmişdir. Birliyin ləğvi prosesi zamanı balansında olan sənədlər, möhür, nizamnamə və qeydiyyatla bağlı bütün materiallar Ucar rayon qeydiyyat şöbəsinə təhvil verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Qazıqumlaq” X8 fəaliyyətini başa çatdırdığından qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edildiyinə görə Birliyin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Buna uyğun olaraq olmayan, yəni ləğv edilmiş birliyin hər hansı vəzifəli şəxsinin olması da özü özlüyündə absurddur. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməsi əsasları mübahisələndirilən qərarda ətraflı şərh olunmasına baxmayaraq, inzibati orqan apellyasiya şikayətini işlə heç bir bağlılığı olmayan dəlillərlə əsaslandırmış, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəni təkzib edə biləcək hər hansı dəlilə istinad etməmişdir. Inzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Inzibati Xətalar Məcəlləsinin 76.1-cı maddəsinə əsasən Iizibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Inzibati xətalara dair işlər üzrə sübutetmə yükü inzibati orqanın üzərinə düşdüyündən və inzibati orqan tərəfindən birinci instansiya məhkəməsinin qərarında iş üzrə icraata xitam verilmə əsasları konkret olaraq göstərilməsinə baxmayaraq “Qazıqumlaq” X8 hələ də fəaliyyətdə olması ilə bağlı hər hansı əlavə sübut təqdim etmədiyindən apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarının ləğv edilməsi üçün hər hansı əsas görmür. Azərbaycan Respublikası IXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Azərbaycan Respublikası IXM-nin 53.2-ci maddəsinə əsasən maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı Ucar Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. X12 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və X12 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-466/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-466/2026
19.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver