Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-468/2026 20.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, onun müdafiəçisi X6 və zərərçəkmiş şəxs X5 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsinə dair Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Yevlax Rayon Məhkəməsinin (hakim Ruqiyyə Cəfərova) ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə, ##.##.2002-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsi, inzibati xətanı törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsinin Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi, göstərilən hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 ödənilməsi qərara alınmışdır. İşin halları: Protokolu tərtib edən orqan icra məmuru X1 Apellyasiya Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Həmin icra sənədinə əsasən, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 1075 manat mənəvi ziyanı iddiaçı X5 xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, hazırkı tarixə borclunun icra sənədi üzrə ümumi borc məbləği 1075 manat təşkil edir. Borclu icra sənədinin icrasından yayındığından hazırki protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında icra məmuru izahatında göstərmişdir ki, həmin icra sənədi İcra Şöbəsinin icraatına daxil olduqdan sonra borcluya könüllü icra müddəti təyin edilmiş, həmin müddətdə tələb icra edilmədiyindən, məcburi icra tədbirlərinə başlanmışdır. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxış edərək, maddi imkanının olmadığı səbəbindən yaranmış borcu ödəyə bilmədiyinin nəzərə alınmasını, inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs X5 izahat verərək, mübahisənin məhkəmədən kənar həllinin olmadığını bildirərək qanuni tədbirin görülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında müdafiəçi X7 məhkəmə iclasında çıxış edərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaranmış borcu ödəyə bilmədiyini və qərəzli olaraq ödənişdən yayınmadığını nəzərə alaraq, inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət vermişdir. Şikayətin və proses iştirakçılarının dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, Yevlax rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarına əsasən o, AR İXM-nın 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Hazırkı inzibati qərarın qəbul edilməsinin əsası, Protokolu tərtib edən orqan icra məmuru X1 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 2( ***)-****/**** saylı, ##.##.2026cı il tarixli icra sənədi üzrə barəsində protokol tərtib edərək məhkəməyə göndərilməsidir. Protokol onunla əsaslandırılır ki, onun tələbkara 1075 manat borcunun olduğu bildirilir. Bu borcun könüllü icra edilməsi üçün müddətin təyin edildiyi qeyd edilir. O, məhkəmənin nəzərinə çatdırır ki, hazırki tələbkar onun keçmiş əridir. Psixi cəhətdən problemli olduğundan ona qarşı son dərəcə amansız rəftarı, günlərlə qapalı otaq şəraitində onu saxlaması və azadlığını əlindən alması səbəbindən aralarında olan nigah qeydi pozulmuşdur. Bu şəxs mütəmadi olaraq psixi vəziyyəti gərginləşdiyi vaxtlarda onu, anasını və ailə üzvlərini mütəmadi olaraq təhqir etmiş, şərəf və ləyaqətlərini alçaltmışdır. Bu səbəbdən də keçmiş əri tərəfindən hər dəfə ona və ailəsinə qarşı qanunsuz hərəkətlərin baş verməsi ilə əlaqədar artıq bezmişlər. X2 onları alçaldaraq, təhqir edərək şərəflərini həddindən artıq sındıraraq onlara qarşı əxlaqsız söyüşlər edərkən tərəflərindən cavab verildiyindən Pərviz Qədirov bu cavabdan istifadə etmiş, nəticədə onlara 1000 manat yəni, həm anasına, həmdə ona 1000 manat həddində pul ödəmələri barədə qərar qəbul edilmişdir. Bununla razılaşmasa da, artıq məhkəmə qərarını vermişdir. Tərəfindən isə Mingəçevir şəhər Məhkəməsi əmlakla bağlı Pərviz Qədirova qarşı iddiasını təmin etmiş, 16000 manat həddində Pərviz Qədirova qarşı məhkəmə qətnaməsi qəbul edilmişdir. O, məhkəmə qətnaməsini icra etməkdən yayınmır və yayınmamışdır. Məsələ odur ki, Pərviz Qədirov ona münasibətdə həmin qətnaməni icra etmir. Eynən onları təhqir etdiyinə görə də X8 şəhər Məhkəməsinə etdiyi söyüşlərinə rəğmən iddia qaldırılıb. O, qərarla razılaşmır, belə ki, Pərviz Qədirovun da ona borcu var. O, bu barədə möhlət istəmişdir. Çünki heç bir yerdə işləmir, yeganə dolanışıq yeri Pərviz Qədirovun vaxtı vaxtında vermədiyi alimentdir. Uşağı xəstədir. O, qətnamənin icrasına möhlət verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Həmin ərizə baxılma ərəfəsindədir. Ona görə də hesab edir ki, təqdimat üçün hazırkı qərar vaxtından əvvəl verilmişdir. Onun ödəmə imkanları qeyd olunan hallara münasibətdə yoxdur. Çünki onun Pərviz Qədirovdan da alacağı vardır. Bütün bunların nəzərə alınmasını istəyir Odur ki, apellyasiya şikayətinin təmin olunaraq Yevlax rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi, işdə inzibati məsuliyyəti müəyyən edən ##.##.2026-cı il tarixli, MN-******* saylı inzibati xəta haqqında protokolun inzibati xəta hadisəsi olmadığından təmin edilməməsinə dair məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi X6 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, işin mahiyyəti ondan ibarətdir ki, hər iki tərəf biri-birinə qarşı ifrat dərəcədə nalayiq sözlər işlətmişlər. Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun anasına qarşı nalayiq ifadələr işlətmişdir. Bu məsələ ilə bağlı hal-hazırda Mingəçevir Şəhər Məhkəməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun anasının şikayətinə baxılır. Hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində 2 xəstə övladı var. Hesab edirlər ki, 1000 manat böyük məbləğdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç yerdə işləmir. Qarşı tərəfin ödədiyi aliment hesabına övladlarını dolandırır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmiş şəxsə qarşı Mingəçevir Şəhər Məhkəməsində bir neçə iddiası var. Onlar məhkəmədən şikayətlərə baxılana qədər icra işinin dayandırılmasını xahiş etmişlər, lakin məhkəmə xahişlərini nəzərə almamışdır. Qətnamənin icrasından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xəbəri olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qətnamənin icrasından qərəzli olaraq yayınmır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini, işdə inzibati məsuliyyəti müəyyən edən inzibati xəta hadisəsinin tərkibi olmadığından protokolun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxış edərək şikayətin təmin olunmasını xahiş etdi. Verilən suallara cavab olaraq bildirdi ki, ## #### 2026-cı il tarixli bildirişi onun valideynləri qəbul etmişdir. 27 iyul tarixli xəbərdarlıq məktubunda olan imza ona məxsusdur. Heç yerdə işləmir, yeganə qazanc yeri övladlarının alimentidir. Müdafiəçisinin dedikləri ilə razıdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X5 çıxışında şikayətin təmin olunmamasını xahiş etdi. Verilən suallara cavab olaraq bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmiş və aralarında barışıq əldə edilməmişdir. O, dəymiş ziyanı tələb edir. Onun fikrincə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dəymiş ziyanı ödəmək istəmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dəymiş ziyanı ödəməkdən qəsdən yayınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müğənnilik fəaliyyəti ilə məşğul olur, toy şənliklərində və müəyyən tədbirlərdə iştirak edir. Qarşı tərəfin ziyanı ödəmək üçün maddi imkanları vardır. Onun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir borcu yoxdur. Alimentini də vaxtında ödəyir. Onların əmlakla bağlı mübahisələri var, o işə də Şəki Apellyasiya Məhkəməsində baxılacaqdır. Qarşı tərəfin ziyanı ödəməyə maddi imkanı var. Ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Atası şəhid olmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi və onun müdafiəçisini, zərərçəkmiş şəxsi dinləyib, şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını işdə olan materiallar əsasında yoxlayıb, hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)- ****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədi üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. İş materiallarında olan “İcraata başlama haqqında” ##.##.2026-cı il tarixli qərarın surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. İş materiallarında olan tələbin könüllü icrası haqqında ##.##.2026-cı il tarixli, ******/****-**-* saylı bildirişdən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədini könüllü icra etmək üçün göndərilmiş bildiriş ##.##.2026-cı il tarixdə qəbul etmişdir. Apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, o, borcun ödənilməsindən yayınmır, borcun ödənilməsi üçün möhlət istəmişdir. Pərviz Qədirov da ona borcludur, heç bir yerdə işləmir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Sadalanan normaların tələbindən göründüyü kimi məhkəmə qərarlarının icrası məcburidir və icra olunmaması məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018-ci il tarixli Qərarında Plenum qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Apellyasiya məhkəmə iclasında verdiyi izahatlarında həm barəsində qərar qəbul edilmiş şəxs, həmçinin müdafiəçisi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç yerdə işləmədiyini, qarşı tərəfin ödədiyi aliment hesabına övladlarını dolandırdığını, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qətnamənin icrasından qərəzli olaraq yayınmadığını göstərsələr də, zərərçəkmiş X5 məhkəmə iclasında verdiyi izahatında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dəymiş ziyanı ödəmək istəmədiyini, dəymiş ziyanı ödəməkdən qəsdən yayındığını, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müğənnilik fəaliyyəti ilə məşğul olduğunu, toy şənliklərində və müəyyən tədbirlərdə iştirak etdiyini, qarşı tərəfin ziyanı ödəmək üçün maddi imkanlarının olduğunu göstərmişdir. Həmçinin müdafiəçi məhkəmə iclasında qətnamənin icrasından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xəbərinin olmadığını göstərsə də iş materiallarında olan ##.##.2026-cı il tarixli xəbərdarlıq həmin tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs və onun müdafiəçisi tərəfindən göstərilmiş xüsusatlar öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-468/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-468/2026
20.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver