Məhkəmə qərarları › İş №3(3-10)-471/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-471/2026

17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-471/2026 17.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Zərdab Rayon Məhkəməsinin (hakim İlqam Həsənquliyev ) ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. İşin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin X2 Şöbəsinin baş müfəttişi X1 tərəfindən tərtib edilmiş, ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC-də ##.##.2026-cı il tarixədək Azərbaycan Respublikası İXM-nin 150.1.5-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməkhaqqısından tutulma həyata keçirilməyərək inzibati cərimə ödənilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərara əsasən 1000 manat məbləğində cərimə olunmuşdur. Həmin inzibati tənbeh vermə haqqında qərara əsasən cəriməni vaxtında ödəmədiyi üçün Əmək Müfəttişliyi Xidmətinin X2 Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, hal-hazırda onun barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərara əsasən cərimə tam olaraq onun tərəfindən ödənilmişdir. Nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıd qeyd edilən qərar qəbul edilmişdir. Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından X3 xidmətinin Hüquq İdarəsi tərəfindən şikayət verilmişdir. Şikayətin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi verdiyi şikayəti əsaslandıraraq bildimişdir ki, Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Aşağıdakı əsaslara görə hesab edirlər ki, Zərdab Rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, X3 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə qərarını bununla əsaslandırmışdır ki, inzibati cərimə vəzifəli şəxs tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi X3 Xidməti tərəfindən inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb inzibati məsuliyyətə cəlb edilmiş şəxs barəsində qəbul edilmiş qərarın icrasının təmin edilməsi üçün işəgötürənin İXM-nın 150.1-ci maddəsinin tələblərinə əməl etməyərək heç bir tədbir görməməsi olmuşdur. Dolayısı ilə, protokol tərtib edildiyi zaman inzibati xəta artıq törədilmiş hesab edilir və şəxsin cərimə məbləğini ödəməsi onu inzibati məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1 -ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Odur ki, Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, xaricdən iri buynuzlu cins heyvanlar gətirərək satmışdır. Dabaq xəstəliyindən 30 baş heyvanı tələf olmuşdur. Bununla da ona xeyli maddi ziyan dəymişdir. X3 Xidməti tərəfindən 1000 manat cərimə olunmuşdur. O, 1000 manat cəriməni hissə-hissə olaraq tam ödəmişdir. Bundan əlavə rəhbəri olduğu “xxxx” MMCdə 3000 manat cərimə olunmuşdur. Hal-hazırda həmin cəriməni ödəməyə maddi imkanı yoxdur. 8000 manatdan yuxarı vergi borcu vardır. Verilən suallara cavab olaraq bildirdi ki, 400 manatı ödəmiş, 600 manatı da işə Zərdab Rayon Məhkəməsində baxılarkən ödəmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq protokol tərtib edən orqan X3 xidmətinin Hüquq İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını işdə olan materiallar əsasında yoxlayıb, hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin X2 Şöbəsinin baş müfəttişi X1 tərəfindən tərtib edilmiş, ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC-də ##.##.2026-cı il tarixədək Azərbaycan Respublikası İXM-nin 150.1.5-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməkhaqqısından tutulma həyata keçirilməyərək inzibati cərimə ödənilmədiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 529.1-1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan “Birbank” mobil tətbiqi vasitəsilə həyata keçirilmiş ***** nömrəli qəbzin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən 600 manat X3 Xidmətinin AZ **CTRE******************** saylı hesabına ödənilmişdir. İşdə olan “Birbank” moil tətbiqi vasitəsilə həyata keçirilmiş ***** nömrəli qəbzin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən 400 manat X3 Xidmətinin AZ **CTRE******************** saylı hesabına ödənilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərara əsasən 1000 manat cərimənin ödənilməsinə dair qəbzləri təqdim etdiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Buna görə də birinci instansiya məhkəməsi İXM-in 53.1.2-ci maddəsinə əsasən hazırkı işə xitam verməkdə tam ədalətli və qanuni mövqe tutmuşdur. İXM-nin 529-cu maddəsinin Qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd edilənlərə əsasən apellyasiya məhkəməsi şikayətin qeyd edilən dəlillərini əsassız hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar). Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar