Məhkəmə qərarları › İş №3(3-10)-472/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-472/2026

19.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-472/2026 19.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Ismayıllı rayon X4 X2 ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hаkim Nərmin Qoşqarova), Qərardan şikayət verən orqan (şəxs) Ismayıllı rayon X4 X2 ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. işin halları: Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək Ismayıllı rayon X4 X2 ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətində qeyd etmişdir ki, Bakı şəhəri X1 Idarəsi tərəfindən AR Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) nəzərdə tutulmuş inzibati xətanı ##.##.2026-cı il tarixdə törətməsinə dair ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli protokol tərtib edilmişdir. Daha sonra həmin protokol əsasında barəsində ##.##.2026-cı il tarixli inzibati qaydada cərimələnməsinə dair qərar qəbul edilmişdir. Bakı şəhəri X1 Idarəsi tərəfindən barəsində qəbul edilmiş qərar əsassız və qanunsuzdur. Belə ki, həmin tarixdə o heç bir halda IXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməmişdir. Inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan onun tərəfindən sözügedən inzibati xətanın törədildiyini sübut edən hər hansı sübutu (foto və video-materialları) elektron sistemə də əlavə etməmiş, hər hansı bir formada sübutetmə yükünün öhdəsindən gəlməmişdir. Odur ki, qeyd etdikləri nəzərə alıb, Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli IXP ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində Ismayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*- ***)-***/**** nömrəli qərarının ləğv edilməsi, həmçinin Ismayıllı rayon X4 X2 ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, polis əməkdaşı pozuntunu "birbaşa müşahidə etmişdir", daha sonra isə qərarın sonunda qeyd edir ki, məhkəmə iclasında video görüntüyə baxılmış və yalnız dönmə işıq göstəricisindən istifadə edilmədiyi müəyyən edilmişdir. Halbuki şikayət 327.1-ci maddə üzrə verilmişdi (manevr etmə qaydalarının pozulması), məhkəmə isə videodan 329.3-cü maddəyə aid hal müəyyən etdiyini yazır. Bu, qərarın motivlərinin özündə ziddiyyət yaradır. Çünki inzibati tənbeh vermə haqqında qərar 329.3-cü maddə əsası ilə deyil, 327.1-ci maddə əsası ilə verilmişdir. Bu hal təkbaşına səlahiyyətli orqanın qərarının ləğv edilməsi üçün əsas idi. Çünki 327.1-ci maddə üzrə mənim təqsirim sübutə yetirilməmişdir. Bu hal hakimin qərəzini və ya işə səthi yanaşdığını ortaya qoyur. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumatlı olsa da tərəflər məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, Ismayıllı rayon X4 X2 ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Iş materiallarında olan portal məlumat bazası üzrə çıxarışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) IXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə ona təyin olunmuş cərimə məbləğini müvafiq hesaba ödəmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki şikayətin məzmununa və iş materiallarına əsasən şikayətçi Məcəllənin 327.1 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək daha ağır tənbeh növü tətbiq edilməklə 40 manat məbləğində cərimə edilmişdir. Bu hal inzibati tənbeh tətbiq edən vəzifəli şəxs tərəfindən birbaşa müşahidə edilmiş və səlahiyyətləri çərçivəsində bu pozuntuya hüquqi qiymət verilmişdir. Sözügedən qərar formal baxımdan qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir və məhkəmə tərəfindən onun etibarlılığına şübhə yaradan prosessual pozuntu müəyyən edilməmişdir. Şikayətçi isə ərizəsində öz mövqeyini yalnız ümumi xarakterli sözlərlə bildirərək, inzibati xətanın törədildiyini sübut edən hər hansı sübutu elektron sistemə əlavə edilməməklə əsaslandırmışdır. Şikayətçinin bu iddiasını təsdiq edən hər hansı obyektiv sübut – video qeyd, foto material, şahid ifadəsi və ya digər sübut vasitəsi təqdim etməmişdir. Onun izahatı subyektiv qiymətləndirmə xarakteri daşıyır və inzibati qərarın hüquqi qüvvəsini şübhə altına almaq üçün yetərli hesab edilə bilməz. Həmçinin şikayətçinin əsaslı arqumentləri var idisə belə o məhkəmə bildirişini almasına baxmayaraq, o məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdir. Halbuki Ismayıllı rayon X4 X2 tərəfindən təqdim etdiyi video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi stifadəsində olan ** MN *** dövlət qeydiyyat nişanlı avtomobili ## ### 2026-cı il tarixdə Ismayıllı şəhəri, N.Gəncəvi küçəsində dairəvi yola daxil olaraq sola dönmə əməliyyatı apararkən işıq cihazlarından istifadə etməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməyərək Azərbaycan Respublikası IXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən səlahiyyətli vəzifəli şəxs tərəfindən TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Yol hərəkəti haqqında qanunun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Ona görə də apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üzrə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Inzibati Xətalar Məcəlləsinin 21-ci mаddəsinə əsasən, inzibаti tənbeh məsuliyyət tədbiridir və inzibаti xətа törədən şəxsi qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə həm inzibаti xətа törətmiş şəxs, həm də bаşqа şəxslər tərəfindən yeni inzibаti xətа törədilməsinin qаrşısını аlmаq məqsədi dаşıyır. Həmin Məcəllənin 31-ci mаddəsinə əsasən, inzibаti xətаyа görə tənbeh bu Məcəlləyə uyğun оlаrаq tətbiq edilir. Fiziki və yа vəzifəli şəxslər bаrəsində inzibаti tənbeh tətbiq edilərkən xətаnın xаrаkteri, inzibаti xətа törədənin şəxsiyyəti, оnun təqsirinin dərəcəsi, əmlаk vəziyyəti, hаbelə məsuliyyəti yüngülləşdirən və аğırlаşdırаn hаllаr nəzərə аlınır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar