Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-473/2026 12.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X4 tərəfindən verilmiş şikayət üzrə materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim Cavid Camalzadə) ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ilə, ##.##.1980-cı il tarixdə Göyçay rayonu Mırtı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Göyçay rayonu Mırtı kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsi müəyyən edilmişdir. işin halları: Göyçay rayon Icra və probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən ##.##.2026-cı il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli icra vərəqəsinə əsasən tələbkarlar zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 xeyrinə ödəməli olduğu ümumilikdə 44.460 manat məbləğində pul vəsaitini icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən ödəməmiş, bununla da icra sənədinin tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, hazırda işsizdir, hər hansı daimi gəlir mənbəyi yoxdur. Maddi vəziyyətinin ağır olması səbəbindən Şəki Kommersiya Məhkəməsinin icra sənədi üzrə tələbkarlar zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 xeyrinə ödənilməli olan 44.460 manat məbləğində pul vəsaitini ödəmək imkanı olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Göyçay Rayon Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 izahatında göstərmişdir ki, Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli icra vərəqəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkarlar zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 xeyrinə ümumilikdə 44.460 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmin icra sənədi üzrə ##.##.2026-cı il tarixdə icraata başlanılmış, borcluya icra sənədinin tələblərini könüllü qaydada yerinə yetirməsi üçün qanunla müəyyən edilmiş müddət verilmiş, hüquq və vəzifələri izah edilmiş, icra sənədinin icra edilmədiyi təqdirdə inzibati və cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdar edilmişdir. Buna baxmayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin tələblərini yerinə yetirməmiş, borcun ödənilməsi istiqamətində heç bir tədbir görməmiş və icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Icra məmuru protokolun əsaslı hesab edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmənin icra vərəqəsi ilə üzərinə qoyulmuş öhdəliyi bu günədək yerinə yetirməmiş, icra sənədi üzrə ona və zərərçəkmiş şəxs2 ödənilməli olan 44.460 manat məbləğində borcdan heç bir ödəniş etməmişdir. Bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 da izahatında zərərçəkmiş şəxs1 göstərdiyi halları təsdiq edərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmənin icra vərəqəsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ona və zərərçəkmiş şəxs1 ödənilməli olan 44.460 manat məbləğində borcdan heç bir ödəniş etməmişdir. O da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunla nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X4 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X4 verdiyi apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, 3(5-123)-769/2026 tarixli inzibati qaydada tənbeh verilməsi haqqında qərarını ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyşay rayon icra və Probasiya şöbəsi barəsində qəbul edilmiş inzibati xəta haqqında protokolda, nə də ki, Göyçay Rayon Məhkəməsi öz qərarında barəsində həbs növündə inzibati tənbehin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində inzibatı xəta tərkibinin bütün əlamətlərini kifayət qədər araşdırmamış, nəticədə iş üzrə düzgün olmayan və əsassız qərar qəbul etmişdir. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxslər və potokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X4 tərəfindən verilmiş şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, 3(5-123)-769/2026 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Göyçay Rayon Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən ##.##.2026-cı il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli icra vərəqəsi ilə üzərinə qoyulmuş öhdəliyi icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Iş materiallarında olan Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)- ***/**** nömrəli icra vərəqəsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 44.270 manat məbləğində əsas borc və 190,21 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 44.460,21 manat pul vəsaiti tutularaq tələbkarlar zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 müştərək qaydada ödənilməsi qət edilmişdir. Iş materiallarında olan Göyçay Rayon Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi icraata qəbul edilmiş, borcluya icra sənədinin tələblərini könüllü qaydada yerinə yetirməsi üçün 10 gün müddət verilmiş, həmin müddətdə icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məcburi icra tədbirlərinin tətbiq ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Iş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixli yazılı izahatından görünür ki, o, Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli icra sənədi üzrə hər hansı ödəniş edə bilmədiyini, gələcəkdə maddi imkanı yarandığı təqdirdə borcunu tələbkarların xeyrinə ödəyəcəyini bildirmişdir. Iş materiallarında olan elektron sorğuların nəticələrindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına bağlanmış əmək müqaviləsi və ona təyin edilmiş pensiya mövcud deyildir. X2 Nazirliyinin və Daşınmaz Əmlakın Dövlət Reyestrinin məlumatlarına əsasən onun adına qeydiyyatda nəqliyyat vasitəsi və daşınmaz əmlak aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli icra vərəqəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkarlar zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 xeyrinə ümumilikdə 44.460,21 manat məbləğində pul vəsaitinin tutulması qət edilmiş, həmin icra sənədi icraata qəbul edilmiş, borcluya icra sənədinin könüllü qaydada icrası üçün qanunla müəyyən edilmiş müddət verilmiş, hüquq və vəzifələri izah olunmuş, icra sənədinin icra edilmədiyi halda qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin tələblərini yerinə yetirməmiş və borcun ödənilməsi istiqamətində heç bir tədbir görməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında işsiz olduğunu, daimi gəlir mənbəyinin olmadığını və maddi vəziyyətinin ağır olması səbəbindən borcu ödəyə bilmədiyini bildirmişdir. Lakin iş materiallarından görünür ki, o, icra sənədi icraata qəbul edildiyi ##.##.2026-cı il tarixdən inzibati xəta haqqında protokolun tərtib edildiyi ##.##.2026-cı il tarixədək, yəni kifayət qədər uzun müddət ərzində məhkəmə qərarının qismən də olsa icrası istiqamətində hər hansı ödəniş etməmiş, borcun könüllü şəkildə yerinə yetirilməsi üçün real tədbirlər görməmişdir. Təkcə maddi vəziyyətinin ağır olmasına istinad edilməsi, digər obyektiv və mötəbər sübutlarla təsdiq edilmədiyi halda, icra sənədinin uzun müddət icra edilməməsinə üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X4 apellyasiya şikayətində qeyd etdiyi xüsusatlar birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarının ləğv edilməsi üçün əsas deyil. Belə ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Аzərbаycаn Respublikаsı Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Аzərbаycаn Respublikаsı Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Konstitusiya Məhkəməsinin Plenumu “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” # ######## 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar). Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd olunan təqsiri özünün, zərərçəkmiş şəxsin, icra məmurunun izahatları, həmçinin Göyçay rayonu üzrə Icra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Apellyasiya məhkəməsi qeyd edir ki, AR IXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrası üçün kifayət qədər şərait yaradılmasına baxmayaraq icra sənədi icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbsdən başqa tənbeh tədbirinin tətbiqi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələblərinə uyğun olmaz. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilmişdir ki, Inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan səbəbdən də apellyasiya instansiyası məhkəməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası IXM-nin 528.1ci maddəsinin sanksiyasında göstərilmiş həddə yəni 8 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 134.1-ci maddəsində göstərilən qərarlardan birini, o cümlədən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X4 tərəfindən verilmiş şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, 3(5-123)-769/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-473/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-473/2026
12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver