Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-474/2026 24.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X1 iştirakı ilə “İKRA-N” MMC və “İKRA-N” MMC-nin rəhbəri Quliyev İkram Qiyas oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Yevlax Rayon Məhkəməsinin (hakim Aybəniz Babayeva) ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ilə “İKRA-N” MMC və “İKRA-N” MMC-nin rəhbəri Quliyev İkram Qiyas oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi barədə qərar qəbul edilmişdir. İşin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Quliyev İkram Qiyas oğlu ##.##.2026-cı il tarixli, MN ******* saylı qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. AR İXM-nin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədiyi üçün, inzibati cərimə Quliyev İkram Qiyas oğlunun əmək haqqından tutulması üçün onun iş yeri olan “İKRA-N” MMC-yə göndərilmiş, lakin hüquqi şəxs tərəfindən adıçəkilən inzibati cərimə əmək haqqından tutulmamışdır. Nəticədə “İKRA-N” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X2 protokolların məzmununa uyğun çıxış edərək, “İKRA-N” MMC-nin və onun rəhbəri Quliyev İkram Qiyas oğlunun qanunamüvafiq qaydada cərimə edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən qərar qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından X3 xidmətinin Hüquq İdarəsi tərəfindən şikayət verilmişdir. Şikayətin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi verdiyi şikayəti əsaslandıraraq bildimişdir ki, Yevlax rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən “İKRA-N” MMC və “İKRA-N” MMC-nin direktoru Quliyev İkram Qiyas oğlunun barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1 -1 -ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN 2463529 və ##.##.2026-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə işə baxılaraq iş üzrə icraata xitam verilmişdir. Aşağıdakılara görə, Yevlax rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı əsassız olduğundan ləğv edilməli və X3 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin ##.##.2026-ci il tarixli, MN 2463529 və ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolları əsasında “İKRA-N” MMC və “İKRA-N” MMC-nin direktoru Quliyev İkram Qiyas oğlu inzibati məsuliyyətə cəlb edilməlidir. Tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq alt sisteminə baxış zamanı əmək müqaviləsi bildirişlərindən Quliyev İkram Qiyas oğlunun “İKRA-N” MMC-nin direktoru olması müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Quliyev İkram Qiyas oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1 -1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində inzibati cərimə edilmişdir və həmin qərar hüquqi qüvvəyə minmişdir. X3 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən Quliyev İkram Qiyas oğlu “İKRA-N” MMC-də rəsmi işləməsi və əmək haqqı alması ilə əlaqədar ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar cərimə məbləğinin onun əmək haqqından tutulması üçün “İKRA-N” MMC-yə göndərilmişdir. Lakin İXM-nın 150-ci maddəsinin tələblərinə əsasən ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubda nəzərdə tutulmuş tədbirlərin görülməsi Quliyev İkram Qiyas oğlu tərəfindən təmin edilməmişdir. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli “İKRA-N” MMC-yə ünvanlanmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin göstəriş xarakterli məktubundan görünür ki, “İKRA-N” MMC-nin direktoru Quliyev İkram Qiyas oğlunun əmək haqqından hər ay 50% olmaqla 1000 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 7 gün ərzində xidmətə yazılı formada məlumat verilməsi xahiş edilmişdir. Bununla, “İKRA-N” MMC-nin direktoru Quliyev İkram Qiyas oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş yeni inzibati xəta törədilmişdir. Buna görə də, ##.##.2026-ci il tarixli, MN 2463529 və ##.##.2026-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənlərdən belə bir nəticəyə gəlmək olur ki, məhkəmə inzibati xəta haqqında icraata əsassız olaraq xitam vermişdir. Bu səbəbdən də məhkəmə qərarı ləğv edilməlidir. Belə ki, “İKRA-N” MMC və “İKRA-N” MMC-nin direktoru Quliyev İkram Qiyas oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-ci il tarixli, MN 2463529 və ##.##.2026-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tam qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xəta haqqında protokol tərtib edilərkən “İKRA-N” MMC və “İKRA-N” MMC-nin direktoru Quliyev İkram Qiyas oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. İnzibati tənbeh vermə haqqında qüvvəyə minmiş qərar üzrə cərimə məbləği könüllü ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsi ilə müəyyən edilmiş tədbirlərin görülməsi həmin qərarı qəbul etmiş səlahiyyətli orqanın vəzifəsidir. İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1 -ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə uyğun olaraq inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Həmin Məcəllənin 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 21-ci maddəsində isə qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan sənədlərə əsasən “İKRA-N” MMC və “İKRA-N” MMC-nin direktoru Quliyev İkram Qiyas oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı və X3 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır. Odur ki, Yevlax rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən “İKRA-N” MMC və “İKRA-N” MMC-nin direktoru Quliyev İkram Qiyas oğlunun barəsində tərtib edilmiş ##.##.2026-ci il tarixli, MN 2463529 və ##.##.2026-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya instansiya məhkəməsinin iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, tərəflərindən cərimənin ödənilməsi üçün “İKRA-N” MMC-yə məktub ünvanlanmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq işləri bir icraatda birləşdirmişdir. Lakin birinci instansiya məhkəməsi vəzifəli şəxsin həbsdə olması ilə əlaqədar Yasamal Rayon Məhkəməsinin müvafiq hökmünə əsasən iş üzrə icraata xitam vermişdir. Vəzifəli şəxs həbsdə olsa da, hüquqi şəxsin fəaliyyəti davam edir. Onların göndərdikləri məktublar hüquqi şəxsin ünvanına çatır. Belə olan halda vəzifəli şəxs həbsdə olsa da, hüquqi şəxs cərimələnə bilərdi. Hazırkı işdə hüquqi şəxsin məsuliyyəti mövcuddur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Verilən suallara cavab olaraq bildirdi ki, yəqin ki, hüquqi şəxsin işçiləri var ki, fəaliyyəti dayandırılmamışdır. Hüquqi şəxsin işçilərinin olub-olmaması ilə bağlı onlarda hər hansı məlumat yoxdur. Hal-hazırda da ƏMAS sistemində vəzifəli şəxsin və digər əməkdaşların əmək müqavilələri aktivdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “İKRA- N” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; Məhkəmə şikayətin dəlillərini araşdırıb, tərəfin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını işdə olan materiallar əsasında yoxlayıb, hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “İKRA-N” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin ##.##.2025-ci il tarixli, *- **-*/*-******/**** nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Nəticədə “İKRA-N” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Quliyev İkram Qiyas oğlu ##.##.2026-cı il tarixli, MN ******* saylı qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. AR İXM-nin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədiyi üçün, inzibati cərimə Quliyev İkram Qiyas oğlunun əmək haqqından tutulması üçün onun iş yeri olan “İKRA-N” MMC-yə göndərilmiş, lakin hüquqi şəxsin rəhbəri tərəfindən adıçəkilən inzibati cərimə əmək haqqından tutulmamışdır. Nəticədə “İKRA-N” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Quliyev İkram Qiyas oğlu tərəfindən İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin ##.##.2025-ci il tarixli, 3-17- */*-******/**** nömrəli məktubundan görünür ki, Quliyev İkram Qiyas oğlu ##.##.2026-cı il tarixli, MN ******* saylı qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Qeyd olunanlara əsasən Quliyev İkram Qiyas oğlunun əmək haqqından 1000 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətin Mərkəzi Aran regional Şöbəsinə yazılı formada məlumat verilməsi xahiş olunmuşdur. İşdə olan Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə “İKRA-N” MMC-nin rəhbəri Quliyev İkram Qiyas oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara baxılması ilə bağlı *(*-***)-***/**** saylı inzibati xəta haqqında iş, “İKRA-N” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokola baxılması ilə bağlı *(*-***)-***/**** saylı inzibati xəta haqqında işə birləşdilməsi qərara alınmışdır. Apellyasiya Məhkəməsinin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nəzirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş İdarəsinin ## ###### 2026-cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubdan görünür ki, “İKRA-N” MMC ##.##.2016-cı il tarixdə 270107231 qeyiyyat nömrəsi (VÖEN) ilə ilə dövlət qeydiyyatına alınmış, həmin vaxtdan fəaliyyəti dayandırması barədə arayış təqdim edilməmiş, hal-hazırda “İKRA-N” MMC-nin vəziyyəti aktivdir. Apellyasiya Məhkəməsinin sorğusu əsasında əldə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-**/**** nömrəli hökmündən görünür ki, Quliyev İkram Qiyas oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli ## ##### 2021-ci il tarixdən müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubunun qanunvericiliyin tələb etdiyi şəkildə hüquqi şəxsə və onun vəzifəli şəxsinə çatdırılmadığından “İKRA-N” MMC-nin və onun rəhbəri Quliyev İkram Qiyas oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır, protokol tərtib edən orqan tərəfindən məhkəməyə təqdim olunan sübutlar hüquqi şəxs “İKRA-N” MMC-nin və onun rəhbərinin təqsirli olması və barəsində tənbeh tədbiri tətbiq edilməsi üçün kifayət deyil, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Həmçinin “Elektron məhkəmə” informasiya sistemindən Quliyev İkram Qiyas oğlunun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-**/**** nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi müəyyən olunur. Apellyasiya məhkəməsi belə hesab edir ki, birinci instansiya məhkəməsi İXM-in 53.1.2-ci maddəsinə əsasən hazırkı işə xitam verməkdə tam ədalətli və qanuni mövqe tutmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-**/**** nömrəli hökmündən də göründüyü kimi Quliyev İkram Qiyas oğlu ## ##### 2021-ci il tarixdən 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməklə hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubu hüquqi şəxsə və onun vəzifəli şəxsi olan Quliyev İkram Qiyas oğluna çatdırılmadığından “İKRA-N” MMC-nin və onun rəhbəri Quliyev İkram Qiyas oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi öz təsdiqini tapmamışdır. Həmçinin, protokol tərtib etmiş orqanın nümayəndəsi izahatında hüquqi şəxsin işçilərinin olub-olmaması ilə bağlı onlarda hər hansı məlumatın olmadığını göstərmişdir. Qeyd edilənlərə əsasən apellyasiya məhkəməsi şikayətin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, “İKRA-N” MMC və “İKRA-N” MMC-nin rəhbəri Quliyev İkram Qiyas oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-474/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-474/2026
24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver