Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-475/2026 26.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1 Torabın, tərcüməçi X2 iştirakı ilə, “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı (hakim Nemət Paşayev) ilə, ##.##.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. işin halları: Borclu “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədini icra etməsi üçün xəbərdarlıq edilməsinə, həmçinin barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasına baxmayaraq, həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış və eyni icra sənədini təkrar icra etməmişdir. Bu hərəkətləri ilə “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Birinici instansiya məhkəməsi iclası zamanı Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinin icra məmuru inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *- *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi ilə cavabdeh “xxxx” MMC-dən 6945 manat əsas borc, ##.##.2024-cü il tarixli müqavilə üzrə 7000 avro əsas borc öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə, 43.70 manat əldən çıxmış fayda, 300 manat vəkil xidmət haqqı və 35.65 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Lakin borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Həmçinin Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə “xxxx” MMCnin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AR IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Zərərçəkmiş şəxs MMCnin nümayəndəsi X1 Torab tərəfindən şikayətlər verilmiş, həmin şikayətlər Şəki Apellyasiya Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə təmin olunmamışdır. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətməklə icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Birinici instansiya məhkəməsi iclası zamanı tələbkar Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1 Torab göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona borcu vardır, lakin onu ödəməmək üçün əlindən gələni edir. Borcu olduğu üçün bütün bank hesablarından pulunu əvvəlcədən götürmüşdür. Birbaşa tam olaraq borcunu ödəməsini tələb edir, çünki Vüqarın ona borcunu ödəməsi üçün pulu vardır. Borcun tam şəkildə ödənilməsini, əks halda isə borclu haqqında qanuni tədbir görülməsini xahiş etmişdir. Birinici instansiya məhkəməsi iclası zamanı borclu “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərdi ki, Şəki Kommersiya Məhkəməsi tərəfin iddia etdiyi məbləği rədd etmişdir. Buna səbəb isə onların məhkəməyə iki müqavilə təqdim etməsi olmuşdur. Apellyasiya məhkəməsində onların xeyrinə qərar verilmişdir. Qeyd olunan müqaviləni öz təşəbbüsü ilə ekspertizaya göndərib rəy almışdır. Saxta sənədlə qarşı tərəf məhkəmədə qalib gəlmişdir. Bununla bağlı o, AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # #### 2026-cı il tarixli *-*(***)-***/**** saylı qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Ona görə də icra sənədi üzrə icraat dayandırılmalıdır. Odur ki, məhkəmədən qərar qəbul edərkən izahatında göstərdiyi halların nəzərə alınmasını xahiş etmişdir. Iş üzrə yuxarı qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1 Torab sənəd saxtalaşdırmaqla Şəki Apellyasiya Məhkəməsində, sonra isə AR Ali Məhkəməsində öz xeyrinə qərar çıxarmağa nail olmuşlar. Bu məsələ ilə bağlı AR Konstitusiya Məhkəməsinə şikayət etmiş və həmin şikayət ərizəsi də baxılması üçün icraata qəbul edilmişdir (bununla bağlı sənəd də təqdim etmişdir). Bundan əlavə, sənəd saxtalaşdırma ilə bağlı Yeni açılmış hallar üzrə icraatla bağlı AR Ali Məhkəməsinin Plenumuna da rəsmi ərizə ilə müraciət etmiş və həmin ərizə də hazırda icraatdadır. Yəni bu məsələ ilə bağlı kifayət qədər pozuntular, sənəd saxtakarlığı, qeyrimüəyyən halları və mübahisəli məhkəmə qərarları olmasına rəğmən, Mingəçevir Şəhər Icra və Probasiya Şöbəsi qarşı tərəfə himayədarlıq edərək ona qarşı yerli-yersiz bütün məcburedici tədbirləri görür, tez bir zamanda onun ölkədən çıxışına məhdudiyyət qoymağa nail olmuşdur, həmçinin onun bütün banklardakı hesabları üzərinə də həbs qoymaqla faktiki olaraq onun fəaliyyətini də məhdudlaşdırmağa nail olmuşdur. Apellyasiya məhkəməsi iclası zamanı barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclası zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1 Torab apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı icra vərəqəsindən görünür ki, cavabdeh “xxxx” MMCdən 6945 manat əsas borc, ##.##.2024-cü il tarixli müqavilə üzrə 7000 avro əsas borc öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə, 43.70 manat əldən çıxmış fayda, 300 manat vəkil xidmət haqqı və 35.65 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Iş materiallarında olan izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Iş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərarından görünür ki, “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AR IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1 Torab tərəfindən verilmiş şikayətləri təmin olunmamış, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-146)- ***/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Iş materiallarında olan AR Konstitusiya Məhkəməsi tərəfindən AR Baş Prokurorluğuna ünvanlanmış # #### 2026-cı il tarixli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AR Konstitusiya Məhkəməsinə # #### 2026-cı il tarixdə daxil olmuş ərizəsi baxılması üçün göndərilmiş, nəticəsi barədə ərizəçiyə cavab verilməsi xahiş edilmişdir. Iş materiallarında olan AR Konstitusiya Məhkəməsi tərəfindən Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinə ünvanlanmış ## #### 2026-cı il tarixli cavab məktubundan görünür ki, “xxxx” MMC-nin AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # #### 2026-cı il tarixli *-*(***)-***/**** saylı qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti AR Konstitusiya Məhkəməsinin Palatası tərəfindən öyrənilir. Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsinin Plenumu “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” # ######## 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar). Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədini könüllü olaraq icra etməmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həqiqətən də məhkəmə aktının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədini üzrsüz səbəbdən bir il ərzində təkrarən icra etməmiş və bununla da Inzibati Xətaları Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətaları Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirildiyi üçün, ona birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq etmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AR Konstitusiya Məhkəməsinə şikayət etdiyini bildirsə belə, qeyd olunan şikayət hələ icraata qəbul edilməmişdir. Odur ki, apellyasiya şikayətində qeyd olunmuş həmin xüsusat icra vərəqəsinin icraatın dayandırılması üçün əsas deyildir. Belə ki, “Icra haqqında” Qanunun 17.1.8-ci maddəsinə əsasən iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə şikayətinin icraata qəbulunu təsdiq edəcək hər hansı sənəd tədqim etməmişdir. Bundan əlavə iş materiallarında olan AR Konstitusiya Məhkəməsi tərəfindən Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinə ünvanlanmış ## #### 2026-cı il tarixli cavab məktubundan görünür ki, “xxxx” MMC-nin AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # #### 2026-cı il tarixli *-*(***)-***/**** saylı qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti AR Konstitusiya Məhkəməsinin Palatası tərəfindən öyrənilir. Qeyd olunan hal isə şəxsin Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi və IXM-nin 528-ci maddəsinin Qeydi üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyildir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə kifayət qədər sübut olunur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəlllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, 3(5-146)-1130/2026 nörməli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 134.1-ci maddəsində göstərilən qərarlardan birini, o cümlədən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-475/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-475/2026
26.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver