Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-476/2026 26.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəkili və nümayəndəsi X3, inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X5 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində, vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəkili və nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı (hakim Ruqiyyə Cəfərova) ilə, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində, vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. işin halları: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Yevlax rayonu, Gülövşə kəndində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-də ##.##.2026-cı il tarixədək AR Inzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində inzibati cərimə əmək haqqından tutulması məqsədilə onun iş yerinə göndərilsə də işəgötürən tərəfindən inzibati cərimə onun əmək haqqından tutulmamışdır. Birinici instansiya məhkəməsi iclası zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində inzibati cərimə əmək haqqından tutulması məqsədilə onun iş yerinə göndərilsə də işə götürən tərəfindən inzibati cərimə əmək haqqından tutulmamışdır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə direktorun və MMC-nin ünvanına ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktubla Inzibati Xəta haqqında Protokola dəvət edilmişdir. Bununla da, Azərbaycan Respublikasının IXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə həmin hüquqi şəxs və vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Iş üzrə yuxarı qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəkili və nümayəndəsi X3 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəkili və nümayəndəsi X3 verdyi apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kobud prossesual pozğunluğa yol verərək tərəflərin Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş məhkəmə müdafiəsindən istifadə etmək hüquqlarını məhdudlaşdirmışdır. Apellyasiya məhkəməsi iclası zamanı barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəkili və nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. O əlavə olaraq bildirdi ki, cərimənin tutulmamasına səbəb hüquqi şəxsin fəaliyyətinin dayandırılması ilə bağlı olmuş, həmin dövrdə işçilərə əmək haqqı ödənilmədiyindən cərimə şəxsin əmək haqqından tutulmamışdır. Apellyasiya məhkəməsi iclası zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X5 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəkili və nümayəndəsi X3 tərəfindən verilmiş şikayət təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2021-ci il əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 müddətsiz olaraq direktor vəzifəsinə təyin edilmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** saylı məktubdan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 əmək haqqından hər ay 40% olmaqla 2000 (iki min) manat məbləğində inzibati cərimənin tutulmasının təin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlər əlavə edilməklə 3 gün ərzində Regional şöbəyə yazılı formada məlumat verilməsi bildirilmiş və müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN seriyalı 2463620 və ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlər görülməmişdir. HYPERLINK "https://e-qanun.az/framework/46960" \h Azərbaycan HYPERLINK "https://eqanun.az/framework/46960" \h HYPERLINK "https://e-qanun.az/framework/46960" \h Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46960" \h HYPERLINK "https://e-qanun.az/framework/46960" \h Inzibati HYPERLINK "https://eqanun.az/framework/46960" \h HYPERLINK "https://e-qanun.az/framework/46960" \h Xətalar HYPERLINK "https://e-qanun.az/framework/46960" \h HYPERLINK "https://eqanun.az/framework/46960" \h Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2023-cü il tarixli Qərarı) Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 150.1-ci maddəsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir; Həmin Məcəllənin 150.5.1-ci maddəsinə əsasən Bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: fiziki şəxslər barəsində - onun əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlər görülməmişdir və bununla da Inzibati Xətaları Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Inzibati Xətaları Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirildiyi üçün, onlara birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq etmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəkili və nümayəndəsi X3 apellyasiya şikayətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin ##.##.2026-cı il tarixli məktubunun alındığı tarixdə müəssisənin fəaliyyət göstərmədiyini qeyd etsə belə, müəssisə fəaliyyətini ##.##.2026-cı il tarixədək dayandırmış, inzibati xəta haqqında protokolun tərtib olunduğu ##.##.2026-cı il tarixədək pozuntular müəssisə və vəzifəli şəxs tərəfindən aradan qaldırılmamışdır. Qeyd olunanlardan əlavə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəkili və nümayəndəsi X3 apellyasiya şikayətində yalnız prosessual əsaslara istinad etmiş, məhkəmə iclasında iştirakları təmin olunmadığından sübutlarını təqdim edə bilmədikləri üçün iş üzrə icraata xitam verilməsini və yə qərarın ləğv edilərək işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən apellyatora sübutların təqdim olunması üçün kifayət qədər imkan yaradılsa belə, işin mahiyyətinə təsir edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında həmin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarına istinad edilməklə qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. CPM-in 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Azərbaycan Respublikası Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 134.1-ci maddəsində göstərilən qərarlardan birini, o cümlədən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 MMC-nin vəkili və nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-476/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-476/2026
26.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver