Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-477/2026 24.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-cı il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. İşin halları: Vəkil Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-cı il tarixli, EP ******* saylı qərarından şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil şikayət ərizəsini onunla əsaslandırmışdır ki, fərdi sahibkar Qərardan şikayət verən orqan (şəxs) Çin Xalq Respublikasında fəaliyyət göstərən şirkət ilə alqı-satqı müqaviləsi bağlamış və ## ###### 2024-cü il tarixində pul vəsaitini göstərilən şirkətin hesabına köçürmüşdür. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən həmin məbləğ müqabilində qanunvericiliklə müəyyən edilmiş müddətdə (2 il ərzində) müvafiq malların alınması (idxal edilməsi), ya da avans yolu ilə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılması barədə hər hansı sənəd (gömrük bəyannaməsi, mədaxil orderi və s.) təqdim olunmadığından o, qərarından şikayət verilən orqan1 inzibati tənbeh vermə haqqında ## ###### 2026-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilməklə, inzibati qaydada cərimə edilmişdir. Fərdi sahibkar Qərardan şikayət verən orqan (şəxs) Çin Xalq Respublikasında fəaliyyət göstərən şirkət ilə alqı-satqı müqaviləsi bağlamış və ## ###### 2024-cü il tarixində pul vəsaitini göstərilən şirkətin hesabına köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 il ərzində 50000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edilməməsi Qərardan şikayət verən orqan (şəxs) təqsiri ucbatından meydana gəlməmiş, Qərardan şikayət verən orqan (şəxs) malların seçilərək göndərilməsində köməklik göstərən "Əli" adlı şəxsin ona işlərində çətinlik yaradaraq malların vaxtında göndərilməsini təşkil etməməsi ilə bağlı malların ölkəyə idxal edilməsində gecikmə yaranmışdır. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) əlavə xərc çərəkərək sözügedən malların gətirilməsini təşkil etmişdir ki, bu da həmin malların qeyd edilən vaxt intervalında gətirilməsini mümkünsüz etmişdir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi (vəkili) Vəkil tərəfindən apellyasiya şikayəti vermişdir. şikayətin və proses iştirakçılarının dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, fərdi sahibkar Qərardan şikayət verən orqan (şəxs) Çin Xalq Respublikasında fəaliyyət göstərən şirkət ilə alqı-satqı müqaviləsi bağlamış və ## ###### 2024-cü il tarixində pul vəsaitini göstərilən şirkətin hesabına köçürmüşdür. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən həmin məbləğ müqabilində qanunvericiliklə müəyyən edilmiş müddətdə (2 il ərzində) müvafiq malların alınması (idxal edilməsi), ya da avans yolu ilə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılması barədə hər hansı sənəd (gömrük bəyannaməsi, mədaxil orderi və s.) təqdim olunmadığından o, qərarından şikayət verilən orqan1 inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilməklə, inzibati qaydada cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (İnzibati Xətalar Məcəlləsinin 4 və 5.2-ci maddələri). İnzibati xətalar qanunvericiliyinin göstərilən vəzifələrinin həyata keçirilma müvafiq səlahiyyətli dövlət orqanlarının (vəzifəli şəxslərin) üzərinə qoyulmuşdur. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) İnzibati Xətalar Məcəlləsinin 40-ci maddəsində göstərilmişdir. Bu normaya əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 42.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati tənbehləri yalnız xidməti vəzifələrinin icrası zamanı tətbiq edə bilərlər. İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsi rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xətalar haqqında işlərin dairəsini müəyyən edir. Məcəllənin 43.2-ci maddəsinə görə, bu Məcəllənin 43.2-1-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd olunmalıdır ki, inzibati xətalar qanunvericiliyinin tələbinə görə, inzibati tənbeh tətbiq edən orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri nisbətən daha ağır sanksiya (tənbeh) ilə nəticələnən inzibati xətalara dair işlərə baxırlar. İnzibati məsuliyyətə cəlb edilməsi mümkün sayılan subyektlərin dairəsi isə İnzibati Xətalar Məcəlləsinin 16, 17 və 18-ci maddələrində göstərilmişdir. Bu subyektlərə fiziki, vəzifəli, habelə hüquqi şəxslər aid edilir. Burada nəzərə alınmalıdır ki, həmin Məcəllənin 18.5-ci maddəsində hüquqi şəxs barəsində inzibati tənbehin yalnız hakim tərəfindən tətbiq edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi inzibati xətalara dair işlər üzrə icraatın həyata keçirilməsinin prosessual qaydalarını tənzimləyərək inzibati xətalar üzrə işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) və inzibati tənbehin tətbiq edilməsi mümkün sayılan subyektlərin dairəsini dəqiq müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 va 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2019-cu il tarixli qərarında da qeyd edildiyi kimi müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Fərdi sahibkar Qərardan şikayət verən orqan (şəxs) Çin Xalq Respublikasında fəaliyyət göstərən şirkət ilə alqı-satqı müqaviləsi bağlamış və ## ###### 2024-cü il tarixində pul vəsaitini göstərilən şirkətin hesabına köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 il ərzində 50000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edilməməsi Qərardan şikayət verən orqan (şəxs) təqsiri ubatından meydana gəlməmiş, Qərardan şikayət verən orqan (şəxs) Çin Xalq Respublikasında fəaliyyət göstərən şirkət tərəfindən malların seçilərək göndərilməsində köməklik göstərən "Əli" adlı şəxsin ona işlərində çətinlik yaradaraq malların vaxtında göndərilməsini təşkil etməməsi ilə bağlı malların ölkəyə idxal edilməsində gecikmə yarandığını bildirmişlər. Lakin sonradan məlum olmuşdur ki, şirkətin maliyyə böhranı keçirməsi səbəbindən malların ölkəyə vaxtında idxal edilməsi mümkün olmamışdır. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibi yoxdur. Malları qanunla nəzərdə tutulmuş 2 il müddətində ölkəyə idxal edilməməsi Qərardan şikayət verən orqan (şəxs) təqsiri ucbatından yaranmamışdır. Bu halı malın gecikməsində təqsirli olan şirkət özü də təsdiq etmiş və müvafiq məktubu Qərardan şikayət verən orqan (şəxs) göndərmişdir. Sözügedən Plenum qərarından da göründüyü kimi məhkəmə bu üzürlü halları nəzərə ala bilərdi. Lakin tərəfimizdən verilmiş sübutlar nəzərə alınmamış və nəticədə tərəfimizdən verilmiş şikayət ərizəsi təmin edilməmişdir İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkan müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcələnin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsi təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğunda həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Azərbaycan Respublikasının İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 130.1-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Odur ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Mərkəzi Bankın ## ###### 2026-cı il tarixli EP 0358648 N-li inzibati təhbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti müdafiə edərək bildirdi ki, bu onların rastlaşdığı birinci hal deyil. X1 Respublikasından ayaqqabı idxalı ilə məşğul olurlar. Malın dəyərini fabrikin bank hesabına köçürürlər, 2-3 ay sonra mal onlara gəlir. Hazırkı işlə bağlı müəyyən səbəblərdən malın göndərilməsində gecikmələr olsa da, mal onlara çatmışdır. Verilən suallara cavab olaraq bildirdi ki, ayaqqabı idxal etdikləri fabrikin bank hesabına 50 min ABŞ dolları pul köçürmüşlər. Onlar müqavilə əsasında işləyirlər. Onlar 50 min ABŞ dolları pulu 2024-cü ilin yanvar ayının 26-da köçürmüşlər. Pulu bir dəfəyə köçürmüşlər. Malın dəyərini əvvəlcədən bank hesabına köçürdürlər, sonra fabrik tərəfindən mal onlara göndərilir. 50 min ABŞ dolları məbləğində pulu “xxxx” vasitəsi ilə göndərmişlər. Onlar pulu göndərəndən sonra maksimum 3 ay müddətinə mal onlara göndərilir. Sadəcə bu işdə anlaşmazlıq olduğu üçün mal vaxtından gec göndərilib. Əslində pul göndəriləndən sonra 2 il müddətində ya mal göndərilməlidir, ya da pul geri qaytarılmalıdır. Hazırkı işdə isə mallar 2 il 2 ay sonra göndərilmişdir. Malın gecikməsi ilə bağlı fabriklə əlaqələri olub, lakin əlaqələrinin olmasını sübut edəcək hər hansı bir sənəd yoxdur. X2 Respublikasında yerləşir. Tərcüməçiləri olmadığı üçün fabriklə birbaşa əlaqə saxlaya bilməmişlər. Bu işləri vasitəçi yolu ilə həll etmişlər. Həmin vaxt da onların vasitəçisi Əli adlı şəxs olub. Onlar vasitəçiyə qeyri-rəsmi ödəniş etmişlər, çünki aralarında müqavilə olmayıb. Əli adlı şəxs bir neçə nəfərə vasitəçilik edirdi. Əli adlı şəxsin böyük məbləğdə borcu olmuşdur. Malın gecikməsi ilə bağl maraqlananda, fabrikdən onlara bildirmişdilər ki, malı Əliyə vermişlər, Əli də öz növbəsində borcu olduğu üçün malı Moskva şəhərinə göndərib. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib edən orqan Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Belə olan halda məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarında olan sübutları tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Çünki, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Şəki rayon İcra və Probasiya şöbəsindən Qərardan şikayət verən orqan (şəxs) ünvanlanan ##.##.2026-cı il tarixli bildirişdə ##.##.2026-cı il tarixli qərarla icraata başlanılmış Azərbaycan Respublikası Mərkəzi Bankın EP ******* nömrəli, ##.##.2026-cı il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. İş materiallarında olan ## ### 2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilmiş ayaqqabı məhsullarının gömrük rəsmiləşdirilməsini təsdiq edən rəsmi gömrük bəyannaməsidir. Sənəddə malları göndərən şirkət (KEMSA AYAKKABICILIK), malı qəbul edən şəxs (Qərardan şikayət verən orqan (şəxs)), gömrük nümayəndəsi (SNV BROKER MMC), malların mənşə ölkəsi, təyinat ölkəsi, malın adı, miqdarı, çəkisi, gömrük dəyəri, statistik dəyəri, tətbiq olunan gömrük proseduru, hesablanmış gömrük rüsumu, ƏDV və digər dövlət ödənişləri barədə ətraflı məlumatlar öz əksini tapmışdır. Bəyannaməyə əsasən, Türkiyədən Azərbaycana 52 262 cüt müxtəlif növ tərlik idxal edilmiş, malların gömrük dəyəri 97 908,10 AZN, statistik dəyəri 57 593 ABŞ dolları, brutto çəkisi 16 080 kq, netto çəkisi isə 15 987 kq olmuşdur. Malların gömrük rəsmiləşdirilməsi zamanı qüvvədə olan qanunvericiliyə uyğun olaraq gömrük rüsumu, ƏDV və digər ödənişlər hesablanmış, ümumi 35 460,60 AZN məbləğində gömrük ödənişi müəyyən edilmişdir. İş materiallarında olan ## ###### 2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Çin Xalq Respublikasından Azərbaycan Respublikasına idxal edilmiş ayaqqabı məhsullarının gömrük rəsmiləşdirilməsini əks etdirən rəsmi gömrük bəyannaməsidir. Sənəddə malları göndərən şirkət (YIWU HAOXING IMPORT AND EXPORT CO., LTD), malı qəbul edən şəxs (Qərardan şikayət verən orqan (şəxs)), gömrük nümayəndəsi (SNV BROKER MMC), malların mənşə və təyinat ölkələri, malın adı, miqdarı, çəkisi, gömrük və statistik dəyəri, tətbiq olunan gömrük proseduru, həmçinin hesablanmış gömrük rüsumu, əlavə dəyər vergisi (ƏDV) və digər məcburi dövlət ödənişləri barədə ətraflı məlumatlar öz əksini tapmışdır. Bəyannaməyə əsasən, Çindən Azərbaycana 7 770 cüt kişi və qadın üçün dəri və dermantin krasovkalar idxal edilmişdir. Malların gömrük dəyəri 47 091,70 AZN, ümumi gömrük məqsədli dəyəri 140 224,50 AZN, statistik dəyəri 27 701,00 ABŞ dolları, brutto çəkisi 5 256 kq, netto çəkisi isə 4 997 kq olmuşdur. Malların gömrük rəsmiləşdirilməsi İpək Yolu Gömrük Postunda həyata keçirilmiş və qüvvədə olan gömrük qanunvericiliyinə uyğun olaraq gömrük rüsumu, ƏDV, gömrük yığımı və digər məcburi dövlət ödənişləri hesablanmışdır. Hesablamaların nəticəsində ümumi 50 776,35 AZN məbləğində gömrük ödənişi müəyyən edilmişdir. İş materiallarında olan ## ###### 2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilmiş ayaqqabı məhsullarının gömrük rəsmiləşdirilməsini əks etdirən rəsmi gömrük bəyannaməsidir. Sənəddə malları göndərən şirkət (MEHMET ŞAN METMAX POLİÜRETAN TERLİK), malı qəbul edən şəxs (Qərardan şikayət verən orqan (şəxs)), gömrük nümayəndəsi (SNV BROKER MMC), malların mənşə və təyinat ölkələri, malın adı, miqdarı, çəkisi, gömrük və statistik dəyəri, tətbiq olunan gömrük proseduru, eləcə də hesablanmış gömrük rüsumu, əlavə dəyər vergisi (ƏDV) və digər məcburi dövlət ödənişləri barədə ətraflı məlumatlar öz əksini tapmışdır. Bəyannaməyə əsasən, Türkiyədən Azərbaycana 46 492 cüt müxtəlif növ tərlik (zənnə, mərdanə və filet tərliklər) idxal edilmişdir. Malların gömrük dəyəri 98 795,50 AZN, statistik dəyəri 58 115,00 ABŞ dolları, brutto çəkisi 15 420 kq, netto çəkisi isə 15 390 kq olmuşdur. Malların gömrük rəsmiləşdirilməsi Sumqayıt Gömrük İdarəsində həyata keçirilmiş və qüvvədə olan gömrük qanunvericiliyinə uyğun olaraq gömrük rüsumu, ƏDV və digər dövlət ödənişləri hesablanmışdır. Hesablamaların nəticəsində ümumi 35 750,79 AZN məbləğində gömrük ödənişi müəyyən edilmişdir. İş materiallarında olan ## #### 2026-cı il tarixli gömrük bəyannaməsindən görünür ki, Çindən MINGYU IMP AND EXP CO., LTD şirkəti tərəfindən idxal edilən 5 158 cüt səndəlin (invoys dəyəri 15 359 ABŞ dolları, gömrük dəyəri 41 813,37 AZN) Qərardan şikayət verən orqan (şəxs) adına "xxxx" MMC-nin gömrük təmsilçiliyi ilə rəsmiləşdirilməsi aparılmış, nəticədə 6 272,01 AZN gömrük rüsumu, 8 665,37 AZN ƏDV və digər yığımlar da daxil olmaqla ümumilikdə 23 372,12 AZN məbləğində gömrük ödənişi hesablanaraq ödənilmişdir. İş materiallarında olan ## #### 2026-cı il tarixli gömrük bəyannaməsindən görünür ki, ##.##.2026 tarixində İpək Yolu Gömrük Postunda MINGYU IMP AND EXP CO., LTD (Çin) tərəfindən göndərilən 1 650 cüt ayaqqabının Qərardan şikayət verən orqan (şəxs) adına idxalı üzrə gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş, gömrük təmsilçisi "xxxx" MMC vasitəsilə invoys dəyəri 12 705 ABŞ dolları (gömrük dəyəri 24 745,20 AZN) olan mallara görə ümumilikdə 16 987,80 AZN məbləğində gömrük ödənişi hesablanmışdır. İş materiallarında olan ## ### 2026-cı il tarixli gömrük bəyannaməsindən görünür ki, Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilmiş tekstil məhsulunun gömrük rəsmiləşdirilməsini əks etdirən rəsmi gömrük bəyannaməsidir. Sənəddə malları göndərən şirkət (ZFR GRUP TURİZM İÇ VE DIŞ TİCARET LTD. ŞTİ.), malı qəbul edən şəxs (Qərardan şikayət verən orqan (şəxs)), gömrük nümayəndəsi (TREND BROKER MMC), malların mənşə və təyinat ölkələri, malın adı, miqdarı, çəkisi, gömrük və statistik dəyəri, tətbiq olunan gömrük proseduru, həmçinin hesablanmış gömrük rüsumu, əlavə dəyər vergisi (ƏDV) və digər məcburi dövlət ödənişləri barədə ətraflı məlumatlar öz əksini tapmışdır. Bəyannaməyə əsasən, Türkiyədən Azərbaycana 16 ədəd sintetik saplardan hazırlanmış dəri pencək idxal edilmişdir. Malların gömrük dəyəri 889,18 AZN, gömrük məqsədləri üçün ümumi dəyəri 56 831,59 AZN, statistik dəyəri 523,05 ABŞ dolları, brutto çəkisi 32 kq, netto çəkisi isə 31 kq olmuşdur. Malların gömrük rəsmiləşdirilməsi İpək Yolu Gömrük Postunda həyata keçirilmiş və qüvvədə olan gömrük qanunvericiliyinə uyğun olaraq gömrük rüsumu, ƏDV, gömrük yığımı və digər məcburi dövlət ödənişləri hesablanmışdır. Hesablamaların nəticəsində ümumi 20 830,47 AZN məbləğində gömrük ödənişi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Kömrük Komitəsi tərəfindən verilmiş ********** nömrəli VÖEN ilə fəaliyyət göstərən Qərardan şikayət verən orqan (şəxs) şirkətinin idxal əməliyyatlarından görünür ki, ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək olan dövr ərzində idxal əməliyyatları həyata keçirilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən təqdim edilən ##.##.2021-ci il tarixli OX* nömrəli ödəniş tapşırığından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) 50294.97 ABŞ dollarını AZ**AIIB******D************* nömrəli hesabdan “xxxx” şirkətinə TR************************ nömrəli hesaba göndərmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən təqdim edilən ##.##.2023-cü il tarixli OX* nömrəli ödəniş tapşırığından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) 66640 ABŞ dollarını AZ**AIIB******D************* nömrəli hesabdan “YIWU HAOXING IMPORT AND EXPORT CO LTD NO 40 QINGCHHUN ROAD HANGZHOU 310006 ZHEJI CHINAANG” şirkətinə 35601140********** nömrəli hesaba göndərmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən təqdim edilən ##.##.2024-cü il tarixli OX* nömrəli ödəniş tapşırığından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) 45562.16 ABŞ dollarını AZ**AIIB******D************* nömrəli hesabdan “MEHMET SAN METMAX POLIURETAN TERLIK CAKMAK MH. NIZP CAD. NO 152. SHEHITKAMIL/GAZIANTEP/TURKIYE şirkətinə TR************************ nömrəli hesaba göndərmişdir. İş materiallarında olan ##.##.2024-cü il tarixli, ******-** nömrəli köçürmə haqqında ərizədən görünür ki, ##.##.2024-cü il tarixində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən TuranBank ASC-nin Qaradağ filialı vasitəsilə Çində yerləşən MINGYU IMP AND EXP CO., LTD şirkətinin Zhejiang Chouzhou Commercial Bankdakı hesabına 50 000,05 ABŞ dolları (əlli min ABŞ dolları beş sent) məbləğində vəsaitin köçürülməsi üçün tərtib edilmiş beynəlxalq SWIFT ödəniş sənədidir; ödəniş ##.##.2024-cü il tarixli müqavilə və invoys əsasında qadın ayaqqabalarının alınması üçün avans ödənişi kimi həyata keçirilmiş və sənəddə tərəflərin rekvizitləri, bank məlumatları, benefisiarın hesab nömrəsi, ödənişin təyinatı və ********* nömrəli gömrük kodu göstərilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli, ******-** nömrəli köçürmə haqqında ərizədən görünür ki, ##.##.2025-ci il tarixində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən TuranBank ASC-nin Qaradağ filialı vasitəsilə Türkiyədə yerləşən ZFR GRUP TURİZM İÇ VE DIŞ TİCARET LİMİTED şirkətinin X6 Bankasındakı hesabına 30 000,00 ABŞ dolları (otuz min ABŞ dolları) məbləğində vəsaitin köçürülməsi üçün tərtib edilmiş beynəlxalq SWIFT ödəniş sənədidir; ödəniş ##.##.2025-ci il tarixli ***-**** nömrəli müqavilə və ##.##.2025-ci il tarixli ******** nömrəli invoys əsasında qadın ayaqqabalarının alınması üçün avans ödənişi kimi həyata keçirilmiş, sənəddə tərəflərin rekvizitləri, bank məlumatları, benefisiarın hesab nömrəsi, ödənişin təyinatı, HS Code 64029998 və ********* nömrəli gömrük kodu göstərilmişdir. İş materiallarında olan “xxxx” şirkəti tərəfindən təqdim olunan ##.##.2026-cı il tarixli rəsmi məktubdan görünür ki, ##.##.2024-cü il tarixində, MINGYU IMP AND EXP CO., LTD ilə bağlanmış ##.##.2024-cü il tarixli SMC******** nömrəli Müqavilə və SM******** nömrəli Hesab-Faktura əsasında 50,000.05 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir (Ünvan: Otaq 511, X5 A, №**** X4, Yiwu, Zhejiang, Çin.). Qeyd olunan ödənişə əsasən, malların Qərardan şikayət verən orqan (şəxs) göndərilməsi nəzərdə tutulmuşdur. Lakin şirkətin daxili maliyyə və müflisləşmə ilə əlaqədar problemləri səbəbindən malların göndərilməsi gecikmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəki rayon üzrə İcra və Probasiya şöbəsinə ünvanlanan ##.##.2026-cı il tarixli, *-*-**/*-****/**** nömrəli məktubdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə ## #### 2026-cı il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Tənbeh qərarı İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə müvafiq olaraq icraya yönəldilmiş, lakin qeyd olunan qərar inzibati məsuliyyətə cəlb edilmiş şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Odur ki, Məcəllənin 150.7-ci maddəsinə əsasən Mərkəzi Bankın ## #### 2026-cı il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı məcburi icra tədbirlərinin görülməsi üçün təqdim olunmuşdur. ##.##.2026-cı il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmadan qərar qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qərarının nəticəvi hissəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-cı il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması göstərilmişdir. Halbuki, iş materiallarında olan EP ******* nömrəli sənəd inzibati tənbeh vermə haqqında qərarın deyil, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokolun nömrəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəki rayon üzrə İcra və Probasiya şöbəsinə ünvanlanan ##.##.2026-cı il tarixli, *-*-**/*-****/**** nömrəli məktubdan da görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə ## #### 2026-cı il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qararı deyil, ##.##.2026-cı il tarixli, EP ******* saylı saylı inzibati xəta haqqında protokolun qüvvədə saxlanılması barədə qərar qəbul etmiş, bununla da Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə ## #### 2026-cı il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərara münasibət bildirilməmişdir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. İXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Ona görə də barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Məhkəmə qeyd olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-477/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-477/2026
24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver