Məhkəmə qərarları › İş №3(3-10)-478/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-478/2026

24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-478/2026 24.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Zaqatala Regional Təhsil Idarəsinin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Hüquqi şəxs Şəki-Zaqatala Regional Təhsil Idarəsi (VÖEN: **********) və vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqında iş üzrə icraata xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərvanə Məmmədova) ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarı ilə, hüquqi şəxs Şəki-Zaqatala Regional Təhsil Idarəsi (VÖEN: **********) və vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqında iş üzrə icraata xitam verilməsi müəyyən edilmişdir. işin halları: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki-Zaqatala Regional Şöbəsi tərəfindən ŞəkiZaqatala Regional Təhsil Idarəsi və vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 539.1-1-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli, ##.##.2026-cı il və MN seriyalı, ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsi iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi nümayəndə1 iclasda iştirak edərək bildirmişdir ki, vətəndaş X2 Zaqatala şəhər ** nömrəli “Çiçək” körpələr evi-uşaq bağçasında əmək hüquqlarının pozulması barədə müraciətinin araşdırılması zamanı şəxsə həm tərbiyəçi, həm də xadimə-dayə vəzifələrini eyni vaxtda yerinə yetirilməsi ilə bağlı ödənilməli olan vəsaitlərin müəyyən dövr üzrə düzgün hesablanıb ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən həmin bağçanın müdiri X4 barəsində ##.##.2026-cı il tarixli MN ******** nömrəli inzibati xəta haqqında protokola əsasən şöbə tərəfindən ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. 30 gün müddət müəyyən edilmişdir. Həmçinin qeyd edilən hüquqpozmanın 30 gün müddətində aradan qaldırılaraq şöbəyə məlumat verilməsi ilə bağlı ##.##.2026-cı il tarixli icrası məcburi göstəriş məktubu Şəki-Zaqatala Regional Təhsil Idarəsinə göndərilmiş, lakin protokol gününə qədər hüquqpozmanın aradan qaldırılması ilə bağlı hər hansı sənəd və ya məlumat təqdim edilməmişdir. buna görə də həm həmin hüquqi şəxs və vəzifəli şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol tərtib edilməmişdən buna dair sübut göndərilmədiyindən protokol tərtib edilmişdir. Sonradan sənəd göndərilmişdir ki, həmin əmək haqqı ödənilmişdir. Məhkəmədən protokolların təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında Şəki-Zaqatala Regional Təhsil Idarəsinin nümayəndəsi nümayəndə2 izahatında göstərmişdir ki, idarə tərəfindən X3 Xidmətinin Şəki- Zaqatala Regional Şöbəsi tərəfindən verilmiş icrası məcburi göstəriş qanunvericilikdə müəyyən edilmiş müddətdə icra edilmişdir. Belə ki, ##.##.2026-cı il tarixdə göstərişin yerinə yetiriləcəyi barədə məlumat verilmiş, ##.##.2026-cı il tarixində isə göstəriş tam icra olunaraq X2 aid müvafiq ödənişlər həyata keçirilmişdir. Göstərişin icrası ödəniş tpşırıqları, hesablamalar və digər maliyyə ənədləri ilə tam təsdiq olunur. Buna baxmayaraq, icranı təsdiq edən sənədlərin elektron sənəd dövriyyəsi sistemi vasitəsi ilə aidiyyəti quruma ötürülməsi zamanı texniki problem yaranmış və idarə tərəfindən göndərilən sənədlər qarşı tərəfin elektron sənəd sistemində vaxtında qeydə alınmamışdır. Məhz bu texniki səbəbə görə göstərişin yerinə yetirilmədiyi qənaətinə gələrək inzibati xəta haqqında protokol tərtib edilmişdir. Texniki nasazlıq aradan qalxdıqdan sonra icranı təsdiq edən sənədlər təqdim edilmişdir. Faktiki olaraq, icrası məcburi göstəriş tərəflərindən icra edilmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin Şəki- Zaqatala regional şöbəsi tərəfindən Şəki-Zaqatala regional Təhsil Idarəsi və vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ##.##.2026-cı tarixli, MN 2466489 və MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xidmət tərəfindən inzibati xəta haqqında protokollar tərtib edilərkən şəxsin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Şəki-Zaqatala regional Təhsil Idarəsi və vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsiri iş materiallarında mövcud olan və yuxarıda qeyd olunmuş mötəbər, qanun və etibarlı sübutların birlikdə qiymətləndirilməsi nəticəsində sübut olunmuşdur. Eyni zamanda, hüquqi şəxs Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ile müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olar fiziki şəxs) anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik mülkiyyətçi olduğundan Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. Apellyasiya instansiya məhkəməsi iclası zamanı Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Zaqatala Regional Təhsil Idarəsinin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxt və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan Nərgiz Novruzovanın ##.##.2026-cı il tarixli ərizəsindən görünür ki, gördüyü işlərlə bağlı əmək haqqı ona tam ödəndiyindən şikayəti qalmamışdır. Hüquqi şəxs tərəfindən əmək haqqı ödənişləri ##.##.2026-cı il tarixdə ödənildiyi təqdirdə, hüquqi şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki- Zaqatala Regional şöbəsinin ünvanladığı və ##.##.2026-cı il tarixdə qəbul edildiyi məktubun cavablandırılmamasında heç bir maddi marağı müəyyən olunmur. Hətta inizbati xəta haqqında protokolun tərtibindən əvvəl məcburi göstəriş icra edilmişdir. Hüquqi şəxsin nümayəndəsi bildirir ki, şöbənin şifahi sorğusuna da ##.##.2026-cı il tarixdə cavab vermək cəhdləri elekton sənəd dövriyyəsində yaranmış problemlə əlaqədar 1 gün sonra ##.##.2026-cı il tarixdə çatdırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki-Zaqatala Regional Şöbəsi tərəfindən Şəki-Zaqatala regional Təhsil Idarəsinin və vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh vermə haqqında protokollar qəbul edilərkən qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını tələbləri pozulmuşdur. Belə ki, inzibati orqan tərəfindən hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə zəruri araşdırmalar aparılmamış, protokol tərtib edilərkən göstərilən icrası məcburi göstəriş məktubunun hüquqi şəxs tərəfindən icra edilib-edilməməsi aydınlaşdırılmamışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə görə Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il Qərarında göstərilmişdir ki, Inzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsi imperativ norma kimi ifadə edilməmişdir. Bu baxımdan, vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır (Inzibati Xətalar Məcəlləsinin 31.2 və 31.3-cü maddələri). Apellyasiya instansiya məhkəməsi tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı olaraq hüquqi şəxs Şəki-Zaqatala Regional Təhsil Idarəsi (VÖEN: **********) və vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqında iş üzrə icraata xitam vermişdir. Inzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı Şəki Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. X5 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və X5 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar