Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-479/2026 26.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilməsinə dair Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Şəfəq Cəfərova) ## ###### 2026-cı il tarixli, *(*-***)- **/**** saylı qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilməsi müəyyən edilmişdir. işin halları: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin X6 tərəfindən hüquqi şəxs olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 539.1-1-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli, # ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X1 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X1 verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-158)-89/2026 nömrəli qərarının ləğv edilməsi və inzibali xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC qısa müddət, bir neçə ay fəaliyyət göstərmiş və daha sonra fəaliyyətini dayandırmışdır. Vergi orqanında onun dayandırılması və ********** nömrəli VÖEN-nin dayandırıldığı vaxtdan bu yana passiv olduğunu bildirmişdir. Ona problem olmadığını və icraata xitam verildiyi bildirilərək yola salmışdırlar. Bundar xeyli vaxt sonra Şəki rayon üzrə Icra və Probasiya şöbəsi tərəfindən ona ##.##.2026-cı il tarixli məktub gəlmişdir. Məktuba icraata başlanmaq haqqında qərar əlavə edilmişdir. Qərarla tanış olarkən məlum olmuşdur ki, məhkəmə qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC inzibati qaydada cərimə edilib. Apellyasiya instansiya məhkəməsi iclası zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxt və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan zərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin X6 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** saylı icrası məcburi göstəriş məktubundan görünür ki, 2025-ci il yanvar ayının 1-dən Respublika üzrə minimum aylıq əməkhaqqının məbləği 400 manata qaldırılmışdır. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq” alt sistemində ixrac edilmiş baza məlumatları ilə nəticələr yenidən üzləşdirilərək elektron informasiya sisteminə daxil edilmiş aktiv əmək müqaviləsində əməkhaqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğindən aşağı qeyd edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci bəndinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normative hüquqi aktlarının tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. ##.##.2025-ci il tarixinədək aktiv əməkhaqqı ilə bağlı düzəlişlərin edilməməsi barələrində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılma üçün əsas olduğu bildirilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin X6 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsMəhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*******/**** saylı icrası məcburi göstəriş məktubundan görünür ki, müəssisəyə inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etmək təklif edilmişdir. Iş materiallarında olan “Azerpost.az” internet informasiya saytından əldə edilmiş məlumata əsasən ss959820535az kodlu məktub ##.##.2025-ci il tarixdə poçt şöbəsi tərəfindən qəbul edilmiş, ##.##.2026-cı il tarixdə alıcıya çatdırılmışdır. Iş materiallarında olan inzibati xəta haqqında iş üzrə ##.##.2026-cı il tarixli, ******* nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən elektron müqaviləyə keçidlə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli *** nömrəli Qərarının icrasının təmin edilməsi üçün ##.##.2025-ci il tarixli, *-**-*/*******/**** nömrəli göstərişinə (məcburi icrasına) əməl edilmədiyinə görə barəsində Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Iş materiallarına əlavə edilmiş X2 Xidmətinin X6 ## ###### 2026-cı il tarixli MN-******* saylı qərarından görünür ki, X1 barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata Inzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Iş materiallarına əlavə edilmiş ** saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs fəaliyyəti ##.##.2025-ci il tarixdən ##.##.2075-ci il tarixədək dayandırılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticə ilə razılaşmır və qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Inzibati Xətalar Məcəlləsinin 76.1-cı maddəsinə əsasən Iizibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Inzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Inzibati Xətalar Məcəlləsinin 18.4-cü maddəsinə əsasən Bu Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur. Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Inzibati Xətalar Məcəlləsinin 18.4-cü maddəsinin məzmunundan görünür ki, hüquqi şəxs o vaxt inzibati məsuliyyətə cəlb edilə bilər ki, IXM-nin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilsin və ya vəzifəli şəxs barəsində bu Məcəllənin 53.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilsin. Inzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Iş materiallarına əlavə edilmiş X2 Xidmətinin X6 ## ###### 2026-cı il tarixli MN-******* saylı qərarından görünür ki, X1 barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata Inzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, həmin qərar Inzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsi ilə qüvvədən salınmadığından, vəzifəli şəxsin inzibati məsuliyyətdən azad edilməsi, artıq hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini istisna edir. Apellyasiya instansiya məhkəməsi onu da qeyd edir ki, “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il Qərarında göstərilmişdir ki, Inzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsi imperativ norma kimi ifadə edilməmişdir. Bu baxımdan, vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır (Inzibati Xətalar Məcəlləsinin 31.2 və 31.3-cü maddələri). Təqsirsizlik prezumpsiyası prinsiplərindən bəhs edən normalara görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası IXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilməli və Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməldir. Göstərilənlərə əsasən və X7 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-479/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-479/2026
26.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver