Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 3(3-10)-481/2026 19.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 210.1 və 215.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarının ləğv olunması barədə şikayət ərizəsinin geri qaytarılmasına dair Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə materiala baxmağa hazırlıq zamanı, müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 210.1 və 215.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5800 (beş min səkkiz yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Barəsində inzibati qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2026-cı il tarixli, MN ******* saylı həmin qərarından şikayət verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 210.1 və 215.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarının ləğv olunması barədə şikayət ərizəsi geri qaytarılmışdır. Məhkəmə gəldiyi nəticəni ounla əsaslandırmışdır ki, səlahiyyətli orqanın inzibati xəta haqqında iş üzrə qərarından verilmiş şikayət qanunla müəyyən edilmiş prosessual müddət buraxılmaqla verildiyindən şikayət və əlavə edilmiş sənədlər şikayət verən şəxsə geri qaytarılmalıdır. Həmin qərardaddan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsini və işin baxılması üçün geri qaytarılmasını xahiş etmişdir. Verilmiş şikayətə baxılmağa hazırlıq zamanı inzibati xəta haqında işin Şəki Apellyasiya Məhkəməsinin səlahiyyətinə aid olmasına baxmayaraq, IXM-in tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardaddan verilən şikayətə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququnun istisna edildiyi müəyyən olunur. Belə ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər (IXM-in 128.1-ci maddəsi). Inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasından bəhs edən IXM-in 129.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.1. hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə; 129.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən şikayət və ya protestbirbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3- 1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla); 129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə). 129.1-1. Bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. 129.2. Bu Məcəllənin 129.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda hakim şikayətin daxil olduğu gündən üç gün müddətində şikayəti və ya protesti iş üzrə bütün materiallarla birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərir. 129.3. Inzibati həbs tənbeh növünün tətbiqi barədə qərardan şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə şikayətin və ya protestin daxil olduğu gün göndərilir. 129.4. Şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. 129.5. Inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur.Göründüyü kimi, IXM-in 128-ci maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququnu, həmin Məcəllənin 129.1-ci maddəsi isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilmə qaydasını müəyyən etmişdir. Bununla da, qanunverici inzibati xəta haqqında iş üzrə qəbul edilən yekun sənəd olan qərardan şikayət verilməsinin qaydasını və belə şikayəti verə bilən subyektlərin dairəsini dəqiq müəyyən edərək bu hüququ prosesin bütün iştirakçılarına aid etmişdir. Inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərarın (qərardadın) qəbul edilməsindən bəhs edən IXM-in 109.1-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması qərardad qəbul edilir: Işdən görünür ki, səlahiyyətli orqanın inzibati xəta haqqında iş üzrə qərarından verilmiş şikayət qanunla müəyyən edilmiş prosessual müddət buraxılmaqla verilmişdir. Qərardan şikayət verən orqan (şəxs) isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarından şikayət verilməsi üzrə müddət bərpa olunmadığı halda şikayətlə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Oxşar münasibətləri nizama salan Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il # ### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2020-ci il tarixli Qərarında göstərilimişdir ki, HYPERLINK "http://e-qanun.az/framework/46960" \o "Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi" \t "_blank" Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda hesab edirəm ki, apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi qeyri-mümkün hesab edilməklə, apellyasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 131-132-ci maddələrini rəhbər tutaraq qərara aldı: Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə məhkəmə baxışının təyin edilməsi qeyri-mümkün hesab edilməklə, apellyasiya şikayəti geri qaytarılsın. Qərardaddan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-481/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-10)-481/2026
19.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver