Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-482/2026 26.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Göyçay Rayon Məhkəməsinin (hakim Cavid Camalzadə) ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə, ##.##.1992-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Göyçay şəhəri, Çərəkə kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. işin halları: Protokolu tərtib edən orqan böyük icra məmuru X4 tərəfindən ## #### 2026-cı il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin tələblərini qanunla müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən yerinə yetirməmiş, məhkəmə qətnaməsi ilə onun üzərinə qoyulmuş 2050 manat əsas borcun, 40,50 manat dövlət rüsumunun və 121 manat hüquqi yardım xərcinin, ümumilikdə 2211,50 manat məbləğində pul öhdəliyini icra etməmiş, bununla da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsi iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, məhkəmə qətnaməsi üzrə yaranmış 2211,50 manat məbləğində borcu tam ödəmək üçün hazırda maddi imkanı yoxdur. Hazırda 200 manat məbləğində ödəniş etmək imkanına malik olduğunu, bundan sonra isə hər ay 200 manat məbləğində ödəniş etməklə borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında iştirak edən Protokolu tərtib edən orqan böyük icra məmuru X4 izahatında göstərmişdir ki, borcluya icra sənədinin tələblərini könüllü qaydada yerinə yetirməsi üçün qanunla nəzərdə tutulmuş müddət verilmiş, hüquq və vəzifələri izah edilmiş, icra edilmədiyi təqdirdə inzibati və cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq, borclu uzun müddət ərzində məhkəmə qətnaməsinin tələblərini icra etməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və borclu X1 barəsində 30 (otuz) gün müddətinə inzibati həbs tənbehinin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından açıq şəkildə görünür ki, icra sənədi icraya qəbul edildikdən sonra borcluya qanunla müəyyən edilmiş müddətdə məhkəmə qətnaməsini könüllü icra etməsi üçün vaxt verilmiş, ona hüquq və vəzifələri, habelə icra edilmədiyi halda inzibati və cinayət məsuliyyəti daşıyacağı izah edilmişdir. Buna baxmayaraq, borclu müəyyən edilmiş müddət ərzində nə borcunu ödəmiş, nə də icra məmurunun qanuni çağırışlarına əməl etmişdir. Əksinə, o, uzun müddət icra orqanından yayınmış, nəticədə barəsində axtarış elan edilmiş və yalnız polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirildikdən sonra 200 manat məbləğində qismən ödəniş etmişdir. Bu hallar iş materialları ilə təsdiq olunur. Deməli, borclunun davranışı göstərir ki, o, icra sənədinin tələblərini könüllü qaydada yerinə yetirmək niyyətində olmamış, əksinə, məsuliyyətdən yayınmağa çalışmışdır. Inzibati xəta artıq həmin müddətdə baş vermiş və tamamlanmışdır. Sonradan, inzibati məsuliyyətə cəlb olunacağını anladıqdan sonra cüzi məbləğdə ödəniş etməsi törədilmiş inzibati xətanı aradan qaldırmır və onu məsuliyyətdən azad etmir. Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Protokolu tərtib edən orqan icra məmuru, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarının şikayətlə bağlı izahatlarını və çıxışlarını dinləyərək hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikаyət qismən təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ləğv edilməli və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Göyçay Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materialların olan Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi əsasında verilmiş ## ##### 2026-cı il tarixli icra vərəqəsinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə 2050 manat əsas borc, 40,50 manat dövlət rüsumu və 121 manat hüquqi yardım xərci, ümumilikdə 2211,50 manat pul vəsaiti tutulmalıdır. Iş materialların olan sənədlərdən görünür ki, icra sənədi ## ##### 2026-cı il tarixdə Protokolu tərtib edən orqan icraatına qəbul edilmiş, borcluya icra sənədinin tələblərini 10 gün müddətində könüllü qaydada icra etməsi barədə bildiriş göndərilmişdir. Lakin borclu müəyyən olunmuş müddətdə məhkəmə qətnaməsinin tələblərini yerinə yetirməmiş, borcun ödənilməsi istiqamətində hər hansı tədbir görməmişdir. Iş materialların olan çıxarışlardan görünür ki, borclunun əmlak və gəlir vəziyyətinin müəyyən olunması məqsədilə müvafiq dövlət orqanlarına sorğular göndərilmiş, əldə edilmiş cavablardan onun adına daşınmaz əmlakın, nəqliyyat vasitəsinin, rəsmi əmək münasibətlərinin və pensiya təminatının olmadığı müəyyən edilmişdir. Iş materialların olan ##.##.2026-cı il tarixli mədaxil qəbzindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs xeyrinə borcun qismən ödənilməsi məqsədilə 200 (iki yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, icra məmuru tərəfindən borclunun əmlak və gəlir vəziyyəti araşdırılmış, müvafiq dövlət orqanlarından alınmış məlumatlara əsasən onun adına daşınmaz əmlakın, nəqliyyat vasitəsinin, rəsmi əmək münasibətlərinin və pensiya təminatının olmadığı müəyyən edilmişdir. Iş materiallarında borclunun gəlir əldə etməsinə baxmayaraq onu gizlətməsi, tələbin yönəldilməsi mümkün olan əmlakını qəsdən özgəninkiləşdirməsi, yaxud məhkəmə aktının icrasından qərəzli şəkildə yayınmasına dəlalət edən hər hansı sübut müəyyən edilməmişdir. Əksinə, məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcun mövcudluğunu etiraf etmiş, maddi imkanının məhdud olduğunu bildirmiş, borcu hissə-hissə ödəmək niyyətini ifadə etmiş və iş materiallarında olan ## #### 2026-cı il tarixli mədaxil qəbzi ilə onun tərəfindən tələbkarın xeyrinə 200 manat məbləğində qismən ödəniş edilməsi təsdiq olunmuşdur. Məhkəmə bu halı borclunun məhkəmə aktının icrasından qərəzli şəkildə yayınmaq niyyətində olmamasını göstərən mühüm hal kimi qiymətləndirir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsinə əsаsən, məhkəmə və digər оrqаnlаrın qərаrlаrının icrаsı ilə əlаqədаr icrа məmurlarının qаnuni tələblərinin yerinə yetirilməməsinə və yа icrа məmuru tərəfindən müəyyən edilmiş müddətdə bоrclunu müəyyən hərəkətləri etməyə və yа müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icrа sənədinin üzrsüz səbəbdən icrа edilməməsinə görə inzibаti məsuliyyət yаrаnır. Konstitusiya Məhkəməsinin Plenumu “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” # ######## 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar). Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokol tərtib edilənədək icra sənədi üzrə ödəməli məbləğdən ödəniş etməməsi, işə apellyasiya instansiya məhkəməsi icraatın baxılan zaman da hər hansı ödəniş etməməsi onun inzibati tənbeh tədbirindən yayınmaq məqsədini təsdiq edir. Qeyd edilənlərə əsasən apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədindəki tələb üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməmişdir Işə yenidən baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi IXM-ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane göstərəcək dərəcədə pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun icra sənədi üzrə göstərişlərinə məhəl qoymamasını, məhkəmə prosesinə qədər sözügedən icra sənədi üzrə ödənilməli olan məbləğindən ödəniş etməməsini nəzərə almamışdır. Ona görə də apelyasiya məhkəməsi hesab edir ki, hazırki iş üzrə ədalətli və obyektiv məhkəmə araşdırmasının təmin edilməsi məqsədi ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikаyət qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Göyçay Rayon Məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiya məhkəməsi onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil tapşırılmışdır. X5 Fərzalı oğlu tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 5 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərilən hüquqi yardıma görə X5 Fərzalı oğluna 55 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Inzibati Xətalar Məcəlləsinın 133-137-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Göyçay Rayon Məhkəməsinə qaytarılsın. X5 Fərzalı oğluna əmək haqqı ödənilməsi üçün dövlət hesabına 55 manat vəsait Vəkil “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASCnin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-482/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-482/2026
26.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver