Məhkəmə qərarları › İş №3(3-10)-483/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-483/2026

25.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-483/2026 25.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs X2 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X3 və protokol tərtib edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərbətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini Elmar Musayev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hakim Babək Qsımov) ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair X2 Sistemlərinin İstismarı İdarəsinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. işin halları: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 Sistemlərinin İstismarı İdarəsinin İXM-in 239-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, protokol düzgün tərtib edilməmişdir. Həmin iş üzrə hüquqi şəxs Ağsu şəhər Su Meliorasiya İdarəsi deyil, iş üzrə hüquqi şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “X5 Xidməti” PHŞ-dir. Bundan əlavə idarədə heç nə istehsal olunmur, ekologiyaya zərəri yoxdur, çölə qurunt suları axıdılmır. İdarədə heç bir şey istehsal olunmadığı üçün * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə də heç bir hesabat təqdim olunmur. Bundan başqa statistik məlumatlar da dərc olunur, lakin onlar həmişə sudan istifadəyə dair statistik mlumatları * saylı X4 Bölməsinə təqdim edirlər. Odur ki, barələrində tərtib edilmiş protokolun əsassız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında iş üzrə qərar qəbul edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətin dəlilləri: İnzibati xəta haqqında iş üzrə qərar qəbul edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Apellyasiya şikayəti verən hesab edir ki, Ağsu Rayon Məhkəməsinin qəbul etdiyi qərar maddi ve prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. Məhkəmə qərarında əsas diqqəti inzibati məsuliyyətə cəlb edilən qurumun hüquqi statusuna yönəltmiş, lakin inzibati xətanın obyektiv tərəfini təşkil edən əsas halları lazımi qaydada qiymətləndirməmişdir. İş materiallarından görünür ki, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir; həmin protokola əsas olan yoxlama aktı mövcuddur; müəssisəyə əvvəlcədən rəsmi bildiriş göndərilmişdir; hesabatların təqdim edilmədiyi sənədlərlə təsdiq olunmuşdur; inzibati xəta aşkar edildikdən sonra qanunvericiliyin tələb etdiyi prosedur gözlənilmişdir. Bütün bunlara baxmayaraq məhkəmə bu sübutların hüquqi qüvvəsini qiymətləndirmək əvəzinə yalnız təşkilati-hüquqi məsələlərə üstünlük vermişdir. IXM-in sübutların qiymətləndirilməsi ilə bağlı normalarına görə məhkəmə hər bir sübutu ayrı- ayrılıqda və onların məcmusunu qarşılıqlı əlaqədə qiymətləndirməlidir. Hazırkı iş üzrə isə sübutların əhəmiyyətli hissəsi ümumiyyətlə hüquqi qiymətləndirilməmişdir. Məhkəmə həmçinin inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş akt, bildiriş və digər inzibati sənədlərin məzmununu təhlil etmədən yalnız cavabdehin izahatlarını esas götürmüşdür. Belə yanaşma isə obyektiv araşdırma prinsipinə uyğun deyildir. Nəticədə məhkəmə iş üzrə faktiki halları natamam müəyyən etmiş, bunun nəticəsində isə inzibati xəta tərkibinin olmadığı barədə əsassız nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 239-cu maddəsini və hüquqi şəxslərin inzibati məsuliyyətinə dair normaları düzgün tətbiq etməmişdir. Ağsu Rayon Məhkəməsi qərarında belə nəticəyə gəlmişdir ki, X2 Sistemlerinin İstismarı İdarəsi müstəqil hüquqi şəxs olmadığından, onun barəsində Azerbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə inzibati məsuliyyət tetbiq edile bilməz. Apellyasiya şikayəti verən hesab edir ki, bu nəticə İnzibati Xətalar Məcəlləsinin müddəalarının düzgün təfsir edilməməsi və iş üzrə hüquqi münasibətlərin mahiyyətinin düzgün müəyyən edilməməsi nəticəsində qəbul edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, inzibati məsuliyyətin yaranmasının hüquqi əsası hüquqi şəxsin təşkilati quruluşu deyil, inzibati xətanı törədən fəaliyyətin və ya hərəkətsizliyin konkret təsərrüfat subyekti tərəfindən həyata keçirilməsidir. Hazırkı iş üzrə inzibati xəta Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən X2 Sistemlərinin İstismarı İdarəsinin fəaliyyəti zamanı aşkar edilmişdir. Məhz həmin idarə öz fəaliyyət dairəsində atmosfer havasına atılan tullantılar və digər ekoloji göstəricilər üzrə qanunvericiliklə müəyyən olunmuş statistik hesabatların təqdim edilməsini təmin etməmişdir. Məhkəmə isə inzibati xətanın mahiyyətini araşdırmaq əvəzinə yalnız idarənin hüquqi statusuna istinad etməklə icraata xitam vermişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi normativ aktlarla, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətini tənzimləyən sənədlərlə regional və yerli istismar idarələri öz fəaliyyət istiqamətləri üzrə müstəqil təsərrüfat funksiyalarını həyata keçirən, dövlət ekoloji nəzarət tədbirlərinin birbaşa tətbiq olunduğu struktur vahidləri hesab edilir. İnzibati nəzarət zamanı da yoxlama məhz faktiki fəaliyyət göstərən obyekt üzrə aparılır. Atmosferə atılan tullantılar, tullantıların uçotu, monitorinqin aparılması və statistik hesabatların təqdim olunması da həmin istehsalat və təsərrüfat fəaliyyətini həyata keçirən struktur tərəfindən temin edilir. Buna görə də inzibati xəta haqqında protokolun faktiki fəaliyyəti həyata keçirən idarənin adı göstərilməklə tərtib edilməsi qanunvericiliyin tələblərinə tam uyğundur. Digər tərəfdən, İnzibati Xətalar Məcəlləsinin məqsədi ekoloji qanunvericiliyin pozulmasına yol vermiş subyektlərin məsuliyyətə cəlb edilməsini təmin etməkdir. Əgər məhkəmənin qəbul etdiyi yanaşma düzgün hesab edilərsə, hüquqi şəxsin tərkibində fəaliyyət göstərən bütün struktur bölmələrinin ekoloji qanunvericiliyin tələblərini pozmasına baxmayaraq heç bir inzibati məsuliyyət yaranmayacaqdır ki, bu da qanunun məqsədinə, inzibati məsuliyyət institutunun mahiyyətinə və hüququn ümumi prinsiplərinə zidd nəticə doğurar. Bundan əlavə, inzibati xəta haqqında protokol tərtib edilərkən hüquqi şəxsin aidiyyəti, tabeliyi və təşkilati mənsubiyyəti iş materiallarında öz əksini tapmışdır. Bu hal inzibati məsuliyyətin tətbiqinə mane olan prosessual pozuntu hesab edilə bilməz və məhkəmə tərəfindən icraata xitam verilməsi üçün əsas kimi qiymətləndirilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi hüquqi şəxsin təşkilati quruluşu ilə inzibati məsuliyyət institutunu eyniləşdirmiş, Inzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinin tətbiq dairəsini əsassız şəkildə daraltmış və nəticədə qanunsuz olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Bu səbəbdən həmin hissədə məhkəmənin gəldiyi nəticə əsassız olduğundan apellyasiya instansiyası tərəfindən aradan qaldırılmalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinin dispozisiyasını və iş üzrə toplanmış sübutları düzgün qiymətləndirməmişdir. Ağsu Rayon Məhkəməsi qərarında belə nəticəyə gəlmişdir ki, X2 Sistemlərinin İstismarı İdarəsinin fəaliyyətində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 239-cu maddesinde nezerde tutulmuş inzibati xəta tərkibinin obyektiv və subyektiv əlamətləri mövcud deyildir. Apellyasiya şikayəti verən hesab edir ki, məhkəmənin bu qənaəti iş materiallarında olan sübutların natamam araşdırılması ve IXM-in 239-cu maddəsinin hüquqi məzmununun düzgün qiymətləndirilməməsi nəticəsində formalaşmışdır. IXM-in 239-cu maddəsi ətraf mühitin mühafizəsi sahəsində müəssisə (istehsalat) monitorinqinin aparılmaması, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə inzibati məsuliyyət müəyyən edir. Maddənin məqsədi ekoloji nəzarətin həyata keçirilməsi üçün zəruri məlumatların aidiyyəti dövlət orqanlarına vaxtında və düzgün təqdim edilməsini təmin etməkdir. Hazırkı iş üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan yoxlama zamanı müəyyən edilmişdir ki, X2 Sistemlərinin İstismarı İdarəsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə 2-TG dövlət statistika hesabatı təqdim edilməmişdir. Bu hal yoxlama aktı, müəssisəyə göndərilmiş bildiriş, inzibati xəta haqqında protokol və iş materiallarında olan digər yazılı sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə isə həmin sənədlərin hüquqi qüvvəsini qiymətləndirmədən, cavabdeh tərəfin hesabatın başqa dövlət qurumuna təqdim edilməsi barədə izahatını əsas götürmüşdür. Halbuki, inzibati icraat zamanı verilən izahatın özü inzibati orqan tərəfindən toplanmış və bir- birini tamamlayan rəsmi sübutları təkzib etmək üçün kifayət hesab edilə bilməz. Bundan əlavə, hesabatın başqa dövlət orqanına təqdim olunması barədə iddianın mövcudluğu belə, qanunvericiliklə müəyyən edilmiş ekoloji nəzarət və statistik hesabatlılıq öhdəliklərinin yerinə yetirildiyini avtomatik şəkildə təsdiq etmir. Məhkəmə həmin iddianın hüquqi əsasını, təqdim olunmuş sənədlərin mövcudluğunu və onların qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını araşdırmadan nəticəyə gəlmişdir. İXM-in sübutlara dair müddəalarına əsasən, məhkəmə inzibati xəta haqqında iş üzrə bütün sübutları onların kifayətliliyi, aidiyyəti və mötəbərliyi baxımından qiymətləndirməlidir. Hazırkı İşdə isə məhkəmə inzibati orqan tərəfindən təqdim olunmuş rəsmi sənədlərin hüquqi əhəmiyyətini lazımi səviyyədə qiymətləndirməmiş, yalnız inzibati məsuliyyətə cəlb edilən tərəfin izahatına üstünlük vermişdir. Nəticədə məhkəmə inzibati xəta tərkibinin obyektiv əlamətlərinin mövcud olmasını təsdiq edən sübutları nəzərə almamış, qanunvericiliyin tətbiqində yanlış nəticəyə gəlmişdir. Beləliklə, iş materialları inzibati xətanın baş verdiyini, qanunvericiliklə müəyyən edilmiş hesabatlılıq öhdəliyinin pozulduğunu və bu pozuntunun İXM-in 239-cu maddəsinin dispozisiyasına uyğun olduğunu kifayət qədər təsdiq etdiyi halda, birinci instansiya məhkəməsi həmin sübutları düzgün hüquqi qiymətləndirməmiş və əsassız olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Bu səbəbdən də qərarın həmin hissəsi qanunsuz və əsassız hesab edilməli, apellyasiya instansiyası tərəfindən ləğv olunmalıdır. Birinci instansiya məhkəməsi inzibati xətanın sübut edilməsinə dair hüquq normalarını və sübutların qiymətləndirilməsi prinsiplərini pozmuşdur. Ağsu Rayon Məhkəməsi qərarında inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin inzibati məsuliyyət üçün kifayət qədər sübut yaratmadığı qənaətinə gəlmiş və nəticədə inzibati xəta tərkibinin mövcud olmaması əsası ilə iş üzrə icraata xitam vermişdir. Apellyasiya şikayəti verən hesab edir ki, bu nəticə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair müddəalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xəta haqqında protokol müstəqil prosessual sənəd olmaqla yanaşı, digər sübutlarla birlikdə qiymətləndirilməli olan mühüm sübut vasitəsidir. Məhkəmə protokolu yalnız formal mülahizələr əsasında etibarsız hesab edə bilməz. Əksinə, protokolun tərtib edilməsinə əsas olmuş bütün materiallar, yoxlama aktları, rəsmi yazışmalar, bildirişlər, izahatlar və digər sənədlər qarşılıqlı əlaqədə araşdırılmalıdır. Hazırkı iş üzrə inzibati xeta haqqında protokol tesadüfi ve ya ehtimallara esasen deyil, * saylı Regional Ekologiya ve X7 vəzifəli şəxsləri tərəfindən həyata keçirilmiş nezaret tedbirleri neticesinde tertib edilmiş, hemin nəzarət zamanı müəyyən olunmuş pozuntular aktlaşdırılmış, pozuntunun aradan qaldırılması barede evvelceden rasmi bildiriş göndərilmiş, buna baxmayaraq qanunvericiliyin tələbləri yerinə yetirilmədiyindən inzibati xəta haqqında protokol tertib olunmuşdur. Məhkəmə isə bu sənədlərin heç birini ayrı-ayrılıqda hüquqi baxımdan təhlil etməmiş, onların qarşılıqlı əlaqəsini qiymətləndirmemiş, inzibati orqanın təqdim etdiyi sübutların hansı səbəbdən etibarsız hesab edildiyini əsaslandırmamışdır. Bunun əvəzinə yalnız inzibati məsuliyyətə cəlb edilən şəxsin izahatlarına üstünlük verilmişdir. Halbuki, inzibati məsuliyyətə cəlb olunan şəxsin öz izahatı digər obyektiv və rəsmi sübutlardan üstün hüquqi qüvvəyə malik deyildir. Məhkəmə sübutlar arasında ziddiyyət gördükdə hemin ziddiyyətin səbəblərini araşdırmalı, hər bir sübutun mötəbərliyini ayrıca esaslandırmalı idi. Hazırkı qərarda isə belə hüquqi təhlil aparılmamışdır. Bundan başqa, məhkəmə qərarında qeyd edilən "hesabatın digər dövlət orqanına təqdim olunması" barədə iddianın həqiqətən baş verib-vermədiyi, həmin hesabatın qanunvericiliklə nəzərdə tutulmuş hesabat olub-olmadığı, təqdim edilmə tarixi və hüquqi nəticələri araşdırılmamışdır. Sübut edilməmiş bir iddia qərarın əsaslandırılması üçün əsas kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarı yalnız tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında qəbul edilməli, qərarda hər bir sübutun qəbul və ya rədd edilməsinin hüquqi səbəbləri göstərilməlidir. Hazırkı qərarda isə bu tələblərə əməl edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsi zamanı Inzibati Xətalar Məcəlləsinin tələblərini pozmuş, iş üzrə mövcud yazılı sübutları tam və obyektiv araşdırmamış, inzibati orqanın təqdim etdiyi rəsmi sənədlərə lazımi hüquqi qiymət verməmişdir. Neticede inzibati xəta tərkibinin olmadığı barədə gəldiyi nəticə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun deyildir. Bu səbəbdən Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanunsuz və əsassız hesab edilməli, apellyasiya instansiyası tərəfindən ləğv olunmalıdır. Yuxarıda göstərilənlərdən görünür ki, Ağsu Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı işin faktiki hallarının tam və obyektiv araşdırılmaması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında protokolun və digər rəsmi sübutların hüquqi əhəmiyyətini düzgün qiymetlendirmemiş Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinin hüquqi məzmununu düzgün tətbiq etməmiş, hüquqi şəxsin struktur bölməsi anlayışını inzibati məsuliyyət institutunun mahiyyəti ilə səhv eyniləşdirmiş, iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış; inzibati orqanın təqdim etdiyi resmi senedlere lazımi hüquqi qiymət verməmiş; nəticədə inzibati xəta terkibinin mövcud olmaması barədə əsassız nəticəyə gəlmişdir. Halbuki iş materialları ile müeyyen edilir ki, X2 Sistemlerinin İstismarı Idarəsi tərəfindən ekoloji qanunvericiliyin tələbləri pozulmuş, qanunvericiliklə müəyyən edilmiş statistik hesabatlar müəyyən olunmuş müddətdə təqdim edilməmiş, bu hal yoxlama aktı, rəsmi bildiriş, inzibati xəta haqqında protokol ve diger yazılı sübutlarla təsdiq edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin məqsədi ekoloji qanunvericiliyin pozulmasının qarşısının alınması ve etraf mühitin mühafizəsinin təmin edilməsidir. Birinci instansiya mehkemesinin qebul etdiyi yanaşma ise həmin məqsədə uyğun olmayaraq ekoloji nəzarətin səmərəliliyini zəiflədir və inzibati məsuliyyət institutunun tətbiqini əsassız şəkildə məhdudlaşdırır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin apellyasiya icraatını tənzimləyən müddəalarına əsasən, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozmaqla qəbul etdiyi qərarı ləğv etmək və iş üzrə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin apellyasiya şikayətinin təmin edilməsi, inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız hesab edilməsi, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi X6 şikayəti müdafiə edərək bildirdi ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatlar tərəfindən statistik məlumatların təqdim edilib-edilməməsi barədə yoxlama aparılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, X2 Sistemlərinin İstismarı İdarəsi tərəfindən 2-TG hesabatları idarəyə təqdim olunmamışdır. 2-TG hesabatları hər il fevral ayının 15-nədək, təhlükəli tullantılara bağlı hesabat isə yanvar ayının 25-dək təqdim edilməlidir. X1 Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən həmin hesabatlar təqdim edilməmişdir. Buna görə də X2 Sistemlərinin İstismarı İdarəsi barəsində İXM-nin 239.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, protokol ## ### 2026-cı il tarixdə tərtib olunmuşdur. İki statistik hesabat təqdim olunmalıdır, biri atmosfer havasına atılan tullantılarla bağlı, digəri isə təhlükəli tullantılarla bağlı hesabatlardır. Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv olunması üçün əsas səbəb hesabatların vaxtında təqdim olunmamasının nəzərə alınmamasıdır. İdarə tərəfindən tərtib olunmuş protokolun qüvvədə saxlanılmasını xahiş edir. Apellyasiya instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxsin nümayəndəsi X3 bildirdi ki, hazırkı iş üzrə hüquqi şəxs X2 Sistemlərinin İstismarı İdarəsi deyil, ADSEA “X5 Xidməti” PHŞ-dir. Onlar da regional idarə olaraq hesabatları vaxtında təqdim etmişlər. Qarşı tərəf hüquqi şəxsi düzgün göstərməmişdir. İnzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, onların təqdim etdikləri hesabatlar iş materialındadır. O, həmin sənədləri Ağsu Rayon Məhkəməsinə təqdim etmişdir. Onlar hesabatları * saylı Dağlıq-Şirvan Regional İdarəsinə təqdim etmişlər. Onlar atmosferə heç bir təhlükəli tullantı buraxmamışlar. Həmin dövr üçün hesabatlar təqdim edilmişdir. Onlarda təhlükəli tullantı olmur. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “İnzibati xəta haqqında” ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X2 Sistemlərinin İstismarı İdarəsi ## ### 2026-cı il tarixində 2-TG statistik hesabatı vaxtında təqdim etməyərək İXM-in 239-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 Sistemlərinin İstismarı İdarəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, müəssisə tərəfindən ətraf mühitə atılan (axıdılan) çirkləndirici maddələrin illik uçot və hesabatı, tədbirlər planı, o cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının həcmi barədə məlumatların, həmçinin həmin məlumatlar əsasında tərtib edilmiş 2-TG (atmosfer havasına atılan zərərli maddələrə dair hesabatı fevral ayının 15-dək, təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair hesabatı yanvar ayının 25-dək) illik statistik hesabatların idarəyə təqdim edilməsi tələb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş ****** saylı, ##.##.2026-cı il tarixli aktdan görünür ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin **** saylı sərəncamına əsasən ətraf mühitin müəssisə monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılıbaparılmamasına nəzarət məqsədilə araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, idarə tərəfindən X2 Sistemlərinin İstismarı İdarəsinin rəhbərliyinə ##.##.2025ci il tarixli, *-**-**/*-***/**** saylı xəbərdarlıq məktubu ünvanlanmışdır. Xəbərdarlıq məktubunda müəssisə tərəfindən ətraf mühitə atılan (axıdılan) çirkləndirici maddələrin illik uçotu və hesabatı, tədbirlər planı, o cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının həcmi barədə məlumatların, həmçinin həmin məlumatlar əsasında tərtib edilmiş 2-TG (atmosfer havasına atılan zərərli maddələrə dair hesabatı fevral ayının 15dək təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair hesabatı yanvar ayının 25dək) illik statistik hesabatları idarəyə təqdim edilərək razılaşdırılması bildirilsə də X2 Sistemlərinin İstismarı İdarəsi tərəfindən İdarəyə heç bir rəsmi statistika hesabatı təqdim edilməmişdir. İş materiallarında olan Rəsmi Statistika hesabatından görünür ki, X2 Sistemlərinin İstismarı İdarəsi tərəfindən 2025-ci illər üçün suyun götürülməsi, qəbul edilməsi, istifadəsi və verilməsi, suyun axıdılması və keyfiyyəti, su obyektlərinə axıdılan suyun tərkibinə dair rəsmi statistika hesabatı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X9 Xidmətinin * saylı X4 Bölməsinə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyini nəticəni onunla əsaslandırmışdır ki, inzibati xəta haqqında protokol tərtib edilərkən orqan tərəfindən işin halları hərtərəfli araşdırılmamış, inzibati xəta haqqında protokol düzgün hüquqi şəxsə qarşı tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi X2 Sistemlərinin İstismarı İdarəsini hüquqi şəxs olaraq inzibati məsuliyyətə cəlb etmişdir. Halbuki, İXM-in 18-ci maddəsi üzrə inzibati məsuliyyətin subyekti kimi çıxış etmək yalnız hüquqi şəxs statusuna malik olan təşkilatlara münasibətdə mümkündür. X2 Sistemlərinin İstismarı İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndində göstərilmişdir ki, X2 Sistemlərinin İstismarı İdarəsi hüquqi şəxs deyildir. X2 Sistemlərinin İstisamarı İdarəsinin əməlində İXM-in 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi (obyektiv və subyektiv tərəfləri) yoxdur. X2 Sistemlərinin İstismarı İdarəsi öz fəaliyyəti ilə bağlı statistik məlumatları (hesabatları) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə yox, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X9 Xidmətinin * saylı X4 Bölməsinə təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). Həmçinin qeyd edilməlidir ki, iş materiallarında olan X2 Sistemlərinin İstismarı İdarəsinin birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazın məzmunundan görünür ki, hazırkı iş üzrə X2 Sistemlərinin İstismarı İdarəsi hüquqi şəxs qismində cəlb edilsə də, cavab verməli orqan qismində həmin idarə yox, onu yaratmış hüquqi şəxs ADSEA-nın tabeliyində olan “X5 Xidməti” PHŞ çıxış edə bilər. Eyni zamanda, X2 Sistemlərinin İstismarı İdarəsi tərəfindən Suların İstifadəsinə və X9 Xidmətinin * saylı X4 Bölməsinə ünvanlanmış ## ###### 2026-cı il tarixli məktubdan görünür ki, 2-TG forması üzrə statistika hesabatı təqdim edilmişdir. Bundan əlavə olaraq iş materiallarından və tərəflərin izahatlarından X2 Sistemlərinin İstismarı İdarəsinin hər hansı bir xammalı istehsal etməsi, ekologiyaya təsir edəcək hər hansı bir fəaliyyətlə məşğul olması müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati qanunvericiliyin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6-cı maddəsində bəhs olunan qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu prinsipə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəllləsinin 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar